HİMÁÇAL-PRÁDEŞ – Hindistanda ştat. Ərazisi Qәrbi Himalay d-rının әtәklәrindәdir; sah. 55,7 min km2. Əh. 6,6 mln. (2007). İnz. m. Simla ş.-dir. Sәthi dağlıqdır. Ayrı-ayrı yüksәkliklәrin hünd. 6000–7000 m-ә çatır. İqlimi isti subtropikdәn (c.-da) soyuq, Alp iqliminәdәk (şm.-da) dәyişir. Yağıntının illik miqdarı 1500–3000 mm arasındadır. İynәyarpaqlı vә enliyarpaqlı meşәlәr var. Buğda, arpa, qarğıdalı, çәltik, kartof, meyvә becәrilir. Dәrman bitkilәri tәdarük edilir. Daşduz çıxarılır. Kanifol, skipidar vә sement istehsal olunur. Sәnәtkarlıq inkişaf etmişdir. Kurort (Simla) var.











