HİMAYƏÇİLİK – tam fәaliyyәt qabiliyyәti olmayan vәtәndaşların (14 yaşından 18 yaşınadәk olan yetkinlik yaşına çatmayanların, hәmçinin spirtli içkilәrdәn, narkotik vasitәlәrdәn vә psixotrop maddәlәrdәn sui-istifadә etmәsi, habelә qumara qurşanması sәbәbindәn mәhkәmә tәrәfindәn fәaliyyәt qabiliyyәti mәhdudlaşdırılan vәtәndaşların) şәxsi vә әmlak hüquqlarının vә mәnafelәrinin hüquqi müdafiәsi forması. Bax hәmçinin Qәyyumluq.










