HİMENÉY (Ύμέναιος) – qәdim yunan dini vә mifologiyasında nikah allahı, Dionis vә Afroditanın (digәr varianta görә, Apollon vә muzalardan birinin) oğlu. Miflәrdәn birinә görә, yaraşıqlı gәnc, müğәnni vә musiqiçi olan H. Dionisin toyunda qәfildәn sәsini itirmiş, yaxud ölmüşdür. Adını әbәdilәşdirmәk üçün toylarda H. yada salınır, yeni evlәnәnlәrin şәrәfinә “himeney” tәntәnәli mahnısı ifa olunurdu. Orfik әfsanәyә görә, H.Asklepi tәrәfindәn dirildilmişdi. O, bir әlindә mәşәl, digәrindә gül çәlәngi tutmuş gәnc oğlan görkәmindә tәsvir edilirdi.










