Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİMENOMİSETLƏR 
    HİMENOMİSETLƏR – bazidil göbәlәklәrin sıralar qrupu. H. bәzi tәsnifatlarda Hymenomycetes sinfi ranqına (dәrәcәsinә) ayrılır. H.-ә 12 mindәn çox növ daxildir. H.-in vegetativ hissәsi olan göbәlәk tellәri substratda – torpaqda, oduncaqda, meşә döşәnәyindә yerlәşir, lakin әksәr hallarda himenomisetlәrin (ağ göbәlәk, zol-zol papaqlı göbәlәklәr, şampinyonlar, milçәkqıranlar, ramariyalar, hidnumlar, qov göbәlәklәri vә b.) meyvә cismi vә ya bazidiomaları, adәtәn “göbәlәk” hissәsi adlandırılır. Meyvә cisminin sәthi olan himenoforda spordaşıyan qat (himeni) yerlәşir. Bazidiosporun yetişmә vaxtına yaxın bu qat hәmişә açılır; Bir sıra H.-dә (mәs., şampinyonlar, milçәkqıranlar) әvvәlcә himeni steril hiflәrdәn ibarәt plyonka ilә örtülü olur. H.-in meyvә cisimlәri konsisten siyasına, rәnginә, formasına görә müxtәlif olur. H. arasında saprotroflar (şampinyonlar, bәzi qov göbәlәklәri: әsl qov göbәlәyi (Fomes fomentarius) vә haşiyәlәnmiş qov göbәlәyi (Fomitopsis pinicola), parazitlәr (şam vә küknar ağaclarında parazitlik edәn kök süngәri Heterobasidion annosum, 200-dәn artıq ali bitki növlәrinin köklәrindә inkişaf edәn әsl vә ya payız kötükcәsi Armillariella mellea), çoxlu mikoriza göbәlәklәri (narıncı südlücә göbәlәyi vә südlücәlәr, zolzol papaqlı göbәlәklәr, ağ göbәlәklәr, milçәkqıranlar) var. H. Yer kürәsindә geniş yayılmışdır. Onlara meşәlәrdә, çәmәnlәrdә, çöllәrdә, tundrada rast gәlinir. Bitki qalıqlarının, xüsusilә oduncağın vә xәzәllәrin çürümәsindә iştirak edir. Meyvә cismi himenoforunun tipinә görә H. şәrti olaraq hamar, qırışlı, tikanlı, boruşәkilli himenoforlu qeyri-lövhәşәkilli vә ya afillofor vә demәk olar ki, hәmişә papaqcıqdan vә ayaqcıqdan ibarәt olan, lövhәyә oxşayan himenoforlu lövhәşәkilli vә ya papaqlı olmaqla iki yarımqrupa bölünür. Papaqlı H.-ә yumşaq әtli meyvә cismi vә himenoforu boruşәkilli olan, papaqcığın yumşaq lәtindәn asan ayrılan növlәr (ağ göbәlәk, qırmızıbaş göbәlәk vә b.) yaxındır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 