Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİMMLER Henrix
    HİMMLER Henrix (7.10.1900, Münxen – 23.5.1945, Lüneburq) – nasist Almaniyasının dövlәt vә siyasi xadimi, әsas hәrbi canilәrindәn biri. Gimnaziya müәllimi olan mühafizәkar katolik ailәsindәndir. H.-in atası Bavariyalı Henrixin tәrbiyәçisi, sonuncu isә H.-in xaç atası olmuşdur. 1918 ildә H. könüllü olaraq orduya yollansa da, cәbhәyә deyil, zabitlәr mәktәbinә göndәrilmişdir. 1922 ildә Münxen Texniki Un-tinin k.t. fakültәsini bitirmişdir. 1923 ildәn hәrbilәşdirilmiş sağ radikal “İmperiya hәrbi bayrağı” ittifaqının üzvü idi. “Pivә qiyamı” nın (1923) iştirakçısı (qiyamçıların bayraqdarlarından biri) olmuşdur. 1925 ilin avqustunda Nasional-sosialist alman fәhlә partiyasına (NSAFP) qoşulmuş vә Aşağı Bavariya qaulayterinin müavini vәzifәsini tutmuşdur. 1926–30 illәrdә NSAFP-nin tәbliğat üzrә rәhbәrinin müavini idi. 1929 ilin yanvarından SS reyxsfüreri olmuşdur; әvvәllәr bir neçә yüz nәfәrdәn ibarәt olan vә A.Hitlerin mühafizәsi üçün istiifadә edilәn bu tәşkilat H.-in rәhbәrliyi altında nasist partiyasının çoxminlik qoşununa çevrilmişdi. 1930 ildәn reyxstaqın deputatı idi. 1933 ildә R.Heydrixlә birlikdә SD-ni (tәhlükәsizlik xidmәtini) yaratmış vә nasist rejimi әleyhdarlarının tәqibi üçün aparatın tәşkilindә fәal iştirak etmişdir. 1933 ilin martından Münxen polisinin vә Bavariya siyasi polisinin rәisi; 1934 ilin aprelindәn Prussiya gestaposunun rәis müavini olmuşdur. 1934 ilin iyununda NSAFP-nin “sol” qanadı rәhbәrliyinin mәhv edilmәsinin tәşkilatçılarından biri idi. 1936 ilin iyunundan Almaniya polisinin rәisi olaraq hәbs düşәrgәlәri sisteminin yaradılmasına, 1939 ilin sentyabrından İmperiya Tәhlükәsizliyi Baş İdarәsinin fәaliyyәtinә rәhbәrlik etmişdir. 1939 ilin oktyabrında alman millәtçiliyinin möhkәmlәndirilmәsi üzrә imperiya komissarı tәyin olunmuşdur. İşğal edilmiş Şәrqi Avropa ölkәlәri әrazisindә әhalinin mәhv edilmәsi vә onların almanlaşdırılması, hәmçinin “yәhudi mәsәlәsinin qәti olaraq hәlli” (bax “Holokost”) siyasәtinin tәşәbbüskarlarından biri olan H.-in rәhbәrliyi altında “Ost” Baş planı işlәnib hazırlanmışdı. 1943 ilin avqustundan imperiya daxili işlәr naziri idi. 1944 il 20 iyul sui-qәsdinin iflasından sonra ehtiyat ordunun komandanı vә quru qoşunları idarәsinin rәisi tәyin edilmişdir. 1944 ilin dekabrından “Yuxarı Reyn”, 1945 ilin yanvar–fevral aylarında “Visla” ordu qruplarının komandanı olmuşdur. 1945 ilin aprelindә Qәrb dövlәtlәri ilә separat sülh bağlamaq haqqında danışıqlara getdiyinә görә Hitler onu bütün vәzifәlәrindәn azad etmiş, rütbәlәrini lәğv etmiş vә partiyadan çıxarmışdı. 1945 ilin mayında Almaniya tәslim olduqdan sonra Dönits hökumәtinin nәzarәt etdiyi әrazidә gizlәnmişdir. 1945 il mayın 21-dә Lüneburq yaxınlığında Britaniya hәrbi keşikçilәri tәrәfindәn yaxalanmış vә hәrbi әsirlәr üçün nәzәrdә tutulmuş düşәrgәyә göndәrilmişdir. Kimliyi müәyyәnlәşdirildikdәn sonra zәhәr içәrәk intihar etmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 