HİNALDAĞ – Azәrb. Resp. Daşkәsәn vә Kәlbәcәr r-nları sәrhәdindә dağ. Şahdağ vә Murovdağ silsilәlәrinin qovşağında, Gәncә, Şәmkir vә Lev (Tәrtәrin sol qolu) çaylarının mәnbәyindәdir. İki (Böyük H. vә Kiçik H.) zirvәdәn ibarәtdir. Böyük H.-ın hünd. 3367 m, Kiçik H.-ın hünd. 3358 m-dir. Alp vә subalp çәmәnlәri var.










