HİND DİLÇİLİK ƏNƏNƏSİ – sanskrit dilindәki ağızdan-ağıza keçәn, dini mahiyyәt daşıyan mәtnlәri tәhriflәrdәn qorumaq zәrurәti ilә әlaqәdar e.ә. 1-ci minilliyin 1-ci yarısında Hindistanda yaranmışdır. İndiyә qәdәr mövcuddur. Erkәn inkişaf dövrü pratişakhyalarla (prātiçākhya) – danışıq sәslәrinin tәsnifatına görә mühüm әhәmiyyәt daşıyan, hәmçinin ayrı-ayrı qrammatik müşahidәlәri әhatә edәn fonetik traktatlarla tәmsil olunmuşdur. İnkişaf etmiş halda H.d.ә. sanskriti şәrh edәn aşağıdakı әsas mәtn tiplәri ilә tәqdim olunur. Q r a m m a t i k a l a r. Qrammatikalardan әn mühümü Panininin “Aştadhyayi” – “Sәkkiz kitab” (e.ә. 5 әsr) әsәridir; Çandra (5 әsr) vә Caynendranın (7 әsr) әsәrlәri dә mәlumdur. Panininin әsәrindә ondan әvvәl yaşayıb-yaratmış hind dilçilәrindәn Bharavici, Şakatayna, Apişali, Şakalyi, Qarqü vәb.-nın qrammatika kitablarının adı çәkilir, lakin hәmin әsәrlәr dövrümüzәdәk gәlib çatmamışdır. H.d.ә.-ndә qrammatika yüksәk dәrәcәdә formalaşdırılmış tәqr. 4 min qaydadan (qayda – sūtra) ibarәt sistem-proqramdır. Proqram, әsasәn, nizamlı deyil, aydın olmayan, izaha ehtiyac duyulan çarpaz dәlillәr vә proqramaltılar çoxdur. Maksimum qısalıq metodoloji qaydadır vә qrammatikanın әzbәr öyrәnilmәsi zәrurәtindәn irәli gәlir. Belә qәnaәt yaranmışdır ki, sanskrit formalarının çoxluğu qrammatikadan törәnmişdir vә dil materialının tam qavranılması üçün zәruridir. H.d.ә.-ndә qrammatikanın başlanğıc materialına fonemlәrin vә onların variantlarının morfonoloji cәhәtdәn qaydaya salınmış siyahısı; mәnaları göstәrilmәklә söz köklәrinin tam siyahısı; adlar, zәrflәr, kömәkçi sözlәr vә qismәn şәkilçilәrin 200-dәn artıq siyahısı daxildir. Qrammatikanın vәzifәsi bu materiala әsaslanaraq, sanskritin morfonoloji vә morfoloji, qismәn sintaktik sәviyyәlәrini yaratmaqdır. Bunun üçün o cümlәdәn süni morfemlәrdәn (adәtәn, birfonemli olan, әsl morfemlәrә vә bir-birinә birlәşdirilәn, sözdüzәltmә vә sözdәyişmә xüsusiyyәtlәrini ifadә edәn) ibarәt sistemdәn istifadә olunur. H.d.ә.-ndә söz-formalar vә әsaslandırılmış sözlәr törәmә sözlәrdәn fәrqlәndirilir. Panininin qrammatika kitabında qәdim hind dilindә dialektlәrin mövcudluğu vә dialekt xüsusiyyәtlәri dә izah olunmuşdur. Hind, elәcә dә dünya dilçiliyi tarixindә müqayisәli metoddan, epizodik olsa da, ilk dәfә Panini istifadә etmişdir. Panini vә Çandranın qrammatikalarına ölü şәkilçilәrin kökә birlәşmәsi ilә yaranan adların siyahısı – “una disutra” әlavә edilmişdir. Tәqr. 1,5 min leksik vahidi әhatә edir. İ z a h e d i c i ә d ә b i y y a t, әsasәn, “Sәkkiz kitab”ın mәtni әsasında yaranmışdır. Katyayananın (e.ә. 3 әsr) “Əlavәlәr” (“Vārttika”), Patancalinin (e.ә. 2 әsr) “Böyük şәrh” (“Mahābhāşya”), Vamana vә Cayadityanın (7 әsr) “Benares” (“Kācikā”), Nageşanın (18 әsr) “İzahetmә” (“Uddyota”) әsәrlәri onlardan әn mühümüdür. Bu әsәrlәrin başlıca mәqsәdi nәzәrdә tutulanın izahı, sutraların misallarla tәmin edilmәsi, görünәn tәzadların aradan qaldırılmasıdır. Eyni zamanda, ümumi dilçilik problemlәri dә (göstәrilәnin mahiyyәti, sözün mәna tiplәri) ötәri nәzәrdәn keçirilir. Qrammatikada rast gәlinmәyәn bir sıra anlayışlar tәtbiq edilir: adhikāra “operator mötәrizәsi”, parib hāsā “metaqayda”. 5 әsr hind dilçisi Yaska pratişakhyaların әnәnәsinә әsaslanaraq, sözlәri nitq hissәlәrinә görә tәsnif etmişdir: ad, feil, önlük vә әdat. E.ә. 1-ci minilliyin әvvәllәrindә hindlilәr ilk l ü ğ ә t l ә r i n i yaratmışlar. Niqhantavas adlanan bu lüğәtlәrdә vedaların dilindә rast gәlinәn vә o dövrdә başa düşülmәyәn sözlәr verilirdi. Lüğәtlәr dә qrammatikalar kimi әzbәr öyrәnmәk üçün nәzәrdә tutulmuşdur. 7 mindәn 14 minә qәdәr sözün olduğu 2 qrupu әhatә edir. Əvvәlcә xüsusi (allahlar, epos qәhrәmanları, toponimlәr vә s.) vә ümumi (konkret, mücәrrәd vә s.) adlar, sifәtlәr verilir ki, bunların da mәcmusu adların әsas leksika fondunu tәşkil edir. Eyni zamanda bu, ümumi mәdәniyyәt sahәsinә aid bütün obyekt (әşya, cisim, şey, mövzu) adlarının siyahısıdır. Sözlәrin mәcazi mәnası, arxaizmlәr, peşә ilә mәhdudlaşan sözlәr vә mәnalar lüğәtlәrә salınmır. Daha sonra, zәrf vә kömәkçi sözlәr siyahısı izahları ilә birgә verilir. Lüğәtlәrdәn әn mәşhuru Amarasinhinin (5 әsr) 3 kitabdan ibarәt “Adlar vә qrammatik cinslәrin öyrәnilmәsi”dir (“Nāmalingānuçāsana”). D ә r s v ә s a i t l ә r i dә Panininin әsәrinә әsaslanır. “Prinsiplәrin ay işığı” (17 әsr) onların әn mühümüdür. “Sәkkiz kitab”dan daha sadә qurulmuş Vopadevanın (14 әsr) qrammatikası da bu qrupa daxildir. Orta hind dillәri (prakritalar) haqqındakı әsәrlәr dә sanskritә dair әlavә әsәrlәr hesab edilir, çünki H.d.ә. onları sanskritin üslubi müxtәlifliyi kimi nәzәrdәn keçirir. Prakrita bütün dil sәviyyәlәrindә sanskrit etalonundan kәnaraçıxmaların mәcmusu kimi göstәrilir. Prakrit qrammatikalarının sutraları [müәlliflәr – Vararuçi Katyayana (e.ә. 3–2 әsrlәr), Hemaçandra (12 әsr)] sanskrit fonemlәri, şәkilçilәri, sonluqları, әsasları, köklәri vә kömәkçi sözlәrinin prakrita ilә ardıcıl әvәzlәnmәsini tәyin edirlәr. Sanskrit qrammatikasındakı 4 min sutranın qarşılığında prakrita qrammatikası tәqr. 400 sutranı әhatә edir. Prakrita lüğәtlәrinә yalnız qrammatika qaydalarına görә sanskritdәn çıxarılmayan sözlәr daxildir. 6–7 әsrlәrdәn fonetikaya, sanskrit qrammatikasının xüsusi mәsәlәlәrinә, klassik müәlliflәrin dil xüsusiyyәtlәrinә dair әsәrlәr, terminoloji lüğәtlәr, arxaizmlәr lüğәtlәri vә s. meydana çıxmışdır. Semiotika problemlәri eramızın ilk әsrlәrindәn vayyakarana, nyaya vә mimans fәlsәfi mәktәblәrin dә işlәnilmişdir. H.d.ә. Asiyanın bir çox dilçilik әnәnәsinin formalaşmasına hәll edici tәsir göstәrmiş, hind-avropaşünaslığın yaradılmasına tәkan vermişdir.
Əd.: R ә c ә b o v Ə.Ə. Dilçilik tarixi. B., 1988; А л п а т о в В.М. История лингвистических учений. М., 2005.










