HİND DİLİ – Hindistanın rәsmi vә әsas әdәbi dillәrindәn biri. Əsasәn, Hindistanın şm.-ında (Uttar-Pradeş, Madhya-Pradeş, Haryana, Bihar, Racәsthan, Himaçal-Pradeş vә digәr ştatlar, Dehli Milli paytaxt әrazisi) yayılmışdır. Birinci dil kimi danışanların sayı 490 mln. (2009), ikinci dil kimi danışanların sayı 120 mln.-dan 225 mln. nәfәrә qәdәrdir (2000 illәrin әvvәli). H.d. hind-ari dillәrindәn biridir. Dialektlәri struktur fәrqlәrinә malik olan 2 qrupa ayrılır: qәrb (khari boli, hariani, brac, kanauci vә bundeli) vә şәrq (avadhi, baqheli, çhattisqarhi). Daha geniş mәnada “H.d.” anlayışı qonşu dialektlәr vә dillәr qrupuna da aid edilir: bihari (bhocpuri, maythili, maqahi), racәsthani (marvari, mevari, malvi vә s.) vә pahari (kumaoni, qarhvali, himaçali vә s.). H.d. yaxın qohum dillәr arasında hәm coğrafi, hәm dә tipoloji baxımdan mәrkәzi yer tutur: qәdim flektiv formalar q.-dә yayılmış dillәrә nisbәtәn bu dildә daha azdır; hәmçinin aqlütinasiya ş. dillәrindәki (benqal dili vә s.) qәdәr inkişaf etmәmişdir. Vokalizmi üçün mәnafәrqlәndirici uzunluq vә burun saitlәri xarakterikdir. Samitlәr hind-ari dillәrinin çoxunda olduğu kimi, 5 әsas lokal sıraya bölünür, partlayan samitlәr kar-cingiltili vә nәfәssiz-nәfәsli olaraq, qarşılaşdırılır. H.d. morfologiyasında isimlәr dә qoşmalarla, feillәrdә kömәkçi feillәrlә düzәlәn analitik formalar çoxdur. Sintaksisi üçün tәsirli feilin bitmiş tәrzi ilә ifadә olunmuş xәbәrlә düzәlәn erqativ cümlә quruluşu xarakterikdir. Urdu dilindәn fәrqli olaraq, H.d.-ndә sanskrit dilinin leksik vә söz düzәldici vasitәlәrindәn geniş istifadә olunur. Khari boli dialektinә әsaslanan müasir hind әdәbi dili 19 әsrin әvvәllәrindәn (daha әvvәl brac vә avadhi dialektlәrindә poeziya olmuşdur) formalaşır; poeziya isә 19 әsrin sonlarından yaradılır. Yazıda devanaqaridәn (bax Hind yazısı) istifadә edilir.










