HİNDARX – Azәrb. Resp.-nın Ağcabәdi r-nun da qәsәbә. Hindarx ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 24 km q.-dә, Qarabağ düzündәdir. Əh. 9740 (2020); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam vә 2 ümumi orta mәktәb, musiqi mәktәbi, uşaq bağçası, 2 kitabxana, 3 klub, poçt, xәstәxana, ATS var. Yerli әhalinin mәlumatına görә, yaşayış mәntәqәsi 16 әsrdә salınmışdır. Rәvayәtә görә, Azәrb. şairi M. Füzulinin hindli olan yeznәsi Boyat k.-nin yaxınlığından bu yerә arx çәkdirmiş vә hәmin arxın әtrafında yaranmış yaşayış mәntәqәsi dә onun şәrәfinә “Hindarx” adlandırılmışdır. Kәndә Hind Vәli adlı şәxsin, hәmçinin hindistanlı mühәndisin arx çәkmәsi ilә bağlı rәvayәtlәrdә var. H.-da arxeoloji abidәlәrdәn Eneolit dövrünә aid Yastıtәpә yaşayış yeri, Eneolit, Erkәn vә Orta Tunc dövrlәrinә aid Çaqqallı tәpә yaşayış yeri, Tunc dövrünә aid Qazan tәpә, Görüştәpә, Qәbiristanlıq tәpә, Qasımtәpә, Quştәpә, Hüseynbәy kurqanları, Adsız kurqanlar var.










