HİND-ARİ DİLLƏRİ, h i n d d i l l ә r i – qәdim hind dilindәn intişar tapan vә genetik cәhәtdәn qohum olan dillәr qrupu; hind-İran dillәrinә daxildir. Şimali vә Mәrkәzi Hindistanda (hind, urdu, benqal, Pәncab, maratha, Qucarat, oriya, Assam, sindh dillәri vә s.), Pakistanda (urdu, Pәncab, sindh), Banqladeşdә (benqal dili), Şri-Lankada (sinqal dili), Maldiv Resp.-nda (Maldiv dili), Nepalda (Nepal dili); bu bölgәnin xaricindә qaraçı dillәri vә parya dili (Tacikistan) yayılmışdır; bax Hind-ari xalqları. Bu dildә danışanların ümumi sayı tәqr. 1 mlrd. nәfәrdir (21 әsrin әvvәli). H.d. inkişafının ә n q ә d i m d ö v r ü veda dili (tәqr. e.ә. 12 әsrdәn işlәnәn ayin dili) vә sanskritin bir sıra әdәbi növlәri [epik (e.ә. 3–2 әsrlәr), epiqrafik (eramızın ilk әsrlәri), klassik sanskrit (yüksәliş dövrü 4–5 әsrlәr)] ilә tәmsil olunmuşdur. Veda dilindәn fәrqlәnәn dialektә aid bәzi hind-ari sözlәrinә (tanrı, çar adları, atçılıq terminlәri) e.ә. 15 әsrdәn başlayaraq, mitanni ari adlandırılan dildәki Ön Asiya sәnәdlәrindә rast gәlinir. Fonetik-fonoloji sәviyyәdә qәdim hind dili üçün partlayan, küylü, nәfәsli, dilucu (serebral) fonemlәrin olması, sadә saitlәrin uzunluq-qısalıq baxımdan bütün tip hecalarda fonoloji qarşılaşması, sözün sonunda saitlә yanaşı, samitin dә işlәnmәsinin mümkünlüyü, samitlәrin, xüsusilә sözün ortasında, birlәşmәsi sәciyyәvidir. Qәdim hind morfologiyasının әsasında kök vә şәkilçidә saitlәrin keyfiyyәtcә әvәzlәnmәsi sistemi dayanır. Dil inkişaf etmiş sintetik quruluşa malikdir. Qrammatik mәna ad vә feil әsaslarının bu vә ya digәr sonluq sıralarının birlәşmәsi yolu ilә verilir. Adlarda 8 hal, 3 kәmiyyәt, feillәrdә 3 şәxs, 3 kәmiyyәt, 6–7 zaman, 4–6 şәkil, 3 növ var. Feil paradiqması onlarla xüsusi flektiv forma ilә ifadә olunur. Sözdüzәltmәdә önşәkilçi vә şәkilçi çox işlәnir, bir sıra şәkilçi kök saitin әvәzlәnmәsinin müәyyәn dәrәcәsini tәlәb edir. Sintaksisdә feili xәbәr, әsasәn, sonda vә tәyin әvvәldә olmaqla söz sırası sәrbәstdir. H.d. inkişafının o r t a h i n d d ö v r ü e.ә. 1-ci minilliyin ortalarına doğru әvvәl şifahi, sonra isә yazılı formada işlәdilәn çox saylı dil vә dialektlә tәmsil olunmuşdur. Onlardan әn qәdimi pali dilidir (buddizm kanonlarının dili), sonra prakritalar (Aşoka kitabәlәrinin prakritaları daha arxaikdir) vә apabhranşadır (1-ci minillikdә prakritaların inkişafı nәticәsindә yaranan vә yeni hind dillәrinә keçid olan dialektlәr). Qәdim hind dili ilә müqayisәdә orta hind dili üçün fonetik-fonoloji sәviyyәdә samit birlәşmәlәrindә kәskin mәhdudiyyәtlәr, söz sonunda samitin olmaması, intervokal partlayan samitlәrin dәyişmәsi, burun sait fonemlәrinin meydana çıxması, sözdә ritmik qanunauyğunluqların güclәnmәsi xarakterikdir (saitlәr uzun-qısalıq baxımdan yalnız açıq hecalarda qarşılaşdırılır). Bu fonetik dәyişikliklәr nәticәsindә sözün morfem quruluşunun aydınlığı itir, saitlәrin morfonoloji әvәzlәnmәlәri sistemi yox olur vә fleksiyanın fәrqlәndirici gücü zәiflәyir. Morfologiyada hallanma tiplәrinin vahid şәklә salınmasına, ad vә әvәzlik hallanmalarının qarışdırılmasına, hal paradiqmasının güclü sadәlәşdirilmәsi vә qoşmayabәnzәr kömәkçi sözlәrin inkişafına, feil kateqoriyalarının bütöv sırasının yox olması vә şәxsi formaların işlәnmә dairәsinin daralmasına meyil özünü göstәrir. Sintaksisdә cümlә quruluşunun standartlaşdırılmasına gәtirib çıxaran әlavә mәhdudiyyәtlәr meydana çıxır. H.d. inkişafının y e n i h i n d d ö v r ü 10 әsrdәn sonra başlayır. 30 böyük dil vә bәzәn bir-birindәn olduqca fәrqlәnәn çox sayda dialektlә tәmsil olunmuşdur. Yeni hind dillәri üçün ümumi qәbul olunmuş tәsnifat yoxdur. Bu sahәdә ilk tәşәbbüsü 1880-ci illәrdә ingilis dilçisi A.F.R.Hörnle etmişdir. C.A.Qrirson (B.Britaniya, İrlandiya; 1920-ci illәr, 1931 ildә yenidәn işlәnilmişdir) vә S.K.Çattercinin (1926) tәsnifatları daha geniş mәlumdur. Qrirsonun tәsnifatının әsasında sonralar әksәr alimlәr tәrәfindәn qәbul edilmәmiş “xarici” (periferiya) vә “daxili” dillәrin fәrqlәndirilmәsi dayanır. Daha sonra R.L.Törner (B.Britaniya; 1960), S.M.Katre (Hindistan; 1965), Niqam (Hindistan; 1972), C.Kardona (ABŞ; 1974) öz tәsnifatlarını tәklif etmişlәr. H.d.-nin a d a (sinqal vә Maldiv dillәri) vә m a t e r i k bölgüsünü ümumәn qәbul edilmiş bölgü hesab etmәk olar. Sonuncunu, adәtәn, qruplara ayırırlar: mәrkәzi (qәrbi hind, urdu; müxtәlif tәsnifatlarda Şәrqi Pәncab, şәrqi hind, bihar vә qәrbi vә şm. qrupunun bütün dillәri), şimal- qәrbi [Şәrqi Pәncab, Qәrbi Pәncab, yaxud lahnda (landa, sirayki, hindko, khetrani), doqri, qәrbi pahari, qocri (qucari), dumaki, sindh], şimali [mәrkәzi pahari (kumauni vә qarhvali), Nepal dili (şәrqi pahari)], şәrqi [Assam dili, benqal dili, racbansi, bişnupriya, oriya, halbi, bihar (maythili, maqahi, bhocpur, sadri, angika), tharu, şәrqi hind], qәrbi (Qucarat, bhili, khandeşi, ahirani, pavri, savraştra, Racәsthan, lambadi), cәnub-qәrbi (marath, konkani). Mәrkәzi qrupun dillәrinә yaxın olan parya vә qaraçı dillәri (Avropa qaraçı dili, boşa, domari) әtraf әyalәtlәrdә yayılmışdır. Müasir H.d. müәyyәn dәrәcәdә prakrita dillәrinә xas tәmayüllәrin sonrakı inkişafı vә müxtәlif dil ittifaqlarının yaranmasına gәtirib çıxaran dillәrarası әlaqәlәrin olması ilә izah olunan bir sıra ümumi xüsusiyyәtlәri özündә birlәşdirir. Bu dillәrin fonoloji sistemindә 30–50 arası vә daha çox fonemin olduğu ehtimal edilir. Bütövlükdә ümumi hind fonoloji modeli üçün nәfәsli vә dilucu samit sәslәrin olması xarakterikdir. Ən çox yayılmış konsonantizm modelinә 5 sıra samit daxildir. Cingiltili samitlәrin nәfәsli sәslәr kimi qarşılaşması müasir H.d. sırasında seqment vә prosodik hüdudda tәzahür edәn hadisә kimi şәrh edilir; Pәncab, lahnda, qәrbi pahari vә şәrqi benqal dialektlәrindә bu, tonların prosodik qarşılaşmasıdır. Əksәr dillәrdә (maratha, sinqal vә Maldiv dillәrindәn başqa) saitlәr üçün burun qarşılaşması fonolojidir, uzunluq-qısalıq qarşılaşması isә fonoloji deyil (sinqal vә Maldiv dillәrindәn başqa). Müasir H.d. üçün ümumiyyәtlә samit fonemin әvvәldә birlәşmәmәsi sәciyyәvidir. Müasir H.d.-nin morfologiyasında ardıcıl proseslәrin müxtәlif mәrhәlәlәri әks olunmuşdur: qәdim fleksiyanın itirilmәsi – analitik formaların işlәnmәsi – onların әsasında yeni aqlütinativ fleksiyanın, yaxud qәdim fleksiyaya nisbәtәn daha az mәnalar ifadә edәn yeni sintetik fleksiyanın yaradılması. Müasir H.d.-nin morfoloji quruluşunun tipoloji cәhәtdәn öyrәnilmәsinә әsasәn Q.A.Zoqrafonları 2 tipә ayırır: “qәrbi” vә “şәrqi”. “Qәrb” tipli dillәrdә qrammatik mәnalar flektiv vә analitik göstәricilәrlә verilir, özü dә ikincilәr iki vә üç yaruslu formant sistemlәri yaratmaqla birincilәrә birlәşir. “Şәrq” tipli dillәrdә bu mәnalar analitik göstәricilәrin artırıla bildiyi aqlütinativ göstәricilәrlә verilir. “Qәrb” dillәrindә cins qrammatik kateqoriyası (2 cins) var, “şәrq” dillәrindә isә yoxdur. “Qәrb” dillәrindә sifәt 2 yarımsinfә ayrılır: dәyişәn vә dәyişmәyәn, “şәrq” dillәrindә sifәtlәr dәyişmir. Müasir H.d.-nin sintaksisinә feil (cümlәnin sonunda) vә onunla bağlı sözlәrin yerinin sabit olması, kömәkçi sözlәrin geniş yayılması xarakterikdir. “Qәrb” dillәri üçün erqativ quruluş, yaxud onun fәrqli variantları sәciyyәvidir, “şәrq” dillәrinә isә bu xas deyil. Müasir H.d.-nin leksikasında bir sıra sözlәr ayırd edilir: tadbhava – prakrita dillәrindәn keçәrәk müasir vәziyyәtinә gәlmiş qәdim yerli sözlәr; tatsama – sanskritdәn alınma sözlәr; deşya –mәnbәyi sanskrit olmayan sözlәr, qәdim hind dövrü dialektizmlәri, Hindistanın qeyri-ari dillәrindәn alınma sözlәr. Ərәb, fars, ingilis vә s. dillәrdәn dә iqtibaslar var. Müasir H.d. arealının müxtәlif yerlәrindә ümumi model üzәrinә xüsusiyyәtlәr әlavә edilir. Dil ittifaqının xüsusiyyәtlәri bәzi H.d.-ni dravid dillәri ilә birlәşdirir: sinqal dilini tamil, marathanı kannada ilә. Sindh, Pәncab, pahari “Himalay” dil ittifaqının digәr dillәri, o cümlәdәn, dard dillәri vә Tibet dillәri ilә bir sıra ümumi әlamәtlәrә malikdir. H.d.-ndә köklәri tarixәn brahmiyә gedib çıxan çoxsaylı әlifbalar işlәdilir (devana qari, qurmukhi vә s.). Şimali vә Şimal-Qәrbi Hindistanın bәzi dillәri әrәb-fars qrafikasından istifadә edir (urdu, sindh, lahnda).










