Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİND-AVROPA DİLLƏRİ 
    HİND-AVROPA DİLLƏRİ – Avrasiyanın әn böyük dil ailәlәrindәn biri. Son beş әsr әrzindә hәmçinin Şimali vә Cәnubi Amerikada, Avstraliyada vә qismәn Afrikada da yayılmışdır. Böyük coğrafi kәşflәr dövründәn әvvәl H.-A.d. q.-dә İrlandiyadan ş.-dә Şәrqi Türküstana, şm.-da Skandinaviyadan c.-da Hindistana qәdәr olan әrazini әhatә etmişdir. Bu dil ailәsinә ümumilikdә tәqr. 2 mlrd. adamın (2007) danışdığı tәqr. 140 dil daxildir, daşıyıcılarının sayına görә birinci yeri ingilis dili tutur. H.-A.d.-nin öyrәnilmәsi müqayisәli-tarixi dilçiliyin inkişafında mühüm rola malikdir. H.-A.d. qәdimliyi etibarilә dilçilәr tәrәfindәn әsaslandırılan ilk dil ailәlәrindәndir. Elmdә digәr dil ailәlәrini, adәtәn, H.-A.d.-nin tәdqiqi tәcrübәsinә әsaslanaraq fәrqlәndirmişlәr. Mәhz H.-A.d.-nin öyrәnilmәsi gedişindә ilk dәfә ulu dil, müntәzәm fonetik uyğunluqlar, dilçilik rekonstruksiyası, dillәrin genealoji ağacı haqqında fikirlәr formulә olunmuş, müqayisәli-tarixi metod işlәnib hazırlanmışdır. Hind-Avropa dil ailәsinә aşağıdakı qollar (qruplar; o cümlәdәn bir dildәn ibarәt) daxildir: hind-İran dillәri, yunan dili, italik dillәri (o cümlәdәn latın dili), latın dili nәslindәn olan roman dillәri, kelt dillәri, german dillәri, Baltika dillәri, slavyan dillәri, ermәni dili, alban dili, hett-Luviya dillәri (Ana dolu) vә toxar dillәri. Bu ailәyә bir sıra ölü dillәr dә daxildir: Frigiya dili, Frakiya dili, İlliriya dili, messap dili, venet dili, qәdim Makedoniya dili. Mәlum olan hәr hansı bir qola (qrupa) әminliklә aid edilmәyәn bu dillәr, ehtimal ki, ayrı-ayrı qolları (qrupları) tәşkil edir. Şübhәsiz, digәr H.-A.d. dә mövcud olmuşdur. Onlardan bәzilәri tamamilә sıradan çıxmış, digәrlәri isә özü haqqında toponimika vә substrat leksikada az iz qoymuşdur. Bu izlәrә әsasәn bәzi H.-A.d.-ni bәrpa etmәyә cәhd göstәrilmişdir. Belә rekonstruksiyalardan әn geniş mәlum olanı pelasq dili (Qәdim Yunanıstanın yunanlardan әvvәlki әhalisinin dili), elәcә dә slavyan vә Baltika dillәrindә iz (alınma sözlәr) qoyduğu ehtimal edilәn kimmeri dilidir. Bu dillәrin dәqiq genetik mәnsubiyyәtini müәyyәn etmәk çәtindir. Son bir neçә әsr әrzindә H.-A.d.-nin yayılması gedişindә german vә roman dillәri әsasında onlarla yeni dil – picinlәr formalaşmış, onlardan bәzilәri sonradan kreollaşaraq, hәm qrammatik, hәm dә funksional cәhәtdәn dolğun dilә çevrilmişdir: Syerra-Leone, Qambiya vә Ekvatorial Qvineyada tok-pisin, bislama, krio; Seyşel a-rında seşelva, Haiti, Mavriki, Reyunyon kreol dillәri; Papua-Yeni Qvineyada unzerdoyç; Kolumbiyada palenkero; Aruba, Bonayre vә Kürasao adalarında kabuverdyanu, krioulo. Bundan başqa, esperanto tipli bәzi beynәlxalq süni dillәr dә H.-A.d. hesab olunur. Ulu hind-Avropa dil özülünün parçalanması e.ә. 4-cü minillikdәn gec olmayaraq ehtimal edilir. Hett-Luviya dillәrinin әn qәdim dövrdә ayrılması şübhә doğurmur, toxar dillәrinә dair mәlumatlar az olduğundan toxar qolunun ayrılma dövrü mübahisәlidir. Müxtәlif hind-Avropa qollarını öz aralarında birlәşdirmәyә cәhd edilmişdir (mәs., Baltika vә slavyan dillәrinin xüsusi yaxınlığı haqqında fәrziyyәlәr mövcuddur). Hind-ari dillәri vә İran dillәrinin (hәmçinin dard dillәri vә Nuristan dillәrinin) hind-İran qolunda birlәşmәsi müddәası geniş yayılmışdır. Baltika-slavyan birliyi bir qәdәr mübahisәlidir. Hind-Avropa dil mәkanı müxtәlif dil xüsusiyyәtlәrinә görә fәrqli tәsnif olunur. Belә ki, hind-Avropa dil araxası samitlәrinin inkişafı nәticәsindә H.-A.d. satem dillәri vә kentum dillәrinә, hal sonluqlarında müxtәlif sәslәrin (bh vә m) işlәdilmәsinә görәmi dillәri (german, Baltika, slavyan) vә -bhi dillәrinә (hind-İran, italik, yunan) ayrılır. Mәchul növün müxtәlif göstәricilәri bir tәrәfdәn italik, kelt, Frigiya vә toxar dillәrini (-r göstәricisi), digәr tәrәfdәn yunan vә hind-İran dillәrini (-i göstәricisi) birlәşdirir. Keçmiş zaman mәnasını verәn xüsusi feil önşәkilçisinin (auqment) olması yunan, Frigiya, ermәni vә hind-İran dillәrini digәrlәri ilә qarşı-qarşıya qoyur. H.-A.d.-nin istәnilәn cütü üçün digәr dillәrdә olmayan bәzi ümumi әlamәtlәri vә leksemlәri tapmaq mümkündür; dalğalar nәzәiyyәsi bu müşahidә әsasında yaranmışdır. Hind-Avropa dil ailәsinin müxtәlif qollarına aid dillәrdә qәdim yazılı abidәlәrin kifayәt qәdәr olması (e.ә. 17 әsrdәn hett-Luviya dillәri abidәlәri, e.ә. 14 әsrdәn yunan dili abidәlәri mәlumdur, Riqveda nәğmәlәrinin dili tәqr. e.ә. 12 әsrә, qәdim fars dili abidәlәri e.ә. 6 әsrә aiddir, italik dillәrinin abidәlәri e.ә. 7 әsrin axırlarından mәlumdur) hind-Avropa ulu dilinin rekonstruksiyasını asanlaşdırır. Bundan әlavә, xeyli sonralar yazı әldә edәn bәzi dillәr özündә çox sayda arxaik әlamәtlәr saxlamışdır. Boğaz samitlәri qismәn hett-Luviya dillәrindәki h, hh samitlәri, qismәn dә sistem mülahizәlәri әsasında yenidәn bәrpa olunur. Boğaz samitlәrinin sayı onların dәqiq fonetik izahı kimi tәdqiqatçılar tәrәfindәn müxtәlif şәkildә göstәrilir. Müxtәlif әsәrlәrdә H.-A.d.-ndәki partlayan samitlәr sisteminin quruluşu eyni şәkildә әks olunmamışdır: bәzi alimlәrin fikrincә hind-Avropa ulu dili kar, cingiltili vә cingil tili-nәfәsli samitlәri ayırd etmiş, bәzilәrinin fikrincә isә kar, abruptiv vә cingiltili, yaxud kar, güclü vә cingiltili samitlәr qarşılaşdırılmışdır. Hind-Avropa ulu dilindә 4 sıra partlayan samitlәrin fәrqlәnmәsinә dair fikirlәr dә mövcuddur: cingiltili, kar, cingiltili-nәfәsli vә kar-nәfәsli (mәs., sanskritdә olduğu kimi). Rekonstruksiya olunmuş hind-Avropa ulu dili qәdim H.-A.d. kimi inkişaf etmiş hal sisteminә, zәngin feil morfologiyasına, mürәkkәb quruluşlu vurğu sisteminә, adlar vә feillәr 3 növ kәmiyyәtә (tәk, ikili, cәm) malikdir. Hind-Avropa ulu dilindәki bir sıra qrammatik kateqoriyaların rekonstruksiyasını әn qәdim H.-A.d.-ndә (hett-Luviya dillәrindә) müvafiq formaların olmaması çәtinlәşdirir: bu vәziyyәt hәmin kateqoriyaların hind-Avropa ulu dilindә xeyli gec, artıq hett-Luviya qolunun ayrılmasından sonra inkişaf etdiyini, yaxud hett-Luviya dillәrinin qrammatik sisteminin әhәmiyyәtli dәyişikliklәrә mәruz qaldığını göstәrir. Hind-Avropa ulu dili sözdüzәltmә, o cümlәdәn sözyaratma imkanlarının çoxluğu, tәkrarlardan istifadә ilә xarakterizә olunur. Onda istәr avtomatik şәkildә, istәrsә dә qrammatik funksiyanı yerinә yetirәrkәn baş verәn sәslәrin әvәzlәnmәsi geniş әks olunmuşdur. Sintaksisi üçün sifәt vә işarә әvәzliklәrinin tәyinolunan isimlә cins, kәmiyyәt vә hala görә uzlaşması, enklitik әdatların işlәdilmәsi sәciyyәvi olmuşdur. Cümlәdә söz sırasının sәrbәst olduğu ehtimal edilir [ola bilsin ki, “mübtәda (S) + vasitәsiz tamamlıq (O) + xәbәr (V)” sırasına daha çox üstünlük verilmişdir]. Hind-Avropa ulu dili haqqında baxışların yenidәn nәzәrdәn keçirilmәsi vә dәqiqlәşdirilmәsi davam edir; bu, yeni mәlumatların aşkar olunması vә ümumilikdә insan dilinin yaranması haqqındakı biliklәrin genişlәnmәsi ilә şәrtlәnir. Hind-Avropa ulu dilinin leksik fondunun rekonstruksiyası ulu hind-avropalıların mәdәniyyәti, hәmçinin onların ilk vәtәni haqqında fikir söylәmәyә imkan verir. V.M.İlliç-Svitıçın nәzәriyyәsinә görә, hind-Avropa dil ailәsi nostratik makroailәnin tәrkib hissәsidir. H.-A.d.-nin tipoloji müxtәlifliyi olduqca genişdir. Onlar arasında әsas söz sırası olan dillәrә rast gәlinir: SVO (mәs., rus vә ingilis dili), SOV (mәs., hind-İran dillәrinin çoxu), VSO (mәs., irland dili). H.-A.d.-nin bәzilәri önlükdәn, digәrlәri qoşmadan istifadә edir; bәzilәri nominativdir, bәzilәrindә erqativ quruluş var; bәzilәri hind-Avropa hal sisteminin әhәmiyyәtli hissәsini saxlamışdır, bәzilәri itirmişdir, bәzilәri isә qoşmalardan yeni hallar yaratmışdır; bәzilәri müstәqil mәnası olan sözlәrin daxilindә (sintetizm), bәzilәri isә xüsusi kömәkçi sözlәr vasitәsilә qrammatik mәna ifadә etmәk (analitizm) imkanına malikdir. H.-A.d.-ndә izafәt (İran dillәri), qrup fleksiyası (toxar dillәri), inklüziv vә eksklüziv qarşılaşma kimi hadisәlәr tapmaq mümkündür. Müasir H.-A.d.-ndә yunan әlifbası әsasındakı yazılardan, brahmi yazısından, bәzilәrindә sami mәnşәli yazılardan istifadә olunur. Bir sıra qәdim dillәrdә mixi yazıdan, heroqliflәrdәn, qәdim keltlәrdә isә oqami yazısından istifadә edilmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 