HİNDENBURQ (Beneckendorff und von Hindenburg) Paul fon (2.10.1847, Polşa, indiki Poznan – 2.8.1934, Frayştadt; Polşada, indiki Kiselitse yaxınlığındakı Noydek malikanәsi) – Almaniya hәrbi vә dövlәt xadimi, gen.-feldmarşal (1914), Almaniyanın prezidenti (1925 ildәn). Prussiyalı zabit ailәsindәndir. 1859 ildәn Valştadtdakı (Polşa, indiki Leqniske-Pole) kadet korpuslarında, sonra isә Berlindә tәhsil almışdır. 1866 ildә zabit rütbәsi almışdır. Avstriya-Prussiya müharibәsi (1866) vә Fransa-Prussiya müharibәsindә (1870–71) әn böyük vuruşmaların iştirakçısı olmuşdur. 1897 ildә gen.-m., 1900 ildә gen.-l., 1903 (digәr mәlumata görә, 1905) ildә piyada qoşunları gen.-ı rütbәlәrini almışdır. 1911 ilin martında istefaya çıxmışdır. Birinci dünya müharibәsinin әvvәlindә sәfәrbәr edilәn H. 1914 il avqustun 22-dә Şәrqi Prussiyadakı 8-ci ordunun komandanı tәyin olunmuşdur. H.-un tabeliyindә olan qoşunların avqustun sonu – sentyabrın ortalarında Şәrqi Prussiya әmәliyyatını (1914) aparan 1-ci vә 2-ci rus ordularını mәğlubiyyәtә uğratması H.-a Almaniyada böyük şöhrәt qazandırmışdı. 1914 ilin avqustunda gen.-polk., noyabrında gen.-feldmarşal rütbәlәrini almış, noyabrın 1-dә Şәrq cәbhәsindәki bütün alman qoşunlarının baş komandanı tәyin edilmişdir. 1916 ilin avqustunda baş qәrargaha rәhbәrlik etmәklә faktiki olaraq Almaniya silahlı qüvvәlәrinin baş komandanı idi. Almaniya ordusunun hәrbi strategiyasının formalaşmasına mühüm tәsir göstәrmiş, ölkә resurslarının müharibә ehtiyaclarına sәfәrbәr edilmәsi siyasәtini yürütmüşdür. Noyabr inqilabının (1918) başlaması ilә kayzer II Vilhelmin Niderlanda getmәsinә vә Antanta ilә sülh bağlanmasına tәkid etmişdir; bundan sonra sağ sosial-demokratların liderlәri ilә razılığa әsasәn cәbhәdәn etibarlı hissәlәri çıxararaq inqilabi hәrәkatın yatırılmasına yönәltmişdir. Versal sülh müqavilәsi (1919) imzalandıqdan sonra baş qәrargah rәisi vәzifәsindәn uzaqlaşaraq ordudan tәrxis olmuşdur (1919, iyul). 1919 ilin noyabrında parlamentdәki dinlәmәlә r -dә inqilabi qüvvәlәrin alman ordusuna “bıçaqla vurduğu arxadan zәrbә” haqqında tezisini әsaslandırmışdır. 1925 ilin yazınadәk Hannoverdә yaşamışdır. 1925 ilin aprelindә mühafizәkar partiyalar tәrәfindәn prezidentliyә namizәdliyi irәli sürülmüşdür. Seçkilәrdә qәlәbәdәn sonra reyxsver komandanlığının vә yunker dairәlәrinin güclü tәsiri altında olmuşdur. 1920-ci illәrin sonunda demokratik institutların vә parlamentin sәlahiyyәtlәrinin mәhdudlaşdırılmasının vә monarxiyanın bәrpası yolunda pillә kimi prezident idarә üsuluna keçidin zәruriliyi fikrinә daha çox meyil göstәrmişdir. 1920-ci illәrin sonu – 1930-cu illәrin әvvәllәrindә dünya iqtisadi böhranı vә әnәnәvi partiyaların parlament çoxluğu әsasında hökumәti formalaşdırmaq imkanlarını itirmәsi şәraitindә fәaliyyәt qabiliyyәti prezident fәrmanları ilә tәmin olunan nazirlәr kabinetlәrini tәyin edirdi. 1932 ilin aprelindә mühafizәkar partiyaları vә sosial-demokratları dәstәklәyәn vә H.-u A.Hitlerә alternativ kimi görәn seçicilәr tәrәfindәn yenidәn prezident seçilmişdir. 1933 il yanvarın 30-da aparıcı alman sәnayeçilәrinin tәlәbi ilә Hitleri reyxskansler tәyin etmişdir. Reyxstaq yandırıldıqdan sonra “Xalqın vә dövlәtin müdafiәsi haqqında fәrman” vermişdir (1933, 28 fevral). Hәmin il martın 24-dә Hitlerә fövqәladә sәlahiyyәtlәr verәn qanun imzalamış, bununla da Almaniyada nasistdiktaturasının qurulmasına yol açmışdır. 80 illik yubileyi mәrasimindә Birinci dünya müharibәsi veteranları ittifaqının ona hәdiyyә etdiyi Qәrbi Prussiyadakı Noydek malika nәsindә vәfat etmiş, onun 1914 ildә әldә etdiyi qәlәbә şәrәfinә qurulmuş Şәrqi Prussiyadakı Tannenberq memorialında dәfn olunmuşdur. 1945 ilin yanvarında Qırmızı ordu yaxınlıaşdıqda H.-un cәnazәsi Marburqa aparılıb yenidәn dәfn edilmişdir.










