“HİNDİ MÜHARİBƏLƏRİ” – 16–19 әsrlәrdә Avropa müstәmlәkәçilәri, sonralar ABŞ hökumәti ilә Şimali Amerikanın yerli xalqı olan hindilәr arasında silahlı münaqişәlәr. Avropalı gәlmәlәrlә (ispanlar vә fransızlarla) ilk münaqişәlәr 16 әsrdә qeydә alınmışdır (1528 ildә P.Narvaes, 1535 ildә J.Kartye, 1539–41 illәrdә E. de Soto, 1540–42 illәrdә F.V. de Koronado, 1594 ildә A.Qutyerres, 1598–99 vә 1603 illәrdә X. de Onyate). Ağdәrili gәlmәlәrlә hindilәr (atlantikayanı alqonkinlәr) arasında iri toqquşmalar Virginiya [pouhatanlarla müharibә (1622)] vә Yeni İngiltәrә [Pekot müharibәsi (1637) vә “Kral Filipp müharibәsi” (1675–76); ingilislәr vampanoa tayfasının başçısı Metakometә “kral Filipp”lә qәbini vermişdilәr] әrazisindә baş vermişdir. Müstәmlәkәçilәrin Atlantika sahillәri boyunca vә qitәnin içәrilәrinә doğru irәlilәmәlәri nәticәsindә irokezlәr [suskvexanokilәrlә müharibә (1675), Tuskarora müharibәsi (1711–15)], hәmçinin muskoqlar (yamassilәr vә b.), siular (tutelolar, saponilәr), katabvalar münaqişәlәrә cәlb olunmuşdular. Şimali Amerikada hegemonluq uğrunda rәqabәt şәraitindә hindi tayfalarından dәstәk almağa çalışan Avropa dövlәtlәri onlarla müttәfiqlik müqavilәlәri bağlayırdılar. Hindilәr müstәmlәkә müharibәlәrindә [Kral Uilyam müharibәsi (1689–97), Kraliça Anna müharibәsi (1702–13), Kral Georq müharibәsi (1744–48), Yeddiillik müharibә (1756–63), Şimali Amerikada Fransa-hindi müharibәsi kimi tanınan münaqişә vә s.; bax hәmçinin Kanadada İngiltәrә-Fransa müharibәsi (17–18 әsrlәr)] iştirak etmişlәr. Britaniya müstәmlәkәçilәrinin Appalaçarxasına soxulması 1760-cı illәrin әvvәllәrindә Pontiakın başçılığı ilә alqonkinlәr vә irokezlәrin (delavarlar, ocibvelәr, şaunilәr, mayamilәr, ottavalar, huronlar vә b.) ilk böyük çıxışına gәtirib çıxarmışdı. Hindilәr Böyük göllәr vә Ohayo çayı rayonundakı Britaniya fortlarının çoxunu әlә keçirsәlәr dә, Detroytun vә Pitt fortunun uzunmüddәtli vә uğursuz mühasirәsindәn sonra 1766 ildә Britaniya kralının hakimiyyәtini tanımağa vә müqavimәti dayandırmağa mәcbur olmuşdular. Şimali Amerikada istiqlaliyyәt müharibәsi (1775–83) illәrindә çirokilәrin çoxu üsyançılara qarşı çıxmış [Çikamoqa müharibәsi (1776–94)], sonralar İrokezlәr liqası üzvlәri olan tayfaların bir qismi (senekalar, kayyuqalar vә moqaukilәr), delavarlar, şaunilәr, ottavalar ingilislәrin tәrәfindә müharibәyә qoşulmuşdular. 1779 ildә Amerika generalları C. Sallivan vә C. Klintonun başçılıq etdiyi ekspedisiya irokezlәrә mәxsus mәskәnlәrin çoxunu vә şauni kәndlәrinin bir hissәsini talan etmiş vә yandırmışdı. 1787 ildәn sonra Şimal-Qәrb әrazilәrinin (indiki İllinoys, Ohayo, İndiana ştatları) müstәmlәkәlәşdirilmәsi alqonkinlәrlә daha bir müharibәyә [Kiçik Tısbağa müharibәsi (1790–95)] sәbәb olmuş, 1794 il avqustun 20-dә Follen-Timbers yaxınlığındakı vuruşmada hindilәrin mәğlubiyyәti ilә nәticәlәnmişdi. 18 әsrin sonu – 19 әsrin әvvәllәrindә imzalanmış sülh müqavilәlәrinә (Qrinvill, Fort-Ueyn vә s.) görә, hindilәr geniş әrazilәri Amerika hökumәtinә güzәştә getmişdilәr. 19 әsrin әvvәllәrindә Amerika gәlmәlәrinin Qәrbdә mәskunlaşmasına qarşı şaunilәrin başçısı Tekumse vә onun qardaşı “peyğәmbәr” Tenskvatava müqavimәt göstәrirdi (1768 – tәqr. 1836). 1811 il noyabrın 7-dә Tippekano çayı yaxınlığında (indiki İndiana ştatında) Tekumse tәrәfdarları ilә gen. U.H.Harrisonun dәstәsi arasında toqquşmadan sonra hindilәr geri çәkilmәyә mәcbur olmuşdular. Az sonra Tekumse ingilislәrlә ittifaq bağlayaraq bir çox hindi tayfasının onların tәrәfindә İngiltәrә-Amerika müharibәsinә (1812–14) qoşulmasına imkan yaratmışdı. 1813 ilin oktyabrında U.H. Harrison İngiltәrә-hindi müttәfiqlәrini Tems çayı (Kanada) yaxınlığındakı vuruşmada darmadağın etmiş, Tekumse döyüşdә hәlak olmuşdu. Cәnubda mübarizәni kriklәrin konfederasiyası davam etdirmişdir [Krik müharibәsi (1813–14)]. 1814 ildә gen. E.Cekson Horsşu-Bend yaxınlığında (indiki Alabama ştatında) onların qüvvәlәrini mәğlubiyyәtә uğratmışdı. Zәnci qulların Floridaya qaçmasının qarşısını almaq mәqsәdilә gen. E.Cekson kriklәrin dәstәyi ilә Floridaya soxularaq seminolları vә onların keçmiş qullardan ibarәt müttәfiqlәrini darmadağın etmişdi [Birinci seminol müharibәsi (1817–18)]. 1830 ildә ABŞ Konqresi hindilәrin Atlantika sahillәrindәn Missisipi çayından q.-dәki әrazilәrә köçürülmәsini nәzәrdә tutan “Hindilәrin köçürülmәsi haqqında” qanun qәbul etdi. Bu qәrar hindilәrin müqavimәti ilә qarşılandı, sauklar vә fokslarla [Qara Qırğı müharibәsi (1832)], kriklәrlә (1836), seminollarla [İkinci seminol müharibәsi (1835–42)] yeni silahlı toqquşmalara gәtirib çıxardı. “Sakitlәşdirilmiş” çirokilәr, kriklәr, seminollar, çikasolar, çoktolar ABŞ hökumәti tәrәfindәn “gözyaşı cığırı” vasitәsilә “Hindi әrazisi”nә (indiki Oklaho maştatı) köçürüldülәr. Texasın ilhaqından (1845) vә Amerika-Meksika müharibәsindә (1846–48) ABŞ-ın qәlәbәsindәn sonra müstәmlәkәçilәr Missisipi çayından q.-dәki әrazilәri mәnim sәmәyә vә yerli tayfaları sıxışdırmağa başladılar. Oreqon (indiki Oreqon, Vaşinqton, Aydaho ştatları) әrazisindә kayyuslar [Kayyuslarla müharibә (1847–50)], takelmalar vә tututnilәr [Roq-River müharibәsi (1855–56)], yakimalar, valla-vallalar, yumatillalar [Yakima müharibәsi (1855–56)] vә b. ilә toqquşmalar onların qәti olaraq rezervasiyalara köçürülmәsi ilә nәticәlәndi. Cәnub- Qәrbdә (indiki Arizona, Nyu-Meksika ştatları) ABŞ-ın nizami ordusu ilә üzlәşmiş bir qrup tayfa (xikarilla-apaçilәr, yumalar, moxavelәr) münaqişәlәrin dinc yolla hәlli üçün yollar axtarmağa başladı, digәrlәri isә, mәs., apaçilәrin әsas hissәsi vә navaxolar müqavi mәtlәrini davam etdirdilәr. Navaxolarla müharibә (1863–66) bütün tayfanın xüsusi mühafizә olunan rezervasiyaya köçürülmәsi ilә nәticәlәndi. Apaçilәrlә münaqişә yalnız 1866 ildә onların sonuncu başçısı Ceronimonun tәslim olması ilә başa çatdı. Ağdәrili gәlmәlәrin Böyük düzәnliklәr әrazisinә köçmәsinә qarşı komançilәr inadlı müqavimәt göstәrmişlәr. Komançilәrin müqavimәti 18 әsrin әvvәllәrindәn ispanlarla münaqişәlәrdәn başlamış onların vә digәr tayfaların gen. F.H.Şeridanın qoşunları tәrәfindәn 1874–75 illәrdә Oklahomaya deportasiya olunmalarınadәk (Red-River müharibәsi) davam etmişdir. Dakotalara qarşı müharibәlәr [“Quzğun müharibәsi” (1862–63), “Qırmızı Bulud müharibәsi” (1866–68)] genişmiqyaslı olmuşdur. Çeyenlәr vә arapaholarla silahlı münaqişә 1864 il noyabrın 29-da Sand-Krik (indiki Big-Sandi-Krik) yaxınlığında hindilәrin qırğını ilә başa çatmışdır. 1876 ilin yayında dakotalar ilә çeyenlәrin ittifaqına başçılıq edәn Çılğın At vә Oturmuş Buğa Litl-Biqhorn çayı yaxınlığında C.A.Kasterin dәstәsini mәğlub etmişdi. Buna baxmayaraq, artıq Qara tәpәlәr uğrunda müharibәnin (1876–77) gedişindә hindilәrin qüvvәlәri tamamilә darmadağın olunmuşdu. 1871 ildә ABŞ Konqresi tәrәfindәn qәbul edilmiş qanuna әsasәn, hindilәrin mәcburi surәtdә rezervasiyalara köçürülmәsinә başlanıldı [118 rezervasiya; onların sәrhәdlәrinin müәyyәnlәşdirilmәsi zamanı hindilәr 35 mln. ha әrazini – Deyvis qanununadәk (1887) onlara mәxsus әrazilәrin 62%-ini itirdilәr]. Bu dövrәdәk sayları xeyli azalmış hindilәr mülki hüquqlara malik olmayan “daxili asılı xalqlar” hesab edilirdi. 1890 il dekabrın 29-da Vunded-Ni qәs.-ndә Ruhun Rәqsi dini hәrәkatının iştirak çılarına divan tutulması “hindi müharibәlәri”nin yekunu hesab edilir.










