Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİNDİQÚŞ 
    HİNDİQÚŞ (far. – hind dağı) – Asiyanın әn hündür dağ sistemlәrindәn biri. Əfqanıstan vә Pakistan әrazilәrindә, Pamir, Qara qorum vә Himalay d-rının qovşağındadır. C.-q.-dәn şm.-ş.-ә 800 km mәsafәdә uzanır, eni 350 km-әdәkdir. Oroqrafik cәhәtdәn iki hissәyә: 4000–5000 m hünd.-lü qәrb vә 5000–7000 m hünd.-lü (yüksәk nöqtәsi Tiriçmir d.-dır – 7690 m) şәrq hissәlәrinә bölünür. Q. hissәsindә orta dağlıq qırışıqlı qayma silsilәlәri, ş. hissәsindә Alp yüksәk vә yastıdağlıqları üstünlük tәşkil edir. Daş uçqunları geniş yayılmışdır. Əsas aşırımları Şibar, Salanq (2,5 km uzunluqlu tunel çәkilmişdir), Havak vә Barogildir. H.-un ş. kәnarından c.-q.-ә iri Hindi-Rac qolu (hünd. 6872 m-әdәk) ayrılır. H. tektonik cәhәtdәn Alp-Himalay mütәhәrrik qurşağının örtük qırışıq dağ sistemidir. Geol. quruluşunda Üst Proterozoy–Alt Paleozoyun metamorfik şistlәri, Devon–Alt Permin gilli-karbonatlı süxurları, Üst Perm–Alt Tәbaşirin karbonatlı çöküntülәri iştirak edir. Bu çöküntülәr Tәbaşirin qırmızı rәngli konqlomeratları ilә qeyri-uyğun örtülmüş vә qranitoidlәrlә yarılmışdır. H. güclü seysmikliyi ilә seçilir. Faydalı qazıntıları: daş kömür, dәmir filizi, polimetallar, beril, qızıl filizi, lazurit, barit, kükürd, qrafit, selestin, talk. İqlimi çox yerdә quru subtropik, yüksәk dağlıq sahәlәrdә uzun sürәn (10 ayadәk) şaxtalı qışı ilә seçilәn sәrtdir. Dağların q. hissәsinin şm. vә şm.-q. yamaclarında yağıntının illik miqdarı 400–800 mm, c. Vә c.-ş. yamaclarında 300 mm-әdәkdir; ş. hissәsindә 50–60 mm-dir. Qar xәtti q.-dә şm.  yamaclarda 4000–4700 m-dәn, c. yamaclarda 5100 m-dәn, ş.-dә c.-ş. yamaclarda 4300–4900 m-dәn, şm.-q. yamaclarda 5000–5200 m-dәn keçir. Şәrqi H.-da 3300–3600 m-әdәk aşağı enәn çoxlu buzlaqlar (ümumi sah. 5900 km2) var. Ən iri Çiantar buzlağının uz. 32 km, sah. 260 km2-dir. H. Amudәrya, Hind vә Hilmәnd çaylarının suayırıcısıdır. Əsas çayları Kabil vә Pәnc sol qolları ilә vә Hilmәnddir; qar vә buzlaqlarla qidalanır, yaz-yay aylarında bolsuludur.
    Torpaqları, bitki vә heyvanlar alәmi. H. mühüm landşaft hüdudu әmәlә gәtirir. Yamaclarda hünd. qurşaqlığı özünü yaxşı büruzә verir. H.-un q. hissәsinin şm. yamacları 1800 m hünd.-yә qәdәr boz-qәhvәyi torpaqlar üzәrindә yerlәşmiş quru boz qırlıqlarla örtülüdür, 1800–2500 m qurşaqda ardıca (Zәrәfşan arçasına), qәhvәyi torpaqlar üzәrindә qoz vә ağcaqayın seyrәk meşәliklәrinә rast gәlinir. Daha quraqlıq olan c. yamaclar aşağı hissәdә boz torpaqlar üzәrindә efemerlәr vә yovşanlı yarımsәhralarla, 2400 m-dәn yuxarıda isә arça, püstә vә dağlıq kserofitlәrlә qarışıq quru bozqırlarla örtülüdür. H.-un ş. hissәsinin hündür yaylalarında yarımkolcuqlardan (yovşanlar, teresken) ibarәt soyuq sәhralar üstünlük tәşkil edir, 3700 m-dәn yuxarı onları yüksәk dağ bozqırlıqları, 4500 m-dәn sonra isә kobrez çәmәnlәri ilә әvәz olunur. H.-un yaxşı nәmlәnmiş c.-ş. yamaclarında vә Hindu-Racda aşağı yarusda (750–1500 m) bozqırlıq sahәlәri subtropik yarpağını tökәn meşәlәrlә vә kolluqlarla növbәlәşir, 1500 m-dәn yuxarı qonur torpaqlar üzәrindә enliyarpaqlı dağ meşәlәri (balut palıdı), 2400 m-dәn başlayaraq isә iynәyarpaqlı meşәlәr (Himalay sidri, ağ şamağacı, küknar) bitir. Meşәnin yuxarı sәrhәdi 3500–4000 m hünd.-dәn keçir, subalp qurşağında ardıc kolluqları vә rododendronlar, 4300 m-dәn yuxarı Alp çәmәnliklәri üstünlük tәşkil edir. Heyvanlar alәmi Orta Asiya vә Hind-Himalay faunasının növlәri ilә tәmsil olunmuşdur. H. dağlarında qar bәbiri (nәsli kәsilmәk tәhlükәsindәdir), buruqbuynuz keçilәr vә dağ qoyunları (arxarlar), canavar, meşәlәrdә Himalay ayısı, vaşaq, dәlә, vәhşi çöl donuz vә s. rast gәlinir. Quşlardan qar kәrkәsi, Himalay uları, quzugötürәn, kәklik sәciyyәvidir. Pulcuqlu ağacdәlәn nәsli kәsilmәk tәhlükәsindәdir. H.-un q. hissәsindә yüksәk dağlıq quru bozqırlıqların vә göllәrin ekosistemini qoruyub saxlayan Bandi-Əmir Milli parkı (Əfqanıstan) yerlәşir. Əkin yerlәri (arpa, buğda, mәrci әkinlәri) yamaclarla 3500 m hünd.-ә qәdәr qalxır; köçәri maldarlıq var.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 