HİNDİLƏR – xalqlar qrupu, Amerikanın yerli әhalisi. Adı 15 әsrin sonlarında kәşf etdiklәri Amerikanı sәhvәn Hindistan hesab etmiş ispan dәnizçilәri tәrәfindәn verilmişdir. 20 әsrin ikinci yarısından daha çox “yerli amerikalılar”, “Amerika aborigenlәri”, “Amerikanın yerli xalqları” (ing. Native, Original Americans, Aboriginal Peoples, Amerindian, Kanadada – First Natons vә s., isp. pueblos indígenas vә s.) terminlәrindәn istifadә olunur. Müxtәlif ölkәlәrdә H.-ә aid edilәn әhali kateqoriyası müxtәlif cür müәyyәnlәşdirilir. Belә ki, ABŞ-da Hindilәrin mәsәlәlәri üzrә büro (HMB) әn azı 1/4-i qәdәr hindi qanı olan şәxslәri, yaxud federal sәviyyәdә tanınmış hindi “tayfası” (hazırda ABŞ-da 562 hindi “tayfası” qeydә alınmışdır) üzvlәrini H.-ә aid edir. Latın Amerikasında H.-ә aidlik meyarı identikliyin vә hindi mәdәniyyәtinin saxlanılması dәrәcәsi hesab olunur. İdentikliyini itirmiş H. ladinolara vә çololara aid edilir. H.-in sayları Kanadada 608,9, metislәrlә birlikdә 901,2 min nәfәr (2001), ABŞ-da 2476 min, metislәrlә birlikdә 4119 min nәfәr (2000), Meksikada 12 mln. nәfәr (2005, Hindi xalqlarının inkişafı üzrә milli komissiyanın mәlumatı), Qvatemalada 4433 min nәfәr (2002), Belizdә 49 min nәfәr (2007), Hondurasda 457 min nәfәr (2001), Salvadorda 69 min nәfәr (2007), Nikaraquada 311,4 min, metislәrlә birlikdә 443,8 min nәfәr (2005), Kosta-Rikada 63,9 min nәfәr (2000), Panamada 244,9 min nәfәr (2000), Kolumbiyada 1392,6 min nәfәr (2005), Venesuelada 534,8 min nәfәr (2001), Qayanada 68,8 min nәfәr (2002), Surinamda 14 min nәfәrәdәk (2007), Fransa Qvianasında 6 min nәfәr (1999), Ekvadorda 3450 min nәfәrdәn çox (2007), Peruda 12 min nәfәrdәn çox (2005), Braziliyada 734,1 (2000), Boliviyada 4133,1 min nәfәr (2001), Paraqvayda 62 min nәfәr (2007), Argentinada 402,9 min nәfәr (2001), Çilidә 687,5 min nәfәrdir (2002). Hazırda Latın Amerikasında әn iri hindi xalqları keçualar, aymaralar, araukanlar, quaxirolar, asteklәr, kiçelәr, kakçikellәr, mayya-yukateklәrdir. ABŞ vә Kanadada iri hindi xalqları formalaşmamışdır; әnәnәvi әrazilәrini qoruyub saxlamış Şimali Amerika hindi qruplarından navaxolar, tlinkitlәr, irokezlәr, hopilәr әn çox konsolidasiya olunmuşlar. Amerika irqinә mәnsub olan H.-in çoxu hazırda metislәşmiş, hindi dillәrini müxtәlif dәrәcәdә saxlamışlar. Şimali Amerika vә Latın Amerikası H.-i, әsasәn, xristianlardır. Müstәmlәkә dövründә sinkretik hindi kultları formalaşmış, bir sıra xalqlar әnәnәvi inanclarını saxlamışlar.
Paleohindilәr. Amerika әrazisinin mәskunlaşma tarixi vә istiqamәtlәri haqqında bir neçә fәrziyyә mövcuddur. Tәqr.12 min il әvvәlә aid edilәn Amerikanın mәskunlaşması Klovis vә Folsom mәdәniyyәtlәri (müvafiq olaraq 11,5–10,9 min vә 10,9–10,2 min il әvvәl) әnәnәsinin daşıyıcıları ilә әlaqәlәndirilir. Alyaska әrazisindә arxeoloji cәhәtdәn tәsdiq edilmiş әn qәdim insan izlәrinә mәnbәyi Şimali Asiyanın Uşki (Kamçatka), Selemca (Orta Amur) vә Düktay (Yakutiya) mәdәniyyәtlәri ilә әlaqәlәndirilәn Nenana, Denali vә Mesa komplekslәri (12–9 min il әvvәl) aid edilir. Bәzi tәdqiqatçılar daha erkәn miqrasiyaların vә “Klovisәqәdәrki” mәdәniyyәtlәrin mövcudluğunu ehtimal edirlәr (mәs., Klovisin altında aşkar olunmuş, 40–25 min il әvvәlә aid edilәn tәbәqәlәrdәki tapıntılar). Şimali vә Cәnubi Amerikada Klovis tipli ucluqların eyni vaxtda meydana gәlmәsi bu texnologiyanın artıq mövcud olan populyasiyalar arasında qarşılıqlı tәsir nәticәsindә yayıldığını tәsdiqlәyir. H.-in fiziki-antropoloji xüsusiyyәtlәrinin müxtәlifliyi, dil genealogiyasının sıxlığı (160-dan çox dil ailәsi vә genetik әlaqәlәri müәyyәnlәşdirilmәmiş tәcrid olunmuş dillәr), hindi dillәrinin vә qohumluq sisteminin arxaik tipoloji xarakteristikaları bәzi tәdqiqatçıların erkәn miqrasiyalar zamanı yayılmış hindi qruplarının heterogenliyi, hәmçinin onların Yeni Dünyaya nüfuz etmәlәrinin daha qәdim (60–40 min il әvvәl) olması qәnaәtinә gәlmәlәrinә imkan verir. Genetik tәdqiqatlar H.-in tәkcә Sibiri deyil, hәmçinin Cәnub-Şәrqi Asiyanı, Avstraliyanı, Okeaniyanı vә Avropanı әhatә edәn Köhnә Dünyanın әhalisi ilә populyasiya-genetik әlaqәlәrinin güclü olduğunu tәsdiq edir. Amerikanın mәskunlaşmasının “Berinq” modelinә görә, bu proses 28 min il әvvәl vә 12 min il әvvәldәn sonra mövcud olmuş Çukot ilә Alyaska arasındakı bәrzәx, sonra isә Kordilyer ilә Lavrenti buz qalxanları arasındakı dәhliz vasitәsilә qitәnin içәrilәrinә doğru gedirdi. Digәr fәrziyyәyә görә, miqrasiyalar Sakit okeanın sahilboyu-ada xәtti boyunca baş verirdi, bununla bağlı yararlı su nәqliyyatının, ixtisaslaşdırılmış tәsәrrüfatın (dәniz balıqçılığı vә vәhşi heyvan ovçuluğu) vә s.-nin mövcudluğu ehtimal edilir; buzlaqdansonrakı dövrdә okean sәviyyәsinin xeyli artması nәticәsindә bu dövrә aid düşәrgәlәrin çoxu şelfdә yerlәşir; Şimali Amerika adalarında vә Sakit okeanın sahillәrindә 10–9,5 min il әvvәlә, Cәnubi Amerikada isә 11,5–11 min il әvvәlә aid bir sıra düşәrgә var. Klovis әnәnәsini Avropanın Solütre mәdәniyyәti ilә әlaqәlәndirәn vә Avropadan miqrasiyanın Atlantika qütb buzlağının kәnarı vasitәsilә tәqr. 18–16 min il әvvәl baş vermәsini ehtimal edәn fәrziyyәdә mövcuddur. E.ә. 9-cu minilliyin birinci rübündә paleohindilәr qitәnin Alyaskadan Odlu Torpağadәk olan әrazilәrindә mәskunlaşmış, müxtәlif ekoloji şәraitlәrә uyğunlaşmış, iri vәhşi heyvanların sürәk ovunun üsullarını yaratmışlar. Paleohindi abidәlәri qısamüddәtli açıq vә mağara düşәrgәlәr, ovlanmış heyvanların kәsilmәsi üçün yerlәr, emalatxanalar, daş mәmulatlarının saxlanıldığı dәfinәlәrlә tәmsil olunur.

Mayyaların yapma tәsvirlәri. Palenke muzeyi (Meksika.)
Hindi qadın әnәnәvi geyimdә. Boliviya.
Kofanlar xalqının şamanı. Ekvador.
Şimali Amerika hindilәri. Tәdqiqatçılar Şimali Amerikanın Kolumbaqәdәrki dövrünün hindi mәdәniyyәtlәrini 10 tarixi-mәdәni vilayәtә bölürlәr. Müxtәlif vilayәtlәr üçün sәrhәdlәri әhәmiyyәtli dәrәcәdә fәrqlәnәn paleohindi, arxaik, Vudlend, tarixәqәdәrki mәrhәlәlәr müәyyәnlәşdirilmişdir. 1. A r k t i k a. Alyaska sahilllәrini, Berinq dәnizindәki Aleut vә digәr adaları, Şimal Buzlu okeanı vә Labrador sahillәrini vә adalarını әhatә edir. Paleohindilәrlә әlaqәlәndirilmәsi ehtimal olunan әn erkәn düşәrgәlәr Alyaskadakı Nenana (12–11 min il әvvәl) vә Denali (“paleoarktika әnәnәsi”; 11–9 min il әvvәl) komplekslәri ilә tәmsil olunur. Arxaik dövrdәn etibarәn (8 min il әvvәldәn sonra) Arktika eskimosların vә aleutların әcdadları tәrәfindәn mәskunlaşdırılmışdır. 2. S u b a r k t i k a. Bura Alyaskanın daxili rayonları vә Kanadanın tayqa zonası aid edilir. Subarktikanın q. hissәsi paleohindi mәrhәlәsinin sonu vә arxaik mәrhәlәnin әvvәlindә (e.ә. 8–6-cı minilliklәr) Şimali Kordilyer әnәnәsi (mikrolövhәsiz industriya) vә Şimali Arktika әnәnәsi (mikro lövhәli industriya) zonasına daxil idi. Tәqr. e.ә. 5-ci minillikdә bu әraziyә qәrbdәn vә şimaldan gәlmiş tayfa qruplarında Subarktika H.-i üçün sәciyyәvi olan maddi mәdәniyyәt xüsusiyyәtlәri formalaşmışdır. Arxaik mәrhәlәnin әvvәlindә (e.ә. 6-cı minilliyin birinci yarısı) Subarktikanın ş.-indәki iynәyarpaqlı meşәlәr zonasında cәnubdan alqonkinlәrin ehtimal edilәn әcdadlarının miqrasiyası ilә әlaqәlәndirilәn Şild Arkeik әnәnәsi yayılmışdır. Atlantika sahillәrindә e.ә. 6-cı minilliyin ortaları – e.ә. 1-ci minillikdә “dәnizyanı arxaik әnәnә” (dәniz heyvanlarının ovuna yönәldilmiş tәsәrrüfat) abidәlәri seçilir. Subarktikanın çox hissәsi üçün (avropalılar tәrәfindәn müstәmlәkәlәşdirilәnәdәk) bütün mәdәniyyәtlәr arxaik mәdәniyyәtlәr kimi müәyyәnlәşdirilir. Lakin mәrkәzi rayonlar (hazırda Kanadanın Ontario, Manitoba vә Saskaçevan әyalәtlәri) üçün e.ә. son әsrlәrdәn etibarәn inkişafı regionda Lorel tipli keramikanın yayılmasının başlanğıcı ilә eyni vaxta tәsadüf edәn Vudlend mәdәniyyәti abidәlәri seçilir. Tarixәn mәlum olan Subarktika H.-i şimali atabasklar, daxili tlinkitlәr vә şimal-şәrqi alqonkinlәrdir. Aşağıdakı yarımvilayәtlәr müәyyәnlәşdirilir: Alyaskanın daxili rayonları (Alyaska atabaskları), Subarktika Kordilyeri (Kordilyer atabaskları vә daxili tlinkitlәr) vә Makkenzi çayı hövzәsi, Labrador y-a, Nyufaundlend vә Müq. Lavrenti körfәzi rayonu ilә birlikdә Kanada qalxanı düzәnliklәri (Makkenzi çayı hövzәsi atabaskları vә alqonkinlәr). İlin fәslinә görә cәmlәşәrәk, yaxud kiçik qruplara ayrılaraq yarımköçәri hәyat tәrzi sürmüşlәr. Meşә-tundra vә tayqa meşәlәrindә ovçuluq, mövsümi balıqçılıq, yığıcılıqla mәşğul olmuşlar; Kordilyerdә hәmçinin kiçik heyvanların vә quşların (kәklik) ovu böyük әhәmiyyәt kәsb etmişdir. Avropalılarla xәz ticarәtinә cәlb olunmuş H. xәzli heyvanların ovuna başlamış, mövsümi olaraq missiyaların vә ticarәt faktoriyalarının yaxınlığındakı qәsәbәlәrdә mәskunlaşmışlar. Əmәk alәtlәri, әsasәn, daşdan, sümükdәn, ağacdan düzәldilirdi; qәrbdә (tutçone, kuçin vә digәr atabasklarda) hasil olunmuş (atnalarda), yaxud alınma mis külçәlәrindәn istifadә olunurdu. Qışda xizәk vә toboqqan kirşәlәri ilә, yayda tozağacı qabığından (Kordilyerdә hәmçinin küknar qabığından) düzәldilmiş karkaslı qayıqlarda hәrәkәt edirdilәr. Əsasәn, karkaslı, konusvarı vә ya günbәzşәkilli, qәrbdә hәmçinin düzbucaq planlı, üzәri dәri, yaxud ağac qabığı ilә örtülmüş evlәrdә yaşayırdılar; Alyaskada karkaslı yarımqazmalar (eskimosların tәsiri ilә), sleyvilәrdә vә çilkotinlәrdә tirdәn vә taxtadan düzәldilmiş iki yamaclı komalar mövcud olmuşdur. Geyimlәri (şalvar, köynәk, yun corab, mokasin, tәkbarmaq әlcәk) dәri vә zamşadan tikilir, xәz vә oxlu kirpi tikanları, sonralar isә muncuqla bәzәdilirdi; Alyaskada balıq dәrisindәn tikilmiş geyimlәr yayılmışdı. Dovşan xәzindәn toxuma yorğan mәlum idi. 3. Ş i m a l - Q ә r b i s a h i l b o y u. Bura şm.-dakı Aysi-Bey körfәzindәn c.-da 42-ci paralelәdәk olan sahilyanı әrazilәr daxildir. Tәqr. e.ә. 10–8-ci minilliklәrә aid edilәn bir neçә Klovis tipli ucluqların vә üzәrindә emal izlәri olan sümüklәrin tapıntıları mәlumdur. Bu әrazinin arxaik mәrhәlәsi tәqr. e.ә. 8-ci minillik – e.ә. 5-ci minilliyin ortalarına aid edilir. Regionun şm. hissәsindә (Alyaskadan Vankuver gölünәdәk) mikrolövhә әnәnәsi, c. hissәsindә isә yar paqşәkilli ucluqlar vә çaydaşıdan alәt lәr lә tәmsil olunan qәdim Kordilyer әnәnәsi üstünlük tәşkil edir. Mövsümi qızılbalıq ovunun xeyli artması әhalinin tәdricәn oturaq hәyat tәrzinә keçmәsinә (uzun müddәtli mәskәnlәrin meydana gәlmәsinә) sәbәb oldu. E.ә. 5-ci minilliyin ortalarından eramızın 18 әsrinin әvvәllәrinәdәk davam etmiş Sakit okean dövrü erkәn (e.ә. 5-ci minilliyin ortaları – e.ә. 2-ci minilliyin birinci rübü), orta (e.ә. 2-ci minilliyin ikinci rübü – eramızın 5 әsri) vә son (5 әsrdәn sonra) yarımdövrlәrә bölünür. Erkәn yarımdövrdә mikrolövhә texnikası istifadәdәn çıxmış, buynuz vә sümük emalı inkişaf etmiş, dәnizyanı iqtisadiyyatın ixtisaslaşmış sahәlәrinin (qızılbalıq ovu, dәniz yığıcılığı) formalaşması davam etmiş, ov yerlәrinә nәzarәt uğrunda tayfalararası münaqişәlәr başlamışdır. Orta yarım dövr oturaqlığın artması, mәskәnlәrin irilәşmәsi, böyük taxta evlәrin inşası, qış üçün balıq ehtiyatı sisteminin yaradılması (saxlama quyuları, xüsusi tikililәr, hörmә sәbәt vә qutular), sosial tәbәqәlәşmәnin başlanğıcı ilә sәciyyәlәnir. Son yarım dövrdә әhalinin sıxlığı әn yüksәk hәddә çatmışdı; cilalanmış alәtlәr, sümükdәn, buynuzdan vә balıqqulağıdan olan mәmulatlar әhәmiyyәtli rol oynamışdır. Mәskәnlәr onlarla evdәn ibarәt olmuş, istehkamlar (bәndlәr vә xәndәklәr) meydana gәlmişdir. Bu dövrdә Şimal-Qәrbi sahilboyuda yaşamış H. nadene makroailәsinә (eyaklar, tlinkitlәr vә Oreqon atabaskları), hәmçinin haydalara, simşianlara, vakaşlara, sahilyanı salişlәrә, çinuklara aid edilirlәr. Əsas mәşğuliyyәtlәri dәhnә, tor, tilov, tәlә vasitәsilә oturaq dәniz vә çay balıqçılığı (qızılbalıq, paltus, şam balığı, nәrә balığı vә s.) vә oyulmuş yastıdibli qayıqlarda daş vә sümük ucluqlu harpunla dәniz heyvanlarının (cәnubi vakaşlarda balina) ovu idi. Hәmçinin ovçuluq (qar keçisi, maral, sığın, xәzli heyvanlar), yığıcılıq, hörmә (sәbәt, şlyapa), toxuculuq [material kimi ovlanmış qar keçisinin yunundan, hәmçinin xüsusi cins itlәrin yunundan (salişlәrdә), su quşlarının tükündәn istifadә olunurdu], sümük, buynuz, daş vә xüsusilә ağac üzәrindә oyma (maskalar, totemik dirәklәr, memarlıq detalları, qayıqlar vә s.: stilizә olunmuş totemik zoomorf tәsvirlәr, naxışlar), mis külçәlәrinin soyuqdöymә üsulu inkişaf etmişdi. Qışda mәskәnlәrdә, yayda mövsümi düşәrgәlәrdә yaşayırdılar. İki, dörd, yaxud bir yamaclı damı olan taxtadan tikilmiş evlәr oyma naxışlar, frontondakı totemik simvolika vә girişin qarşısındakı totemik dirәklәrlә bәzәdilirdi. Mәhsuldar balıqçılıq әsasında әmlak vә sosial bәrabәrsizlik, mürәkkәb sosial stratifikasiya [әyanlara, icmaçılara vә qullara (hәrbi әsirlәr, borclular) bölgü; qul alveri mövcud olmuşdur] formalaşmış, potlaç yayılmışdı. Şimalda (tlinkitlәr, haydalar, simşianlar vә hayslalarda) qohumluğu ana xәtti üzrә hesablanan qәbilәlәr mövcud olmuşdur; qadınlar alt dodaqlarına labret taxırdılar; vakaşların çoxunda vә cәnubdakı digәr xalqlarda qohumluğu hәr iki xәtt vә ata xәtti üzrә hesablanan strukturlar, başın deformasiyası adәti olmuşdur. Vakaşlarda vә bella-kulalarda gizli cәmiyyәtlәr var idi. 4. P l a t o. Q.-dә Sahil sıra dağları, ş.-dә Qayalı dağlar, şm.-da Subarktika sәrhәdi, c.-da isә Böyük Hövzә arasındakı әrazini әhatә edir. Paleohindi mәrhәlәsi Riçi-Roberts (e.ә. 10-cu minilliyin ortaları) tipli daş vә sümük mәmulatların dәfinәsi; erkәn arxaik mәrhәlәnin başlanğıcı (e.ә. 7-ci minillik – e.ә. 6-cı minilliyin ortaları) Qәdim Kordilyer әnәnәsi ilә tәmsil olunur. Orta arxaik mәrhәlәdә (e.ә. 6–2-ci minilliklәr) qızılbalıq ovunun әhәmiyyәti xeyli artır, oturaqlıq sәviyyәsi yüksәlir vә düşәrgәlәr genişlәnir, daxili dayaq dirәklәri olan yarımqazmalar vә avadanlıqları olan dәfn yerlәri (e.ә. 4–3-cü minilliklәr) meydana gәlir. Son arxaik mәrhәlә erkәn (e.ә. 2-ci minillik – e.ә. 1-ci minilliyin ortaları), orta (e.ә. 1-ci minilliyin ortaları – eramızın 1-ci minilliyinin sonları) vә son (eramızın 2-ci minilliyi) yarımmәrhәlәlәrinә bölünür. Erkәn vә orta yarımmәrhәlәlәrdә mәskәnlәrdә 100-ә qәdәr ev var idi, dәfn yerlәri sosial tәbәqәlәşmәnin, әrazi münaqişәlәrinin vә regionlararası ticarәtin mövcudluğunu tәsdiqlәyir. Son yarımmәrhәlәdә ekoloji şәraitin vә ehtiyyatlar bazasının dәyişmәsi ilә әlaqәdar әhalinin azalması, mәskәnlәrin kiçilmәsi vә sosial fәrqlәrin zәiflәmәsi qeyd olunur. Plato H.-i (şm.-da daxili salişlәr, c.-da sahaptinlәr, şm.-ş.-dә kutenaylar) yığıcılıq (kamas soğanağı, klamatlarda vә modoklar da suzanbağı toxumu), qızılbalıq ovu, ovçuluqla mәşğul olurdular. Bitki köklәrindәn, qamışdan, otlardan hörmә inkişaf etmişdi. Oyulmuş qayıqlar, şm.-da (kutenaylar vә kalispellәrdә) küknar qabığından karkaslı qayıqlar düzәldirdilәr. Yükdaşıma üçün itlәrdәn istifadә edirdilәr. Evlәri tüstü bacasından girişi olan dairәvi planlı karkaslı yarımqazmalar, ağac qabığından vә qamışdan yarımqazma-koma, yay düşәrgәlәrin dә qamışdan konusvarı çadır idi. Əsas sosial vahid başçının rәhbәrlik etdiyi kәnd idi; hәrbi başçılar da var idi. Modoklar vә digәr tayfalar Şimal-Qәrbi sahilboyu H.-inә satış üçün qullar әlә keçirirdilәr. 18 әsrdә cәnub qonşularından atı mәnimsәmiş kutenaylar vә salişlәrin bir qismi (kalispellәr vә flathedlәr) Böyük düzәnliklәrә köçәrәk bizonları ovlamağa başlamışdılar. 19 әsrin әv vәllәrindә çöl tayfaları tәrәfindәn sıxışdırılaraq Platoya qayıtsalar da, çöllәrә ova çıxmağa davam etmiş vә köçәri mәdәniyyәt elementlәrini (tipi çadırları, quş lәlәklәrindәn tәntәnәli baş geyimlәri vә s.) sax lamışdılar. 19 әsrdә çöl mәdәniyyәti Platonun digәr tayfalarına da nüfuz etmişdi. 5. B ö y ü k H ö v z ә. Syerra-Nevada ilә Qayalı dağlar arasındakı әrazini (Yuta vә Nevada ştatlarının böyük hissәsi, Oreqonun, Aydahonun bir hissәsi, Kolorado vә Vayominqin q. hissәsi) әhatә edir. Ən erkәn tapıntılar (daş alәtlәr, ov qәnimәtlәrinin bölüşdürülmә izlәri, tonqal yerlәri) e.ә. 10-cu minilliyin ikinci rübü – e.ә. 7-ci minilliyin ortalarına aid edilәn bir sıra mağaraların alt tәbәqәlәrindәn әldә olunmuşdur. Böyük Hövzәnin Holosen mәdәniyyәtlәri ümumiyyәtlә arxaik sәhra mәdәniyyәtlәri adlanır. Onun q. hissәsindәki erkәn mәdәniyyәtlәrә saplaqlı ucluqları olan Uestern-Plüvial-Leyk әnәnәsi (e.ә. 9–6-cı minilliklәr) aid edilir; bu әnәnә erkәn arxaik Pinto әnәnәsi (e.ә. 5–3-cü minilliklәr), orta arxaik Cipsum әnәnәsi (e.ә. 2-ci minillik – eramızın 1-ci minilliyinin ortaları), son arxaik Saratoqa-Sprinqs әnәnәsi (eramızın 6–12 әsrlәri) vә Şoşon әnәnәsi (eramızın 12 әsrindәn sonra) ilә әvәzlәnmişdir. Son arxaik mәrhәlәdә nizә atmaq üçün istifadә edilәn atlatl kamanla әvәz olunmuşdur. Şәrqdә arxaik vә paleohindi mәrhәlәlәrinin qovşağında Bonnevill (e.ә. 9-cu minillik – e.ә. 8-ci minilliyin ortaları), Vendover (e.ә. 8-ci minilliyin ortaları – e.ә. 5-ci minillik), Blek-Rok (e.ә. 4-cü minillik – eramızın 1-ci minilliyinin ortaları) mәdәniyyәtlәri müәyyәnlәşdirilmişdir. Onlar, daşıyıcıları Cәnub-Qәrbi H.-in tәsirilә qarğıdalı becәrmәyә, yarımqazmalar tikmәyә, keramik qablar vә sәbәt istehsal etmәyә başlamış Fremont mәdәniyyәti (eramızın 1-ci minilliyinin ortaları – 13 әsr) ilә әvәzlәnmişdir. Fremont mәdәniyyәtinin yerini arealın yuta-astek xalqlarının (şoşonlar, payyutlar, yutalar, monolar) formalaşmasında iştirak etmiş Numik mәdәniyyәtinin daşıyıcıları tutmuşlar. Qәrbdә Kaliforniya H.-inә yaxın vaşolar yaşayırdılar. Böyük Hövzә H.-inin әsas mәsğuliyyәtlәri ovçuluq (maral, haçabuynuz antilop, dağ qoyunu, su quşları, şm.-da vә ş.-dә bizon) vә yığıcılıq (dağ şamağacı toxumu vә s., bәzi yerlәrdә palıd qozası), qәrbdәki vә şәrqdәki iri göllәrdә balıqçılıq idi. Yarımköçәri hәyat tәrzi sürür, qışda mәskәnlәrdә toplanırdılar. Evlәri yarımqazma, ağac qabığı, ot vә qamışla örtülmüş, külәkdәn qoruyan konusvarı vә günbәzşәkilli çadır idi. Geyimlәri (köynәk, şalvar, çiyinlik, mokasin) bizon, maral, dovşan dәrisindәn hazırlanırdı. 17 әsrdә regionun şәrq tayfaları (yutalar, şәrqi şoşonlar) ispanlardan atı mәnimsәyәrәk atla bizon ovuna başlamış vә Böyük düzәnliklәrin q.-inә köçmüşdülәr. Şәrqdәn gәlmiş çeyenlәr, arapaholar, kroular vә dakotalar onları buradan sıxışdırılsalar da, çölә basqınlarını (xüsusilә şәrqi şoşonlar) sonralar da davam etdirmiş vә köçәri çöl mәdәniyyәti elementlәrini saxlamışdılar. 6. K a l i f o r n i y a . Kaliforniya ştatı әrazisinin çox hissәsini әhatә edir. Paleohindi mәrhәlәsi Klovis tipli daş vә obsidian (d ә v ә g ö z ü) ucluqlarla, Tulare vә Boraks göllәri rayonundan tapılmış әrsinlәr vә qәlpәlәrlә (e.ә. 10–9-cu minilliklәr) tәmsil olunur. Regionun c.-unda erkәn arxaik mәrhәlә San-Diyeqo kompleksi (e.ә. 8-ci minillik – e.ә. 7-ci minilliyin ortaları) abidәlәri (iri әrsinşәkilli alәtlәr, yarpaqşәkilli ucluqlar, qәlpәlәnmiş bıçaqlar) ilә tәmsil olunur. Onları e.ә. 7-ci minilliyin ortaları – eramızın әvvәllәrinә aid edilәn dәfn yerlәri ilә birlikdә La Xolya (çaydaşıdan әmәk alәtlәri, sürtgәclәr vә hәvәngdәstәlәr), Ouk-Qrov vә Hantinq komplekslәri әvәz edir. Mәrkәzi Kaliforniyada arxaik mәrhәlә Buena-Vista-Leyk vә Skay-Roket tipli abidәlәrlә, Şimali Kaliforniyada Boraks tipli ucluqları olan Boraks-Leyk әnәnәsi ilә tәmsil olunur. Eramızın әvvәlindәn etibarәn Kaliforniya üçün sәciyyәvi ovçuluq-yığıcılıq tәsәrrüfatı kompleksinin formalaşdığı, oturaq hәyatın artdığı, regionlararası mübadilәnin inkişaf etdiyi, sosial diferensiasiyanın dәrinlәşdiyi Sakit okean dövrü müәyyәnlәşdirilir. Regionun mәrkәzi hissәsindә Uindmiller, Berkli, Auqustin, sahilyanı әrazilәrdә isә Kempbell, Kanalinyo (çumaşların әcdadları) mәdәniyyәtlәri formalaşmışdı. Kaliforniya H.-i xoka (karoklar, şastalar, açumavilәr, asugevilәr, yanalar, pomolar, esselenlәr, salinanlar, çumaşlar, yumalar) vә penuti (vintular, nomlakilәr, patvinlәr, maydular, nisenanlar, mivoklar, kostanyolar, yokutslar) adlı hipotetik makro ailәlәrә, tәcrid olunmuş yuki ailәsinә (yukilәr, vappolar), yuta-astek ailәsinin şimal qruplarına (qәrbi monolar, tubatulaballar, serranolar, qabrielinolar, luisenyolar, kauilyalar) aid edilirlәr; şimalda atabasklar (hupalar vә b.) vә alqonkinlәrә yaxın yuroklar vә viyotlar kiçik anklavlar tәşkil edirlәr. Əsas mәşğuliyyәtlәri ixtisaslaşmış yarımoturaq yığıcılıq (palıd qozaları, toxumlar, hәşәratlar vә s.; yabanı bitkilәrin mәhsuldarlığının saxlanılması mәqsәdilә sahәlәrin yandırılması tәtbiq edilirdi), balıqçılıq, ovçuluq (maral vә s.), cәnubi sahilyanı әrazilәrdә (çumaşlarda, luisenyolarda, qabrieli nolarda), hәmçinin şimalda viyotlarda dәniz balıqçılığı vә heyvan ovu idi. Əsas yemәklәri xüsusi hazırlanmış palıd qozası unundan qızdırılmış daşlar vasitәsilә bişirilәn çörәk vә sәbәtdә bişirilәn sıyıq idi. Mükәmmәl hörmә texnikasına (o cümlәdәn sukeçirmәyәn sәbәtlәr) malik idilәr, dekorativ material kimi quş lәlәklәrindә istifadә edirdilәr. Evlәri günbәzşәkilli qazma, sekvoyya qabığından çadır, çırpı vә qamışdan koma idi. Qazmalarda quru buxarxanalar yayılmışdı. Geyimlәri qadınlarda dәriçiyinlik, әtәk-önlük, kişilәrdә bel sarğısı idi. Abalon balıqqulağı, lәlәklәr, ağacdәlәnin baş dәrisi (tükü ilә birlikdә soyulmuş) bәzәk kimi istifadә edilirdi. Sosial diferensiasiya özünü müxtәlif dәrәcәdә büruzә verirdi. Başçının rәhbәrliyi altında mәskәnlәrin potestar-әrazi birliklәri (trayblet), ayini cәmiyyәtlәr, bir sıra xalqlarda qohumluğu ata xәtti üzrә hesablanan liniclәr mövcud idi. Balıqqulağıdan düzәldilmiş disk bağlamaları mübadilә ekvivalenti hesab olunurdu. Balıqla zәngin Şimal-Qәrbi Kaliforniya H.-i (yuroklar, viyotlar, hupalar, karoklar vә b.) bәzi mәdәni әlamәtlәrinә görә Şimal-Qәrbi sahilboyu H.-inin tәsәrrüfat-mәdәni tipinә yaxındırlar. Çaylar yaxınlığında cәmlәşmiş әhali palıd qozası toplamaqla yanaşı, qızılbalıq ovu ilә mәşğul olmuşdur. Əmlak bәrabәrsizliyi, borca görә kölәlik mövcud idi. Plato vә Böyük Hövzә H.-i ilә mәdәni cәhәtdәn bәzi oxşar xüsusiyyәtlәrә malik Şimal-Şәrqi Kaliforniya yaylası H.-i (açumavilәr vә asugevilәr) yığıcılıq, balıqçılıq, maral vә su quşlarının ovu ilә mәşğul olmuşlar. Kaliforniyanın c.-unda Cәnub-Qәrbi H.-in mәdәni tәsiri nәzәrә çarpır, bir sıra xalqlarda (kahuillalar, tipay-ipaylar, yokutslar vә b.) yapma keramika mövcud idi. 7. B ö y ü k d ü z ә n l i k l ә r. Şm.-da Saskaçevan çayından c.-da Rio-Qrande çayınadәk vә q.-dә Qayalı dağlardan ş.-dә Missisipi çayının yuxarı axarınadәk olan әrazilәri әhat edir. Paleohindi mәrhәlәsi çox sayda düşәrgә, qәnimәtin bölüşdürülmәsi yerlәri, emalatxanalar, dәfinәlәrlә tәmsil olunur. Erkәn dövr üçün Klovis vә Folsom tipli ucluqlar, novçasız, o cümlәdәn Qouşen (e.ә. 9-cu minilliyin birinci rübü), Midlend (e.ә. 9-cu minilliyin әvvәllәri – üçüncü rübü) tipli ucluqlar, son dövr üçün Eget-Beysin (e.ә. 9-cu minilliyin üçüncü rübü), Koudi (e.ә. 8–7-ci minilliklәr), Alen, Frederik, Lak, Engostura (e.ә. 7-ci minilliyin birinci yarısı) tiplәri müәyyәnlәşdirilir. Arxaik mәrhәlәdә (e.ә. 7-ci minilliyin ikinci yarısı – e.ә. 1-ci minilliyin ortaları) bizonların yarımoturaq ovu [ilk vaxtlar atlatlla, e.ә. 2-ci minilliyin ortalarından kaman yayılmışdır (nizәatan eramızın 1-ci minilliyinin sonunadәk saxlanılmışdı] üstünlük tәşkil edirdi. Arxaik mәrhәlәnin sonlarında (Nebo-Hill, e.ә. 3-cü minilliyin ortaları – e.ә. 1-ci minilliyin ortaları) Böyük düzәnliklәrin ş.-indә Cәnub-Şәrq mәdәniyyәtlәrinin tәsiri ilә әkinçilik (qarğıdalı, balqabaq) yayılmış, iri mәskәnlәr, maund tәpәlәrindә dәfn yerlәri, bifaslar üçün pәstah dәfinәlәri, idxal olunmuş mәmulatlar, naxışlı keramik qablar vә plastika (insan vә heyvan fiqurları), hörmә, balıqqulağı üzәrindә oyma, boyama, dәri üzrәrindә qurama meydana gәlmişdir. Bu elementlәr Vudlend mәrhәlәsindә (e.ә. 2 әsr – eramızın 9 әsrinin ortaları) inkişaf etmişdir. Eramızın 9 әsrinin ortalarından Pleyns-Villic mәdәniyyәti yayılmışdır: Cәnubi düzәnliklәr (9 әs rin ortaları – 16 әsr), orta Missuri (10 әs rin ortaları – 16 әsr), qarışıq (14 әsrin or taları – 17 әsr), Mәrkәzi düzәnliklәr (16 әsrdәn sonra) әnәnәlәri. Böyük düzәnliklәrin Pleyns-Villic әkinçi mәdәniyyәti ilә bağlı olan tarixәn mәlum tayfalarının bir hissәsi (siular: mandanlar, hidatsalar vә sonralar onlardan ayrılmış kroular; keddolar: uiçitalar, kiçailәr, paunilәr, arikaralar), ehtimal ki, regionun avtoxtonlarıdır. 16 әsrdә şimaldan miqrasiyalar gedişindә Böyük düzәnliklәrdә apaçilәr peyda olmuş, 18 әsrdә isә, ehtimal ki, qәrbdәn bu әraziyә kayovalar köçmüşlәr. 17 әsrdә şәrqdәn әkinçi xalqlar – siudilli omahalar, ponkalar, otolar, missurilәr, ayovalar, kanzalar, oseclәr, kuapolar gәlmişlәr. 17 әsrdә atın әhlilәşdirilmәsindәn sonra Böyük düzәnliklәrdә qәrbdәn şәrqi şoşonlarla birlikdә yutalar vә komançilәr köç etmişlәr. 18 әsrdә odlu silahla xәzli heyvanları ovlayan qonşuları tәrәfindәn sıxışdırılan siudilli dakotalar vә assiniboynlar, alqonkindilli çeyenlәr, arapaholar, asinalar, qaraayaqlılar (“çöl alqonkinlәri”) şimal-şәrqdәn; salişlәr vә kutenaylar (18 әsrin sonunda onlar vә şoşonlar yenidәn qәrbә sıxışdırılmışdılar) şimal-qәrbdәn buraya köçmüşlәr. Əkinçilik әnәnәsilә tanış olmayan bu tayfalar 18 әsrin sonunda bizonların atla köçәri ovuna başlamışlar; hәmçinin maralların, antilopların, vapitilәrin, dağ qoyununun, şimalda sığının piyada ovu ilә mәşğul olmuşlar; çәmәnlik şalğamı, yerfındığı, yer şabalıdı, yabanı soğan, irqa meyvәsi, yabanı gavalı, meşә gilası yığmışlar. Yazda otların cücәrmәsi ilә kiçik köçәri icmalar (böyük ailәlәr) birgә ov üçün iri icmalarda (tayfa bölmәlәri) birlәşirdilәr. Yayın ortasında tayfanın bütün icmaları bizon ovu vә ümumtayfa mәrasimlәri (Günәş Rәqsi, “müqәddәs bağlar” ayini) üçün toplanırdılar. Günәş Rәqsindәn sonra döyüşçülәr yürüşlәrә çıxırdılar (igidliklәrin bölgü sisteminә görә döyüşçü öz sosial statusunu artıra bilәrdi). Silahları qurma kaman, daş bıçaq, toppuz, nizә, sonralar metal vә odlu silahlar idi. Əmәk alәtlәri ağacdan, daşdan, sümükdәn vә buynuzdan düzәldilirdi. Köç zamanı yüklәrini kirşәdә әvvәllәr itlә, sonralar isә atla daşıyırdılar. Evlәri tipi (konus varı çadırlar) idi. Ümumtayfa yay düşәrgәlәri dairәvi planda idi: hәr bir ovçu icmasının düşәrgәdә öz yeri olurdu. Geyimlәri zamşadan, sonradan Avropa parçalarından tikilirdi: qadınlar don, kişilәr köynәk vә bel sarğısı geyinirdilәr; aşılanmış bizon dәrisi üst geyimi, yun corab vә mokasin ayaqqabı kimi istifadә olunurdu. Geyimlәri quş lәlәklәri, oxlu kirpi tikanları muncuq, at tükü vә insan saçı ilә bәzәdilirdi. 19 әsrdә başçının qartal lәlәklәrindәn olan baş geyimi yayılmışdı. Şәkildöymә, üzün vә bәdәnin rәnglәnmәsi, kişilәrdә başın qırxılması sәciyyәvi idi. Dәri (geyim, tipi, qaval, qalxan) üzәrindә naxış yayılmışdı. Tayfa başçıları, tayfa (düşәrgә) şuraları, tayfa polisi (akiçita), yaş vә yaşdankәnar hәrbi ittifaqlar, piktoqrafik yazı (o cümlәdәn “qış siyahısı” salnamәlәri) mövcud idi. Böyük düzәnliklәrin ş.-indәki rütubәtli prerilәrdә yaşayan H. (hidatsalar, mandanlar, arikaralar, ponkalar, omahalar, paunilәr, otolar, missurilәr, kanzalar, ayovalar, oseclәr, uiçitalar, kiçailәr, kuapolar) bizonların atla ovu ilә yanaşı, toxa әkinçiliyi (qarğıdalı, lobya, balqabaq, günәbaxan) ilә dә mәşğul olmuşlar. Mәskәnlәri, adәtәn, möhkәmlәndirilmişdir. Evlәri bacası olan torpaq dam örtüklü dairәvi (15–16 әsrlәrәdәk düzbucaqlı) planlı yarımkürә şәkilli yarım qazma (hidatsalar, mandanlar, arikaralar, paunilәr, ponkalar, omahalar, otolar, missurilәr), üstü ağac qabığı (santi dakotalar, kanzalar, ayovalar, oseclәr, kuapolar) vә ya otla (uiçitalar vә kiçailәr) örtülmüş dairәvi, yaxud düzbucaqlı komadır. Əkin başa çatdıqdan sonra әhali kәndlәri tәrk edir vә bizon ovu üçün çöllәrin içәrilәrinә yollanır, tipidә yaşayırdılar; yayın sonunda mәhsul yığmaq üçün geri qayıdırdılar, qışın başlaması ilә yenidәn kәndi tәrk edir vә qış ovuna yollanırdılar. İcmalar iyerarxiya әsasında tәşkil olunurdu: bir, yaxud iki irsi başçı, “müqәddәs bağlar” kultu ilә bağlı irsi kahinlәr tәrәfindәn idarә edilirdi, ardınca döyüşçülәr, şamanlar vә tәbiblәr, digәr sakinlәr gәlirdi; hәr bir icmanın İlk yaradılış haqqında özünün mifi var idi. 8. C ә n u b - Ş ә r q. Aşağı Missisipidәn ş.-ә doğru olan әrazilәri әhatә edir. Bir sıra abidәlәr erkәn (“Klovisәqәdәrki”) dövrә aid edilir: Topper-Sayt (tәqr. 16 min il әvvәl), Sotlvill-Valli (14–13 min il әvvәl) vә Litl-Solt-Springs (13,5–12 min il әvvәl). Paleohindi mәrhәlәsinә (e.ә. 10-cu minilliyin ortaları – e.ә. 9-cu minillik) Klovis tipli ucluqlar vә onların yerli modifikasiyaları aiddir. Erkәn (e.ә. 8–7-ci minilliklәr), orta (e.ә. 6–5-ci minilliklәr) vә son arxaik mәrhәlә (e.ә. 4–2-ci minilliklәr) fәrqlәndirilir. Orta vә son arxaik mәrhәlәdә dәniz vә çay resurslarının hasilatı artır, “arxaik mәrhәlәnin balıqqulağı topaları” abidәlәr qrupu (e.ә. 8-ci minilliyin dördüncü rübü – e.ә. 5 әsr) müәyyәnlәşdirilir; eyni zamanda Mezo amerikadan yayılan qarğıdalı, balqabaq, günәbaxan, lobya әsasında sonradan әkinçilik formalaşmışdır; stasionar mәskәnlәr, daş vә keramik qablar, çoxsaylı idxal mәhsulları, o cümlәdәn sümükdәn, daşdan, balıq qulağıdan zinәt әşyaları meydana gәlir, torpaq tәpәlәr (maundlar) ucaldılır. Vudlend dövrü (e.ә. 1-ci minillik – eramızın 11 әsrinin ortaları) 3 mәrhәlәyә bölünür. Aden adlı erkәn Vudlend, Houpvell adlı orta Vudlend vә son Vudlend mәrhәlәsi (6 әsrin ortaları – 11 әsrin ortaları; bir sıra yerli әnәnәlәrә vә dövrlәrә bölünür) çәrçivәsindә 16 әsrdә, demәk olar ki, bütün regiona yayılmış Missisipi әnәnәsinin әsasları formalaşır; Floridada Sent-Cons, Qleyds vә Kalusa hatçi әnәnәlәri inkişaf edir. Cәnub-Şәrq H.-i, әsasәn, muskoqlar, Missisipinin aşağı axarında natçilәr, şm.-da irokez çirokilәr vә siu tutelolardır. Tala әkinçiliyi (“hindi triadası”: qarğıdalı, balqabaq, lobya) ilә yanaşı, ovçuluq, balıqçılıq vә yığıcılıqla mәşğul olmuşlar. Əmәk alәtlәri daşdan, ağacdan, sümükdәn düzәldilirdi; mis külçәlәrini (Appalaçi yataqları) soyuqdöymә üsulu ilә döyürdülәr. Torpağı yerqazan çubuqla, maralın kürәk sümüyündәn, yaxud buynuzundan düzәldilmiş toxa ilә bellәyirdilәr. Ov zamanı oxatan borucuqdan istifadә edirdilәr. Qış evlәri tirlәrdәn torpaq platforma (hünd. 1 m-әdәk) üzәrindә dairәvi planda, yay evlәri düzbucaq planlı, iki kameralı, Floridada dirәküstü tikilir, palma yarpaqları ilә örtülürdü. Qohumluğu ana xәtti üzrә hesablanan qәbilәlәr (yuçilәr istisna olmaqla), tayfanın “dinc” vә “hәrbi” hissәlәrә bölünmәsi sәciyyәvidir. Mezoamerikadan әkinçiliklә yanaşı, digәr mәdәniyyәt elementlәri (mәs., topla ayini oyun) dә mәnimsәnilmişdi. Kalümet tәnbәki çubuğu ilә bağlı ayinlәr sәciyyәvidir. Kriklәr vә çoktolarda tayfa ittifaqları mövcud olmuşdur. 8–10 әsrlәrdә qarğıdalının geniş yayılması nәticәsindә baş vermiş demoqrafik partlayışdan sonra natçilәrdә vә digәr xalqlarda icma birliklәri formalaşmışdı. Floridanın c.-q.-indә yaşayan vә fәal dәniz yığıcılığı ilә mәşğul olan kalusalar cәmiyyәtindә dә diferensiasiya yüksәk hәddә çatmışdı. 9. Ş i m a l - Ş ә r q. Missisipi çayının yuxarı axarlarından ş.-ә doğru әrazilәri әhatә edir. O r t a Q ә r b d ә (Viskonsin, Miçiqan, İllinoys, İndiana, Kentukki ştatları) bir neçә açıq vә mağara düşәrgәsi paleo hindi mәrhәlәsinә aid edilir. Arxaik mәrhәlәyә keçid (e.ә. 9-cu minilliyin ikinci yarısı) düşәrgәlәrlә, daş alәtlәr vә pәstah dәfinәlәri ilә tәmsil olunur; Holkomb, Kuad, Biver-Leyk ucluqlarının yerli tiplәri müәyyәnlәşdirilir. Arxaik mәrhәlә erkәn (e.ә. 8–7-ci minilliklәr), orta (e.ә. 6–4-cü minilliklәr) vә son (e.ә. 3–2-ci minilliklәr) dövrlәrә bölünür. Bu mәrhәlәdә әhali artımı vә әrazilәrin ayrı-ayrı qruplar üçün tәsbit olunması resurslardan istifadәnin (yığıcılıq, balıqçılıq) intensivlәşdirilmәsinә gәtirib çıxardı. Əkinçiliyin (balqabaq, qarğıdalı) mövcudluğuna dair ilk sübutlar, sosial strukturun mürәkkәblәşmәsi orta arxaik mәrhәlәnin sonu – son arxaik mәrhәlәnin әvvәllәrinә aiddir. Son arxaik mәrhәlә üçün zәngin dәfn komplekslәri olan bir neçә lokal mәdәniyyәt müәyyәnlәşdirilmişdir: Old-Koper (mis külçәlәrindәn mәmulatlar mәlumdur), Qlasial-Keym (balıqqulağıdan bәzәk әşyaları sәciyyәvidir), Red-Oçer (“hinduşka quyruğu” tipli ucluqlar sәciyyәvidir). Arxaik mәrhәlәnin sonunda keramika meydana gәlir. Vudlend mәrhәlәsinin (e.ә. 1-ci minillik – eramızın 8 әsrinin ortaları) erkәn vә orta dövrlәri Aden vә Houpvell mәdәniyyәtlәri ilә bağlıdır (sonuncunun İllinoys vә Ohayo yerli variantları müәyyәnlәşdirilmişdir). Yerli bitkilәrin әkilib-becәrilmәsi ilә әkinçilik formalaşmışdır (“erkәn bağçılıq dövrü” – e.ә. 7 әsr – eramızın 7 әsri). E.ә. 7 әsr – eramızın 5 әsrindә c.-dan balqabaq, e.ә. 1 әsr – eramızın 7 әsrindә qarğıdalı, eramızın 9 әsrindәn paxla yayılmışdır. Son Vudlend mәrhәlәsindә (eramızın 8 әsrinin ortaları – 11 әsr) atlatldan kaman vә oxa keçid, әhalinin artması vә әkinçiliyin intensivlәşdirilmәsi baş vermişdir. Fiqurlu maundlar (heyvan, quş, sürünәnlәr, hәşәrat formasında), o cümlәdәn zәngin avadanlıqlı dәfn yerlәri meydana gәlmişdir. Eyni zamanda başlanğıc (eramızın 9 әsrinin ortaları – 11 әsrin ortaları), erkәn (11 әsrin ortaları – 12 әsr), orta (13 әsr – 14 әsrin ortaları) vә son (14 әsrin ortaları – 15 әsrin ortaları) mәrhәlәlәrә bölünәn Missisipi әnәnәsi yayılmışdır. Şimal-Şәrqin s a h i l y a n ı h i s s ә s i n d ә (Nyu-York, Pensilvaniya ştatları, Kanadanın Kvebek vә Ontario әyalәtlәrinin c. hissәlәri) bir neçә abidәnin radiokarbon üsulu ilә “Klovisәqәdәrki” dövrә (19–13 min il әvvәl) aid edilmәsi mütәxәssislәrin çoxunda şübhә yaradır. Novşәkilli ucluqları olan paleohindi düşәrgәlәr (e.ә. 10-cu minilliyin ortaları – e.ә. 9-cu minillik) az saydadır. Erkәn (e.ә. 8–7-ci minilliklәr), orta (e.ә. 6–4-cü minilliklәr) vә son arxaik mәrhәlә (e.ә. 3-cü minillik – e.ә. 7 әsr) fәrqlәndirilir. Ucluqların yerli tiplәri (Le-Kroy, Sent-Olbans, Keneva) vә “Men körfәzinin arxaik әnәnәsi” (e.ә. 8-ci minilliyin ortaları – 5-ci minillik) müәyyәnlәşdirilmişdir. Orta arxaik mәrhәlәnin sonunda dәniz molyusklarının toplanılması әhәmiyyәtli olmuş, әkinçiliyin (balqabaq) başlanğıcı qoyulmuş, ehtimal ki, c.-dan gәtirilmiş keramika meydana gәlmişdir (e.ә. 12 әsrdәn). Sümükdәn, balıqqulağıdan, qәlpәlәnmiş vә cilalanmış daşdan düzәldilәn müxtәlif әmәk alәtlәrinә, steatit qablara rast gәlinmişdir. Son arxaik mәrhәlәdә Men ştatının vә Labrador y-a-nın sahilyanı rayonlarında arxaik dәniz әnәnәsi, kontinental hissәnin şm.-ında arxaik meşә-göl әnәnәsi, Yeni İngiltәrәnin, Nyu-York, Pensilvaniya, Delaver ştatlarının sahilboyunda arxaik palıd meşәlәri әnәnәsi, sonralar isә Suskvexanna әnәnәsi müәyyәnlәşdirilmişdir. Vudlend mәrhәlәsindә yerli keramika әnәnәlәri inkişaf etmişdir. Medou-Vud, Ferçans (2 әsr – eramızın 5 әsrinin ortaları), Midlseks (e.ә. 5–1 әsrlәr), Skvoki (e.ә. 4 әsr – eramızın 2 әsri), Klemson-Aylend (9 әsrin ortaları – 14 әsrin ortaları) yerli әnәnәlәri ilә tәmsil olunan Vudlend mәrhәlәsi erkәn (e.ә. 7 әsr – eramızın 1 әsrinin ortaları), orta (eramızın 1 әsrinin ortaları – 7 әsr) vә son (7–15 әsrlәr) dövrlәrә bölünür. Hodenosauni irokezlәrin әcdadları ilә Nyu-York ştatının vә Kanadanın Ontario vә Kvebek әyalәtlәrinin şimali irokez әnәnәsi abidәlәri әlaqәlәndirilir: bu, Ovasko mәdәniyyәti (11–14 әsrlәr), elәcә dә Qlen-Mayer vә Pikerinq fazalarından (10 әsrin ortaları – 14 әsrin ortaları) başlanır, ardınca orta vә son irokez dövrlәri (14 әsrin ortaları – 16 әsr) gәlir. “Hindi triadası” (qarğıdalı, lobya, balqabaq) ilә yanaşı, c.-dan günәbaxan da mәnim sәnilmişdir. C.-ş.-dә alqonkinlәrlә bağlı Kolinqton әnәnәsi vә Şimali Karolina irokezlәri ilә bağlı Keşi әnәnәsi yayılmışdı. Şimal-Şәrqi H. irokezlәr, Atlantikayanı vә mәrkәzi alqonkinlәrdir. Miçiqan gölünün şm.-q. sahilindә siudilli vinneba qolar yaşayırdılar. Üç yarımregion (şәrq, qәrb vә şimal) müәyyәnlәşdirilir. Ş ә r q yarımregionunda (Huron vә Eri göllәrindәn Atlantika sahillәrinәdәk) mәskunlaşmış irokezlәr dә vә Atlantikayanı alqonkinlәrin bir hissәsindә (delavarlar, mogikanlar) icmanın әsasını tәşkil edәn, uzunsov evlәrdә yaşayan, qohumluğu ana xәtti üzrә hesablanan totem qәbilәlәr, liniclәr vә subliniclәr üstünlük tәşkil etmişdir. Mәskәnlәri, әsasәn, möhkәmlәndirilmişdir. Tayfa tәşkilatları mövcud olmuş, tayfa konfederasiyaları formalaşmışdır. Atlantikayanı alqonkinlәrin çoxunda qohumluğu ata xәtti üzrә hesablanan qurumlar üstünlük tәşkil etmiş, başçıların (saxemlәrin) rәhbәrliyi altında әrazi birliklәri yaranmışdır. Əsas silahları kaman, ağac toppuz (әvvәlcә daş tiyәli, sonralar isә dәmir tiyәli) idi; әlaqәlәrin başlaması ilә tomahavk baltası meydana gәlmişdir. Ağac qabığından karkaslı qayıqlar düzәldir, bәzi yerlәrdә keramika istehsal edirdilәr. Xәz vә zamşadan olan geyimlәri әvvәllәr tikişsiz, avropalıların gәlişindәn sonra isә tikişli idi; saçaq, maral vә sığın tükü, hәmçinin oxlu kirpi tikanları ilә bәzәdilirdi. Ayaqlarına mokasin vә yun corab geyinirdilәr. Vampumdan (balıqqulağıdan bәzәk) istifadә sәciyyәvi idi. Q ә r b yarımregionunda (şm.-da Missisipi çayının yuxarı axarı vә Huron gölündәn c.-da Ohayo çayı hövzәsinәdәk) yaşayan mәrkәzi alqonkinlәrdә vә vinnebaqolarda qohumluğu ata xәtti üzrә hesablanan qәbilәlәr, fratriyalar, dualist potestar quruluş (“dinc” vә “hәrbi” institutlar), ayini cәmiyyәtlәr mövcud idi. Yayda әkinçi mәskәnlәrindәki karkaslı tikililәrdә, qışda ovçu düşәrgәlәrindәki viqvamlarda yaşayırdılar. Maral, bizon vә s. ovu ilә mәşğul olurdular. Yuxarı vә Miçiqan göllәri rayonundakı bir sıra xalqlar (menominilәr vә b.) arasında mövsümi yabanı çәltik yığımı böyük әhәmiyyәt kәsb etmişdir. Ş i m a l yarımregionunda (Böyük göllәrdәn şm.-a doğru Ottava vә Müq. Lavrenti çayları hövzәsinәdәk) yaşayan alqonkinlәr – cәnub-qәrbi vә cәnub-şәrqi ocibvelәr, ottavalar, әsil alqonkinlәr mәdәniyyәt baxımından Subarktika H.-inә yaxındırlar: әsas mәşğuliyyәtlәri balıqçılıq, yığıcılıq vә ovçuluqdur, әkinçilik yardımçı әhәmiyyәt daşıyır. Qohumluğu ata xәtti üzrә hesablanan lokal totem qәbilәlәr sәciyyәvidir. Yayda balıq ovu yerlәrindә cәmlәnir, qışda ovçu qruplarına bölünürdülәr. Şәxssiz fövqәltәbii qüvvә (manitu – alqonkinlәrdә, orenda – irokezlәrdә) kultlarrı yayılmışdır. 10. C ә n u b - Q ә r b. ABŞ-ın Arizona ştatını, Nyu-Meksika ştatının q.-ini, Kolorado ştatının c.-q.-ini, Yuta vә Nevada ştatlarının c.-unu, hәmçinin Meksikanın Sonora, Çiuaua, Duranqo ştatlarının әrazisini әhatә edir. Pendeho (40 min il әvvәl) vә Sandia (35–17 min il әvvәl) mağara düşәrgәlәrinin radiokarbon üsulu ilә müәyyәnlәşdirilmiş erkәn tarixi, demәk olar ki, bütün arxeoloqlar tәrәfindәn skeptik qәbul edilir. Ov qәnimәtinin bölüşdürülmәsi qalıqları ilә yanaşı, Klovis vә Folsom tipli ucluqların tapıldığı düşәrgәlәr mәlumdur. Erkәn Holosen dövrü (e.ә. 7-ci minilliyin ikinci yarısı) abidәlәrinә aid Ventana vә Diequito tipli bıçaqlar asimmetrik formalıdır. Arxaik mәrhәlәdә bir sıra regional әnәnәlәr – Pinto (e.ә. 6-cı minillik – eramızın 6 әsrinin ortaları), Oşera (e.ә. 6-cı minilliyin ortaları – eramızın 5 әsrinin ortaları), Koçise (e.ә. 8-ci minilliyin ortaları – e.ә. 2 әsrin ortaları), Çiuaua (e.ә. 6-cı minillik – eramızın 3 әsri) müәyyәnlәşdirilmişdir. Qarğıdalı vә balqabaq becәrilmәsinә dair ilk sübutlar e.ә. 2-ci minilliyin birinci yarısına aiddir. Eramızın 5 әsrinin ortalarından şm.-ş.-dә çoxmәrtәbәli ev-mәskәnlәri, naxışlı keramikası vә s. olan pueblolara mәxsus Anasazi, Hohokam, Moqolyon, Patayan (8–15 әsrlәr; Kolorado çayı vadisi: basma texnikası ilә düzәldilmiş naxışlı keramik qablar, daş divarları olan yarımqazmalar qrupu), Sinaqua (8 әsrin ortaları – 12 әsrin ortalarında Arizona ştatının Flaqstaff ş.-nin yaxınlığında) mәdәniyyәtlәri yayılmışdır. Tәqr. 1300 ildә baş vermiş iqlim dәyişikliklәri әkinçiliyin böhranına gәtirib çıxarmış, şimaldan arealın şm.-ş.-indә, pueblo xalqlarına (hopilәr, zunilәr, kereslәr, tanolar) yaxın mәskunlaşmış vә onlardan qismәn әkinçiliyi, toxuculuğu mәnimsәmiş cәnubi atabaskların vә b.-nın (navaxolar) miqrasiyası başlamışdır. Şm.-q.-dә mәskunlaşmış digәr apaçilәr vә yuma xalqları (havasupaylar, valapaylar, moxavelәr, yavapaylar, marikopalar, kueçanlar, kokopalar, kilivalar) mәdәniyyәt baxımından Böyük Hövzә H.-inә yaxındırlar. 17 әsrdәn apaçilәrin bir qismi arasında bizonların atla ovu yayılmışdır. Apaçilәr vә yumalardan c.-da, әsasәn, suvarma vә dәmyә әkinçiliyi ilә mәşğul olan yuta-astek xalqları (pimalar, papaqolar, mayolar, yakilәr, tepeuanolar vә b.) yaşamış, tala әkinçiliyi ilә mәşğul olan tepeuanolar, ovçuluq vә yığıcılıqla mәşğul olan papaqolar mәskunlaşmışlar; qәrb sahilboyunda yaşamış serilәrin әsas mәşğuliyyәti dәniz ovçuluğu vә balıqçılıq idi. Pueblo xalqlarında keramikanın naxışlanması vә divar boyakarlığı, pueblolar vә navaxolarda rәngli qumla boyakarlıq inkişaf etmişdir M i f o l o g i y a. İnsanların meydana gәlmәsinәdәk yaşamış zoomorf ulu әcdadların obrazları sәciyyәvidir. Heyvanlar haqqında nağıl mifdәn ayrılmamışdır. Ən çox yayılmış mifoloji qәhrәmanlar Qurbağa vә ya Quru qurbağası (xüsusәn salişlәrdә), Koyot (Cәnub-Qәrbdә) vә s.-dir; trikster vә demiurq rolunda Quzğun (şimal-qәrbi sahilyanı әrazi), Su samuru, Zığ-zığ quşu vә s. (şimal-qәrbi sahilyanı әrazinin cәnubu), Koyot (qәrbdә), Sibir porsuğu (Subarktikanın şәrqindә), Hörümçәk (siuların bir qismindә), Dovşan (Böyük göllәrdә yaşayan aqlonkinlәrdә) vә s. çıxış edir. Subarktika, Böyük düzәnliklәrin şimalı, Kaliforniya (әsasәn, penutilәrdә), Şimal-Şәrq vә s. regionlarda heyvan vә ya quşun (adәtәn ördәk, qaqara, ondatra, tısbağa) suya dalaraq, bir neçә uğursuz cәhddәn sonra okeanın dibindәn torpaq götürmәsi vә qurunun bundan yaranması süjeti yayılmışdır. Cәnub-Qәrb, Böyük düzәnliklәrin cәnubu vә Cәnub-Şәrqdә ulu әcdadların torpaqdan çıxması; Qәrbdә – övladı bәtnindәn qeysәr kәsiyi ilә çıxarılan qadınlar haqqında miflәr var. İrokezlәr üçün ay lәkәsi olan qadının tikiş tikmәsi süjeti sәciyyәvidir; qadın tikmәni bitirәndә dünyanın sonu gәlәcәk. Atapasklarda aya aparılan oğlan haqqında mif var. Müxtәlif regionlarda qaynayan qazanın qapağı kimi yerә çırpılan sәma obrazına; mütәmadi olaraq köçәri quşlarla (bәzәn hәşәratlarla) mübarizә aparan cırtdanlar haqqında süjetlәrә rast gәlinir. Astral mifologiya da geniş yer tutur: Böyük Ayı bürcü – ayını tәqib edәn yeddi qardaş vә ya üç ovçu (Şimal-Şәrqdә); Orion Qurşağı – ovçunun oxuna tuş gәlmiş üç dırnaqlı heyvan (Qәrbdә); Pleyadalar – yeddi qardaş vә ya bacı; Əlkur (Süha ulduzu) mәşhurdur. Burada kontinent üçün spesifik olan Əllәr bürcü (Orion vә s.) var. Ulduz hәyat yoldaşı haqqında mifdә qız Ulduza әrә getmәyi arzulayır, sәmaya qalxır, övlad dünyaya gәtirir, yerә enir (adәtәn, hәlak olur), oğlu qәhrәmanlıqlar göstәrir. H.-dә tufan quş hesab edilirdi (onun gözlәri ildırım saçır, göy gurultusu isә qanadlarının şappıltısıdır); onun düşmәnlәri xtonik ilanabәnzәr mәxluqlardır. H.-dә macәra vә qәhrәmanlıq mifologiyası var (qәhrәman çәtin tapşırıqları yerinә yetirir). Hәrbi toqquşmalar, demәk olar ki, tәsvir olunmamışdır, әmlakın vә hәyatın qoyulduğu qumar motivlәri sәciyyәvidir. Ş i f a h i y a r a d ı c ı l ı q. Tәbil, yaxud zınqırovların müşayiәti ilә ifa olunan mәrasim mahnı-rәqslәri müstәmlәkәdәn әvvәl ki dövrә aid edilir, poetik mәtnin әsas rol oynadığı vokal musiqiçiliyi (fleyta ifaçılığı istisna olmaqla xalis instrumental musiqiyә rast gәlinmir) yayılmışdır; mәqam әsasını pentatonika tәşkil edir, mikrointervaldan geniş istifadә olunur, yeni formaların yaranmasının әsasında müxtәlif tәkrarlardan ibarәt ostinato durur. Tәqvim mahnıları, keçmişdә ailә-mәişәt (uşağın dünyaya gәlmәsi, hәddi-büluğa çatması, dәfn vә s. mәrasimlәr), hәmçinin hәrbi (onların arasında ölümqabağı mahnılar) mahnı vә rәqslәri yayılmışdı; müalicә, ovdan qabaq yağışı çağırma vә s. mәrasimlәrdә mahnı vә rәqsә çox yer ayrılırdı. Ənәnәvi musiqi janrları arasında әn mühümü yerli ayin tәcrübәlәri ilә bağlı mahnı-tilsimdir. Böyük düzәnliklәrdә yaşayan H.-dә Günәş Rәqslәri mahnıları, hәrbi mahnılar seçilir, alqonkinlәrdә (ocibvelәr, potavatomilәr, krilәr, menominilәr) Midevivin gizli cadugәr cәmiyyәtinin mahnıları, oseclәrdә, nava xolarda epik mahnılar; pueblo vә atapasklarda arxaik mәrasim mahnıları saxlanılmışdır. Tundra H.-inin vokal musiqisi intonasiya vә registrinә görә insan danışığına yaxındır, bu da evdә oxumaq әnәnәsi ilә bağlıdır. Meşә zonasında yaşayan H.-in musiqisindә antifon oxuma üstünlük tәşkil edir. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә pauvau festivalları vә yenidәn bәrpa olunan әnәnәvi ayinlәr zamanı әnәnәvi mahnılar sәslәnir (Günәş Rәqsi vә s.). Ağdәrililәrin tәsirilә H.-dә yeni musiqi alәtlәri yaranmış (19 әsrin sonlarında apaçilәrdә musiqili kaman vә violinin qarışığı olan hindi violini), vokal (“Forty-nine” – kişi vә qadınlar tәrәfindәn dәf, yaxud tәbilin müşayiәti ilә ingilisdilli mәtnlәr әsasında ifa olunan mahnılar) vә dini musiqinin (navaxolarda Yerli amerikan kilsә mahnıları vә s.) qarışıq formaları inkişaf etmişdir. Bәstәkarlardan L.Ballard (metis çiroki/kuano), R.Karlos Nakai (navaxo/yuta), J.Armstronq (salişlәr qrupundan okanaqan) yerli hindi vә Avropa әnәnәlәrini öz yaradıcılıqlarında birlәşdirmişlәr; P. La Farj (pueblo Tevada tәrbiyә almışdır), F.Vesterman (santi-dakota), B.Sen-Mari (kri), V.Mitçell hindi populyar musiqisinin müәllif vә ifaçılarındandırlar (1960-cı illәrdәn).
Mezoamerika vә Cәnubi Amerika hindilәri. ABŞ-dan c.-dakı hindi mәdәniyyәtlәrinin tәsnifatı az işlәnilmişdir, buradakı mәdәni-tarixi zonalar arasındakı sәrhәdlәr daha çox şәrtidir. 5 tarixi-mәdәni vilayәt müәyyәnlәşdirilmişdir. 1. N u k l e a r A m e r i k a. Bura M e z o a m e r i k a (Mәrkәzi vә Cәnubi Meksika, Qvatemala, Hondurasın q.-i vә c.-u, Salvador), A r a l ı q v i l a y ә t i (Hondurasın çox hissәsi, Kosta-Rika, Panama, Böyük Antil a-rı, Kolumbiya vә Venesuelada sahilyanı әrazilәr, dağlar, qismәn lyanoslar vә Orinokonun orta axarı, Ekvadorun şm. hissәsi), M ә r k ә z i A n d d-rı (Ekvadorun c.-u, Boliviya vә Peru sahillәri vә dağları, Çilinin şm.-ı, Argentinanın şm.-q. hissәsi) daxildir. Nuklear Amerikanın erkәn mәdәniyyәtlәri kifayәt qәdәr öyrәnilmә mişdir. E.ә. 7–6-cı minilliklәrәdәk әhali olduqca seyrәk idi. Mezoamerikada vә Mәrkәzi Amerikada Klovis tipinә yaxın ikitәrәfli işlәnmiş novşәkilli ucluqlar tapılsa da, bu mәdәniyyәtә aid düşәrgәlәr yoxdur. Çyapas vә Yukatandan Dağlıq Ekvadora vә Peru sahillәrinin şm.-ınadәk ölçüsünә görә Klovis ucluqlarından kiçik, Pataqoniyadakı Fell tipinә yaxın, aşağıya doğru daralan ucluqlara rast gәlinmişdir. Kolumbiyada Boqota yaxınlığında Son Pleystosen dövrünә aid maral, at vә mastodont ovçularının düşәrgәlәri tapılmışdır. Holosenin başlanması ilә Mәrkәzi Amerikadan Perunun şm. sahillәrinәdәk, ehtimal ki, ağac emalı üçün istifadә olunmuş “kәnarları düzәldilmiş qәlpәlәr” әnәnәsi yayılmışdır. Mәrkәzi And dağlıq rayonlarında ona sinxron olan maral vә quanako ovçularından qalma yarpaqşәkilli (vә digәr ikitәrәfli işlәnmiş, lakin novşәkilli olmayan) ucluqlar әnәnәsi yayılmışdı. Antil a-rında qәdim insanların izlәri tәqr. e.ә. 5–4-cü minilliklәrә aiddir, mәskunlaşma, ehtimal ki, Venesuela tәrәfdәn baş vermişdir. Nuklear Amerikanın xüsusi tarixi-mәdәni areal kimi formalaşması istehsal tәsәrrüfatının vә mürәkkәb cәmiyyәtlәrin tәşәkkülü gedişindә baş vermişdir. Burada Mezoamerika vә And әkinçiliyi ocaqları (e.ә. 9–5-ci minilliklәrdә ilk tәcrübәlәr, e.ә. 3–2-ci minilliklәrdә qәti olaraq formalaşma) yaranmış, intensiv әkinçilik formaları meydana gәlmişdir: lәkli tarlalar (Meksika, Ekvador, Boliviya yastıdağlığı), dağ yamaclarının suvarılması (Meksika, Peru), terraslaşdırılması (Peru, Kolumbiya); dağlıq meşә rayonlarında vә tropik ovalıqlarda tala әkinçiliyi yayılmışdı. Mezoamerika vә Mәrkәzi Amerikada qarğıdalı, paxlalılar, qabaq fәsilәsindәn olan bitkilәr, And dağlıq rayonlarında kartof, batat, Antil a-rında maniok üstünlük tәşkil edirdi. Tәqr. e.ә. 5-ci minillikdә Mezoamerika ilә Mәrkәzi And arasında mәdәni bitki növlәrinin mübadilәsi hәyata keçirilirdi. Heyvandarlıq inkişaf edirdi: Mezoamerikada hinduşka, Andda lama, alpaka, Amerika donuzcuğu, sahilboyunda ördәk әhlilәşdirilmişdi; Çili vә Peruda eramızın 13 әsrindә polineziyalılar tәrәfindәn gәtirilmiş toyuq yetişdirilmәsi qismәn yayılmışdı. Hәmçinin ovçuluqla (Mәrkәzi Andda sürәk ovu) mәşğul olmuşlar, Peru sahillәrindә balıqçılıq inkişaf etmişdi. E.ә. 4-cü minilliyin sonlarından Ekvador sahillәrindә (Valdiviya mәdәniyyәti) vә Kolumbiyanın şm.-ında (Monsu, Puerto-Ormiqa vә s.), e.ә. 3-cü minilliyin әvvәllәrindәn Mәrkәzi Amerikada, e.ә. 3-cü minilliyin ikinci yarısından Mezo amerikada, e.ә. 2-ci minilliyin әvvәllәrindәn Mәrkәzi Antil a-rında, әsasәn, kalebas qabların formasını (tekomate) tәkrarlayan yapma keramika (Dağlıq Perunun şm.-ındakı Rekuay mәdәniyyәtindә eramızın ilk әsrlәrindә qısa müddәt dulus çarxından istifadә olunmuşdur) meydana gәlmişdir.

Amazon hindilәri.
Qabarıq (oyma, möhürlü, yapma) vә naxışlı (hәndәsi, zoomorf vә antropomorf motivlәr) dekorla zәngin bәzәdilmiş keramika sәciyyәvidir. Kolumbiya vә Peru dağlarında dәrәlәrin üzәrindәn hörmә körpülәr salınırdı. Ticarәt, o cümlәdәn Sakit okean sahillәrindә balsa ağacından düzәldilmiş sallardan (eramızın 1-ci minilliyindәn gec olmayaraq) istifadә olunmaqla dәniz ticarәti inkişaf etmişdi. Şaquli dәzgahda naxışlı toxuculuq, mis (eramızın 1-ci minilliyinin sonlarından Perunun şm. sahillәrindә kükürd tәrkibli külçәlәrdәn mis әridilmәsi), qızıl, qismәn gümüş (e.ә. 2-ci minillikdәn Boliviyada, e.ә. 1-ci minillikdәn Perunun şm. sahillәrindә; eramızın 1-ci minilliyinin ikinci yarısında Mezoamerikaya çatmışdı) metallurgiyası yayılmışdı; tunc Boliviyada eramızın ilk әsrlәrindәn, Perunun şm.-ında vә Mezoamerikada eramızın 2-ci minilliyindәn mәlum idi. E.ә. 3-cü minilliyin әvvәllәrindәn Peru sahillәrindә vә e.ә. 2-ci minilliyin sonlarından Mezoamerikada daşdan vә gildәn monumental memarlıq, monumental daş heykәltәraşlığı (Mezoamerika, Mәrkәzi Amerika, Dağlıq Kolumbiya, Boliviya vә Peru dağları) inkişaf etmişdi. Tәsviri sәnәt üçün (Peru sahillәrindә e.ә. 4-cü minilliyin sonu – e.ә. 3-cü minilliyin әvvәllәrindәn, Mezoamerikada tәqr. e.ә. 2-ci minilliyin sonlarından, Ekvadorda vә Kolumbiyanın c.-q.-indә e.ә. 1-ci minillikdәn, Mәrkәzi Amerikada eramızın 1-ci minilliyindәn) yaquar, ilan, yırtıcı quşlar vә insan obrazlarının, Aralıq vilayәti üçün hәmçinin timsah vә yarasa obrazlarının birlәşmәsi sәciyyәvidir. Bir çox Mәrkәzi And mәdәniyyәti vә Mezoamerikanın q.-i üçün “pillәkәn” әlavә edilmiş meandr motivli hәndәsi ornament sәciyyәvidir. E.ә. 3–2-ci minilliklәrdә Andda, e.ә. 2-ci minilliyin ikinci yarısında Mezoamerikada mürәkkәb cәmiyyәtlәr (icma birliklәri vә siyasi vә tәsәrrüf mәrkәzlәri kimi mәbәdlәri olan dövlәtlәr) formalaşmışdı: Mezoamerikada – olmeklәrә, sapoteklәrә mәxsus mәdәniyyәtlәr (Monte-Alban), İsapa, mayya mәdәniyyәti, Teotiuakan, totanakların (Taxin), tolteklәrin, mişteklәrin, asteklәrin, taraskların mәdәniyyәtlәri; Aralıq vilayәtindә e.ә. 1-ci minilliyin sonları – eramızın 1-ci minilliyinin ortalarından mürәkkәb icma birliklәri (İlama, Kimbaya, Kokle, San-Aqustin, Sinu, Tayrona, muiskalar vә s.); Peru sahillәri vә qonşu dağlıq rayonlarda e.ә. 3–2-ci minilliklәrә aid monumental mәbәd mәrkәzlәri mәdәniyyәti (Seçin-Alto, Moheke, Qaraqay, Uaka-de-los-Reyes, Serro-Seçin, Kuntur-Uasi, Pakopampa vә bir sıra digәrlәri), Çavin, Parakas, Pukara, Naska, Moçika, Lima, Kaxamarka, Uari, Tiauanako, Siqan, Çankay, İka, Çimu, inklәrә mәxsus mәdәniyyәt. Mezoamerikada, Cәnubi Amerika nın Karibyanı vilayәtlәrindә vә Antil a-rında topla ayini oyun yayılmışdı; Mezoamerikada tәqr. e.ә. 1-ci minilliyin sonlarından eramızadәk heroqlif yazı sistemi, 20 günlük aylardan, 13 günlük hәftәlәrdәn vә 52 illik dövrdәn ibarәt tәqvim mövcud olmuşdur. Mәrkәzi And üçün mulyu dәniz balıqqulağı (lat. Spondylus) istifadә etmәklә mәhsuldarlıq ayinlәri, suvarma kanallarının müntәzәm tәmizlәnmәsi vaxtı ilә bağlı bayramlar sәciyyәvidir; tәqr. eramızın 1-ci minilliyinin ortalarında kipu adlı “düyünlü yazı” meydana gәlmişdi; 12–14 әsrәdәk qәnimәt başlar kultu mövcud olmuşdur. İllik dövrdә (xüsusilә әkinçilik işlәri ilә әlaqәdar) iyun ayında Ülkәrin heliakal doğuşu hesab nöqtәsi rolunu oynayırdı. Mifologiya üçün Kәhkәşanın sәmavi çay kimi obrazı (xüsusilә Andda); Günәş vә Hilalın (Günәş – hәmişә kişi, Hilal – qadın, yaxud kişi) uşaqlıqda Yerdә yaşamış siblinqlәr kimi obrazı; Günәşin yaranması nәticәsindә ilk insanların mәhvi süjeti (xüsusilә Andda vә Mezoamerikada); Mezo amerikada vә Aralıq vilayәtinin bәzi yerlәrindә günәşin sәmada hәrәkәtinin dәstәklәnmәsi mәqsәdilә insan qurbanvermәnin vacibliyi haqqında tәsәvvürlәr sәciyyәvidir. Mezoamerikanın şm.-q.-indә yuta-astek xalqlarının nümayәndәlәri (asteklәr, uiçollar, pipillәr vә b.), oto-mangelәr (otomilәr, popolokalar, çoçolar, masateklәr, kuitlateklәr, mişteklәr, çinanteklәr, sapoteklәr, çatinlәr, tlapaneklәr), totonaklar, tarasklar, mixe-sokelәr (mixelәr vә sokelәr) yaşayırdılar; Mezoamerikanın c.-ş.-i mayya xalqları tәrәfindәn mәskunlaşdırılmışdı, Hondurasla sәrhәddә şinkalar vә lenkalar yaşayırdılar. Aralıq zona Karibyanı aravaklar (Antil a-rı, Kolumbiya, Venesuela), çibçalar (Mәrkәzi Amerika, Kolumbiya), çokolar (Kolumbiyanın şm.-q.-i), quahibolar (Kolumbiyanın şm.-ş.-i), paeslәr (Kolumbiyanın q.-i), barbakoalar (Ekvador sahillәri, Kolumbiyanın c.-q.-i) vә b. tәrәfindәn mәskunlaşdırılmışdı. Mәrkәzi Andın әsas әhalisi keçualar vә aymaralardır. Mәrkәzi Çili araukanları bir tәrәfdәn Mәrkәzi And H.-i (kartof becәrilmәsi, lama vә Amerika donuzcuğu yetişdirilmәsi, müstәmlәkә dövründә gümüş bәzәk әşyalarının istehsalı), digәr tәrәfdәn tropik meşәlәr vә savannalarda yaşayan H. (yerәdәk dam örtüyü olan dirәk konstruksiyalı böyük ev; ispanların işğalınadәk yalnız icma tәşkilatlarının mövcud olması) üçün sәciyyәvi olan mәdәni xüsusiyyәtlәri birlәşdirirlәr. Avropa tәrәfindәn müstәmlәkәlәşdirildikdәn sonra Nuklear Amerika H.-i avropalılardan qaramal vә davar, yeni mәdәni bitki növlәri (buğda, çәltik vә s.) vә s. mәnimsәmişlәr. Müasir mәskәnlәri icma mәrkәzindәn ibarәt şәhәrciyi әhatә edәn xutor (kaseriya) vә pәrakәndә, yaxud sıx planda salınmış kәndlәrdir (aldea). Evlәri Mәrkәzi Amerikanın c.-ş.-indә, әsasәn, düzbucaqlı, Kolumbiya vә Ekvador dağlarında, әsasәn, dairәvi planda, dam örtüyü hündür olmaqla (iki- vә ya dördyamaclı, yaxud konusvarı) çiy kәrpicdәn (adob), ağac vә qamışdan tikilmişdir. Mezoamerikada Kolumbaqәdәrki dövrdәn buxar hamamları saxlanılmışdır. Mezoamerika vә Mәrkәzi Amerika üçün üç daşdan ibarәt ocaqlar, yastı, yaxud üçayaqlı gil tavalar, tripod qablar sәciyyәvidir. Ənәnәvi geyimlәri pambıq vә yundan tikişsiz, yaxud tunikayabәnzәr (qısa vә uzun köynәk, uipil, serape, ponço, bel sarğısı, düymәsiz qadın әtәyi) geyimlәr, kişilәrdә şalvar, hәsir vә fetr şlyapadır. Böyük patriarxal ailә, ikixәtli remic icması (asteklәrdә kalpulli, keçualarda aylyu) üstünlük tәşkil edirdi. 2. A n d d a ğ l a r ı n d a n ş ә r q d ә t r o p i k m e ş ә v ә s a v a n n a l a r (Kolumbiyanın c.-ş.-i, Venesuelanın c.-u, Ekvadorun ş.-i, Peru, Qviana, Braziliyanın çox hissәsi, Boliviyanın şm.-ı vә ş.-i). Paleohindi mәrhәlәsi Braziliya yastıdağlığında daha yaxşı öyrәnilmişdir (İtaparika әnәnәsi: iri qәlpәlәrdәn vә lövhәlәrdәn birtәrәfli qәlpәlәnmiş alәtlәr). Şәrqi Amazoniyada әn qәdim düşәrgә Kaverna-da-Pedra-Pintadadır (e.ә. 11–10-cu minilliklәr). Mәrkәzi vә Şimali Amazoniyada tarixi dәqiq müәyyәnlәşdirilmiş paleohindi abidәlәri yoxdur. Regionun tarixәn mәlum H.-i kariblәr (şm.-da), Amazon aravakları vә cәnubi aravaklar (şm.-da vә q.-dә), yanomamalar (şm.-da), tukanolar, uitotolar vә xivarolar (şm.-q.-dә), pano-takanalar (q.-dә), tupilәr vә jelәr (Braziliya yastıdağlığı), kiçik dil ailәlәrinin nümayәndәlәri vә tәcrid olunmuş dillәrin daşıyıcılarıdır. İri çayların subasarlarında balıqçılıq (bitki tәrkibli zәhәrlәrdәn istifadә edilmәklә) vә talalarda toxa әkinçiliyi (acı vә şirin maniok, batat, yams vә s. tropik köküyumrular, qarğıdalı, şaftalı palması, bibәr, pambıq, Bixa orellana boyaq maddәsi, X. Kolumbdan sonra banan), suayırıcılardakı meşәlәrdә ovçuluq (kamanla vә oxatan borucuqla), savannalara bitişik meşәlәrdә mövsümi tala әkinçiliyi ilә yanaşı ovçuluq vә yığıcılıq üstünlük tәşkil etmişdir. Şәrqi Boliviyanın mövsümi subasar savannalarında, qismәn Qvianada vә Mәrkәzi Braziliyada lәkli tarlalarda intensiv әkinçiliklә mәşğul olmuşlar; bu әrazilәrdә vә Amazon çaybasarında әhali sıxlığı suayırıcılardakı әhali sıxlığını xeyli üstәlәmişdir. Dulusçuluq (e.ә. 4–3-cü minilliklәrdәn, Şәrqi Amazoniyada, ehtimal ki, e.ә. 6-cı minillikdәn; naxışlı vә qabarıq dekorlu keramika, xüsusilә Amazon çayı mәnsәbindә Marajoara mәdәniyyәtindә, Amazoniyanın eramızın 1-ci minilliyi – 2-ci minilliyinin әvvәllәrinә aid polixrom әnәnәsinә aiddir); toxuculuq (pambıqdan); ayini kostyumlar üçün tapa hazırlanması (Şimal-Qәrbi Amazoniya); ağac üzәrindә oyma; ağac, lif vә s. üzәrindә naxışvurma (maska vә digәr mәrasimi әşyalar, Şimal-Qәrbi Amazoniyada icma evlәrinin fasadları); quş lәlәklәrindәn baş geyimlәrinin vә bәzәklәrin, Kolumbdan sonra muncuqdan bәzәk әşyaları vә döşlüklәrin hazırlanması inkişaf etmişdi. İncәsәnәtdә hәndәsi motivlәr üstünlük tәşkil edir, şimal-qәrbdә antropomorf vә zoomorf varlıqların natura list maskalarına rast gәlinir. Böyük icma evlәrindә (malokalarda, çuruatalarda vә s.) 19 әsrdә 200 nәfәrәdәk yaşayırdı, düzbucaqlı (uz. 30 m-әdәk), dairәvi, yaxud oval (hünd. 25 m-әdәk) planda, qәrbdә vә şimalda adәtәn çıxıntılı divarları, cәnubda vә şәrqdә yerәdәk dam örtüyü olurdu; açıq aralıqlı evlәr vә nuklear ailәlәr üçün müvәqqәti talvarlar; yanomamalar üçün mәrkәzi meydanın әtrafında talvarlar (şabono) halqası; Braziliya yastıdağlığında vә Cәnubi Amazoniyada bәzәn mәrkәzindә kişi evlәri yerlәşmәklә mәrkәzi meydanı olan iri dairәvi, yaxud nalşәkilli planda mәskәnlәr sәciyyәvi idi. Geyimlәri bel sarğısı, döşlük, toqqa (çox vaxt geyimsiz gәzirdilәr); qәrbdә And H.-inin tәsirilә tunikayabәnzәr köynәk-kuşma idi. Sıx mәskunlaşmış çaybasarlarda vә subasar savannalarda icma birliklәri, Şimal-Qәrbi Amazoniyada qeyri-sabit konfederasiyalar mövcud olmuşdur. Müharibәlәr, bәzi yerlәrdә “düşmәn başlarının ovu” adәti, kannibalizm yayılmışdı. Şәrqi tukanolar, aravakların çoxu vә digәrlәri üçün kostyumlar, maskalar, şeypur vә fleytadan istifadә etmәklә gizli kişi mәrasimlәri sәciyyәvidir. İnsanlar ilә heyvanlar alәmi arasında әlaqәlәr haqqında tәsәvvürlәr mövcud olmuşdur (ölmüş insanlar ovluq heyvanlara çevrilirlәr; heyvanlar insan birliklәrinә bәnzәr qruplar tәşkil edir vә s.). Kәhkәşan çox vaxt ilan, yaxud çayla assosiasiya olunur, ulduzlar antropomorf personajlar kimi tәsәvvür edilir. Mifologiya üçün ilk әcdadları heyvanlara çevirәn sәyyah İslahatçı obrazı (Andönü rayonlarda); mәdәni qәhrәman vә onun uğursuz yoldaşı (çox vaxt Günәş vә Hilal); meşәnin (heyvanların) ağası vә onun kiçildilmiş variantı – qәhrәman tәrәfindәn hiylә vasitәsilә mәğlub olunmuş meşә iblisi; ilk insanların alt dünyadan yer üzünә zühur etmәlәri (nadir hallarda onların göydәn enmәlәri) süjeti; nәhәng ağacın budaqlarında bitәn mәdәni bitkilәrin mәnimsәnilmәsi (әsasәn şimal-qәrbdә); amazonlar haqqında; ilk әcdadlar icmasında kişilәr ilә qadınlar arasında münaqişәlәr; әkiz qardaşların analarını öldürmüş yaquardan intiqamı; quş yuvalarını dağıdan haqqında süjetlәr sәciyyәvidir. Q r a n - Ç a k o d ü z ә n l i y i (Boliviyanın c.-ş.-i, Argentinanın şm.-ı, Paraqvayın q.-i) samukolar, quaykurular, matako-mataquayolar, lule-vilelalar vә b. tәrәfindәn mәskunlaşdırılmışdır. Ovçuluq, yığıcılıq, çay daşqınlarından sonra primitiv әkinçiliklә mәşğul olmuşlar; avropalılardan atı mәnimsәmiş bәzi qruplar atla ova başlamışlar. Evlәri daxma, hәmçinin budaq vә otdan düzәldilmiş talvarlar idi. Mәdәniyyәtlәri Braziliya savannaları H.-inin mәdәniyyәtlәrinә yaxındır. Mifologiyada Braziliya yastıdağlığı vә Amazoniya üçün sәciyyәvi olmayan trikster (çox vaxt Tülkü) obrazına rast gәlinir; kişilәrin suda, yaxud sәmada yaşayan ilk qadınları yaxalaması süjeti; sonradan mәzarı üstündә tütün bitәn qadının bәdheybәtә çevrilmәsi haqqında mif; ulduz-әr haqqında mif vә s. yayılmışdır. 4. C ә n u b i A m e r i k a n ı n m ü l a y i m q u r ş a ğ ı n d a k ı ç ö l (p a m p a) v ә y a r ı m s ә h r a l a r d a (Cәnubi Braziliya, Uruqvay, Mәrkәzi vә Cәnubi Argentina) çarrualar, puelçelәr, teuelçelәr,
Odlu Torpaq onaları vә b. mәskunlaşmışlar. Əsas mәşğuliyyәtlәri dırnaqlı heyvanların (quanako, vikunya, maral) vә uçmayan quşların (xüsusilә nandu) ovu, atın peyda olmasından sonra atla ov (odlutorpaqlılar istisna olmaqla) idi. Sәciyyәvi silahları bola olmuşdur. Dәrinin aşılanması vә boyanması (hәndәsi naxışlar) inkişaf etmişdi. Onalarda Amazon tipli kişi mәrasimlәri mәlumdur. Evlәri budaqlardan daldalıq (toldo) idi. Geyimlәri bel sarğısı vә dәri çiyinlikdir. Qohumluğu ata xәtti üzrә hesablanan böyük patrilokal ailәlәr sәciyyәvidir. Dil baxımından qohum teuelçelәrin vә onaların mifologiyası bir-birindәn xeyli fәrqlәnir: teuelçelәrin әsas personajı Günәşin qızına
elçi göndәrmiş qәhrәman Elaldır; trikster – Tülkü obrazı da var; onalarda isә bir-biri ilә bağlı olmayan bir neçә mifoloji silsilә var, trikster mövcud deyil. 5. Ç i l i a r x i p e l a q ı v ә O d l u T o r p a ğ ı n c ә n u b - q ә r b i odlutorpaqlılar (yaqanlar, alakaluflar, çonolar; sonuncular haqqında mәlumat azdır) tәrәfindәn mәskunlaşdırılmışdır. Əsasәn, dәniz yığıcılığı vә vәhşi heyvan ovu ilә mәşğul olmuşlar. E.ә. 1-ci minilliyәdәk mәdәniyyәt vә antropoloji tip baxımından onlara yaxın H. Sakit okean sahillәri boyunca Perunun c.-unadәk mәskunlaşmışdılar. Fıstıq ağacı qabığından düzәldilmiş karkaslı qayıqlar; dairәvi, yaxud oval planda budaqlardan tikilmiş, üzәri ot, ayıdöşәyi, dәrilәrlә örtülmüş komalar (böyük tikililәr mәrasimlәr üçün nәzәrdә tutulmuşdu) sәciyyәvidir. Yaqanların mifologiyası onalar (qadınların hakimiyyәtdәn devrilmәlәri) vә Amazoniya H.-i (quşların Göy qurşağına hücumu nәticәsindә onlarda parlaq rәnglәrin әmәlә gәlmәsi) ilә ümumi süjetlәrә malikdir. Mezoamerika vә C. Amerika H.-inin ş i f a h i y a r a d ı c ı l ı q әnәnәlәri arxeoloji qazıntılar nәticәsindә tapılmış musiqi alәtlәri ilә tәmsil olunan qәdim mәdәniyyәtlә әlaqәlәrini qoruyub saxlayır: daş vә ağacdan düzәldilmiş qoşa fleytalar (Çilinin mәrkәzi rayonu; müasir araukanlar belә fleytaları qamışdan düzәldir, onları köklәmәk üçün gövdәlәrinә su tökürlәr), gildәn şarabәnzәr fleyta-okarinalar (And vilayәti), eyni vaxtda müxtәlif yüksәklikli sәsә malik spesifik fiqurlu aerofonlar (Meksika, Ekvador, Peru) vә s. Sәs vә musiqinin müalicә ayinlәrindә böyük rolu olmuşdur: Moçika vә Naska mәdәniyyәtinә mәxsus qәdim saxsı qablar üzәrindә şәfavericilәrin fleyta (o cümlәdәn çoxborulu) vә tәbillә tәsvirlәri әks olunmuşdur (20–21 әsrlәrdә bu mәrasimlәrdә şaxşaxlardan geniş istifadә edilir). Mayya vә asteklәrin musiqi mәdәniyyәtinin izlәri Mezoamerikanın müasir xalqlarında görünmәkdәdir; inklәr imperiyasının yüksәk musiqi mәdәniyyәti qismәn keçua vә aymaralarda saxlanılmışdır. Mayya, astek vә inklәrin sivilizasiyalarında musiqi mühüm dövlәt, ictimai vә dini әhәmiyyәt kәsb edirdi. Sәs haqqında tәsәvvürlәr kosmoloji tәlimlәrә söykәnirdi. Asteklәrin fәlsәfi-estetik baxışları yüksәk bәstәkarlıq mәharәti (kuikapisk) anlayışını özündә ehtiva edirdi; bu baxışlara uyğun “dahi bәstәkarlar” (tlamatinime) Nesaualkoyotl vә Açayyakatl (II Moktesumanın atası) dövlәt vә ictimai mәrasimlәr üçün әsәrlәr yaratmışlar (müstәmlәkә dövründә ispan musiqiçilәri tәrәfindәn işlәnilmiş vә ifa olunmuşdur). İndiyә kimi әnәnәvi beşik vә yol mahnıları, heyvanların örüşә çıxarılması zamanı fleytada ifa yayılmışdır; dağ rayonları vә tropik meşәlәrdә musiqi ifaçılığının arxaik formaları saxlanılmışdır. Çox borulu, horizontal vә şaquli fleytalardan, müxtәlif membranofonlar vә idiofonlardan indiyәdәk geniş istifadә olunur. Ay mara vә keçua әnәnәlәrindә qәdim dövrdәn ansamblda eynicinsli alәtlәrdәn istifadә, nәfәs vә simli alәtlәrdәn isә istifadә edil mәmәsi qaydaları mövcuddur (gitara, yaxud çaran-qonun daxil olduğu nәfәs alәtlәri ansamblları metislәrin musiqisinә aiddir). Yaquara sitayişlә “yaquar mahnıları” (hәddi-büluğa çatma mәrasimindә ağac trubalarda ifa olunur vә yaquarın nәrәsini tәqlid edir) janrı bağlıdır. Amazoniya H.-lәri gizli kişi mәrasimlәrindә ağac vә qabıqdan hazırlanmış, uzunluğu bir neçә metrә çatan nәfәs aerofonlarından istifadә edirdilәr. Suyyalarda (Braziliya) hәm tayfaların, o cümlәdәn qadınların qarşısında ifa olunan improvizasiyalı akua kişi mahnıları (müğәnni üçün son dәrәcә yüksәk registrdә ifa xarakterikdir) vә totemlәrә hәsr olunmuş dәqiq formalı vә müәyyәn templi ngere mahnıları yayılmışdır. Araukanlarda (Argentinanın q.-indә) totemlәrә hәsr olunan vә “әcdadların yolu” kimi sәciyyәlәndirilәn tayil qadın mahnıları akustik, melodik vә ritmik xüsusiyyәtlәri ilә seçilir; bir qayda olaraq, bu mahnılar tayfanın kişi nümayәndәlәri üçün ifa edilir. Araukanların şaman mәrasimlәrindә dәfdәn istifadә C. Amerika üçün sәciyyәvi deyil. Amazoniyanın şm.-q.-indә siqnalvermәdә istifadә edilәn yarıq tәbillәr mәlumdur. Taraumara xalqlarında (Meksika) “o biri dünya” ilә ayini ünsiyyәt ayin mәrkәzinin әtrafında konsentrik dairәlәr tәşkil edәn vә polimetriya effekti yaradan dәflәrin kömәyi ilә hәyata keçirilir. Ənәnәvi musiqi festi valları, kәnd tәsәrrüfatı vә dini bayramlar zamanı sәslәnir. Bu musiqi metislәrin musiqisinә tәsir göstәrmiş, şәhәr mühitinә sirayәt etmişdir. Müxtәlif növ qarşılıqlı tәsir nәticәsindә folklorun spesifik qarışıq formaları әmәlә gәlmişdir. Yerli mifoloji vә tarixi süjetlәr әsasında tamaşalar populyardır. 20 әsrin 2-ci yarısından Mәrkәzi vә C. Amerika H.-inin musiqisi ABŞ-ın pop vә rok musiqisinin tәsiri ilә inkişaf edir. banan), suayırıcılardakı meşәlәrdә ovçuluq (kamanla vә oxatan borucuqla), savannalara bitişik meşәlәrdә mövsümi tala әkinçiliyi ilә yanaşı ovçuluq vә yığıcılıq üstünlük tәşkil etmişdir. Şәrqi Boliviyanın mövsümi subasar savannalarında, qismәn Qvianada vә Mәrkәzi Braziliyada lәkli tarlalarda intensiv әkinçiliklә mәşğul olmuşlar; bu әrazilәrdә vә Amazon çaybasarında әhali sıxlığı suayırıcılardakı әhali sıxlığını xeyli üstәlәmişdir. Dulusçuluq (e.ә. 4–3-cü minilliklәrdәn, Şәrqi Amazoniyada, ehtimal ki, e.ә. 6-cı minillikdәn; naxışlı vә qabarıq dekorlu keramika, xüsusilә Amazon çayı mәnsәbindә Marajoara mәdәniyyәtindә, Amazoniyanın eramızın 1-ci minilliyi – 2-ci minilliyinin әvvәllәrinә aid polixrom әnәnәsinә aiddir); toxuculuq (pambıqdan); ayini kostyumlar üçün tapa hazırlanması (Şimal-Qәrbi Amazoniya); ağac üzәrindә oyma; ağac, lif vә s. üzәrindә naxışvurma (maska vә digәr mәrasimi әşyalar, Şimal-Qәrbi Amazoniyada icma evlәrinin fasadları); quş lәlәklәrindәn baş geyimlәrinin vә bәzәklәrin, Kolumbdan sonra muncuqdan bәzәk әşyaları vә döşlüklәrin hazırlanması inkişaf etmişdi. İncәsәnәtdә hәndәsi motivlәr üstünlük tәşkil edir, şimal-qәrbdә antropomorf vә zoomorf varlıqların natura list maskalarına rast gәlinir. Böyük icma evlәrindә (malokalarda, çuruatalarda vә s.) 19 әsrdә 200 nәfәrәdәk yaşayırdı, düzbucaqlı (uz. 30
m-әdәk), dairәvi, yaxud oval (hünd. 25
m-әdәk) planda, qәrbdә vә şimalda adәtәn çıxıntılı divarları, cәnubda vә şәrqdә yerәdәk dam örtüyü olurdu; açıq aralıqlı evlәr vә nuklear ailәlәr üçün müvәqqәti talvarlar; yanomamalar üçün mәrkәzi meydanın әtrafında talvarlar (şabono) halqası; Braziliya yastıdağlığında vә Cәnubi Amazoniyada bәzәn mәrkәzindә kişi evlәri yerlәşmәklә mәrkәzi meydanı olan iri dairәvi, yaxud nalşәkilli planda mәskәnlәr sәciyyәvi idi. Geyimlәri bel sarğısı, döşlük, toqqa (çox vaxt geyimsiz gәzirdilәr); qәrbdә And H.-inin tәsirilә tunikayabәnzәr köynәk-kuşma idi. Sıx mәskunlaşmış çaybasarlarda vә subasar savannalarda icma birliklәri, Şimal-Qәrbi Amazoniyada qeyri-sabit konfederasiyalar mövcud olmuşdur. Müharibәlәr, bәzi yerlәrdә “düşmәn başlarının ovu” adәti, kannibalizm yayılmışdı. Şәrqi tukanolar, aravakların çoxu vә digәrlәri üçün kostyumlar, maskalar, şeypur vә fleytadan istifadә etmәklә gizli kişi mәrasimlәri sәciyyәvidir. İnsanlar ilә heyvanlar alәmi arasında әlaqәlәr haqqında tәsәvvürlәr mövcud olmuşdur (ölmüş insanlar ovluq heyvanlara çevrilirlәr; heyvanlar insan birliklәrinә bәnzәr qruplar tәşkil edir vә s.). Kәhkәşan çox vaxt ilan, yaxud çayla assosiasiya olunur, ulduzlar antropomorf personajlar kimi tәsәvvür edilir. Mifologiya üçün ilk әcdadları heyvanlara çevirәn sәyyah İslahatçı obrazı (Andönü rayonlarda); mәdәni qәhrәman vә onun uğursuz yoldaşı (çox vaxt Günәş vә Hilal); meşәnin (heyvanların) ağası vә onun kiçildilmiş variantı – qәhrәman tәrәfindәn hiylә vasitәsilә mәğlub olunmuş meşә iblisi; ilk insanların alt dünyadan yer üzünә zühur etmәlәri (nadir hallarda onların göydәn enmәlәri) süjeti; nәhәng ağacın budaqlarında bitәn mәdәni bitkilәrin mәnimsәnilmәsi (әsasәn şimal-qәrbdә); amazonlar haqqında; ilk әcdadlar icmasında kişilәr ilә qadınlar arasında münaqişәlәr; әkiz qardaşların analarını öldürmüş yaquardan intiqamı; quş yuvalarını dağıdan haqqında süjetlәr sәciyyәvidir. Q r a n - Ç a k o d ü z ә n l i y i (Boliviyanın c.-ş.-i, Argentinanın şm.-ı, Paraqvayın q.-i) samukolar, quaykurular, matako-mataquayolar, lule-vilelalar vә b. tәrәfindәn mәskunlaşdırılmışdır. Ovçuluq, yığıcılıq, çay daşqınlarından sonra primitiv әkinçiliklә mәşğul olmuşlar; avropalılardan atı mәnimsәmiş bәzi qruplar atla ova başlamışlar. Evlәri daxma, hәmçinin budaq vә otdan düzәldilmiş talvarlar idi. Mәdәniyyәtlәri Braziliya savannaları H.-inin mәdәniyyәtlәrinә yaxındır. Mifologiyada Braziliya yastıdağlığı vә Amazoniya üçün sәciyyәvi olmayan trikster (çox vaxt Tülkü) obrazına rast gәlinir; kişilәrin suda, yaxud sәmada yaşayan ilk qadınları yaxalaması süjeti; sonradan mәzarı üstündә tütün bitәn qadının bәdheybәtә çevrilmәsi haqqında mif; ulduz-әr haqqında mif vә s. yayılmışdır. 4. C ә n u b i A m e r i k a n ı n m ü l a y i m q u r ş a ğ ı n d a k ı ç ö l (p a m p a) v ә y a r ı m s ә h r a l a r d a (Cәnubi Braziliya, Uruqvay, Mәrkәzi vә Cәnubi Argentina) çarrualar, puelçelәr, teuelçelәr,
Odlu Torpaq onaları vә b. mәskunlaşmışlar. Əsas mәşğuliyyәtlәri dırnaqlı heyvanların (quanako, vikunya, maral) vә uçmayan quşların (xüsusilә nandu) ovu, atın peyda olmasından sonra atla ov (odlutorpaqlılar istisna olmaqla) idi. Sәciyyәvi silahları bola olmuşdur. Dәrinin aşılanması vә boyanması (hәndәsi naxışlar) inkişaf etmişdi. Onalarda Amazon tipli kişi mәrasimlәri mәlumdur. Evlәri budaqlardan daldalıq (toldo) idi. Geyimlәri bel sarğısı vә dәri çiyinlikdir. Qohumluğu ata xәtti üzrә hesablanan böyük patrilokal ailәlәr sәciyyәvidir. Dil baxımından qohum teuelçelәrin vә onaların mifologiyası bir-birindәn xeyli fәrqlәnir: teuelçelәrin әsas personajı Günәşin qızına elçi göndәrmiş qәhrәman Elaldır; trikster – Tülkü obrazı da var; onalarda isә bir-biri ilә bağlı olmayan bir neçә mifoloji silsilә var, trikster mövcud deyil. 5. Ç i l i a r x i p e l a q ı v ә O d l u T o r p a ğ ı n c ә n u b - q ә r b i odlutorpaqlılar (yaqanlar, alakaluflar, çonolar; sonuncular haqqında mәlumat azdır) tәrәfindәn mәskunlaşdırılmışdır. Əsasәn, dәniz yığıcılığı vә vәhşi heyvan ovu ilә mәşğul olmuşlar. E.ә. 1-ci minilliyәdәk mәdәniyyәt vә antropoloji tip baxımından onlara yaxın H. Sakit okean sahillәri boyunca Perunun c.-unadәk mәskunlaşmışdılar. Fıstıq ağacı qabığından düzәldilmiş karkaslı qayıqlar; dairәvi, yaxud oval planda budaqlardan tikilmiş, üzәri ot, ayıdöşәyi, dәrilәrlә örtülmüş komalar (böyük tikililәr mәrasimlәr üçün nәzәrdә tutulmuşdu) sәciyyәvidir. Yaqanların mifologiyası onalar (qadınların hakimiyyәtdәn devrilmәlәri) vә Amazoniya H.-i (quşların Göy qurşağına hücumu nәticәsindә onlarda parlaq rәnglәrin әmәlә gәlmәsi) ilә ümumi süjetlәrә malikdir. Mezoamerika vә C. Amerika H.-inin ş i f a h i y a r a d ı c ı l ı q әnәnәlәri arxeoloji qazıntılar nәticәsindә tapılmış musiqi alәtlәri ilә tәmsil olunan qәdim mәdәniyyәtlә әlaqәlәrini qoruyub saxlayır: daş vә ağacdan düzәldilmiş qoşa fleytalar (Çilinin mәrkәzi rayonu; müasir araukanlar belә fleytaları qamışdan düzәldir, onları köklәmәk üçün gövdәlәrinә su tökürlәr), gildәn şarabәnzәr fleyta-okarinalar (And vilayәti), eyni vaxtda müxtәlif yüksәklikli sәsә malik spesifik fiqurlu aerofonlar (Meksika, Ekvador, Peru) vә s. Sәs vә musiqinin müalicә ayinlәrindә böyük rolu olmuşdur: Moçika vә Naska mәdәniyyәtinә mәxsus qәdim saxsı qablar üzәrindә şәfavericilәrin fleyta (o cümlәdәn çoxborulu) vә tәbillә tәsvirlәri әks olunmuşdur (20–21 әsrlәrdә bu mәrasimlәrdә şaxşaxlardan geniş istifadә edilir). Mayya vә asteklәrin musiqi mәdәniyyәtinin izlәri Mezoamerikanın müasir xalqlarında görünmәkdәdir; inklәr imperiyasının yüksәk musiqi mәdәniyyәti qismәn keçua vә aymaralarda saxlanılmışdır. Mayya, astek vә inklәrin sivilizasiyalarında musiqi mühüm dövlәt, ictimai vә dini әhәmiyyәt kәsb edirdi. Sәs haqqında tәsәvvürlәr kosmoloji tәlimlәrә söykәnirdi. Asteklәrin fәlsәfi-estetik baxışları yüksәk bәstәkarlıq mәharәti (kuikapisk) anlayışını özündә ehtiva edirdi; bu baxışlara uyğun “dahi bәstәkarlar” (tlamatinime) Nesaualkoyotl vә Açayyakatl (II Moktesumanın atası) dövlәt vә ictimai mәrasimlәr üçün әsәrlәr yaratmışlar (müstәmlәkә dövründә ispan mu siqiçilәri tәrәfindәn işlәnilmiş vә ifa olunmuşdur). İndiyә kimi әnәnәvi beşik vә yol mahnıları, heyvanların örüşә çıxarılması zamanı fleytada ifa yayılmışdır; dağ rayonları vә tropik meşәlәrdә musiqi ifaçılığının arxaik formaları saxlanılmışdır. Çox borulu, horizontal vә şaquli fleytalardan, müxtәlif membranofonlar vә idiofonlardan indiyәdәk geniş istifadә olunur. Ay mara vә keçua әnәnәlәrindә qәdim dövrdәn ansamblda eynicinsli alәtlәrdәn istifadә, nәfәs vә simli alәtlәrdәn isә istifadә edil mәmәsi qaydaları mövcuddur (gitara, yaxud çaran-qonun daxil olduğu nәfәs alәtlәri ansamblları metislәrin musiqisinә aiddir). Yaquara sitayişlә “yaquar mahnıları” (hәddi-büluğa çatma mәrasimindә ağac trubalarda ifa olunur vә yaquarın nәrәsini tәqlid edir) janrı bağlıdır. Amazoniya H.-lәri gizli kişi mәrasimlәrindә ağac vә qabıqdan hazırlanmış, uzunluğu bir neçә metrә çatan nәfәs aerofonlarından istifadә edirdilәr. Suyyalarda (Braziliya) hәm tayfaların, o cümlәdәn qadınların qarşısında ifa olunan improvizasiyalı akua kişi mahnıları (müğәnni üçün son dәrәcә yüksәk registrdә ifa xarakterikdir) vә totemlәrә hәsr olunmuş dәqiq formalı vә müәyyәn templi ngere mahnıları yayılmışdır. Araukanlarda (Argentinanın q.-indә) totemlәrә hәsr olunan vә “әcdadların yolu” kimi sәciyyәlәndirilәn tayil qadın mahnıları akustik, melodik vә ritmik xüsusiyyәtlәri ilә seçilir; bir qayda olaraq, bu mahnılar tayfanın kişi nümayәndәlәri üçün ifa edilir. Araukanların şaman mәrasimlәrindә dәfdәn istifadә C. Amerika üçün sәciyyәvi deyil. Amazoniyanın şm.-q.-indә siqnalvermәdә istifadә edilәn yarıq tәbillәr mәlumdur. Taraumara xalqlarında (Meksika) “o biri dünya” ilә ayini ünsiyyәt ayin mәrkәzinin әtrafında konsentrik dairәlәr tәşkil edәn vә polimetriya effekti yaradan dәflәrin kömәyi ilә hәyata keçirilir. Ənәnәvi musiqi festi valları, kәnd tәsәrrüfatı vә dini bayramlar zamanı sәslәnir. Bu musiqi metislәrin musiqisinә tәsir göstәrmiş, şәhәr mühitinә sirayәt etmişdir. Müxtәlif növ qarşılıqlı tәsir nәticәsindә folklorun spesifik qarışıq formaları әmәlә gәlmişdir. Yerli mifoloji vә tarixi süjetlәr әsasında tamaşalar populyardır. 20 әsrin 2-ci yarısından Mәrkәzi vә C. Amerika H.-inin musiqisi ABŞ-ın pop vә rok musiqisinin tәsiri ilә inkişaf edir.
Hindilәr Amerikanın avropalılar tәrәfindәn işğalından sonra. Amerikanın kәşfinәdәk H.-in sayı müxtәlif mәlumatlara görә 8 mln. nәfәrdәn 100 mln. nәfәrәdәk idi. Avropa müstәmlәkәçiliyi hindi mәdәniyyәtlәrinin tәbii inkişafının qarşısını aldı. H. yeni sosial-iqtisadi münasibәtlәrә cәlb olundular, avropalılardan mәnimsәmәlәrin (dәmir alәtlәr, odlu silahlar, maldarlıq vә s.) tәsirilә yeni tәsәrrüfat formaları [Subarktika H. arasında trapperlik, Böyük düzәnliklәr vә Cәnubi Amerika pampalarında yaşayan H. arasında atla köçәri ov, navaxolar, quaxirolar, araukanlar vә Latın Amerikasının metis qrupları (qauçolar vә b.) arasında ixtisaslaşmış maldarlıq vә s.] yarandı. Nuklear Amerikanın sıx mәskunlaşmış vilayәtlәrindә öz dillәrini vә әnәnәvi mәdәniyyәtlәrini әhәmiyyәtli dәrәcәdә saxlamış H. Latın Amerikasının müasir xalqlarının (meksikalılar, qvatemalalılar, paraqvaylılar, perulular) demoqrafik әsasını tәşkil etmişlәr. Lakin H.-in әksәriyyәti arasında әvvәllәr mәlum olmayan xәstәliklәrin yayılması, siyasi strukturların parçalanması, avropalılarla müqayisәdә torpaqdan qeyri-effektiv istifadә etmәsi, Nuklear Amerikada әmәk mükәllәfiyyәtlәri (enkomyenda, repartimyento vә s.) sistemi vasitәsilә sәrt istismar, Mәrkәzi vә Cәnubi Amerikanın rütubәtli tropiklәrindә yerli әhalinin yerli iqlimә uyğunlaşdırılmış vә istismarçı Avropa zәmindarları ilә sıx bağlı olan afrikalılarla әvәzlәnmәsi H.-in qırılmasına, yaxud assimilyasiyasına vә ya onların kiçik anklavlarda (Cәnubi Amerikada katolik missiyalarında – reduksiyalarda, Kanada vә ABŞ-da 19 әsrdәn yaradılan rezervasiyalarda) cәmlәnmәsinә gәtirib çıxardı. ABŞ hökumәti ilk vaxtlar hindi cәmiyyәtinin әnәnәvi tәmәlinin dağılmasına vә faktiki olaraq bir çox tayfanın yox olmasına gәtirib çıxaran H.-i fәrdi torpaq sahiblәrinә çevirmәk siyasәtini yürüdürdü. H.-lә bağlı siyasәt 1824 ildә yaradılmış HMB tәrәfindәn hәyata keçirilirdi. 1830 ildә H.-in Missisipi çayından q.-dәki torpaqlara köçürülmәlәri haqqında qanun (Indian Removal Act) qәbul olundu; köçürülmüş H.-i yerlәşdirmәk üçün sonralar әrazisi indiki Oklahoma ştatının sәrhәdlәrinәdәk azaldılan “Hindi әrazisi” yaradıldı. 1843 ilәdәk 112 min hindidәn 89 min nәfәri q.-ә köçürüldü. Amerika Birlәşmiş Ştatlarında vәtәndaş müharibәsinin (1861–65) başa çatmasından, transkontinental dәmir yollarının tikintisindәn, Böyük düzәnliklәrdә bizonların qırılmasından, qızıl yataqlarının aşkarlanmasından sonra H.-in sıxışdırılması güclәndi. 1871 ildә ABŞ Konqresinin qәbul etdiyi akt hindi tayfalarını müstәqil “millәt” kimi tanıyan müqavilә münasibәtlәri praktikasını başa çatdırdı; H. vәtәndaş hüquqlarına malik olmayan “daxili asılı xalqlar” hesab edildilәr. Hökumәtin siyasәti H.-in müqavimәti ilә qarşılandı vә dağıdıcı “hindi müharibәlәri”nә gәtirib çıxardı. ABŞ vә Kanadada H.-in mәdәni cәhәtdәn tәnәzzülü vә qırılması prosesi 19 әsrin sonlarında (ABŞ-da 1900 ildә 237 min nәfәr) әn yüksәk hәddә çatdı. 20 әsrin әvvәllәrindәn H.-in sayında artım müşahidә olunur. ABŞ-ın 1934 ildә qәbul etdiyi Federal qanunla (Indian Reorgani zation Act) HMB tәrәfindәn qeydә alınmış tayfaların hüquqları müәyyәnlәşdirildi, rezervasiyaların özünüidarәsi tәtbiq olundu, rezervasiyalara mәxsus torpaqların satılmasına qarşı tәdbirlәr görüldü vә rezervasiyaların Daues qanununa (1887) görә allodlara bölüşdürülmәsindәn sonra satılmış sahәlәri geri qaytarıldı. Sonralar dәfәlәrlә özünüidarәnin tәkmillәşdirilmәsinә, H.-in sosial-iqtisadi vәziyyәtinin yaxşılaşdırılmasına, rezervasiyalarda tәhsil müәssisәlәrinin tәsis edilmәsinә, sәhiyyә sisteminin yaradılmasına vә s. dair qanunlar qәbul olundu. 1934 ildәn HMB, әsasәn, H.-dәn komplektlәşdirilir. Alyaskada 1971 il qanununa görә torpaqların çox hissәsi H.-ә qaytarıldı vә onlara çoxlu pul ödәnildi; alınmış vәsaitdәn H. tәrәfindәn idarә olunan “yerli korporasiyalar” istifadә edir. Kanadada H.-in hökumәtlә (Hindilәrin mәsәlәlәri vә Şimalın inkişafı üzrә departament – Department of Indian Affairs and Northern Development) münasibәtlәri 1876 ildә qәbul edilmiş Hindilәr haqqında qanunla (Indian Act) nizamlanır. Bu tәdbirlәr sayәsindә 20 әsrdә H.-in sosial-iqtisadi vәziyyәti yaxsılaşsa da, onların hәyat sәviyyәsi Amerikanın ağdәrili әhalisinә nisbәtәn aşağıdır. H., әsasәn, muzdlu iş, fermerlik vә kiçik sahibkarlıq, әnәnәvi sәnәtlәrlә vә suvenir istehsalı ilә mәşğul olur, turizmdәn, qumar biznesindәn (1934 ildә qәbul edilmiş qanuna görә rezervasiya әrazisi dövlәt vergilәrindәn azaddır) vә rezervasiya torpaqlarının icarәyә verilmәsindәn (o cümlәdәn mәdәnçıxarma şirkәtlәrinә) xeyli gәlir әldә edirlәr. Şәhәrlәrdә yaşayan H., bir qayda olaraq, rezervasiyalarla әlaqә saxlayır. Latın Amerikasında yaşayan H., әsasәn, әnәnәvi әkinçilik vә sәnәtkarlıq, sәnaye vә plantasiyalarda muzdlu işlә mәşğul olurlar; Kolumbiya vә Peruda ayrı-ayrı qrupların әsas gәlir mәnbәyi narkokartellәrin sifarişi ilә koka becәrilmәsidir. 20 әsrin ortalarından H. arasında etnik vә siyasi özünüdәrk, ana dili vә mәdәniyyәtә maraq yenidәn canlanmışdır. Hindi cәmiyyәtinin nәzarәti altında tәhsil mәrkәzlәri vә kolleclәr yaradılmışdır. 1990 ildә ABŞ-da qәbul olunmuş H.-in dәfn yerlәrinin qorunması vә mәdәni sәrvәtlәrinin qaytarılması haqqında qanuna (Native American Graves Protection and Repatriation Act – NAGPRA) müvafiq olaraq hökumәt tәşkilatları vә federal büdcәdәn maliyyәlәşdirilәn tәşkilatlar dini vә ictimai әhәmiyyәtini saxlayan eksponatları hindi tayfalarına qaytarmağa borcludurlar. Tayfalararası vә milli hindi tәşkilatları: ABŞ-da Amerika H.-inin Milli Konqresi, Amerika Hindilәri Hәrәkatı; Kanadada İlk Millәtlәrin Mәclisi; Latın Amerikasında Cәnubi Amerikanın Hindi Şurası, Amerikanın Hindi Parlamenti, Amazon çayı hövzәsi Hindi Tәşkilatlarının Koordinasiyası, ölkәlәrin çoxunda milli tәşkilatlar. Latın Amerikasının bәzi ölkәlәrindә hindi pәrәst siyasi partiyalar mövcuddur. BMT-nin qeyri-hökumәt tәşkilatı statusunu daşıyan Hindi müqavilәlәri beynәlxalq şurasının himayәsi altında panhindianizm hәrәkatı inkişaf edir.