Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİNDİSTAN YARIMADASI )
    HİNDİSTAN 
    HİNDİSTAN (hind dilindә Bharat, ing. India), H i n d i s t a n R e s p u b l i k a s ı (Bharat Ganaradjya; Republic of India).
    Ümumi mәlumat Cәnubi Asiyada dövlәt. Şm.-dan Himalay d-rı, q.-dәn Ərәbistan dәnizi, c.-q.-dәn Lakkadiv dәnizi, ş.-dәn Benqal körfәzi ilә әhatәlәnir; c.-da Mannar körfәzi vә Polk boğazı H.-ı Şri-Lanka a.-ndan ayırır. Şm.-q.-dә Pakistan vә Əfqanıstan, şm.-da Çin, Nepal vә Butan, ş.-dә Myanma vә Banqladeş ilә hәmsәrhәddir. Lakkadiv, Andaman vә Nikobar a-rı da H. әrazisinә daxildir. Ərazisi şm.-dan c.-a 3210 km-dәn çox, q.-dәn ş.-ә 2930 km-dәn çox uzanır. Sahil xәttinin uz. 7000 km-dir. Sah. 3287,6 min km2. Əhalisinin sayına görә (1,13 mlrd., 2007) dünyada Çindәn sonra 2-ci yerdәdir. Paytaxtı Yeni Dehli ş.-dir (Dehli milli paytaxt әrazisinә daxildir). Rәsmi dillәr hind vә ingilis dillәri, pul vahidi Hindistan rupisidir. H. inz. cәhәtdәn 28 ştata, Dehli milli paytaxt әrazisinә vә 6 müttәfiq әraziyә bölünür. H. BMT-nin (1945), Birliyin (1947), BVF-nin (1945), BYİB-in (1945), SAARK-ın (1985), ÜTT-nin (1995), Şanxay Əmәkdaşlıq Tәşkilatının (2005 ildәn müşahidәçi kimi) üzvüdür.
    Dövlәt quruluşu H. federativ dövlәtdir. Konstitusiyası 26.11.1949 ildә qәbul edilmişdir (26.1.1950 ildә qüvvәyә minmişdir). İdarәetmә forması parlament respublikasıdır. Dövlәt başçısı parlamentin hәr iki palatasının vә ştatların qanunverici mәclislәrinin seçkili üzvlәrindәn ibarәt seçicilәr kollegiyası tәrәfindәn birbaşa olmayan seçkilәrlә 5 il müddәtinә seçilәn prezidentdir. Yaşı 35-dәn az olmayan H. vәtәndaşı prezident seçilә bilәr. Prezident seçkilәri yeganә ötürülәn sәs sistemi ilә hәyata keçirilir ki, bu zaman namizәdlәrin siyahısı üzrә sәsvermә üstünlük qaydasında baş verir. Prezidentliyә namizәd yalnız seçkilәrdә verilmiş vә qanuni sayılmış sәslәrin çoxluğunu deyil, ümumi sәs çәkisinin yarıdan çoxunu qazanmalıdır. Hәr bir qanunverici mәclis deputatının sәs çәkisi, hakimiyyәt orqanındakı yerlәrin sayını vә ştat әhalisinin sayını nәzәrә almaqla, ballarla müәyyәnlәşdirilir. Əgәr heç bir namizәd zәruri sayda sәs toplaya bilmәsә, o zaman daha az üstünlük qazanmış namizәdin sәslәri proporsional olaraq daha çox üstünlük qazanmış namizәdә “ötürülür” vә bu proses yeganә namizәd qalana qәdәr davam edir. Parlament palatalarının üzvlәrindәn ibarәt olan başqa bir seçicilәr kollegiyası vitse-prezidenti seçir. Vәzifәsinә görә parlamentin yuxarı palatasının sәdriolan vitse-prezident prezident olmadıqda onu әvәz edir. H. prezidenti formal olaraq icraedici hakimiyyәtә malikdir vә öz hakimiyyәtini bilavasitә, yaxud tabeçiliyindә olan vәzifәli şәxslәr vasitәsilә hәyata keçirir. Lakin Konstitusiyaya әsasәn o, hәtta Nazirlәr şurasından ona edilәn tövsiyәnin yenidәn nәzәrdәn keçirilmәsini xahiş etdikdә belә, “hökumәtin mәslәhәtlәrinә” әmәl etmәlidir (maddә 74). Nәticә dә, prezidentin bütün әsas sәlahiyyәtlәri praktiki olaraq hökumәt, çox vaxt isә yalnız baş nazir tәrәfindәn hәyata keçirilir. Qanunverici hakimiyyәtin ali orqanı ikipalatalı parlamentdir. O, H. prezidentindәn vә iki palatadan – Xalq palatası (aşağı) vә Ştatlar şurasından (yuxarı) ibarәtdir. Xalq palatasının 545 üzvü var (543 deputat ümumi vә birbaşa sәsvermә ilә seçilir, 2 deputatı isә prezident ingilis-hind icmasının nümayәndәlәri arasından tәyin edir). Palatada ştatlar üzrә nümayәndәlik elә bölüşdürülür ki, hәr ştatın әhalisinә tәqr. uyğun gәlsin. H. Konstitusiyasına görә, Xalq palatasının sәlahiyyәt müddәti 5 ildir. Lakin prezident baş nazirin “tövsiyәsi” әsasında palatanı vaxtından әvvәl buraxmaq vә yeni seçkilәr elan etmәk hüququna malikdir. Xalq palatasının sәlahiyyәt müddәti fövqәladә vәziyyәtin tәtbiqi zamanı uzadıla (1 ildәn artıq olmayaraq) bilәr. Ştatlar şurası 250 üzvdәn ibarәtdir, onlardan 12-ni prezident görkәmli elm, incәsәnәt, әdәbiyyat xadimlәri vә b. arasından tәyin edir, qalanları ştatların qanunverici mәclisi tәrәfindәn seçilir. Ştatlar şurası daimi fәaliyyәt göstәrәn orqandır vә buraxıla bilmәz. Palata tәrkibinin 1/3-i hәr 2 ildәn bir yenilәnir. Baş nazir (parlamentin aşağı palatasında çoxluğun lideri) vә nazirlәrdәn ibarәt hökumәti prezident tәyin edir. Hökumәtin bütün üzvlәri hәm dә parlamentin üzvüdür vә yaxud 6 ay әrzindә üzvü olmalıdırlar. Xalq palatası hökumәtin fәaliyyәtinә nәzarәti hәyata keçirir vә ona etimadsızlıq votumu göstәrә bilәr. Bu halda ya hökumәt istefaya gedir, ya da prezident Xalq palatasını buraxır. H. mәrkәzlәşdirilmiş federasiyadır (Ştatlar ittifaqı). Hәr ştatda icraedici hakimiyyәt prezident tәrәfindәn “lazım bildiyi” müddәtә, 35 yaşına çatmış vәtәndaşlar arasından tәyin edilәn qubernatora mәxsusdur. Bir qubernator eyni zamanda 2 vә daha artıq ştat üçün tәyin edilә bilәr. Ştatda yerli hökumәt yaradılır, lakin onun “icbari tövsiyәlәri” qubernatorun bütün sәlahiyyәtlәrinә aid deyil. Qubernatorun öz istәyinә uyğun hәyata keçirdiyi sәlahiyyәtlәri var (mәs., yerli qanunverici aktları prezidentin tәsdiqinә saxlaya bilәr). Ştatın qanunverici orqanı qubernatordan vә bir, yaxud iki palatadan ibarәtdir. Yeganә (yaxud aşağı) palata qanunverici mәclis, yuxarı palata isә qanunverici şura adlandırılır (ştatda qanunverici şuranın olub-olmamasını H.-ın mәrkәzi parlamenti hәll edir). Qanunverici mәclisin sәlahiyyәt müddәti 5 ilәdәkdir. Qanunverici şura üzvlәrinin 1/3-i hәr 2 ildәn bir yenilәnir. Qanunverici mәclisin özü buraxıla bilmәz. Qeydә alınmış vә xüsusi sosial müdafiәyә ehtiyacı olan kasta vә tayfalar üçün bütün nümayәndәli orqanlarda yerlәr ayrılır. H.-da çoxpartiyalı sistem mövcuddur. Ümummilli statuslu partiyalar: Hindistan Milli Konqresi (12 partiyadan ibarәt Birlәşmiş Mütәrәqqi Alyans koalisiyasına başçılıq edir), Bharatiya Canata Parti (9 partiyadan ibarәt Milli Demokratik Alyans koalisiyasına başçılıq edir), Hindistan Kommunist Partiyası, Bahucan Samac Parti, Millәtçi Konqressist Partiyası. Regional statuslu әn böyük partiyalar: Samacvadi Parti (Uttar-Pradeş), Raştriya Canata Dal (Bihar), Dravida Munnetra Kajaqam, Ümum hind Dravida Munnetra Kajaqam (hәr ikisi Tamilnad), Akali Dal (Pәncab), Teluqu Desam (Andhra-Pradeş), Assam Qana Parişad (Assam), Şiv Sena (Maharaştra).
     
    Tәbiәt
    Relyef. H. әrazisindә enlik boyu uzanmış üç iri oroqrafik vil. ayrılır: Hindistan y-a-nın yüksәk düzәnliklәri, plato vә yastıdağlıqları, geniş Hind-Qanq düzәnliyi, Himalay vә Qaraqorumun yüksәk dağ sistemlәri. Hindistan y-a-nın çox hissәsini Dekan yaylası tutur. Yaylanın şm.-q.-indә struktur-denudasion plato vә yüksәk düzәnliklәr yayılmışdır, q. vә ş. kәnarlarında yüksәlәn Qәrbi Qat vә Şәrqi Qat d-rı dәnizә tәrәf dik yamaclarla düşür. Yarımadanın c.-unda hünd. 2695 m-ә çatan (Anay-Mudi d., Hindistan y-a-nın әn yüksәk nöqtәsi) dik yamaclı Anaymalay d-rı yüksәlir, şm.-ş.-indә geniş Çhota-Naqpur platosu (hünd. 500–900 m) yerlәşir, şm.-q. kәnarı boyu Aravalli d-rı (hünd. 1722 m-әdәk) uzanır. Aravalli d-rından vә Çhota-Naqpur platosundan şm.-dakı Hind-Qanq düzәnliyinin sәthi axmazlar vә quru çay dәrәlәri ilә mürәkkәblәşmiş, yarğanlar şәbәkәsi ilә parçalanmışdır. Düzәnliyin mәrkәzi hissәsi Qanq çayı dәrәsidir. Qanq vә Brahmaputra çaylarının deltası sıx çay şәbәkәsi vә kanallarla parçalanmışdır. Brahmaputra çayı dәrәsinin orta hissәsindә allüvial Assam düzәnliyi yerlәşir. H.-ın şm.-q.-indәki qumlu Tar sәhrasında eol relyef formaları (uzun dün tirәlәri, hәrәki barxanlar) geniş yayılmışdır. H.-ın şm. hissәsini Hind çayı dәrәsi ilә bölünmüş Himalay vә Qaraqorum dağ sistemlәri tutur. Himalay d-rında üç hündürlük pillәsi ayrılır: Sivalik (orta hünd. 1200 m), Kiçik Himalay (orta hünd. 3000–4000 m) vә Yüksәk Himalay d-rı (orta hünd. 6000 m). Qaraqorum d-rında H.-ın әn yüksәk vә dünyanın ikinci zirvәsi (Çoqori d., 8611 m) yerlәşir. Hünd. 1961 m-ә çatan (Şillonq d.) Şillonq yaylası ölkәnin ucqar şm.-ş.-indәdir.
    Anay-Mudi dağı.
    Geoloji quruluş vә faydalı qazıntılar. H. әrazisinin böyük hissәsini Hindistan y-a platforması tutur. Platformanı şm.-dan Alp-Himalay mütәhәrrik qurşağının Himalay qırışıqlıq sistemi әhatәlәyir. Platformanın Kembriyәqәdәr yaşlı kristallik bünövrәsi Hindistan y-a-nın c. hissәsindә sәthә çıxır. Bünövrә süxurları burada metamorfizlәşmiş vulkanik vә çökmә süxurlardan (o cümlәdәn dәmirli kvarsitlәrdәn) ibarәtdir. Yarımadanın ş. sahili boyu qneys, çarnokit vә Erkәn Proterozoy yaşlı (tәqr. 2 mlrd. il) digәr süxurlardan ibarәt Şәrqi Qat qranulit qurşağı uzanır; şm.-q.-dә Erkәn vә Orta Proterozoyun metamorfizlәşmiş terrigen vә karbonatlı süxurlarından tәşkil olunmuş Aravalli-Dehli qurşağı yerlәşir. Mezozoyun 2-ci yarısında H.-ın q. vә şm.-ş. kәnarlarında riftogen çökәklәr (Kambey, Kerala, Benqal) yaranmağa başlayır. Tabaşirin sonu vә Paleogendә Hindistan y-a-nın şm.-q. hissәsindә tәqr. 700 min km2 әrazidә baş verәn platobazalt vulkanizmi Dekan trapp әyalәtini formalaşdırır. H. әrazisindә gözlәnilәn güclü zәlzәlәlәrin әn aktiv seysmik sahәlәri vә ocaqları ölkәnin şm., ş. vә q.-indәdir. Qucarat ştatında 26.1.2001 ildә baş vermiş әn güclü (maqnitudası 7,9) zәlzәlәlәrdәn biri zamanı 20 mindәn çox insan tәlәf olmuşdur. Faydalı qazıntıları: dәmir (ölkәnin c. vә ş. r-nlarında), qurğuşun vә sink (Racәsthan ştatında), mis (Bihar, Racәsthan ştatlarında), qızıl (Karnataka ştatında), muskovit (Bihar mikalı әyalәtindә vә s.), boksit (Orissa, Bihar, Qucarat, Karnataka, Madhya-Pradeş ştatlarında), xromit (Orissa ştatında), barit (Andhra-Pradeş ştatında), daş kömür (Bihar, Qәrbi Benqaliya, Madhya-Pradeş, Tamilnad ştatlarında), almaz (Madhya-Pradeş ştatında), neft vә tәbii yanar qaz (Kambey neftli-qazlı hövzәsindә vә s.).
    İqlim. H. әrazisinin böyük hissәsindә (yüksәkdağlıq r-nları çıxmaq şәrtilә) iqlim subekvatorial musson, şm.-q.-dә tropikdir. C.-q. mussonlarının üstün olduğu isti, rütubәtli (iyun–oktyabr), şm.-ş. passatlarının üstün olduğu vә bir qәdәr sәrin keçәn quru (noyabr–fevral), çox isti vә quru keçәn keçid (mart–may) fәsillәri ayrılır. Orta temp-r yanvarda şm. düzәnliklәrindә tәqr. 15°C, c.-da 25°C-yәdәk, mayda hәr yerdә 28–35°C, şm.-q.-dә 48°C-yәdәkdir. Rütubәtli yay mövsümündә әrazinin çox hissәsindә orta temp-r 26–31°C-dir. Sentyabr–oktyabr aylarında H. y-a-nın ş. sahillәrini vә Qәrbi Benqaliyanı dağıdıcı tropik siklonlar tutur; külәyin sürәti saatda 100 km-ә çatır. Dağlarda iqlim zonallığı müşahidә olunur: 1500 m yüksәklikdә yanvarın orta temp-ru –1°C, iyulda 23°C-yәdәk, 3500 m yüksәklikdә uyğun olaraq –8°C vә 18 °C-dir. İllik yağıntının 80%-indәn çoxu c.-q. mussonları dövründә düşür. Yer kürәsinin әn yağıntılı yeri Şillonq yaylasının c. yamaclarında, Çerapunci mәntәqәsindәdir – ildә tәqr. 13000 mm-dәn çox, maks. 22900 mm. Qanq düzәnliklәrindә vә yarımadanın şm.-ş.-indә yağıntının illik miqdarı tәqr. 1000 mm, Dekan yaylasının daxili r-nlarında 500–700 mm-әdәkdir. Ən az yağıntı (ildә 300 mm-әdәk) Tar sәhrasında düşür. H. әrazisinin 16% dövri olaraq quraqlığa mәruz qalır. Qar xәtti Himalay d-rının c. yamaclarında 4400–4600 m-dәn, q. yamaclarında 5800–6000 m-dәn, Qaraqorum d-rında isә 5000–6100 m-dәn keçir. Himalay vә Qaraqorum d-rında buzlaq sahәlәri (әn irilәri: Siaçen, Baltoro, Biafo) geniş yayılmışdır.
     
    Daxili sular. H.-ın çay şәbәkәsi sıxdır. Çaylarından Qanq, Brahmaputra, Mahanadi, Qodavari, Krişna, Kaveri Benqal körfәzi hövzәsinә, Hind, Narmada, Tapti vә s. Ərәbistan dәnizi hövzәsinә aiddir. Himalay d-rından başlayan çaylar (Qanq, Hind, Brahmaputra) qarışıq mәnbәlәrdәn (qar-buzlaq vә yağış suları ilә), H. y-a hüdudlarındakı çaylar isә (Narmada , Tapti, Qodavari, Krişna, Mahanadi, Kaveri vә s.) yağış suları ilә qidalanır. Ən böyük gölü Kәşmir dәrәsindәki buzlaq mәnşәli Vular gölüdür; laqun vә delta göllәri dә var. Ölkәnin illik daxili su ehtiyatı 1897 km3-dir. İl әrzindә bu ehtiyatın tәqr. 30%-indәn istifadә olunur. Bunun 86%-i k.t.-nın, 8%-i kommunal-mәişәt tәsәrrüfatının, 6%-i sәnayenin tәlәbatına sәrf olunur. Adam başına illik su tәminatı 1754 m3-dir.
    Kaveri çayı.
    Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. Qәrbi Qat yamaclarında vә Şillonq yaylasında yüksәk rütubәtlilik şәraitindә qırmızı-sarı ferrallitli torpaqlar, Çhota–Naqpur platosunda qırmızı ferrallitli torpaqlar, Hindistan y-a-nın c. vә şm.-q. hissәlәrindә mövsümi–rütubәtli iqlim şәraitindә dәmirli torpaqlar inkişaf etmişdir. Dekan yaylasında bәrkimiş qaratorpaqlar (requrlar) formalaşmışdır. Çay dәrәlәrinin hәddәn artıq çöküntülü requrları yüksәk mәhsuldarlığı ilә seçilir. K.t. torpaqlarının әsas fondunu Hind-Qanq düzәnliyindә vә dәnizkәnarı ovalıqlarda yayılmış allüvial torpaqların müxtәlif tiplәri tәşkil edir. Allüvial torpaqlar çoxәsrlik k.t. istifadәsinin, o cümlәdәn torpaqların sәthinin qleylәş mәsinә vә turşulaşmasına sәbәb olan çәltik sәpininin tәsiri altında xeyli dәyişmişdir. Manqr meşәlәri altında çox turş manqr bataqlıq (tion) torpaqları yayılmışdır. H.-ın q.-indә Böyük Kaç Rannı daxilindә iri şoranlıq massivlәri formalaşmışdır. Tar sәhrasında qumlu sәhra torpaqları inkişaf etmişdir. Himalay d-rının әtәklәrindә formalaşan tropik çәmәn-bataqlıq torpaqları yüksәklik artdıqca q.-dә dağ qәhvәyi torpaqları vә ş.-dә dağ qırmızı torpaqları ilә әvәz olunur; daha yüksәkdә isә dağ qonur torpaqları vә dağ-çәmәn torpaqları üstünlük tәşkil edir. H. torpaqlarının xeyli hissәsi aktiv eroziya vә deflyasiya (illik torpaq itkisi 5 mlrd. t-a yaxındır) nәticәsindә deqradasiyaya uğramışdır. Suvarma әkinçiliyinin inkişaf etdiyi rayonlarda, xüsusilә Pәncab, Haryan, Uttar-Pradeş ştatlarında torpaqların ikincili şorlaşma, qәlәvilәşmә vә bataqlaşma proseslәri tipik haldır. Floristik müxtәliflik (18660-dan artıq ali bitki, o cümlәdәn 2000-dәn çox ağac vә kol növü) sәviyyәsinә görә H. Asiyada ön yerlәrdәn birini tutur. Floranın endemizmi kifayәt qәdәr yüksәkdir: ali bitkilәrin 140 endemik cinsi mәlumdur.
    Böyük banyan ağacı. Хaоrа milli botanika bağı.
    Flora müxtәlifliyinin vә endemizminin әsas mәrkәzlәri Qәrbi Qat vә Şәrqi Himalay d-rıdır. Nadir vә kәsilmәkdә olan 146 növ ali bitki vardır. H. florasının bir çox nümayәndәsi (mixәk ağacı, darçın ağacı, hind manqosu, qara bibәr lianası vә s.) dünyada becәrilir. H.-ın tәbii bitki örtüyünün yayılmasında rütubәtliliyin vә quru mövsümün davamlılığının böyük rolu vardır. Qәrbi Qat, Şәrqi Himalay d-rının külәktutan yamaclarında, H.-ın şm.-ş.-indә, Andaman a-rında (illik yağıntı 2000–2500 mm-dәn çox, quru mövsüm 1–3 ay) dipterokarpkimilәr, ağacabәnzәr qıjılar, lianalar vә epifitlәr bol olmaqla rütubәtli hәmişәyaşıl vә yarımhәmişәyaşıl tropik meşәlәr üstünlük tәşkil edir. H. y-a-nın bitki örtüyünün böyük hissәsi quru mövsümdә yarpağını tökәn musson meşәlәridir. Yarpağınıtökәn rütubәtli meşәlәr (illik yağıntı 1500–2000 mm, quru mövsüm 3–5 ay) Çhota-Naqpur platosunda, Şәrq d-rında vә Qәrbi Qat d-rının yamaclarında bitir. Bu meşәlәrin ağac yarusunda çoxlu qiymәtli ağac cinslәri (sal, hind palıdı tik, sәndәl ağacı vә s.) vardır. Yarpağınıtökәn quru meşәlәr (terminalilәr, qızılgül ağacı, bambuk) vaxtilә quru mövsümün 6–8 ay davam etdiyi Dekan yaylasında, Qanq düzәnliklәrindә geniş yayılmışdı. Dekan yaylasının ildә 600–800 mm yağıntı düşәn daxili rayonlarında vә H.-ın şm.-q.-indә tikanlı ağaclardan vә kollardan (akasiya, prozopis) ibarәt meşәlәr vә seyrәk meşәliklәr bitir. H.-ın şm.-q.-ındә Tar sәhrasında bitәn kseromorf vә psammofit kollardan vә otlardan ibarәt seyrәk bitki örtüyü ilә növbәlәşәn sәhralaşmış savannalar yayılmışdır. H.-ın, әsasәn, şәrq sahillәri (Koromandel sahili) boyuncakı qabarma zonasında vә Qanq, Mahandi, Qodavari, Krişna, hәmçinin Malabar sahilinin ayrı-ayrı hissәlәrindә vә Kambey körfәzindә manqr meşәlәri bitir. Himalay vә Qaraqorum d-rında yüksәklik qurşaqlığı aydın tәzahür edir. Dağların әtәyi ağac-kol cәngәlliklәrindәn (terailәr) ibarәt bataqlaşmış ensiz zolaqla haşiyәlәnmişdir. Şәrqi Himalay d-rında 1500 m-dәn yüksәkdә yerlәşәn rütubәtli yarımhәmi şәyaşıl tropik meşәlәr dağ subtropik meşәlәrlә növbәlәşir. 2000–2200 m yüksәklikdәn başlayaraq yarpağınıtökәn qarışıq meşәlәr, 3000 m-dәn yüksәkdә iynәyarpaqlı meşәlәr (ağ şamağacı, şamağacı, Himalay tsuqası) üstünlük tәşkil edir. Meşәnin yuxarı sәrhәdindә (4000–5000 m) subalp kol cәngәlliklәri, Alp çәmәnliklәri vә buzlaq-nival landşaftı yayılmışdır. Daha quraq Qәrbi Himalayın yamaclarının aşağı hissәlәri (600 m-әdәk yüksәklikdә) kserofitli meşәlәr vә kollarla örtülüdür. 1200–1500 m-әdәk yüksәklikdә yarpağınıtökәn musson meşәlәr qurşağı inkişaf etmişdir. Daha yuxarılarda palıd, şamağacı, sidr vә s. ağacların iştirakı ilә qarışıq meşәlәr yerlәşir; 3000–3500 m yüksәklikdә subalp cәngәlliklәri vә Alp çәmәnlәri ilә növbәlәşәn dağ iynәyarpaqlı meşәlәri üstünlük tәşkil edir. H.-ın bitki örtüyü insan tәrәfindәn xeyli dәrәcәdә dәyişdirilmişdir; meşәlәr әrazinin 20%-ni tutur (21 әsrin әvvәllәrindә). Tәbii meşә әkinlәri, әsasәn, çәtinliklә gedilәbilәn dağ rayonlarında qalmış vә meşә ilә örülü sahәnin tәqr. 1/2-ini tutur. Hind-Qanq düzәnliyi, Dekan yaylasının daxili rayonları, sahilboyu ovalıqlar, demәk olar ki, meşәsizdir. Bu rayonlarda xeyli sahәni yanacaq oduncağının tәdarükü, mal-qaranın otarılması mәqsәdilә meşәlәrin vә seyrәk meşәliklәrin tez-tez yandırılması, qırılması nәticәsindә onların yerindә әmәlә gәlәn ikincili savannalar, kol vә ot cәngәlliklәri tutur. 32,6 mln. ha sahәni tutan yerli (tik, sal, sәndәl ağacı) vә gәtirilmә (evkalipt, kazuarina) ağac cinslәrinin әkini geniş yayılmışdır. Zoocoğrafi cәhәtdәn H. әrazisinin böyük hissәsi Hind-Malayya faunistik vil.-nin Hind yarımvilayәti daxilindә yerlәşir. Himalay vә Qaraqorumun ortadağlıq vә yüksәkdağlıq faunası әsasәn, Qolarktika növlәrindәn әmәlә gәlmişdir. Ölkәdә mәmәlilәrin 400-dәn çox növü yaşayır. Dırnaqlılar faunasının әn iri nümayәndәlәri Hindistan fili, Hindistan kәrgәdanı, gaur, Asiya camışıdır. Xırda dırnaqlılardan, әsasәn, savannalarda vә seyrәk musson meşәlәrindә nilqau antilopları, harna, dördbuynuz, lira maral, rütubәtli musson meşәlәrindә aksis maralı, Hindistan zambarı, barasinqa yaşayır. Gәmiricilәrin sayı çoxdur: Hindistan vә Malayya tirәndazları, müxtәlif siçankimilәr (o cümlәdәn Hindistan bandikotu). Yırtıcılardan çaqqal, zolaqlı kaftar, müxtәlif viverrakimilәr (sivetlәr, manqustlar vә s.), primatlar arasında makakalar, nazikbәdәn meymunlar vardır. Mәmәlilәrin 85 növü, o cümlәdәn Asiya aslanı (Kathiyavar y-a-nda Gir meşәsi milli parkında yeganә populyasiyası qalmışdır), Benqal pәlәngi, qar bәbiri, boz bәbir, Malayya ayısı, Malabar siveti, xanqul maralı, Hindistan kәrgәdanı, qızılı vә Nilgiriya nazikbәdәni vә s. nәsli kәsilmәk tәhlükәsi altındadır. Ornitofaunanın sәciyyәvi nümayәndәlәri (1200 növәdәk quş) H.-ın milli simvolu sayılan adi tovuzquşu, ev toyuğunun әcdadlarından biri olan boz cәngәllik toyuğu, adi mayna vә s.-dir. Quşların 79 növü, o cümlәdәn Hindistan dovdağı, bataqlıq frankolini, Manipur kol kәkliyi vә s. nәsli kәsilmәk tәhlükәsi altındadır. Sürünәnlәr arasında (521 növ, 25 növ nәsli kәsilmәk tәhlükәsi altında) ilan, o cümlәdәn zәhәrli ilanlar (әn tәhlükәlilәri Hindistan vә kral kobraları) çoxdur. Qanq sularında timsahların endemik növü Qanq qavialı yaşayır. H.-da ölkә әrazisinin 5,2%-ni tutan 545 mühafizә olunan tәbii әrazidәn, o cümlәdәn ümumi sahәsi 893,8 min ha olan 83 milli parkdan ibarәt şaxәlәnmiş sistem yaradılmışdır. Nanda–Devi vә Sandarban milli parkları, hәmçinin Nilgiri vә Mannar körfәzi YUNESKO-nun biosfer rezervatları şәbәkәsinә daxil edilmişdir; beynәlxalq әhәmiyyәtli su-bataqlıq torpaqlarına 25 mühafizә olunan tәbii әrazi aid edilmişdir. Ümumdünya irsi siyahısına Sandarban, Kaziranqa, Keoladeo, Nanda–Devi vә Çiçәklәr Vadisi milli parkları, Manas rezervatı daxil edilmişdir. Benqal pәlәngi (1973 ildәn), Qanq qavialı (1976 ildәn) Hindistan fili (1991 ildәn), kimi vәhşi heyvanların bioloji müxtәlifliyinin vә yaşama yerlәrinin mühafizәsinә dair iri milli layihәlәrin hәyata keçirilmәsi H.-da nәsli kәsilmәk tәhlükәsi altında olan bir sıra növlәrin populyasiyalarının artmasına sәbәb olmuşdur. Belә ki, H.-da Benqal pәlәnginin populyasiyası 1972 ildәn 2002 ilәdәk 2 dәfә artmışdır.
    Əhali H. dünyanın әn çoxmillәtli ölkәlәrindәn biridir. Hindlilәr arasında böyük әksәriyyәti (74%) hind-ari xalqları (hinddilli hindustanlılar – 44,3%, urdudillilәr – 10,7%; marathalar – 4,9%, benqallar – 4,7%, qucaratlılar – 4,5%, pәncablılar – 2,3%, oriyalar – 1,8%, biharlılar – 1%, racәsthanlılar – 0,8%, assamlılar – 0,6%, konkanilәr – 0,1% vә b.) tәşkil edir; kәşmirlilәr (0,5%) dard dillәrindәn birindә danışır. Dravidlәr 13,9% (teluqular – 4,5%, kannaralar – 3,2%, malayalilәr – 3,1%, tamillәr – 2,9%, todalar, qondlar, khondlar, oraonlar vә b.), Avstrasiya dillәrindә danışan xalqlar 1,4% (mundalar qrupu – 1,3%: santallar – 0,7%, mundalar – 0,3%, holar – 0,1%, birhorlar vә b.; mon-khmer dillәrindәn birindә danışan khasilәr – 0,1%), Tibet-Birma xalqları tәqr. 1%-dir (naqalar – 0,2%, bodolar – 0,2%, manipurilәr – 0,12%, kuki-çinlәr – 0,1%, o cümlәdәn mizolar – 0,07%, qarolar – 0,08%, tripurilәr – 0,05%, mirilәr – 0,05%, bhotiyalar – 0,02%, tibetlilәr, daflalar, apatanilәr vә b.). 1901–2001 illәr әrzindә ölkә әhalisi 4,3 dәfәdәn çox artmışdır (238,4 mln. nәfәrdәn 1027,02 mln. nәfәrәdәk). 20 әsrin birinci yarısında әhali artımının әsas sәbәbi doğum sәviyyәsinin yüksәk (1901 ildә 1000 nәfәrә 45,8 nәfәr; 1951 ildә 40,8 nәfәr) olması idi. 1951 ildә H.-da Ailәlәrin (1979 ildәn Ailәlәrin rifahının) planlaşdırılmasına dair milli proqramın tәtbiqinә başlanıldı. Lakin H.-da әhali sayı sürәtlә artmaqda davam edir: doğum sәviyyәsinin azalma tempi (1981 ildә 1000 nәfәrә 37,2 nәfәr; 1991 ildә 29,5 nәfәr) ölüm sәviyyәsinin kәskin azalması tempindәn (1951 ildә 1000 nәfәrә 25,1 nәfәr, 1981 ildә 19 nәfәr; 1991 ildә 9,8 nәfәr) aşağıdır. 2007 ildә doğum sәviyyәsi 1000 nәfәrә 22,7 nәfәr, ölüm sәviyyәsi 1000 nәfәrә 6,6 nәfәr, uşaq ölümü 1000 nәfәr diri doğulan uşağa 34,6 nәfәr olmuşdur. Fertillik göstәricisi 1 qadına 2,81 uşaqdır. Əhalinin 48%-dәn çoxunu qadınlar (orta hesabla hәr 100 qadına 106-dan çox kişi düşür) tәşkil edir. Əhalinin orta yaş hәddi 24,8 ildir. Əhalinin yaş strukturunda 15 yaşadәk olan uşaqların xüsusi çәkisi 31,8%, әmәk qabiliyyәtli yaşda (15–64 yaş) olanların xüsusi çәkisi 63,1%, 65 vә daha yaşlıların isә 5,1%-dir. Gözlәnilәn orta ömür müddәti (1901–2001 illәr әrzindә, demәk olar ki, 3 dәfә artmışdır) 68,6 ildir (kişilәrdә – 66,3, qadınlarda – 71,2 il). Əhalinin orta sıxlığı yüksәkdir – 1 km2-dә 353 nәfәr [2007; әn aşağı göstәrici 1 km2-dә 14,7 nәfәrdir (Arunaçal-Pradeş ştatında), әn yüksәk göstәrici 1 km2-dә 11000 nәfәrdәn çoxdur (Dehli Milli paytaxt әrazisinin hüdudlarında)]. Hind-Qanq düzәnliyindә yerlәşәn әrazilәr (Pәncab, Haryana, Uttar-Pradeş, Bihar vә Qәrbi Benqaliya ştatlarında ölkә әhalisinin 1/3-indәn çoxu cәmlәnmişdir), ölkәnin q.-indәki (әsasәn, Maharaştra ştatı) vә c.-undakı sahilyanı rayonlar tarixәn daha sıx mәskunlaşmışdır. Əhalinin tәqr. 70%-i kәndlәrdә (600 mindәn çox kәnd qeydә alınmışdır) yaşayır. Şәhәr әhalisinin xüsusi çәkisindә zәif artım (2007 ildә tәqr. 30%; 1901 ildә 11%; 1941 ildә 14%; 1992 ildә 28%) müşahidә olunur. Ölkә urbanizasiyasının sәciyyәvi cәhәti iri şәhәrlәrin sürәtlә böyümәsidir. H.-da 32 “milyonçu” şәhәr (әhalisi 1 mln. nәfәrdәn çox olan, 2007; 1991 ildә 23 şәhәr) var; ümumi şәhәr әhalisinin 1/3-indәn çoxu burada yaşayır. İri şәhәrlәri (mln. nәfәr, 2007): Mumbai 13,1 (aqlomerasiyada 20,4), Dehli 11,5 (18,0), Banqalor 5,3 (6,3), Kәlkәtә 4,6 (14,9), Çennai 4,4 (7,1), Əhmәdabad 3,8 (5,2), Heydәrabad 3,7 (6,1), Puna 3,2 (4,9). Xarici miqrasiya saldosu mәnfidir (–0,05 nәfәr 1000 nәfәrә, 2007); H. vәtәndaşları, әsasәn, işlәmәk üçün әrәb dövlәtlәrinә (BƏƏ, Sәudiyyә Ərәbistanı vә s.), Cәnub-Şәrqi Asiya ölkәlәrinә üz tuturlar. 2011 il siyahıyaalınmasına görә, әhalinin 79,8%-i hinduist, 14,2%-i müsәlman, 2,3%-i xristian, 1,7%-i siqhlәrdir; H. әhalisinin 1,8%-i digәr konfessiyalar vә ya dini qrupların ardıcıllarıdır; 0,2% özünü heç bir konfessiyaya vә ya dini qrupa aid etmir.
    Din
    2011 ilin statistikasına görә H.-da әhalinin 79,8%-i hinduizm, 14,2%-i islam, 2,3%-i xristianlıq, 1,7%-i sikhizm, 0,7%-i buddizm, 0,4%-i caynizmә sitayiş edir. 0,7% әhali digәr dinlәrә mәnsubdur. 0,2% özünü heç bir dinә aid etmir. Hinduizm ölkәdә hakim dindir. Manipur, Arunaçal-Pradeş, Meqhalaya, Naqalend, Mizoram, Pәncab, Cammu vә Kәşmir, Lakşadvip istisna olmaqla bütün ştat vә әrazilәrdә hinduizmә sitayiş olunur. Ortodoksal hinduistlәrlә yanaşı islahatçı hinduistlәr dә (ilk növbәdә Arya Samac ardıcılları) var. İslam dini Lakşadvip vә Cammu vә Kәşmirdә üstünlük tәşkil edir. Uttar-Pradeş, Bihar, Qәrbi Benqal, Assam vә Kerala ştatlarında çox sayda müsәlman yaşayır. Ənәnәvi islamla yanaşı, әhmәdiyyәismaililik ardıcılları da var. Xristianlıq Naqalend, Mizoram, Meqhalaya vә Manipur ştatlarında hakimdir. Arunaçal-Pradeş, Kerala, Tamilnad, Qoa ştatlarında vә Andaman vә Nikobar adalarında çox sayda xristian yaşayır. H.-da baptist, lüteran, mennonit icmaları da var. Sikhizm Pәncab ştatında, buddizm Maharaştra ştatında, caynizm Maharaştra, Racәstxan, Madhya-Pradeş, Qucarat, Karnataka ştatlarında vә Dehli milli paytaxt әrazisindә üstünlük tәşkil edir. Maharaştra vә Keralada iudaist icmaları var.
    Tarixi oçerk
    Ən qәdim mәdәniyyәtlәr. H. әrazisindә insan fәaliyyәtinin әn qәdim abidәlәri Aşağı Paleolitә (tәqr. 200–100 min il әvvәl) aid edilir vә Hind çayının allüvial düzәnliyi vә indiki Kerala ştatı istisna olmaqla, müxtәlif landşaftlarda mәlumdur. Erkәn Aşöl (Didvana, Mahadeo-Piparaya, Nevasa vә s.) çaydaşıdan әmәk alәtlәrinin üstünlük tәşkil etmәsi, kliverlәrlә müqayisәdә daha çox sayda әl çapacağının izlәnmәsi, lövhәlәrdәn düzәldilmiş әmәk alәtlәrinin az sayda olması, çapma texnikası ilә sәciyyәlәnir; açıq düşәrgәlәr, çubuqlardan hörülmüş, daş bloklarla möhkәmlәndirilmiş koma (Hunsgi) tәdqiq edilmişdir. Bu dövr üçün әnәnәlәrin – “mәdәniyyәtlәrin” (Soan, Mәdrәs vә s.) müәyyәnlәşdirilmәsi vә onların әlaqәlәri mübahisәlidir. Son Aşöl dövrü abidәlәri çaydaşıdan alәtlәrin, demәk olar ki, olmaması, kliverlәrin çapacaqlara nisbәtәn üstünlüyü, qәlpәlәrdәn düzәldilmiş alәtlәrin daha çox olması, yumşaq çapma texnikasının tәtbiqi ilә seçilir; qaya sığınacaqları (Bhimbetka) meydana gәlir. Fil, hippopatam, kәrgәdan vә s. ovu yayılmışdı. Orta Paleolit dövründә (100–30 min il әvvәl) әrsin, gәzli vә dişli qaşovlar, ucluqlar vә s. Levallua texnikasından vә diskşәkilli nukleusdan istifadә olunmaqla qәlpәlәrdәn hazırlanırdı. Üst Paleolit (25–18 min il әvvәl) mәdәniyyәtlәri özünәmәxsus xüsusiyyәtlәrә malikdir (prizmaşәkilli nukleus lövhәlәrdәn düzәldilmiş alәtlәr: seqmentlәr, dişli vә gәzli qaşovlar, trapesiyalar, üçbucaqlar, müxtәlif tipli tiyәlәr; son mәrhәlәlәrdә sıxıcı texnika meydana gәlmişdir); açıq düşәrgәlәrlә yanaşı mağara vә qayatalvarlı düşәrgәlәr var. Mezolitdәn (tәqr. e.ә. 9–5-ci minilliklәr) başlayaraq H.-ın müxtәlif әrazilәrindә dövrlәrin xronoloji çәrçivәlәri xeyli fәrqlәnir; möhrә döşәmәsi vә ocağı olan dairәvi komalar, sürtgәclәr, ox ucluqları, sapand daşları mәlumdur; mikrolitlәr üstünlük tәşkil edir – Lekhahiyada, Saray-Nahar-Rayda vә digәr әrazilәrdә onların Üst Paleolit dövrünün seqmentlәri ilә bağlı formalardan hәndәsi formalara tәkamülü izlәnilsә dә, bu texnikanın Yaxın Şәrqdәn (mikrotiyәlәr texnikasını vә s.-ni bәzi tәd -qiqatçılar Şimali Afrika әnәnәlәri ilә әlaqәlәndirirlәr) gәtirilmәsi dә istisna olunmur. Bir sıra emalatxana tәdqiq edilmişdir. Əsasәn, Qanq vadisindә vә Kaymur yaylasında dәfn yerlәri (ölülәr başları q.-ә doğru, bәzәn isә fәrqli istiqamәtlәrdә olmaqla uzadılmış vәziyyәtdә dәfn edilmişdir), o cümlәdәn 4-әdәk skeletin dәfn olunduğu qәbirlәr mәlumdur. Lokal tәsәrrüfat tiplәri formalaşır: qәrb vә mәrkәzi rayonlarda oturaq balıqçılar vә ovçular, yaxud yarımoturaq balıqçılar vә yığıcılar; Qanq vadisindә ovçular vә balıqçılar; şәrqdә tropik cәngәllik ovçuları; Dekan yaylasının c.-unda dәnizsahili ovçular vә yığıcılar; öndağlıqlarda oturaq ovçular vә yığıcılar. Mezolit dövrünün sonunda (“proto neolit”), hәlә istehsalçı tәsәrrüfat meydana gәlәnәdәk, ilk yapma keramika (Çopani-Mando) mәlumdur. Burada, Belan vadisindә e.ә. 6–5-ci minilliklәrdә Neolit mәdәniyyәtlәri yaranmışdır; Mahaqara vә s. düşәrgәlәrdә intensiv yığıcılıqdan vә seçimli ovçuluqdan bitkilәrin becәrilmәsinә vә heyvanların әhlilәşdirilmәsinә keçid (becәrilәn çәltik qalıqlarının tapıntılarına әsasәn, ehtimal ki, Şәrqi Asiyanın tәsiri ilә baş vermişdir) izlәnilmişdir. Qanq vadisindә, Dekan yaylasının c.-unda (Brahmagiri, Sanqanakallu), Kәşmirdә (Burzahom), şm.-ş. rayonlarında Neolit mәdәniyyәtlәri e.ә. 4–2-ci minilliklәrә aid edilir. Yeni tәsәrrüfat tiplәri formalaşır: Qanq vadisindә vә mәrkәzi rayonlarda әkinçilik; Dekan yaylasının c.-unda köçәbә maldarlıq. Daş xammalı mәnbәlәri üzrә ixtisaslaşma güclәnir. Əmәk alәtlәrinin lokal tiplәri, o cümlәdәn cilalanmış, sümük vә buynuzdan düzәldilmiş mәmulatların yeni tiplәri (Çirand) meydana gәlir. Dekan yaylasının bir sıra rayonunda mәskәnlәrin topoqrafiyasının tәkamülü izlәnilir: qaya talvarlarının yaxınlığında, tәpәlәrin yamaclarında vә zirvәlәrindә açıq mәskәnlәr salınır, sonralar torpaqların münbit olması ilә әlaqәdar onlar çaylar boyunca yerlәşirdi; Neolit dövrünün sonunda zәngin meşә örtüyü әkinçilik ehtiyacları üçün ağacların kәsilmәsi vә yandırılması nәticәsindә xeyli sey rәlmişdir. Çәltik, buğda, altıcәrgәli arpa, mәrcimәk, xırda yaşıl noxud becәrilir, keçi, qoyun, camış, donuz, zebu öküzü, eşşәk, at, it yetişdirilirdi. Hallur tapıntılarından mәlum olan at vә darı, ehtimal ki, Afrika mәnşәlidir; digәr mәnimsәmәlәr Harappa mәdәniyyәti ilә әlaqәlәndirilir. Ovçuluq, balıqçılıq, yığıcılıq (o cümlәdәn molyusk yığıcılığı) rasionu tamamlayırdı. Dekan yaylasının c.-unda Neolit dövrünә aid qәbirlәr – ölülәrin başları şm.-a doğru olmaqla uzadılmış vәziyyәtdә dәfn edildiyi torpaq qәbirlәri, uşaqların dәfn olunduqları urnalar mәlumdur; dәfn avadanlıqları keramika, әmәk alәtlәri, bәzәk әşyaları ilә tәmsil olunur. Kәşmirdә (Burzahom) başları şm.-a tәrәf bükülü vәziyyәtdә, dәfn avadanlıqları olmadan, heyvan sümüklәri ilә birlikdә dәfn edilmiş skeletlәrә rast gәlinmişdir; qәbirlәr evlәrin yeraltı hissәsinin tәkrarıdır. Dekan yaylasının c.-undakı Neolit komplekslәrindәn tapılmış qızıl sırğalar, tunc baltalar, qolbaqlar, üzüklәr, naxışlı dulus keramikası Mәrkәzi H.-ın Eneolit mәdәniyyәtlәri ilә әlaqәlәrini әks etdirir. Burzahomdan tapılmış düzbucaqlı şist bıcaqlar indiki Çin әrazisindәki mәdәniyyәtlәrlә әlaqәlәri tәsdiqlәyir.
    İlk sivilizasiyalar dövrü. Eneolit mәdәniyyәtlәri (e.ә. 3–1-ci minilliklәr), Dekan yaylasının c.-u istisna olmaqla, H.-ın bütün rayonlarında aşkar olunmuşdur. Bir sıra rayonda bu mәdәniyyәtlәrin әnәnәlәri Tunc dövrü vә Dәmir dövrünün әvvәllәrindә dә saxlanılmışdı. Harappa mәdәniyyәtinin tәşәkkül tapdığı zonadan gәlmә әhali c.-da Kaç vә Kathiyavar yarımadalarında (Dholavira, Lothal vә s.), ş.-dә Qanq vә onun qollarındakı vadilәrdә (Kalibanqan vә s.) mәskunlaşmışdı. Bu rayonlar Hind mәdәniyyәtinin bir hissәsinә çevrilmişdi. Onun sәciyyәvi әlamәtlәri çox vaxt müntәzәm planlaşdırılmış vә yüksәk sәviyyәdә abad iri şәhәrlәrin, tuncdan geniş istifadәnin, yazı sisteminin mövcudluğu idi. İqtisadi әsasını mәhsuldar suvarma әkinçiliyi tәşkil edirdi. Ticarәt, o cümlәdәn İran körfәzi adaları vә Cәnubi Mesopotamiya, Şimali Əfqanıstan vә Orta Asiya kimi uzaq rayonlarla ticarәt әlaqәlәri böyük әhәmiyyәt daşıyırdı. Hind vә Sarasvati (indiki Qhaqqar) vadisindәki şәhәrlәr Köhnә Dünyanın erkәn sivilizasi yalarının geniş zonasına daxil idi. E.ә. 2-ci minilliyin әvvәllәrindә Şimal-Qәrbi H.-dakı şәhәr mәdәniyyәti tәnәzzülә uğradı. H.-ın digәr rayonlarında da ocağı vә tәsәrrüfat tikililәri olan dairәvi vә düzbucaq planlı, çiy vә bişmiş kәrpicdәn tikilmiş evlәrdәn ibarәt uzunmüddәtli mәskәnlәr (tәll tipli) mövcud idi; burada dulusçu, misgәr, muncuqdüzәldәn mәhәllәlәri, dövrәlәmә kәrpic divarlar, daşqınlardan qorunmaq üçün dambalar (Daymabad, İnamqaon) vә xәndәklәr (Yeran, Naqda) mәlumdur. Əsasәn, arpa, nisbәtәn az buğda, nadir hallarda çәltik, hәmçinin mәrcimәk, tәqr. 9 növ paxla becәrirdilәr. Daş “industriyası”nda Mezolit vә Neolit әnәnәlәri, mis vә tunc mәmulatlarında yerli әnәnә ilә yanaşı xarici әnәnә (mәs., Çandolidәn tapılmış xәncәr Koban mәdәniyyәti nümunәlәrini xatırladır) dә izlәnilir. Metal bәzәk әşyaları, hәmçinin, әqiqdәn, steatitdәn, xalsedondan düzәldilmiş muncuqlar mәlumdur. Ahardan tapılmış oyma naxışlı konusvarı terrakota muncuqlar TroyaAnau tapıntılarının analoqudur; Nevasa dәfn yerindәn ipәk sapa düzülmüş mis muncuqlardan ibarәt boyunbağının tapılması H. әrazisindә ipәyin mövcudluğunu tәsdiq edәn әn erkәn sübutdur. Dulus keramikasının (ayaqlı, yaxud lülәkli bardaqlar, novlu camlar, tәkayaqlı qәdәhlәr, zoomorf qablar vә s.) sәthi açıq sarı, qırmızı vә s. rәngli anqobla, hәndәsi vә nәbati ornamentlә, durna, tovuz quşu, vağ, vәhşi heyvan, stilizә olunmuş “rәqs edәn insan” tәsvirlәri ilә bәzәdilmişdir. Naturalist vә stilizә olunmuş terrakota cöngәlәr Kayatha vә Gilunddan, qadın heykәlciklәri İnam qaondan tapılmışdır. Forma vә ornamentin xüsusiyyәtlәri bir sıra mәdәniyyәtin müәyyәnlәşdirilmәsi üçün әsasdır. Codhpurun әn erkәn Eneolit mәdәniyyәti Khetri (Şimal-Şәrqi Racәsthan) mis filizi qurşağının mәrkәzindә Qaneşvara mәdәniyyәti (tәqr. e.ә. 2800–2200) vә onun son mәrhәlәsi (tәqr. e.ә. 1800–1400; Tunc dövrünә aid edilir), Qanq vә Yamuna (indiki Camna çayı) çayarasındakı Mis dәfinәlәr mәdәniyyәti digәr mәdәniyyәtlәri, o cümlәdәn Harappa mәdәniyyәtini xam malla tәmin edәn mis metallurgiyası mәrkәzlәri olmuşlar. Dekan yaylasında e.ә. 2-ci minilliyin birinci yarısına aid Ahar (Banas vadisi), Kayatha (Çambala vadisi), Savalda (Tapti vә Pravara vadilәri) vә Malva (Malva platosu) Eneolit mәdәniyyәtlәri mәlumdur. Erkәn Tunc dövrünә meqalitlәrdә dәfn yerlәri (Kakoriya, Maqha vә s.) aiddir. E.ә. 2-ci minilliyin ikinci yarısında c.-da tәbәqәlәri Corve vә Nevasa Tunc dövrü mәdәniyyәtlәrinin materialları [bu mәdәniyyәtlәr üçün ev döşәmәsinin altında başları şm.-a doğru istiqamәtlәndirilmәklә ölülәrin uzadılmış vәziyyәtdә dәfni (böyüklәr quyularda, uşaqlar ağız-ağıza qoyulmuş 2 qabda) sәciyyәvidir] ilә örtülmüş Son Harappa forpostu Daymabad meydana gәlmişdir. İnamqaondakı dәfn yeri unikaldır. Son Tunc dövrü (e.ә. 1100–700 illәr; Kauşambi, Çiranda vә s.) boz naxışlı keramika mәdәniyyәti, dәmir mәmulatların meydana gәlmәsi vә atın әhlilәşdirilmәsi ilә bağlıdır. Bu mәdәniyyәti şәhәr mәskәnlәri, sikkә zәrbi, Nandalar, Mauryalar vә Şunqaların hakimiyyәti dövründә (e.ә. 5–2 әsrlәr) mövcud olmuş yeni incәsәnәt üslubu ilә sәciyyәlәnәn “şimal qara cilalı keramika mәdәniyyәti” davam etdirmişdir. Cәnubi H.-da Neolit vә Eneolit mәdәniyyәtlәrini qaramal vә at yetişdirәn, mis-tunc әmәk alәtlәri ilә yanaşı, dәmir alәtlәrdәn, silahdan, yәhәr-yüyәndәn istifadә edәn köçәri tayfalarla әlaqәlәndirilәn meqalitik mәdәniyyәt (e.ә. 1000–700 illәr) әvәzlәmişdir. sәciyyәlәnәn “şimal qara cilalı keramika mәdәniyyәti” davam etdirmişdir. Cәnubi H.-da Neolit vә Eneolit mәdәniyyәtlәrini qaramal vә at yetişdirәn, mis-tunc әmәk alәtlәri ilә yanaşı, dәmir alәtlәrdәn, silahdan, yәhәr-yüyәndәn istifadә edәn köçәri tayfalarla әlaqәlәndirilәn meqalitik mәdәniyyәt (e.ә. 1000–700 illәr) әvәzlәmişdir.
     
    Üzәrindә buynuzlu fiqurların tәsvirlәri olan
    keramik qab. E.ә. 2700. Burzahom (Kәşmir).
    Milli muzey. Nyu Dehli.
    Vedalar dövrü. E.ә. 2-ci minilliyin ikinci yarısında Xәzәr dәnizindәn c.-da olan әrazilәrdә, Mesopotamiya ilә Hind çayı arasında hind-İran dillәri yayılmışdı. Bu dillәrin daşıyıcıları arilәr adlandırılır. Qәdim hind-ari dilindә yazılmış әn erkәn mәtnlәr Vedalardır. Dövrünә vә әhәmiyyәtinә görә ilk Veda abidәsi olan Riqveda әn qәdim hind-ari mәdәniyyәtinin öyrәnilmәsi üçün әsas mәnbәdir. Vedaları yaradanlar yazı sisteminә malik deyildilәr; dini himnlәr, qurbanlıq formulları vә ovsunlar şifahi formada öyrәnilir vә nәsildәn-nәslә ötürülürdü. Vedaların müfәssәl topluları (samhitlәr) çoxtәbәqәlidir vә dәqiq tarixi bәlli deyil. Ehtimal ki, Riqveda e.ә. 2-ci minilliyin sonuncu rübündә tәrtib edilmişdir, digәr toplular (Samaveda, Yacurveda vә Atharvaveda) isә bir neçә әsr sonra meydana gәlmişdir. E.ә. 1-ci minilliyin birinci yarısında, әsasәn, qurbanvermә mәrasimi elementlәrinin şәrhindәn ibarәt son Veda әdәbiyyatı, yaxud brahman nәsri yaranmışdır. Riqveda H.-ın ucqar şm.-q.-indә formalaşmış vә qәdim iranlılara (Avestanın erkәn hissәlәrinin yaradıcıları) yaxın olan tayfaların mәişәt vә mәdәniyyәtini әks etdirmişdir. Onların dünyagörüşü üçün dualizm sәciyyәvidir: arilәrә vә onların allahlarına (İndra, Varuna, Aqni, Soma, Mitra) qarşı zülmәt qüvvәlәri tәmsil edәn dasyular dayanırdı. Veda arilәri üçün qaramal xüsusi әhәmiyyәt kәsb edir, var-dövlәt meyarı hesab olunurdu. Tayfalar arasında inәk naxırları uğrunda daima mübarizә gedirdi. Hәrbi başçılar, tayfa әyanlarının nümayәndәlәri atlara qoşulmuş yüngül döyüş arabalarında vuruşurdular. At, döyüş arabası, çarx hakimiyyәtlә assosiasiya olunurdu. Riqveda hind-ari tayfalarının davamlı oturaq hәyat tәrzi sürmәlәrini zәnn etmәyә әsas vermir. Əkinçilik (әsasәn, arpa becәrilmәsi) onların tәsәrrüfatında kömәkçi rol oynayırdı. Veda dini ayinindә mәbәd tikintisi vә allahların tәsvirlәrinә sitayiş nәzәrdә tutulmurdu. Əsas dini ayini – odda qurbanvermәni mәrasimin vә Veda formullarının bilicilәri olan irsi kahinlәr – brahmanlar yerinә yetirirdi. E.ә. 1-ci minilliyin әvvәllәrindә Şimali H.-ın arilәşdirilmәsi – hind-ari dialektlәri vә Veda mәdәniyyәtinin ş.-ә doğru yayılması prosesi getmişdir. Son Veda әdәbiyyatının formalaşma arealı, әsasәn, Qanq vә Yamuna çayarasındakı әrazilәri әhatә edәn “Aralıq torpaq” olmuşdur. Qanq vadisinin tәsәrrüfat baxımından mәnimsәnilmәsinә, ehtimal ki, dәmir әmәk alәtlәrinin meydana gәlmәsi sәbәb olmuşdur. Əkinçilik (ilk növbәdә davamlı oturaq hәyat tәrzini tәlәb edәn çәltikçilik) әsas tәsәrrüfat sahәsinә çevrilmişdi. Son Veda dövründә hәm ari, hәm dә substrat (dravid vә Avstrasiya) komponentlәri özündә birlәşdirәn qәdim hind sivilizasiyası formalaşmışdır. Bu dövr üçün H.-ın sosial quruluşunun sәciyyәvi xüsusiyyәti varnalar sistemi (kahin-brahmanlar, tayfa әyanları kşatrilәr, tamhüquqlu icmaçılar vayşyalar, tamhüquqlu olmayan şudralar) idi. Müәyyәn әrazidә yaşayan vә kşatri sülalәlәrinin hakimiyyәti altında olan tayfaların bazası әsasında tәdricәn protodövlәti qurumlar formalaşmışdır.
    Erkәn tarixi dövr. Maqadha hegemoniyası. E.ә. 1-ci minilliyin ortaları H. tarixindә erkәn tarixi dövr kimi müәyyәnlәşdirilir. Bu dövrdә dövlәtlәrin hakimlәrinin möhkәmlәndirilmiş iqamәtgahları әtrafında inzibati, bәzәn dә ticarәt-sәnәtkarlıq mәrkәzlәri (Taksila, İndraprastha, Kauşambi, Udcayn, Racaqriha) kimi salınan şәhәrlәrin inşası sürәtlәndi. Şәhәr istehkamları arxeoloji cәhәtdәn әn azı e.ә. 6 әsrdәn izlәnilir. E.ә. 6 әsrin sonlarında Əhәmәnilәr tәrәfindәn işğaldan (Qandhara, Sind) sonra Şimali H. tәkcә İranla deyil, eyni zamanda Yaxın Şәrqlә bilavasitә әlaqәlәr qurdu. E.ә. 5–4 әsrlәrdә ticarәtin canlanması ilә primitiv sikkәlәr meydana gәldi. Ciddi ictimai-siyasi dәyişikliklәr e.ә. 1-ci minilliyin ortalarında dini şüurda böhranla müşayiәt olunurdu. Vedaların ayini әnәnәlәrini rәdd edәn vә әvvәlki sosial iyerarxiyanı (insanlarla allahlar arasında vasitәçi kimi brahmanların fәaliyyәtinin әhәmiyyәtliliyi, Sәmaya yüksәlmәk üçün çoxlu qurbanlar vә pay verilmәsinin vacibliyi) şübhә altına alan yeni dini cәrәyanlar (buddizm, caynizm vә s.) yarandı. Bu tәlimlәrin meydana gәlmәsi Himalayın öndağlıqlarında hökmranlıq edәn oliqarxiya qәbilәlәri (Şakyalar, Mallalar) ilә bağlı idi. Lakin Qanq vadisindә yaranmış iri çarlıqların hökmdarlarının dәstәyi onlara ümumhindistan әhәmiyyәti qazandırdı. E.ә. 5 әsrdә Kaşi, Koşala, Vatsa, Maqadha dövlәtlәri aparıcı rol oynayırdı. E.ә. 4 әsrdә Maqadha (paytaxtı Pataliputra) Qanq vadisi vә bütün Şimali Hindistanda hegemonluğu әlә keçirdi. Hind rәvayәtlәrinә görә, dövlәt quruluşundakı mühüm dәyişikliklәr Nandalar sülalәsindәn olan Maqadha hakimlәri ilә bağlıdır. Qeyri-nizami tayfa qoşununa deyil, iri muzdlu qoşuna arxalanan Nandalar tabe edilmiş qonşularından alınan bәxşişlәrlә kifayәtlәnmәyir, kşatri sülalәlәrini öz adamları ilә әvәzlәyir, әhali üzәrinә ağır vergilәr qoyurdular. Onlar Qanq hövzәsini bütünlüklә vә hәtta, Dekanın ş. sahillәrini (indiki Orissa) әhatә edәn dövlәt yaratdılar. E.ә. 327–325 illәrdә Makedoniyalı İsgәndәr Pәncab vә Sindin çoxsaylı çarlıqlarını vә tayfa birliklәrini tabe etmәklә әslindә Şimal-Qәrbi H.-ın birlәşdiricisi rolunu oynadı. E.ә. 317 ildә yunan-Makedoniya işğalçıları H.-ı tәrk etmәk mәcburiyyәtindә qaldıqda, bu әrazilәr Makedoniya әleyhinә üsyana rәhbәrlik edәn vә Mauryalar nәslindәn olan Çandraquptanın hakimiyyәtinә keçdi. Nandalarla mübarizәyә başlayan Çandraqupta, onlar üzәrindә qәlәbә qazandı vә bütün Şimali Hindistanın hakiminә çevrildi. E.ә. 4 әsrin sonunda Selevk I Nikatorla bağlanmış sülh müqavilәsinә görә, Çandraqupta Makedoniyalı İsgәndәr tәrәfindәn salınmış yunan şәhәrlәri ilә birlikdә Araxosiyanı (indiki Əfqanıstanda) әldә etdi. Bu, H.-ın ellinist dünyası ilә әlaqәlәrinin intensivlәşmәsinә sәbәb oldu vә H.-ı yunan mәdәniyyәtinin tәsiri üçün açdı. Dövlәtçiliyin inkişafı yazı sistemindәn istifadәni tәlәb edirdi. Taksila rayonunda hәlә Əhәmәnilәr dövründә arami yazısı hind fonetikasına uyğunlaşdırılmışdı. Qanq vadisindә, ehtimal ki, e.ә. 4 әsrin sonunda hind yazısının әsas forması olan brahmi (yunan әlifbasının da tәsirilә) icad edildi. Brahmi yazısı ilә saxlanılmış ilk abidәlәr
     
    Navdatolidә açkar edilmiş qәdәh.
    E.ә. 1300. Malva mәdәniyyәti.
    Şәrqi Asiya incәsәnәti muzeyi. Berlin.
    Çandraquptanın nәvәsi Aşokanın әmri ilә qayalarda vә daş sütünlarda hәkk olunmuşdur. “Aşokanın ediktlәri” adlanan kitabәlәrin tapıldığı yerlәr onun dövlәtinin sәrhәdlәrini müәyyәnlәşdirmәyә imkan verir. Bu dövlәt indiki Hindistan Resp.-nın bütün әrazisini (ucqar c. istisna olmaqla), Pakistanı vә Əfqanıstanın bir hissәsini (Aşokanın arami vә yunan dillәrindә kitabәlәrinin qeydә alındığı Qәndәhar rayonunu) әhatә edirdi. Aşoka sütunlarının kapitellәri hәmin dövr daş heykәltәraşlığının ilk abidәlәridir, onlar yunan vә rәsmi Əhәmәni incәsәnәtinin müәyyәn tәsirini әks etdirir. Sançidә sütün kapitelindәki şirlәrin tәsviri hazırda Hindistan Resp.-nın gerbidir. “Aşokanın ediktlәri”nin mәzmununu, әsasәn, buddizm әxlaqına yaxın olan dharma qaydaları tәşkil edir. Aşokanın dövründә buddizm tәkcә H.-da deyil, onun hüdudlarından kәnarda – Lankada (indiki Şri-Lanka) da yayılır. “Aşokanın ediktlәri”nin әsasında Mauryalar dövlәtinin quruluşu haqqında tәsәvvür yaratmaq mümkündür. Maqadha vә, ehtimal ki, artıq bir neçә nәsil Nandalara vә Mauryalara mәxsus olmuş Qanq vadisinin digәr vilayәtlәri Pataliputranın bilavasitә idarәçiliyindә idi. Çar canişinlәri Şimal-Qәrbi vә Qәrbi H.-ın (Taksila, Udcayn), hәmçinin Şәrqi vә Cәnubi Dekanın әn iri mәrkәzlәrindә otururdular. 3–5 ildә bir dәfә çar (yaxud onun canişini) öz naiblәrini asılı әrazilәrin tәftişi üçün göndәrirdi. Yerlәrdә hakimiyyәt yerli özünüidarәetmә orqanlarına – şәhәr şuralarına mәxsus idi. Şәhәrlәr arasında geniş, demәkolar ki, mәskunlaşmamış әrazilәr uzanırdı. Mauryalar dövlәti Hindistan y-a-nın çoxsaylı xalqlarının Qanq vadisinin әn çox inkişaf etmiş vilayәtlәrindә formalaşmış mәdәniyyәtә qovuşmalarında mühüm rol oynamışdır. E.ә. 2 әsrin әvvәllәrindә, ehtimal ki, tayfa vә qәbilә әlaqәlәri әsasında formalaşmış regional elitalar Maqadha hakimlәrinin asılılığından tamamilә xilas olmaq üçün kifayәt qәdәr güclәnmişdilәr.
    Klassik qәdim dövr (e.ә. 2 әsr – eramızın 3 әsri). Bu dövr şәhәrlәrin vә şәhәr sәnәtkarlığının çiçәklәnmәsi, hәm Cәnubi Asiya şәhәrlәri, hәm dә xarici alәmlә (ta Ərәbistana, antik Aralıqdәniziyanıya, Çinә vә Cәnub-Şәrqi Asiyayadәk) ticarәtin genişlәnmәsi dövrüdür. Yazı sisteminin geniş yayılması sәciyyәvidir. Əvvәllәr şifahi ötürülәn çoxsaylı mәtnlәr (sanskrit sutraları, buddist kanonu vә s.) yazıya alındı. Hind әdәbiyyatının “Manunun qanunları”, “Arthaşastra” kimi mühüm әsәrlәri, klassik hind tәbabәti vә fәlsәfәsinin abidәlәri bu dövrә aiddir. Lirika, klassik dram әsәrlәri, Aşvaqhoşanın “Buddanın hәyatı” poeması kimi müәllif әsәrlәri meydana gәlir. Memarlıq Qәrbi (Karli, Bhaca) vә Şәrqi (Khandagiri, Udayagiri) Dekanda buddist vә caynist mağara monastırları, monumental stupalar (Sançi, Bharhut, Amaravati), zәngin bәzәdilmiş relyeflәrlә tәmsil olunur. Şimal-qәrbdә yayılmış Qandhara heykәltәraşlıq mәktәbindә ellinist-Roma tәsiri güclüdür. Hind estetik prinsiplәrinә әsaslanan Mathura vә Amaravati mәktәblәri tәdricәn müәyyәnlәşdirici amilә çevrilir. H.-ın e.ә. 1-ci minilliyin sonları – eramızın ilk әsrlәrinә aid siyasi tarixi saxlanılmış mәnbәlәrin fraqmentarlığına görә çәtin öyrәnilir. E.ә. 2 әsrdә Bәlxin yunan hakimlәrinin Şimali H.-a işğalçı yürüşlәri nәticәsindә әvvәl Pәncabda, sonra isә Sinddә yunan sülalәlәrinin idarә etdiyi çarlıqlar yarandı. “Hind-yunan” hakimlәrindәn mәşhur buddist dialoqu “Milindapanha”da adı çәkilәn Menandr qeyd olunmalıdır. E.ә. 1 әsrdә hәmin әrazilәrdә Orta Asiyanın saklar (ş a k l a r ) tayfası tәrәfindәn әsası qoyulan hind-skif çarlıqları meydana gәldi. Sak hakimlәrindәn biri olan I Az bu günәdәk Cәnubi Asiyada istifadә olunan “Vikrama erası” tәqvim sistemini (başlanğıcı e.ә. 58/57 ildәndir) tәtbiq etmişdir. Sakların ardınca H.-a parfiyalılar gәldilәr. Hind-Parfiya çarlarından әn mәşhuru eramızın 21–46 illәrindә hakimiyyәtdә olmuş Qondofardır (rәvayәtә görә, hәvari Foma onun sarayında yaşamışdır). H.-ın bu dövr tarixinin tәdqiqi üçün әsas mәnbә sikkәlәrdir. E.ә. 2 әsrdәn ellinist nümunәlәrin tәsirilә hind sikkәlәrinin üzәrindә yazılar, allahların vә çarların tәsvirlәri hәkk olunurdu. Numizmatik materiallara әsasәn gәlmәlәrin tәdricәn hindlәşmәsi izlәnilir: әvvәllәr hind yazısı ilә bәrabәr işlәdilәn yunan yazısı sonradan hind yazısı ilә әvәzlәnir. Hind allahlarına sitayiş edәn, yaxud buddizmi himayә edәn (mәs., Menandr) yunanlar haqqında mәlumatlar saxlanılmışdır. Digәr tәrәfdәn, hind ikonoqrafiyasında Buddanın ellinist әnәnәyә uyğun yaradılmış tәsviri meydana gәlir. Sak hakimlәri (kşatraplar) Şimali H.-ın mәrkәzi hissәsindә (Mathura rayonu) vә Qәrbi H.-dakı әrazilәrә sahib idilәr. “Qәrbi Kşatraplar” dövlәti (mәrkәzi Udcayn) eramızın 1–2 әsrlәrindә H.-ın siyasi hәyatında mühüm rol oynayırdı. Onun әrazisindә yerlәşәn, Ərәbistan vә Romanın Aralıqdә niziyanı ilә ticarәt aparan dәniz portu Bharukaççha (indiki Bharuç ş.) böyük әhәmiyyәt kәsb edirdi. Ehtimal ki, Qәrbi Kşatraplardan olan Çaştananın tacqoyma mәrasimi ilә әlaqәdar daha bir tәqvim sistemi – “Saka (Ş a k a ) erası” (başlanğıcı eramızın 78 ili) tәtbiq edilmişdir. Qәrbi Kşatrapların cәnub qonşusu vә rәqibi eramızın 1 әsrinin sonları – 2 әsrinin әvvәllәrindә çiçәklәnmә dövrünü yaşayan Satavahanalar dövlәti idi. Dekanın әsas hissәsinә sahib olan Satavahanaların paytaxtı Pratişthana (indiki Paythan ş.) idi. Satavahanalar tarixәn andhralarla (bax Andhra) әlaqәndirilir: orta әsrlәrin genealoji siyahılarında onlar Andhra sülalәsi adlandırılır (Andhra әrazisindә onlar tәrәfindәn monumental buddist mәbәdi – Amaravati stupası ucaldılmışdır). Satavahanalar dövlәtindәn c.-da bir neçә dravid dövlәti mövcud olmuşdur. Kerala әrazisindә Keralaputra, Tamilnad әrazisindә paytaxtı Madurai olan Pandyalar sülalәsi, hәmçinin Çolalar vә Çeralar sülalәlәri tәrәfindәn yaradılmış dövlәtlәr yerlәşirdi. 3 әsrin sonlarında paytaxtı Kançipuram olmaqla öz dövlәtlәrini yaratmış Pallavalar sülalәsinin kitabәlәri meydana gәldi. Cәnubi H. portları Roma imperiyasının yunandilli tәbәәlәri ilә fәal ticarәt aparırdı. Ən iri ticarәt mәskәnlәri Arikamedu (ş. sahillәrindә) vә Karur (subkontinentin içәrilәrindә Kaveri çayı sahilindә) idi. Cәnubi H.-ın eramızın ilk әsrlәrinә aid tarixi, әsasәn, әfsanәlәrdәn mәlumdur. Qәdim tamil poeziyası cәnubi hind mәdәniyyәti haqqında tәsәvvür yaradır. Bu dövlәtlәrin sosial vә siyasi quruluşu Şimali H.-dakı dövlәti qurumlara nisbәtәn daha arxaik idi. İndiki Orissa әrazisindәki Kalinqa dövlәti haqqında mәlumatlar natamamdır. Eramızın әvvәllәrindә bu dövlәtin hakimlәri Satavahanalarla rәqabәt aparmış vә Qanq vadisinә yürüşlәr etmişlәr. Mauryaların varisi olan Şunqalar vә Kanvalar sülalәlәri (e.ә. 2–1 әsrlәr) Qanq vadisinin vә Vidişa r-nunun (indiki Bhopal ş. yaxınlığında) yalnız ayrı-ayrı әrazilәrini öz hakimiyyәtlәri altında saxlayırdılar. Racәsthanda, Pәncabda vә Haryanada, hәmçinin Himalayın öndağlıqlarında hәrbcu qәbilәlәr (madralar vә yaudhelәr, arcunayanalar, mallalar, liççhavlar) әsasında müxtәlif vaxtlarda müstәqil, yaxud muxtar oliqarxiya birliklәri mövcud olmuşdur. Eramızın 1 әsrinin ikinci yarısında Kuşan padşahlığının hakimi Kucula Kadfiz Şimali H.-ın pәrakәndәliyindәn istifadә edәrәk onun işğalına başladı. Onun oğlu Vima vә nәvәsi Vima Kadfiz Şimali H.-ın tәkcә şm.-q.-ini deyil, mәrkәzi hissәsini dә tabe etdi. Onların nüfuzunun dayaq mәntәqәsi Mathura oldu. Kuşan hökmdarlarının varlı olmasını qızıl sikkәlәrin zәrbi tәsdiqlәyir. Sikkәlәrin üzәrindәki tәsvirlәr H.-ın tabe edilmiş rayonlarının mәdәniyyәtinin sinkretik xarakterini, Heliosa vә Herakla, Mitraya vә Ahura Mazdaya, Şivaya vә Buddaya sitayişi әks etdirir. Kuşanların әn mәşhur nümayәndәsi, Vima Kadfizin oğlu I Kanişka (2 әsrin ikinci rübü) buddist әnәnәsindә bu dinin hamisi hesab olunur. Kuşanların dövründә hakimiyyәtin dәstәyi vә geniş beynәlxalq әlaqәlәr (Böyük ipәk yolu vasitәsilә) sayәsindә buddizm Mәrkәzi Asiyaya, sonra isә Şәrqi Asiyaya yayılmışdı. Kuşanların rәsmi kitabәlәri Bәlx dilindә tәrtib edilmişdir. Eyni vaxtda klassik hinduizmin, onun mәbәd ibadәtinin vә çoxsaylı allahların tәsvirlәrinә sitayişin (“puca”) formalaşması baş verirdi. Hinduizm Vedalar dininin sonrakı inkişaf mәrhәlәsi idi. Hinduizmin müqәddәs kitabları “Mahabharata” vә “Ramayana”, geniş sülalә külliyyatları puranalar meydana gәldi. Qәdim H.-ın sosial quruluşu haqqında ümumi tәsәvvür, әsasәn, sanskrit normativ mәtnlәri dharmaşastraların vә Arthaşastranın tәhlili әsasında yaranır. Əkin sahәlәrinә müstәqil tәsәrrüfatla mәşğul olan ayrı-ayrı ailәlәr sahib idilәr. Bütün şәxsi torpaq mülklәri icma әrazisinә daxil idi, ev vә әkin sahәsi alan yeni sahibkar eyni zamanda icma tәşkilatının üzvü olurdu. İcmaçı torpaq sahibkarları kәnd özünüi darәsindә, yol tikintisindә, mәbәdlәrin himayәsindә, bayramların tәşkilindә iştirak edirdilәr. Mübahisәlәr, bir qayda olaraq, qohumlar vә qonşular tәrәfindәn adәt hüququ әsasında hәll olunurdu. İcma başçısı (ağsaqqal) icmanı dövlәt hakimiyyәti qarşısında tәmsil edir vә vergilәrin (adәtәn, mәhsulun 1/6 hissәsini tәşkil edirdi) ödәnilmәsinә görә cavabdehlik daşıyırdı. İcmaçı sahibkarlar torpağı heç dә hәmişә özlәri becәrmirdilәr. Müxtәlif icarә formaları, muzdurların, borcluların vә başqa asılı şәxslәrin әmәyindәn istifadә yayılmışdı. Torpaqsız işçilәr kәnd әhalisinin nisbәtәn aşağı tәbәqәsinә mәnsub idilәr. İcmaya xidmәt göstәrәnlәr (o cümlәdәn sәnәtkarlar) kәnd әhalisinin mühüm tәbәqәsini tәşkil edirdilәr. Hәr bir әrazidә eyni ictimai statusa malik ailәlәr endoqam kastalar (catilәr) yaradırdılar. Qәdim 4 varna çoxsaylı yerli kastaların tәsnifatı üçün әsas oldu. Bu zaman iki aşağı varnanın vәziyyәtindә әhәmiyyәtli dәyişikliklәr baş verdi. Vayşyalara, bir qayda olaraq, әkinçi kastaları deyil, ticarәt-sәlәmçi kastaları aid edildi. Vergi ödәyәn әhalinin әsas kütlәsi şudralara aid olundu. Ucqar rayonlara sıxışdırılan qeyri-ari tayfaları әn aşağı vә hәtta, “toxunulmaz” kastalar hesab edilirdi. Şәhәr sәnәtkarlarının da, tacirlәr kimi, birliklәri var idi. Mәşğuliyyәtlәrin vә mövqelәrin irsiliyi burada da “peşәkar kastalar”ın meydana gәlmәsinә sәbәb olurdu. Sәnәtkarlar bazar üçün deyil, sifariş әsasında işlәyirdilәr. Sifarişçi qismindә mәmulatları uzaq ölkәlәrdә satmaq üçün alan varlı tacir dә çıxış edirdi. Şәhәrlә kәnd arasında mәhsul mübadilәsi, ehtimal ki, mәhdud olaraq qalırdı: xarici ticarәt daxili ticarәtlә müqayisәdә daha çox inkişaf edirdi. Hәm kәnddә, hәm dә şәhәrdә muzdlu vә icbari әmәk tәtbiq olunurdu. Çox ağır vә çirkli işlәr, adәtәn, aşağı kastalardan olan qullara hәvalә edilirdi. Onlara evlәnmәk vә әmlak sahibi olmaq qadağan idi, onlar mülkiyyәt hesab olunurdular: irsәn ötürülә, satıla vә girov qoyula bilәrdilәr. Asılı borclular da qul hesab edilirdilәr, lakin onların vәziyyәti qullardan xeyli fәrqlәnirdi. Onlar mülkiyyәt hesab olunmur, sahibkarın mülkündә ailәsini vә kasta statusunu itirmir, asılılıq müddәti bitdikdәn, yaxud borcunu ödәdikdәn sonra onun sosial statusu bәrpa edilirdi. Eramızın әvvәllәrinә aid mәnbәlәrdә vergi toplamaq hüququna malik “kәnd sahiblәri” haqqında mәlumatlara rast gәlinir. Onlar, bir qayda olaraq, ali hakimdәn sәlahiyyәtlәr alan yerli sülalәlәrin nümayәndәlәri idi; bәzәn idarәçiliyә aldıqları torpaqları irsi mülkә çevirmәklә tam müstәqillik әldә edir, öz sülalәlәrini yaradırdılar.
    Son qәdim dövr (4–5 әsrlәr). H. şәhәrlәrinin sәnәtkarlıq vә ticarәt mәrkәzlәri kimi çiçәklәnmә dövrü 3 әsrdә başa çatdı. İqtisadiyyat natural formaya keçdi vә şәhәr mәdәniyyәti tәnәzzül etdi. Əvvәlcә qәrb vilayәtlәrini (indiki Pәncab, Haryana, Uttar-Pradeşin q. hissәsini) әhatә edәn bu proses sonradan şәrq vә cәnub vilayәtlәrinә yayıldı. Qәdim dövrün sonu (4–5 әsrlәr) iri torpaq mülkiyyәtinin artması ilә sәciyyәlәnir. Kәndlәr bәxşiş, yaxud satınalınma yolu ilә monastırların, mәbәdlәrin vә vergilәrdәn azad olan ayrı-ayrı brahmanların mülkiyyәtinә keçirdi. Varlanmış tacirlәr dә kәndlәrin sahibi ola bilirdilәr. Özünüidarәnin tәmsilçilәri olan kәnd ağsaqqalları xırda mülkәdarlara çevrilirdilәr. “Kәnd sahiblәri” imtiyazlar, vergi vә inzibati toxunulmazlıq, mәhkәmә vә cәzavermә hüquqları әldә edirdilәr. Son qәdim dövr çox vaxt bu zaman Şimali H.-da siyasi hegemonluğa sahib olan Quptalar sülalәsinin adı ilә adlandırılır. Quptalar dövlәtinin özәyini Qanqın orta axarındakı әrazi tәşkil edirdi. İndiki Nepalla sәrhәd vilayәtlәrdә hökmranlıq edәn liççhavların oliqarx qәbilәsilә ittifaq bağlanması Quptalar sülalәsinin güclәnmәsinә sәbәb oldu. İmperator titulunu qәbul etmiş I Çandraqupta (bax Çandraqupta) öz adına qızıl sikkә kәsdirmәyә başladı. Ehtimal ki, onun tacqoyma mәrasimi (319) “Quptalar erası” tәqvim sisteminin başlanğıcı oldu. Onun oğlu Samud raqupta Qanq vadisini bütünlüklә tabe etdi. O, Pәncab vә Racәsthanın oliqarx qәbilәlәrini tabe edәrәk Cәnubi H.-da Pallavaların hökmdarına (paytaxtı Kançi ş.) qarşı yürüş etdi. Quptalar dövlәtinin çiçәklәnmәsi Qanqın aşağı axarlarını zәbt edәn, Qәrbi H.-ın әvvәllәr sak (ş a k) kşatraplarına mәxsus olmuş zәngin şәhәrlәrini әlә keçirәn vә Pәncabda hökmranlıq edәn son Kuşanlarla uğurla mübarizә aparan II Çandraquptanın hakimiyyәt illәrinә tәsadüf edir. II Çandraqupta nüfuzunu Qәrbi Dekanın әn iri dövlәti olan Vakatakalar dövlәtinә dә yaydı. 5 әsrin ortalarında Şimali H. eflalilәrin (ağhunlar) vә barbar tayfalarının dağıdıcı basqınına mәruz qaldı. 6 әsrin әvvәllәrindә Quptalar dövlәti zәiflәdi vә 6 әsrin ortalarında süqut etdi. Quptalar dövrü hind mәdәniyyәtinin inkişafında mühüm mәrhәlәdir. Epik poemaların tam olaraq formalaşması, әn son dharmaşastraların yaradılması vә Purana sülalә külliyyatlarının tamamlanması bu dövrә tәsadüf edir. Ənәnә әn görkәmli sanskrit şairi vә dramaturqu Kalidasanın yaradıcılığını II Çandraquptanın hakimiyyәti dövrü ilә әlaqәlәndirir. Görkәmli hind riyaziyyatçısı vә astronomu Aryabhata (H.-ın ilk süni peyki onun şәrәfinә adlandırılmışdır) da 5–6 әsrlәrdә yaşamışdır. Quptaların yazı növü, memarlıq üslubu, heykәltәraşlığı vә boyakarlığı erkәn orta әsrlәrin hind mәdәniyyәtinә böyük tәsir göstәrmişdir.
    Mallikarjuna mәbәdi. 740 il. Pattadakal şәhәri.
    Erkәn orta әsrlәr (6–12 әsrlәr). Quptalardansonrakı dövrdә orta әsrlәr hind cәmiyyәtinin (tarixçilәrin çoxu onu feodal cәmiyyәti hesab edir) formalaşması prosesi davam edir, hind sivilizasiyasının coğrafi sәrhәdlәri genişlәnirdi. Əkinçilik çay vadilәrindәn qonşu әrazilәrә yayıldı. Əkinçilәr qeyri-ari tayfaların mәskunlaşdığı rayonlara köçәrәk hәmin tayfaları sıxışdırır, yaxud “toxunulmaz” kastalara çevirәrәk özlәrinә tabe edirdilәr. Əkinçilәrin ardınca yeni әrazilәrә sәnәtkar kastaları, hәmçinin brahmanlar köçürdülәr. Yerli tayfaların kultları hinduizmdә әriyәrәk onun tәrkib hissәsinә çevrildi. Tayfa allahları Vişnu, yaxud Şivanın vә hinduistlәr üçün “ümumi” olan digәr allahların tәzahürü kimi yenidәn mәnalandırıldı. Hinduizm bu günkü formasını aldı vә 1-ci minillik әrzindә H.-dan buddizmi sıxışdırdı. İctimai hәyatın sәciyyәvi cәhәti, adәtәn Şivaya, yaxud Vişnuya hәsr edilәn әzәmәtli mәbәdlәrin inşası oldu, hinduizmin hәr iki istiqamәtini – şivaizmi vә vişnuizmi birlәşdirәn mәbәdlәr dә var idi. Mәbәdlәrә hökmdarlardan, әyanlardan vә sadә insanlardan çoxlu hәdiyyәlәr edilirdi. 6 әsrdәn sonra kәndlәrin vә torpaqların bәxşiş verilmәsi praktikası genişlәndi, iri özәl torpaq mülkiyyәtinin formalaşması prosesi davam etdi. Bәxşiş fәrmanları mis lövhәlәr vә daş üzәrindә hәkk olunurdu. Fәrman alan şәxslәrә torpaqlardan “daimi” istifadә, vergi, inzibati vә qismәn mәhkәmә toxunulmazlığı hüququ vә s. verilirdi. 6 әsrdәn qәdim hind şәhәrlәrinin tәnәzzülünün ikinci mәrhәlәsi başladı vә ilk növbәdә Qanqın orta axarındakı әrazilәri әhatә etdi. Ticarәt xeyli azaldı, metal pullar, demәk olar ki, istifadәdәn çıxdı. H.-ın ayrı-ayrı rayonlarında şәhәr hәyatının canlanması 9 әsrdә başladı, şәhәr әhalisinin sayı isә yalnız 14 әsrә doğru yenidәn artmağa başladı. Eftalilәrin (ağhunların) H.-a hücumları nәticәsinә görә Qәrbi Roma imperiyasının german tayfaları tәrәfindәn işğalı ilә müqayisә oluna bilәr. Ağhunlar tәdricәn assimilyasiya olunsalar da, ölkә tәsәrrüfatına ciddi ziyan dәydi. Quptalar imperiyasının yerindә çoxlu xırda vә orta ölçüdә dövlәtlәr meydana gәldi; Şimali H.-ın siyasi birliyi 14 әsrәdәk bәrpa olunmadı. H. әrazisindә 5–7 әsrlәrdә ümumilikdә eyni zamanda mövcud olan, yaxud bir-birini әvәz edәn tәqr. 50 dövlәt qeydә alınmışdır (onlar arasında Dekanda vә Cәnubi H.-da ilk dәfә sәnәdlәr әsasında qeydә alınmış dövlәtlәr dә var). Ayrı-ayrı vaxtlarda әslindә kiçik racәliklәrin konfederasiyası kimi meydana gәlәn iri siyasi qurumlar tezliklә parçalanırdı. Bu dövrә aid әn iri hind dövlәtlәri Vallabhadan olan Maytra kalar dövlәti (indiki Qucarat әrazisindә; 766/767 ilәdәk), Vakatakalar dövlәti (indiki Madhya-Pradeş ştatı әrazisindә; 3 әsr – 7 әsrin әvvәllәri), Mandasordan olan Yaşodharmanın dövlәti (6 әsrin birinci ya rısında Malvada hökmranlıq etmişdir) idi. Qanq vadisindә mәrkәzi Kanauc olan Maukhari dövlәti vә mәrkәzi Sthaneşvara olan Puşpabhuti dövlәti, hәmçinin Qauda dövlәti mövcud olmuşdur. Qaudanın çiçәklәnmәsi Şaşankanın [tәqr. 606–630-cu illәrәdәk] adı ilә bağlıdır. Onun q.-dә Prayaqayadәk uzanan dövlәti Orissanın bir hissәsini dә әhatә edirdi. Maukhari vә Puşpabhuti Şaşankaya qarşı ittifaq bağlasalar da, ona qalib gәlә bilmәdilәr. Harşavardhana Puşpabhuti (H a r ş a) [606–647] hәr iki dövlәti öz hakimiyyәti altında birlәşdirәrәk işğallara başladı. O, Qanq vadisini, Benqaliyanı (Şaşankanın ölümündәn sonra), Orissa vә Malvanı tabe etdi, lakin Vindhya dağ massivindәn cәnuba doğru irәlilәyә bilmәdi. Harşavardhana Puşpabhutinin ölümündәn sonra onun imperiyası parçalandı. 8 әsrin ortalarında Şimali H.-da Kәşmirdәn olan Lalitaditya Muktapidanın [tәqr. 724–760] işğalları nәticәsindә qısa müddәt daha bir imperiya mövcud olmuşdur. İndiki Maharaştra әrazisindә 6 әsrin әvvәllәrindә mәrkәzi Vatapi ş. olan Çalukyalar sülalәsinin dövlәti yarandı. Çalukyalar dövlәti II Pulakeşinin hakimiyyәti illәrindә yüksәliş dövrünü yaşadı. Onun imperiyası “dәnizdәn dәnizә” (Ərәbistan dәnizindәn Benqal körfәzinәdәk) uzanırdı. O, Qucarat vә Andhranı sonradan yeni sülalәlәrin banisi olan iki qardaşının idarәçiliyinә verdi. Çalukyaların Qucarat qolu tezliklә kәsildi. Andhrada isә Şәrqi Çalukyalar, yaxud Vengi Çalukyaları hakimiyyәtlәrini 1070 ilәdәk saxladılar. Dekanda 6 әsrdә Qәrbi Qanqalar (indiki Karnatakanın c. hissәsindә) vә Kadambalar (Karnatakanın şm. hissәsindә) dövlәtlәri meydana gәldi. Hәr iki dövlәtin Çalukyalar ilә Pallavalar arasındakı aramsız müharibәlәrә cәlb edilmәsi onları zәiflәtdi. 753 ildә Qәrbi Dekanda hakimiyyәtә Raştrakutalar nәsli gәldi. Pallavalar Tamilnadda Çolalar tәrәfindәn sıxışdırıldı. 8 әsrin sonlarında Şimali H. rayonlarını әvvәlki әsrlәrdә H. y-a-sının q.-indә, sonralar Racputana (indiki Racәsthan ştatını tәşkil edir) adlandırılan vilayәtlәrdә formalaşmış hәrbcu qәbilәlәr özlәrinә tabe etmәyә başladılar. Ehtimal ki, bu qәbilәlәr assimilyasiya olunmuş eftalilәrin (ağhunların) nәsillәri idi. 10 әsrin sonunda onlar, demәk olar ki, bütün Şimali H.-a vә Mәrkәzi H.-ın böyük hissәsinә yiyәlәndilәr. Bu әrazidә öz dövlәtlәrini yaradaraq özlәrini racәputralar (hökmdar oğulları; sonralar bu ad ixtisar olunaraq racputlar şәklinә salındı) adlandırmağa başladılar; onlar özlәrinin mәnşәcә Veda kşatrilәrindәn olduqlarını bәyan etdilәr. Racputlar işğal edilmiş әrazilәri qәbilәnin qolları arasında bölüşdürәrәk, bu dövrdә Qәrbi Avropada mövcud olan vassallıq sisteminә bәnzәr sistem yaratdılar. Ayrıca silkә çevrilәn racputlar özünәmәxsus hәyat tәrzi, davranış qaydaları, xüsusi nikah normaları, bir növ cәngavәr şәrәf kodeksini işlәyib hazırladılar. 9 әsrdә H. әrazisindә tәqr. 40 hakim sülalә var idi. Racput qәbilәlәri arasında әn әhәmiyyәtlilәri Qurcara-Pratiharalar (8 әsrin әvvәllәri – 11 әsrin әvvәllәri), Paramaralar (9 – 14 әsrin әvvәllәri), Qahadavalalar (11–12 әsrlәr) idi. Qanq vadisinin ş. hissәsindә (indiki Bihar vә Benqaliya) Palalar (8–12 әsrlәr) vә Senalar (9–13 әsrin ortaları) dövlәtlәri yerlәşirdi. Orissa әrazisindә Şәrqi Qanqalar dövlәti (15 әsrin әvvәllәrinәdәk) mövcud idi. 973 ildә Racәsthanda Sakambharidәn olan Çauhanilәrin (Çahamanilәr) müstәqil dövlәti yarandı. 12 әsrin әvvәllәrindә onlar paytaxtı Acmerә köçürdülәr vә 12 әsrin ortalarından Şimali H.-da aparıcı qüvvәyә çevrildilәr. Çandelalar dövlәti 10 әsrin sonlarında Bundelkhandı, Şәrqi Doabı (Qanq vә Camna çayarası), o cümlәdәn Varanasini (B ә n a r ә s ), Qәrbi Benqaliyanın bir hissәsini әhatә edirdi. 1202 ildә müsәlmanların yürüşü nәticәsindә süqut etsә dә, Çandelaların kiçik racәliyi 14 әsrin әvvәllәrinәdәk saxlanıldı. Şimali Qucaratda 10 әsrin ikinci yarısında qonşu Paramaramalar, Kalaçurilәr, Çandelalar, Çauhanilәr, sonralar isә Devagiridәn olan Yadavalarla aramsız müharibәlәr aparan paytaxtı Anahilapataki olan Çaulukya (Solanki) racәliyi (1240 ilәdәk mövcud olmuşdur) meydana gәldi. Cәnubda Qurcara-Pratiharaların vә Palaların rәqiblәri Qәrbi Çalukyaları devirmiş Raştrakutalar idi. Çolalar I Racәracәnin [985–1016] vә I Racendranın [1016–44] hakimiyyәti dövründә bütün Tamilnadı, Karnatakanın bir hissәsini tabe etdi, Vengidәn olan Şәrqi Çalukyaları (Andhrada) vassal asılılığına saldı, Kalyandan olan Çalukyaları bir neçә dәfә mәğlubiyyәtә uğratdı vә şimala yürüş edәrәk, rәvayәtә görә, Qanqa çatdılar. Çolalar quru qoşunlarından başqa, böyük hәrbi donanma yaradaraq Lankanı, Maldiv a-rını әlә keçirdi, İndoneziyadakı Şrivicaya dövlәtini öz nәzarәtlәrinә aldılar. 1070 ildә sonralar I Kullotunqa [1070–1122] adı ilә tanınan Şәrqi Çalukyaların nümayәndәsi ana xәtti ilә hәmçinin Çola taxtının varisi oldu, nәticәdә iki sülalә birlәşdi. 12 әsrin әvvәllәrindә bütün Cәnubi Asiyada әn güclü dövlәt olan Çola sonradan bir neçә dәfә mәğlubiyyәtә uğrayaraq 13 әsrdә Pandyalar sülalәsindәn olan hakimlәrin idarә etdiyi çoxsaylı kiçik racәliklәrә parçalandı. Dekan 12–14 әsrin әvvәllәrindә Devagiridәn olan Yadavalar (Maharaştra vә Şimali Karnataka, 1191–1318), Varanqaldan olan Kakatyalar (Andhra, 12 әsrin ortaları – 1322) vә Dvarasamudradan olan Hoysalalar (Cәnubi Karnataka, 1110–1346) dövlәtlәri arasında bölüşdürüldü. Bu dövrdә H.-da mövcud olan dövlәtlәrdaxilәn çox zәif idilәr. Hakim sülalәlәr, adәtәn, öz domenlәrinә nәzarәt edirdilәr. Periferiyada real hakimiyyәt yerli әyanlara, yaxud onlarla kәndi әhatә edәn vә iri torpaq mülkiyyәtçisi olan icmaların şuralarına mәxsus idi. Bir çox şәhәr dә özünüidarә hüququna malik idi. Tacir ittifaqları öz üzvlәrinә işlәrin aparılmasında yardım edir vә karvanların mühafizәsi üçün hәrbi dәstәlәr saxlayırdılar.
    Tacavurda Böyük mәbәd – Bxaradisvara. Tәqr. 1110.
    Dehli sultanlığı (1206–1526). H.-ın siyasi cәhәtdәn pәrakәndәliyi ölkәnin işğalını asanlaşdırdı. Onun q. sәrhәdlәrindә meydana gәlmiş Ərәb xilafәti 712 ildә Sindi öz hakimiyyәti altına aldı. 10 әsrin sonlarında Xilafәtin parçalanması ilә H. sәrhәdlәrindә Qәznәvilәr dövlәti meydana gәldi. Mahmud Qәznәvi hәr il H.-a yürüş edir, ayrı-ayrı racput racәlәrini mәğlub edәrәk xeyli qәnimәt әlә keçirirdi. Qәznәvilәr dövlәtinin parçalanmasından sonra 1173 ildә mәrkәzi Qur ş. olan yeni dövlәt yarandı. Onun hökmdarlarından biri Muizәddin (Şihabәddin) Mәhәmmәd Quri H.-ın işğalına başladı. 12 әsrin son onilliklәrindә onun sәrkәrdәlәri (qulamlar) Şimali H.-ın bütün hindli hakimlәrini mәğlubiyyәtә uğradaraq onu müsәlmanların hakimiyyәti altında birlәşdirdi. Mәhәmmәd Qurinin ölümündәn sonra 1206 ildә Qütbәddin Aybәk Dehlini iqamәtgah seçәrәk özünü sultan elan etdi vә bununla Dehli sultanlığının әsasını qoydu. Hindlilәrin әsas kütlәsi hinduizmә sitayişi davam etdirsә dә, islam dini H.-da kifayәt qәdәr geniş yayıldı (әhalinin tәqr. 1/4-i bu dini qәbul etdi). Dehli sultanlığında daimi qoşun bölmәsi yalnız sultan qvardiyası idi. Müharibә zamanı sultan vassallarını dәstәlәri ilә birlikdә öz bayrağı altına çağırırdı. Öz dәstәlәrini saxlamaq üçün sultandan iqta alan vassallar iqtadar adlanırdılar. Dehli sultanlığının mövcudluğu dövründә 5 sülalә hakimiyyәtdә oldu: türkmәnşәli Qulamlar [1206–90], Hilcilәr [1290–1320], Tuğlaqilәr [1320–1414], Seyidlәr [1414–51] vә әfqan mәnşәli Lodilәr [1451–1526]. Qulamlar dövründә Çingiz xanın başçılıq etdiyi monqolların bir neçә hücumu uğurla dәf olundu. Əlaәddin Hilcinin dövründә sultanlığın әrazisi xeyli genişlәndi, tәrkibinә Cәnubi H.-ın, demәk olar ki, bütün dövlәtlәri (Qucarat, Yadavaların, Kakatyaların, Hoysalaların, Pandyaların mülklәri vә s.) qatıldı. Lakin 14 әsrin ikinci yarısının ortalarında bir sıra әrazilәr sultanlıqdan ayrıldıqdan sonra yeni dövlәtlәr meydana gәldi: Bәhmәni sultanlığı, Xandeş, Malva, Caunpur sultanlığı, Qucarat. Benqaliya müstәqillik qazandı. Krişna çayından c.-da meydana gәlәn yeni hind dövlәti Vicayanaqar vә Bәhmәnilәrin onu tabe etmәk cәhdlәrinә qarşı inadla mübarizә aparırdı. Öz növbәsindә Bәhmәni sultanlığı 15 әsrin sonu – 16 әsrin әvvәllәrindә Əhmәdnahar, Berar, Bidar, Bicapur, Qolkonda sultanlıqlarına parçalandı. Tuğlaqilәrin hakimiyyәti illәrindә Dehli sultanlığı Teymur tәrәfindәn işğal olundu. 1398 ildә Teymurun ordusu Dehlini tutdu. Şәhәr talan olundu, peşәkar sәnәtkarlar Sәmәrqәndә aparıldı. Hakimiyyәtә gәlәn Seyidlәr özlәrini Teymurilәr imperiyasının vassalı hesab edirdilәr. Onları әvәz edәn Lodilәr Camna-Qanq vadisindәn kәnar әrazilәri yenidәn tabe edә bilmәdilәr. Lodilәr dövründә sultanların mövqeyi xeyli zәiflәdi, onlar “bәrabәr olanlar arasında birincilәr” hesab ediliridilәr. İbrahim Lodinin hökmdar kimi möhkәmlәnmәk cәhdi sultanlıq әyanlarının Dehli taxtına Kabil hakimi Zәhirәddin Baburu dәvәt etmәlәri ilә nәticәlәndi. Panipat yaxınlığındakı vuruşmada İbrahim Lodinin qoşununu darmadağın edәn Babur 1526 ilin aprelindә Dehliyә daxil oldu.
    Moğol imperiyası (1526–1707). Avropalıların H.-a nüfuz etmәlәrinin başlanması. Baburun qısamüddәtli hakimiyyәti (ö. 1530 ilin dekabrı) Moğol imperiyasının vә onun hakim sülalәsi Böyük Moğolların әsasını qoydu. Baburdan somra hakimiyyәtә gәlmiş Hümayun [1530–40, 1555–56] 15 illik fasilә ilә hökmranlıq etdi. 1540–55 illәrdә Dehlidә әfqan mәnşәli Surilәr nәsli hakimiyyәtdә idi. Onların әn mәşhur nümayәndәsi Şir şah bir sıra inzibati vә vergi islahatı keçirәrәk dövlәtin mövqeyini xeyli möhkәmlәndirdi. Moğol imperiyasının әsl yaradıcısı Hümayunun oğlu Əkbәr Cәlalәddin hesab olunur. Surilәri hakimiyyәtdәn uzaqlaşdıran, Qucaratı, Benqaliyanı, Sindi, Bәlucistanı, Kәşmiri, Əfqanıstanın çox hissәsini, Xandeşi, Orissanı, Əhmәdnaharı tabe edәn Əkbәr Cәlalәddin dövlәtin sәrhәdlәrini xeyli genişlәndirdi. mәrkәzi hakimiyyәtin mövqeyini möhkәmlәndirdi, idarәetmә sistemindә islahatlar hәyata keçirdi. Onun canişinlәri xәzinәdәn pul şәklindә tәminat, yaxud torpaq sahibliyi (bax Cagir) alır, öz xeyrinә dövlәt torpaq vergisi yığır, әvәzindә isә, әsasәn, süvarilәrdәn ibarәt muzdlu qoşun saxlayırdılar. Əkbәrin hәyata keçirdiyi dini dözümlülük siyasәti dövlәtin konsolidasiyasına sәbәb oldu. Onun xәlәflәri CahangirŞah Cahanın hakimiyyәt illәri imperiyada mәrkәzi hakimiyyәtin mövqeyinin zәiflәmәsi vә cagirdarların güclәnmәsi ilә sәciyyәlәnir. Övrәngzibin dövründә Moğol imperiyasının әrazisi әn yüksәk hәddә çatsa da, eyni zamanda sultanın dini siyasәti ilә әlaqәdar imperiyanın dezinteqrasiyası başladı. Dehli vә Aqrada catların, Pәncabda siqhlәrin, Şimali Racputanada satnami mәzhәbinin üsyanları Böyük Moğollar dövlәtinә zәrbә vurdu. Maratha konfederasiyasının yaranması ilә nәticәlәnmiş marathalar hәrәkatı onun qüdrәtini qәti olaraq sarsıtdı. Avropalıların Cәnubi Asiyaya nüfuz etmәlәri 15 әsrin sonlarına aiddir. 1498 il mayın 20-dә Vasko de Qamanın eskadrası Keraladakı Kojikode (Kalikut) portunda lövbәr saldı. Sonrakı illәrdә isә portuqallar H.-ın q. vә ş. sahillәrindә, hәmçinin Seylon a.-nda (indiki Şri-Lanka) bir neçә faktoriya yaratdılar. 1510 ildә Albukerke Qoanı tutaraq onu Portuqaliyanın Ümid burnundan ş.-dәki bütün mülklәrinin inz. m.-nә çevirdi. 17 әsrdә H.-a hәmçinin Niderland, İngiltәrә, Danimarka, Fransa tacirlәri gәlmәyә başladılar (bax Ost-Hind şirkәtlәri). 18 әsrin ortalarında H. uğrunda Avropa dövlәtlәrinin mübarizәsindә B.Britaniya qәlәbә çaldı (bax Hindistan uğrunda İngiltәrә-Fransa mübarizәsi). İngilislәrin q. sahillәrindә dayaq mәntәqәlәri 1613–16 illәrdә Surat, 1668 ildәn Bombey (indiki Mumbai), ş. sahillәrindә isә 1639 ildәn Mәdrәs (indiki Çennai), Benqaliyada 1690 ildәn Kәlkәtә idi. 16–17 әsrlәrdә avropalıların hind dövlәtlәrinin siyasi hәyatına ciddi tәsiri yox idi. Onları yalnız yerli mәhsullar – әvvәllәr әdviyyat (istiot, hil, darçın, mixәk vә s.), 17 әsrdәn isә pambıq parçalar maraqlandırırdı. Avroplalılar H.-dan hәmçinin pambıq çiyidi, iplik, şәkәr, ipәk alırdılar. Avropadan H.-a, çox az olsa da, mis, civә, silah, yun parçalar gәtirilirdi. Avropalılar ödәniş vasitәsi kimi, әsasәn, qiymәtli metallardan istifadә edirdilәr. Avropa tacirlәrinin hind mәhsullarına olan tәlәbatı onların istehsalının artırılmasına gәtirib çıxardı. Ərzaq bitkilәri, әdviyyat, pambıq, indiqo әkini genişlәn dirildi. Pambıq vә ipәk parçaların istehsalı (xüsusilә Qucaratda, ş. sahilyanıda vә Benqaliyada) kәskin artdı. Lakin әmtәә istehsalının artırılması әmәk alәtlәrinin, әmәyin tәşkilinin vә istehsal üsullarının tәkmillәşdirilmәsi ilә müşayiәt olunmurdu. Hind mәhsulları qarşılığında ödәniş vasitәsi kimi Avropadan gәtirilәn qızıl vә gümüş sultanların, nәvvabların, racәlәrin vә padşahın xәzinәsindә toplanırdı. İstehsalçı әkinçilәr vә sәnәtkarların әldә etdiklәri әlavә gәlirlәr dә vergilәrin artırılması nәticәsindә yenidәn hakimiyyәt başında duranların xeyrinә bölüşdürülürdü. İstehsalat xırda olaraq qalır, çox vaxt ailә xarakteri daşıyırdı. H.-da avropalıların eksterritoriallıq hüququna malik anklavlarının meydana gәlmәsi ilә hind әyanlarının bhirbaşa soyğunçulardan sığınacaq tapmağa ümid edәn sәnәtkarlar, ilk növbәdә toxucular buraya köçmәyә başladılar. Bunun sayәsindә Mәdrәs, Bombey, Kәlkәtә, Pondişeri vә s. kimi müstәmlәkә şәhәrlәri inkişaf etdi. Hindlilәr burada cüzi özünüidarә hüququna malik olsalar da, anklavlarda sәnәtkarların istismarı hind hökmdarlarının idarәçiliyindәki әrazilәrdә olduğundan zәif deyildi.
     
    Maratha dәbilqәsi. Ermitaj. Sankt-Peterburq.
    Hindistan Ost-Hind şirkәtinin idarәçiliyi altında (1757–1858). 18 әsrin ikinci yarısında Moğol imperiyasının parçalanması davam edirdi. Marathaların Bhosle (Naqpur), Sindiya, yaxud Şinde (Qvalior), Holkar (İndaur, yaxud İndore), Qaekvad (Baroda, yaxud Vadodara) sülalәlәrinin idarә etdiyi racәliklәrlә yanaşı, Benqaliya, Aud, Rohilkhand, Dekan (Heydәrabad nizamlığı) imperiyadan ayrıldı, c.-da Arkat (Kәrnatik) nәvvablığı vә Maysur dövlәti meydana gәldi. Pәncab faktiki olaraq siqh dәstәlәrinin әlindә idi. 18 әsrin sonu – 19 әsrin әvvәllәrindә müstәqil Siqh dövlәti (bax Rancit Sinqh mәq.-nә) yarandı. Moğol imperatorları bütün bu dövlәtlәrin suvereni hesab olunsalar da, әslindә yalnız Dehlidәn Aqrayadәk olan kiçik әrazilәri idarә edirdilәr. 1739 ildә Sәfәvi hökmdarı Nadir şah Əfşar Dehlini fәth etdi. Dehli 1748, 1750, 1752, 1757 illәrdә Əfqanıstan hakimi Əhmәd şah Dürraninin yürüşlәrinә mәruz qaldı. 1761 il yanvarın 14-dә Əhmәd şah hәmçinin Maratha konfederasiyasının birlәşmiş qoşunlarını darmadağın edәrәk marathaların H.-da hegemonluq iddialarına son qoydu. 18 әsrin ortalarında Britaniyanın Ost-Hind şirkәti (OHŞ) H.-da әrazi işğallarına başladı: Arkatı öz nәzarәti altına aldı, Heydәrabadla subsidiya müqavilәsi bağladı, 1757 ildә Benqaliyanı tabe etdi. 1757 il iyunun 23-dә Plessi yaxınlığında baş vermiş vuruşma H.-da Britaniya ağalığının başlanğıcını qoydu. Dörd qanlı müharibә nәticәsindә ingilislәr 1799 ildә Maysuru (bax İngiltәrә-Maysur müharibәlәri), sonra isә marathaların racәliklәrini (bax İngiltәrә-Maratha müharibәlәri) zәbt etdilәr. OHŞ Moğol padşahını faktiki olaraq şirkәtin tәqaüdçüsü vәziyyәtinә salaraq, onun adından tabeliyindәki әrazilәri idarә etmәk hüququ almağa nail oldu. 1843 ildә Sind, 1849 ildә İngiltәrә-siqh müharibәlәri nәticәsindә Pәncab ilhaq edildi. Bir sıra hind racәlәrinin kişi xәtti ilә birbaşa varislәrinin olmaması bәhanәsi ilә Satara (1848), Sambalpur (1849), Naqpur vә Chansi (1853) racәliklәri; digәr bәhanәlәrlә Heydәrabad nizamlığının Berar әyalәti (1853) vә Aud (1856) şirkәtin mülklәrinә qatıldı. OHŞ-nin H.-dakı geniş mülklәri әyalәtlәrin vә onunla müqavilә bağlayaraq yalnız mәhdud müstәqilliklәrini saxlayan vassal racәliklәrin konqlomeratını tәşkil edirdi; onlar müstәqil xarici siyasәt yürütmәk vә ordu saxlamaq hüququndan mәhrum idi. Şirkәtin mülklәrini idarә etmәk üçün Şuranın başçılığı ilә xüsusi inzibati aparat yaradıldı. Şuraya tabe olan gen.-qubernatora (eyni zamanda Benqaliya qubernatoru) i. öz növbәsindә Bombey vә Mәdrәs qubernatorları hesabat verirdi. Şimal-Qәrb әyalәti, Mәrkәzi әyalәtlәr vә Pәncab l.-qubernatorlar, yaxud komissarlar tәrәfindәn idarә olunurdu. Əyalәtlәr tam inzibati vә mәhkәmә hakimiyyәtinә malik vә ingilislәrdәn tәyin olunan kollektorların başçılıq etdiyi distriklәrә bölünürdü. İnzibati aparatın aşağı vәzifәlәrinә vә Britaniya mәmurları yanında müşavir qismindә, әsasәn, hindlilәr cәlb olunurdular. 18 әsrin ortalarınadәk OHŞ-nin әsas gәlir mәnbәyi hind mәhsullarının Avropada satışı olsa da, H.-nın istilasından sonra şirkәtin әsas gәlir mәnbәyi toplanan vergilәr, ilk növbәdә torpaq vergisi, 19 әsrin әvvәllәrindәn isә hәmçinin B.Britaniyadan H.-a kütlәvi şәkildә mәhsulların (parçalar, ipliklәr vә s.) daşınması idi. Bu, hindlilәrin әnәnәvi әl toxuculuğu vә digәr sәnәt sahәlәrinin tәnәzzülünә vә әhalinin şәhәrlәrdәn axınına gәtirib çıxardı. H.-da öz ağalığını möhkәmlәndirmәk vә etibarlı gәlir mәnbәlәri ilә tәmin etmәk üçün OHŞ müәyyәn sosial islahatlar hәyata keçirdi. Mәs., sahiblәrinә böyük әrazilәrdәn öz xeyirlәrinә torpaq vergisi toplamaq hüququ verәn cagir vә digәr torpaq sahibliyi formaları lәğv olundu. Torpaqlar vergi ödәyicilәrinin mülkiyyәti elan edildi. İngilislәr yerli adәtlәrә uyğun hüquq vә mәhkәmә sistemi yaratmağa cәhd göstәrdilәr. Müsәlmanların mühakimәsi şәriәt qaydaları әsasında qazılar tәrәfindәn, hinduistlәrin mühakimәsi dharmaşastralara uyğun hakim-brahmanlar tәrәfindәn aparılması nәzәrdә tutulurdu. Lakin dharmaşastralar әsasında “hinduist hüququ” yaratmaq cәhdlәri iflasa uğradı.
     
    Zahirәddin Babur. Miniәtür. 1605–15.
    Britaniya muzeyi
    Nәticәdә, H.-da mәhkәmә icraaatı yerlilәr vә avropalılar üçün ayrı-ayrılıqda olmaqla ingilis hüququ әsasında hәyata keçirilmәyә başladı. OHŞ administrasiyası hәmçinin bәzi yerli adәtlәri: bir sıra yüksәk kastalarda yenidoğulmuş qız uşaqlarının öldürülmәsini, dul qadınların әrlәrinin dәfn tonqalında özlәrini yandırmalarını (1829), kölәliyi (1843) qadağan etdi; dul qadınların ikinci dәfә ailә qurmalarına icazә verildi (1856). Bununla yanaşı, OHŞ hind cәmiyyәtinin dini hәyatına qarışmamağa çalışırdı. 1813 ilәdәk H.-da xristian vaizlәrinin missionerlik fәaliyyәtlәri qadağan idi. OHŞ ilk vaxtlar dövlәtdәnkәnar müstәqil şirkәt kimi fәaliyyәt göstәrirdi, lakin 18 әsrin sonlarından Britaniya hökumәti şirkәti tәdricәn öz hakimiyyәtinә tabe etmәyә başladı. 1784 ildә Nәzarәt şurası yaradıldı, H.-ın idarәçiliyi ilә bağlı bütün mühüm mәsәlәlәrin hәlli hüququ şuraya verildi. OHŞ getdikcә daha çox sırf idarәçilik strukturuna çevrilirdi. 1813 ildәn H.-la ticarәtdә müstәsna hüquqdan, 1833 ildә isә ümumiyyәtlә ticarәt aparmaq hüqu qundan mәhrum edildi. OHŞ-nin işğalçı siyasәti vә zәbt edilmiş әrazilәrin müstәmlәkә istismarı H. xalqlarının müqavimәtinә sәbәb olurdu. Çox vaxt dini şüarlar altında üsyanlar baş verirdi. 1850-ci illәrin sonunda gen.-qubernator C.E. Dalhuzinin siyasәti vәziyyәti kәskinlәşdirdi. Bәzi racәliklәrin vәrәsәsiz әrazilәr kimi OHŞ-nin mülklәrinә qatılması hind әyanlarının kәskin narazılığına sәbәb oldu. Digәr dini qәbul edәn vәrәsәlәrin әmlak hüquqlarının saxlanılması haqqında qanunun qәbulu isә әhalinin geniş tәbәqәlәri tәrәfindәn hind cәmiyyәtinin әnәnәvi tәmәlinә qarşı qәsd vә xristianlığı qәbul etmәnin tәşviqi kimi qәbul olundu. Britaniyanın idxalı nәticәsindә müflislәşmiş sәnәtkarlar vә vergilәri ödәmәdiklәrinә görә torpaqları hәrraca çıxarılmış torpaq sahiblәri arasında da dәrin narazılıqlar әmәlә gәldi. Hәyәcanlar, әsasәn, Şimali H.-da torpaq sahibi olan kastalardan әsgәrliyә alınmış İngiltәrә-Hindistan ordusunun sipahi hissәlәrini dә bürüdü. Hindistanda xalq üsyanı (1857–59) da adlandırılan sipahilәr üsyanı Britaniyanın H.-dakı müstәmlәkә rejimini sarsıtdı vә OHŞ-nin mövcudluğuna son qoydu.
    Hindistan Britaniya krallığının hakimiyyәti altında (19 әsrin ikinci yarısı – 20 әsrin әvvәllәri). 1858 ildә Britaniya parlamenti Hindistanın daha yaxşı idarәçiliyi haqqında qanun qәbul etdi. Qanuna görә, OHŞ lәğv olundu, hind vergi ödәyicilәrinin vәsaitlәri hesabına şirkәtin payçılarına tәzminat ödәnildi. Hәmçinin Moğol imperiyası lәğv edildi. H.-da hakimiyyәt (o, rәsmәn Hindistan imperiyası adlandırıldı) Britaniya taxtına keçdi. H. imperatriçәsi elan olunmuş kraliça Viktoriya H. sakinlәrini özünün tamhüquqlu tәbәәlәri elan etdi, mülkiyyәt hüquqlarına, o cümlәdәn racәlәrin öz mülklәrinә olan hüquqlarına şәrtsiz riayәt edәcәyini öhdәsinә götürdü, irqi, milli, yaxud konfessional әlamәtlәrә görә ayrı-seçkiliyin yolverilmәzliyini bәyan etdi. OHŞ-nin inzibati aparatı Hindistan mülki xidmәti ilә әvәzlәndi. İnzibatçıların ali eşelonu xüsusi imtahanlardan keçәn şәxslәrlә dolduruldu. 1861–64 illәrdә İngiltәrә-Hindistan ordusunu Britaniya müstәmlәkә rejimi üçün ciddi tәhlükә yaratmayacaq qüvvәyә çevirmәk mәqsәdilә hәrbi islahat keçirildi. H.-da Britaniya qoşunlarının sayı artırıldı, bütün artilleriya ingilislәrin nәzarәtinә verildi, sipahi alaylarının tәşkili sistemi dәyişdirildi. Bununla yanaşı, hindli zabitlәrin xidmәtdә irәlilәmәk imkanları genişlәndirildi. 1860-cı illәrdә hind hüququnun mәcәllәşdirilmәsi (hinduistlәrin vә müsәlmanların nikah, ailә hüququ, vәrәsәlik mәsәlәlәrindә adәtlәri nәzәrә alınmaqla Britaniya hüququ әsasında) hәyata keçirildi. Formal olaraq mülki hüquq sahәsindә avropalılarla hindlilәrin hüquqları bәrabәrlәşdirilsә dә, avropalını yalnız avropalı hakimin mühakimә edә bilәcәk prinsipi (1883 ildә lәğv olundu) saxlanıldı. İcarәdarların bәzi kateqoriyalarını torpaq sahiblәrinin zorakılığından müdafiә edәn icarә haqqında qanunlar qәbul olundu. Sipahilәr üsyanından sonra ingilislәr vergilәri artırmağa cәsarәt etmәdilәr. Qiymәtlәrin artması şәraitindә vergilәr artıq müstәmlәkә hakimiyyәtinin әsas gәlir mәnbәyi deyildi. 1861 ildә Britaniya parlamentinin Hindistan şuraları haqqında qәbul etdiyi qanuna әsasәn gen.-qubernator vә qubernatorlar yanında hakimiyyәt tәrәfindәn tәyin olunmuş bәzi yüksәk vәzifәli hindlilәrin dә iştirak etdiyi mәşvәrәtçi orqanlar yaradıldı. 1892 ildә şuralar vә onların funksiyaları genişlәndirilsә dә, bu islahatlar hind cәmiyyәtini razı salmadı. 19 әsrin ikinci yarısı H. iqtisadiyyatı üçün әhәmiyyәtli dәyişikliklәrlә әlamәtdardır. Britaniya mәhsullarının davam edәn ekspansiyası vәsaitlәrin müstәmlәkәdәn metropoliyaya daşınmasına rәvac verirdi. Bununla yanaşı, H.-a Britaniya kapitalının qoyuluşuna vә hind ticarәt kapitalının sәnayeyә daşınmasına başlanıldı. Avtomobil vә dәmir yolları, portlar, fabriklәr (hindliyә mәxsus ilk әyirmә f-kinin әsası 1853 ildә qoyuldu) inşa edildi. 19 әsrin sonlarında inkişaf etmiş toxuculuq sәnayesi – pambıq parça (әsasәn, hindlilәrә mәxsus idi) vә cut (әsasәn, ingilislәrin әlindә idi) istehsalı meydana gәldi. SES-lәr tikildi, daş kömür hasilatı inkişaf etdi. 1911 ildә Cәmşidpurda H.-ın ilk metallurgiya z-du mәhsul istehsalına başladı. Sinddә, Pәncabda, Şimal-Qәrb sәrhәdboyu әyalәtindә (ŞQSƏ), Mәrkәzi әyalәtlәrdә, Krişna, Qodavari, Kaveri çaylarının deltasında irriqasiya sistemlәrinin quraşdırılması nәticәsindә dünya bazarına çıxarılan buğda, çәltik, şәkәr qamışı, pambıq, yerfındığı istehsalı artdı. Plantasiya tәsәrrüfatı (çay, qәhvә, indiqo istehsalı) yüksәk inkişaf sәviyyәsinә çatdı. Lakin ümumilikdә k.t.-nda yüksәliş vә kәnd әhalisinin aşağı tәbәqәlәrinin vәziyyәtindә yaxşılaşma qeydә alınmadı. Britaniya hökumәti H.-da Avropa tipli tәhsil sistemi tәtbiq etdi. 1854 ildә bütün әyalәtlәrdә xalq maarifi dep-tlәri yaradıldı, ibtidai, orta mәktәb vә kolleclәr sistemi unifikasiya olundu. 1857 ildә Kәlkәtәdә, Bombeydә, Mәdrәsdә ilk universitetlәr açıldı. Buna baxmayaraq, müstәmlәkә administrasiyası H.-da ümumtәhsil sistemi yaratmağı qarşısına mәqsәd qoymamışdı. Hindlilәrin çoxu әvvәlki kimi savadsız olaraq qalırdı. Eyni zamanda cәmiyyәtdә formalaşmış Avropa tәhsilli insanlar tәbәqәsi sosial islahatların keçirilmәsi, yerli istehsalçıların müdafiәsi, müstәmlәkә hökumәtinin zorakılığının mәhdudlaşdırılması, hindlilәrin idarәçilikdә iştirakının genişlәndirilmәsinә dair tәlәblәr irәli sürürdü. Milli azadlıq hәrәkatı ideologiyasının formalaşmasında tәmsilçilәrinin әnәnәvi hinduist, yaxud müsәlman mәdәniyyәtlәrinin dirçәldilmәsi uğrunda çıxış edәn dini-islahatçı cәrәyanlar mühüm rol oynadı. Bu cәhәtdәn H.-da dini islahatçılığın banisi Ram Mohan Roy vә onun tәşәbbüslәrinin davamçıları Dayananda Sarasvati vә Svami Vivekananda hinduistlәr üçün xüsusilә mühüm әhәmiyyәt kәsb etdilәr. Dayananda Sarasvatinin vә onun başçılıq etdiyi Arya Samac cәmiyyәtinin fәaliyyәti hinduist icmasının konsolidasiyasına (xüsusilә, toxunulmazların ona cәlb edilmәsinә) sәbәb olmaqla yanaşı, eyni zamanda hinduist-müsәlman ziddiyyәtlәrinin kәskinlәşmәsinә gәtirib çıxardı. Svami Vivekanandanın ideyaları hәm mötәdil liberal xadimlәr, elәcә dә radikal hinduist tәşkilatlarının rәhbәrlәri tәrәfindәn qәbul olundu. Müsәlmanların tәhsilli tәbәqәsinә Seyyid Əhmәd xanın ideyaları mühüm tәsir göstәrdi. Avropa tәhsilli hindlilәrin maraqlarını 1885 ildә yaradılmış Hindistan Milli Konqresi (HMK; Konqres) ifadә edirdi. İlk vaxtlar ona milli hәrәkatın liberal cәrәyanının başçıları “mötәdil” A.O.Hum, M.Q. Ranade, D.Naoroci, Q.K.Qokhale, S.Banerci rәhbәrlik edirdilәr. Onlar müstәmlәkә rejiminin islah edilmәsinә qanuni konstitusion fәaliyyәt, hökumәtә tәkliflәr irәli sürmәk yolu ilә çalışırdılar.
     
    Maysur hökmdarı Tipu Sultan oğullarını ingilislәrә girov verir. Rәssam R.Houm. Milli Ordu Muzeyi. London.
    Tezliklә HMK daxilindә B.Q.Tilakın başçılığı ilә müstәqillik uğrunda mübarizәyә çağıran vә dini şüarlardan istifadә etmәklә hәrәkatı kütlәvilәşdirmәyә çalışan radikal cәrәyan (“ifratçılar”) formalaşdı. Tilakın tәrәfdarları L.L.Ray, A.K.Qhoş, B.Ç.Pal idi. Benqaliyada vә Bombey prezidentliyindә yaranan Britaniya müstәmlәkә haimiyyәtinә qarşı silahlı mübarizәyә başlayan gizli inqilabi tәşkilatlar [“Anuşilon Şomiti” (“Tәrәqqi cәmiyyәti”), “Cuqantar” (“Yeni hәyat”)] başladı. Hind ictimaiyyәtinin HMK-nın qәtnamәlәrindә әksini tapan tәlәblәrinә müstәmlәkә hökumәtinin etinasız yanaşması Konqresin radikallaşmasına gәtirib çıxardı. Müstәmlәkә administrasiyasının Benqaliyanı müsәlman әhalisinin çoxluq tәşkil etdiyi Şәrq vә hinduistlәrin çoxluq tәşkil etdiyi Qәrb әyalәtlәrinә bölmәsi haqqında 1905 ildә qәbul etdiyi qәrar kәskin etiraza sәbәb oldu. Bu qәrar Konqres üzvlәri tәrәfindәn hakimiyyәtin hinduistlәrlә müsәlmanlar arasında münaqişә törәtmәk vә bununla milli hәrәkatda ikitirәlik yaratmaq niyyәti kimi qәbul edildi. HMK әhalini svadeşi (yerli istehsal) şüarı altında Britaniya mәhsullarını boykot etmәyә çağırdı vә H.-a Britaniya imperiyası tәrkibindә dominion statusunun verilmәsini nәzәrdә tutan svarac (özünüidarә) tәlәbini irәli sürdü. 1907 ildә Suratdakı sessiya zamanı HMK sıralarında parçalanma baş verdi. “İfratçılar” rәhbәrlәrinin hәlә dә mötәdil mövqedә duran Konqresdәn qәtiyyәtli addımlar atmağı vә xalq hәrәkatını dәstәklәmәyi tәlәb etdilәr. 1906 ildә özünü müsәlmanların siyasi maraqlarının müdafiәçisi elan edәn Müsәlman Liqası (ML) meydana gәldi. Elә hәmin ildә hinduistlәrin mövqeyindәn çıxış edәn Hindu Maha Sabha (HMS) partiyası vә bir sıra digәr tәşkilatlar yaradıldı. Milli hәrәkat konfessional әlamәtlәrә görә parçalanmağa başladı. Britaniya müstәmlәkә rejimi Birinci dünya müharibәsi öncәsi nisbi sabitlik dövrünü yaşayırdı. Britaniya H.-ı mәrkәzlәşmiş idarәetmә aparatına, inkişaf etmiş (digәr müstәmlәkә ölkәlәri ilә müqayisәdә) dövlәt-isiyasi mexanizmә vә partiya sisteminә malik ölkә idi. Britaniya hökumәtinin tәrkibinә H. vә Birma (sonuncu 1935 ilәdәk Britaniya Hindistanının tәrkibindә idi) işlәri üzrә dövlәt katibi adlandırılan nazir daxil edilmişdi. H.-ın idarәçiliyi üzrә Britaniya aparatının başında vitse-kral titulu daşıyan gen.-qubernator dayanırdı. O, bilavasitә H. işlәri üzrә nazirә tabe olur, Britaniya hökumәti vә parlamenti qarşısında cavabdehlik daşıyırdı. H.-da Britaniya ağalığının sabitlәşmәsinә Londonun getdiyi bәzi güzәştlәr sәbәb olmuşdu. 1909 ildә gen.-qubernator vә әyalәt qubernatorları yanındakı şuralar qanunverici şuralar adlandırıldı, onların üzvlәrinin seçki yolu ilә seçilmәsinin әsası qoyuldu (bax Morli –Minto islahatı mәq.-nә). 1911 ildә hind racәlәrinin tәntәnәli qәbulu (dәrbar) keçirildi. Burada H. imperatoru elan edilmiş kral V Georq Benqaliyanın bölgüsünün lәğvini vә Britaniya Hindistanı paytaxtının Kәlkәtәdәn Dehliyә köçürüldüyünü elan etdi. 20 әsrin әvvәllәrindә H. inzibati cәhәtdәn Cәnubi Asiyanın 3/5 hissәsini әhatә edәn Britaniya Hindistanına vә racәliklәrә (tәqr. 600) bölünürdü. Britaniya Hindistanı qubernator (Benqaliya, Mәdrәs, Bombey, Bihar, Orissa, Assam, Pәncab, Birma, Mәrkәzi әyalәtlәr, Birlәşmiş әyalәtlәr) vә komissar (ŞQSƏ, Dehli, Acmer, Mervara, Bәlucistan, Kurq, Andaman a-rı vә Nikobar a-rı) әyalәtlәrindәn ibarәt idi. Əyalәt qubernatorları H. işlәri üzrә nazir, yaxud vitse-kral tәrәfindәn tәyin olunurdu. Qanunverici şuraların qәrarları onlar üçün mәcburi deyildi. Komissar әyalәtlәri isә bilavasitә gen.-qubernatorun idarәçiliyi altında idi. İngilislәr racәliklәrdә hakimiyyәtlәri altında olan әrazilәrin idarәçiliyindә edәn maharacәlәr vә nәvvablara daxili mәsәlәlәrdә geniş muxtariyyәt vermәklә vasitәli idarәçilik sistemi tәtbiq edirdilәr. Racәliklәr uzun müddәt Hindistan y-a-nın siyasi hәyatından kәnarda qalırdı. Racәlәri birlәşdirәn ilk tәşkilat olan Racәlәr palatası (gen.-qubernator yanında nümayәndәli orqan kimi) yalnız 1921 ildә meydana gәldi.
    Hindistan 1914–47 illәrdә. Metropoliyanın ardınca H.-ın Birinci dünya müharibәsinә cәlb edilmәsi vә Britaniyanın hәrbi sifarişlәrinin yerli müәssisәlәr arasında bölüşdürülmәsi hind sahibkar dairәlәrinin varlanmasına, Britaniya imperiyası çәrçivәsindә H.-ın әhәmiyyәtinin yüksәlmәsinә sәbәb oldu. Bu isә öz növbәsindә hind cәmiyyәtinin siyasi elitasının konstitusiya üsulu ilә özünüidarәyә nail ola bilәcәklәrinә inamını möhkәmlәndirdi. 1916 ildә HMK-nın Lakhnauda keçirilәn qurultayında “ifratçılar”la “mötәdillәr” birlәşdilәr. Özünün yeni nizamnamәsindә Britaniya imperiyası çәrçivәsindә özünüidarәyә nail olmağı qarşısına mәqsәd qoyan ML (1915 ildәn ona başçılıq edәn M.Ə. Cinnә 1920 ildә onun şәksiz liderinә çevrildi) ilә birgә fәaliyyәt haqqında razılaşma әldә edildi. HMK-nın 1918 il sessiyasında özünüidarә uğrunda mübarizә üçün xalq hәrәkatına arxalanmağın zәruriliyi qәbul olundu. M.K. Qandi Konqresi kütlәvi partiyaya çevirdi. O, 1915 ildә Cәnubi Afrikadan H.-a qayıdaraq satyaqraha (“hәqiqәtdә әzm”, “hәqiqәtә arxalanma”, “haqqa dirәniş”) adını almış bir sıra uğurlu vәtәndaş itaәtsizliyi kampaniyaları keçirdi vә 1920-ci illәrin әvvәllәrindә hind millәtçilәri arasında әn populyar simalardan biri oldu. Birinci dünya müharibәsi illәrindә hind müsәlmanları arasında Osmanlı imperiyasını parçalamağa çalışan Antanta dövlәtlәrinin niyyәtlәrinә qarşı türk sultanını müdafiә edәn Xilafәt hәrәkatı geniş yayıldı. 1916 ildә A. Bezantın başçılığı ilә Ümumhindistan Homrul liqasında birlәşmiş Homrul cәmiyyәtlәrinin fәaliyyәti geniş әks-sәda yaratdı. Birinci dünya müharibәsindәn sonra da Britaniya H.-ının iqtisadi inkişafı әhәmiyyәtli dәrәcәdә metropoliyanın maraqlarına tabe idi. H.-ın әsas ixrac mәhsulları pambıq, yun, cut, palma lifi, düyü, buğda, әdviyyat, indiqo, tiryәk, plantasiya bitkilәri idi. İngilislәr H. dәmir yollarına, irriqasiya sistemlәrinә, plantasiya tәsәrrüfatına (çay, qәhvә, kauçuk), mәdәn sәnayesinә kapital qoyurdular. Ölkәnin әn iri müәssisәlәri (Kәlkәtәdәki cut f-klәri, Bombeydәki vә digәr әayәlәtlәrdәki toxuculuq f-klәrinin bir hissәsi, mexaniki vә dәmiryol emalatxana larının, hәmçinin şaxtaların çoxu) onlara mәxsus idi. H.-a Britaniya kapitalı qoyuluşunun 1/2-ndәn çoxu müstәmlәkә idarәçiliyi aparatının payına düşürdü. Bununla yanaşı, yerli ticarәt-sahibkar tәbәqәsinin formalaşması prosesi dә gedirdi. Müharibәdәn sonra dünyada baş verәn dәyişikliklәr Britaniya hakim dairәlәrini müstәmlәkә idarәçiliyi ilә bağlı әnәnәvi güc metodlarından imtina etmәyә, siyasi kompromis axtarmağa vә mәsuliyyәti müstәmlәkә elitası ilә bölüşmәyә vadar etdi. 1919 ildә Britaniya parlamentindә Hindistanın idarәçiliyi haqqında qanun (bax MontegüÇelmsford islahatı mәq.-nә) qәbul olundu. Qanunverici mәclisә seçkilәrin qaydaları haqqında әsasnamә kuriya sisteminin möhkәmlәndirilmәsini nәzәrdә tuturdu; hinduistlәrin vә müsәlmanların ayrı-ayrılıqda sәsvermәsi sonunculara müәyyәn imtiyazlar verirdi. İngilislәrin hinduistlәrlә müsәlmanları qarşı-qarşıya qoymaq әnәnәvi siyasәti qanuni şәkildә tәsbit olunurdu. Əyalәtlәrdә mәsul idarә çilik sisteminin tәtbiqi H.-da dövlәt hakimiyyәtinin xarakterini dәyişdirdi: tam avtokratiya diarxiya (ikihakimiyyәtlilik, ikili idarәçilik) adlandlrılan idarәçilik sistemi ilә әvәzlәndi. Bununla belә, siyasi manevrlәr vә bir sıra güzәştlәrlә yanaşı, Britaniya tәrәfi milli azadlıq hәrәkatı işti rakçılarına qarşı bir sıra açıq repressiyalar [“Amritsar qırğını” (1919) xüsusi amansız lığı ilә seçilirdi; bax Amritsar mәq.-nә] da hәyata keçirdi. 1920 ilin sentyabrında HMK-nın Kәlkәtәdә keçirilәn fövqәladә qurultayında M.K.Qandi tәrәfindәn irәli sürülәn әmәkdaşlıq etmәmәk haqqında proqram qәbul olundu. 1920 il avqustun 1-dә ölkә tarixindә ilk dәfә ümumhindistan vәtәndaş itaәtsizliyi kampaniyası başladı. Kampaniya mitinqlәr vә nümayişlәr formasında keçirilirdi. Kәndli hәrәkat vә tәtil mübarizәsinin güclәnmәsi şәraitindә itaәtsizlik kampaniyası qeyri-zorakı çәrçivәdәn çıxdı. 1922 ilin fevralında baş vermiş qanlı hadisәlәr (kәndli kütlәsi tәrәfindәn Çauri-Çaura qәs.-ndә polislәrin yandırılması) M.K.Qandini satyaqrahanı dayandırmağa vadar etdi. Xilafәtçilәrin vәtәndaş itaәtsizliyi kampaniyasına qoşulmaları vә Qandinin hәmin hәrәkatın rәhbәrlәri ilә sıx әlaqәlәri hinduistlәrlә müsәlmanların birgә fәaliyyәti üçün zәmin yaratdı. Lakin ML Qandinin taktikasını qәbul etmәdi vә hәm kütlәvi әmәkdaşlıq etmәmәk, hәm dә Xilafәt hәrәkatını pislәdi. 1920 ildә M.Ə.Cinnә HMK-nı tәrk etdi. ML ilә HMK arasındakı 1916–20 illәrdәki sıx qarşılıqlı әlaqәlәr konfrontasiya ilә әvәzlәndi. 1920-ci illәrin әvvәllәrindә HMK-da “dәyişiklik әleyhdarları” vә “dәyişiklik tәrәfdarları” adlanan 2 әsas qrup var idi. Birincilәr (Ç.Racәqopalaçariya, R.Prasad vә b.) M.K. Qandini müdafiә edәrәk, qanunverici orqanların boykotu da daxil olmaqla, müstәmlәkә hökumәti ilә ictimai-siyasi hәyatın bütün sahәlәrindә әmәkdaşlıq etmәmәyә әsaslanan siyasәtin hәyata keçirilmәsini dәstәklәyirdilәr. İkincilәr (M.Nehru, Ç.Das) qanunverici orqanların boykotuna qarşı çıxır, hindlilәrin burada nümayәndәlәrinin artırılması mәqsәdilә konstitusiyalı mübarizә yolunu dәstәklәyirdilәr. Onlar hakimiyyәt orqanlarında iştirakın HMK-nın Qandinin әmәkdaşlıq etmәmәk ideyalarına bağlılığını pozmayacaq üsulunu: qanunverici orqanlara daxil olmaq vә bu orqanların islahı mәqsәdilә daxildәn boykot yolunu tәklif edirdilәr. 1923 ildә “dәyişiklik tәrәfdarları” Svarac partiyasını yaratdılar. 1924 ildә bağlanan “Qandi – Daspaktı”na әsasәn svaracçılara Konqresin adından vә onun tәrkib hissәsi kimi qanunverici orqanlarda öz fәaliyyәtlәrini hәyata keçirmәk sәlahiyyәti verildi. 1924–28 illәrdә Qandi açıq siyasi fәaliyyәtdәn uzaqlaşdı vә özünün yaratdığı Ümumhindistan әl toxucuları assosiasiyası vasitәsilә “konstruktiv proqram”ını (bax Qandizm) hәyata keçirmәyә başladı. 1920-ci illәrin sonlarında HMK tәrkibindә Konqresin fәaliyyәtinin aktivlәşdirilmәsini tәlәb edәn gәnc nәslin nümayәndәlәrindәn ibarәt sol millәtçi cәrәyan formalaşdı. HMK-nın sol qanadının liderlәri C.Nehru vә S.Ç.Bos idi. Solların nümayәndәlәrinin partiya rәhbәrliyinә daxil edilmәsi Konqresin kütlә arasında nüfuzunu güclәndirdi, 1920-ci illәrdә formalaşan Ümumhindistan Hәmkarlar İttifaqları Konqresindә, hәmçinin fәhlә vә kәndli ittifaqlarında onun aparıcı mövqeyini tәmin etdi. 1927 ildә HMK-nın Mәdrәsdә keçirilәn qurultayında Nehru vә Bos baş katib seçildilәr. Qurultayda tam müstәqilliyә nail olmağı vә respublika quruluşu yaratmağı H.-da milli azadlıq mübarizәsinin әsas mәqsәdi elan edәn qәtnamә qәbul olundu. Bu dövrdә hәm Britaniya H.-nda, hәm dә, onun sәrhәdlәrindәn kәnarda gizli inqilabi tәşkilatların fәaliyyәti genişlәndi. 1925 ildә Hindistan Kommunist Partiyası (HKP) yarandı. 1928 ilin noyabrında radikal konqresçilәr C.Nehrunun vә S.Ç.Bosun başçılığı ilә ümumhindistan Müstәqillik liqasının qurultayını keçirdilәr. 1929 ilin dekabrında Lahorda keçirilәn qurultayda C.Nehru onun sәdri seçildi. Qurultay yeni ümumhindistan әmәkdaşlıq etmәmәk kampaniyasına başlamaq qәrarını qәbul etdi. 1930 ildә yenidәn M.K.Qandinin rәhbәrliyi ilә başlamış kampaniya iştirakçıları Britaniya hökumәtindәn duz inhisarının vә duz üzәrinә qoyulmuş vergilәrin lәğvini tәlәb etdilәr. Geniş vüsәt alan kampaniya kәndlilәrdәn tutmuş fabrik vә zavod fәhlәlәrinәdәk hind cәmiyyәtinin müxtәlif tәbәqәlәrinin nümayәndәlәrini birlәşdirdi. Britaniya hökumәti kampaniyanın keçirilmәsini qadağan edәrәk Konqresi vә satyaqrahada iştirak edәn digәr siyasi tәşkilatları qanundankәnar elan etdi. 1930 ilin mayında M.K.Qandi, ilin sonuna kimi isә tәqr. 60 min nәfәr hәbs olundu. ML әmәkdaşlıq etmәmәk kampani yasına qoşulmaşdı. ML liderlәri Qandinin mübarizә metodlarına mәnfi yanaşırdılar. HMK-dan uzaqlaşma müsәlmanları birlәşdirdi: müsәlman siyasәtçilәrinin çoxu hinduist-müsәlman münasibәtlәrinin nizamlanmasınadәk gәlәcәk konstitusiya quruluşu mәsәlәsinin müzakirәsindәn imtina etdilәr. Müsәlman konqresçilәrin ML liderlәri ilә ümumi dil tapmaq cәhdlәri getdikcә daha da çәtinlәşdi. 1930 ildә mәşhur ictimai xadim, filosof vә şair M. İqbal Pәncaba, ŞQSƏ-yә, Bәlucistana vә Sindә müstәqil dövlәti qurum statusunun verilmәsi tәkfini irәli sürdü. Lakin bu tәklif ML tәrәfindәn qәbul olunmadı: bu mәrhәlәdә yalnız әyalәt muxtariyyәtinin genişlәndirilmәsi, Sindin Bombey әyalәtindәn ayrılması vә ŞQSƏ-nin yenidәn tәşkili gündәmdә idi. Müsәlman tәşkilatlarının ayrılması ilә yanaşı hindutva (hind cәmiyyәtinin hinduistlәşdirilmәsi) şüarı ilә çıxış edәn partiyaların möhkәmlәnmәsi prosesi gedirdi. HMS-dәn başqa Britaniya H.-nın digәr әn iri hinduist partiyası 1925 ildә yaradılmış Raştriya Svayamsevak Sanqh (RSS) mәdәni-maarif tәşkilatı idi. Tәşkilatın yaradıcısı olan K.B. Hedgevar, sonradan onun işini davam etdirmiş M.S. Qolvalkar HMS-in rәhbәri V.D. Savarkarla birlikdә H.-da hinduist dövlәtçiliyinin (“hindu raştra”) qurulması nәzәriyyәsinin yaradıcılarıdır. 1930 ilin iyununda Saymon komissiyasının H.-ın gәlәcәk konstitusiya quruluşuna dair tövsiyә xarakterli mәruzәsi dәrc edildi. Britaniya hökumәti mәruzәnin müzakirәsi üçün H.-ın aparıcı siyasi qüvvәlәri ilә danışıqlar aparmaq qәrarına gәldi. 1930–32 illәrdә Londonda ardıcıl olaraq “dairәvi masa” konfransları keçirildi. Onların nәticәsi olaraq qәbul edilmiş Hindistanın idarәçiliyi haqqında qanun (1935) H. tarixinә 1935 il konstitusiyası kimi daxil oldu. Konstitusiyaya әsasәn keçirilmiş 1937 il seçkilәrindә seçki dairәlәrinin çoxunda qalib gәlmiş HMK 11 әyalәtdәn 7-sindә әyalәt hökumәti tәşkil etdi. 1934 ildә HMK-nın C. Narayanın başçılığı altında Sosialist Partiyaların Konqresi (SPK) adını almış vә Qәrb sosial-demokratlarına yaxın daha bir fraksiyası meydana gәldi. SPK 1935–39 illәrdә HMK ilә HKP-nin yaxınlaşmasına sәbәb olsa da, bu münasibәtlәr İkinci dünya müharibәsi illәrindә kәsildi. 1939 ilin sentyabrında Britaniya hökumәti H.-ı müharibә aparan ölkә elan etdi. Müharibә illәri H.-da kәskin aclıqla (natamam hesablamalara görә, 125 mln. nәfәr, yәni әhalinin tәqr. 1/3-i aclıqdan әziyyәt çәkirdi) müşayiәt olunan әrzaq böhranı ilә sәciyyәlәnirdi. Vәziyyәt iqtisadi durumu normallaşdırmaq üçün kәsәrli tәdbirlәr görmәyәn Britaniya hökumәti üçün tәhlükәli xarakter aldı vә müharibә illәrindә möhkәmlәnmiş hind milli sahibkarlarından dәstәk alaraq getdikcә güclәnәn milli azadlıq hәrәkatına Britaniyanın müqavimәt göstәrmәk iqtidarında olmadığını nümayiş etdirdi. 1940-cı illәrdә müstәmlәkә idarәçiliyi aparatı әhәmiyyәtli dәyişikliklәrә mәruz qaldı. Hind mәmurların sayı çoxaldı. Müharibә illәrindә sәnaye mәhsullarına, xüsusilә silah vә ingilis-hind ordusunun, hәmçinin Şimali Afrikada fәaliyyәt göstәrәn Britaniya vә Hindistan qoşunlarının geyimә olan tәlәbatı H.-da sәnaye istehsalının inkişafına (metallurgiya, metal emalı, kimya, toxuculuq, yeyinti sәnayesi) tәkan verdi. Yerli korporasiyalar (“Tata”, “Birla”, “Dalmia-Jain”, “Singhania”, “Valchand Hirachand” vә s.) әhәmiyyyәtli dәrәcәdә möhkәmlәndi. İngiltәrә-Hindistan müştәrәk şirkәtlәri meydana gәldi. Müharibә illәrindә Hindistan bazarına Amerika kapitalının nüfuz etmәsi vә H.-da İngiltәrә-Amerika rәqabәtinin kәskinlәşmәsi Britaniya kapitalı ilә müqayisәdә yerli sahibkarların mövqeyinin obyektiv olaraq möhkәmlәnmәsinә sәbәb oldu. H.-ın müharibә edәn ölkә elan olunmasından sonra aparıcı siyasi partiyaları müharibәyә münasibәt barәdә bәyannamә qәbul etdilәr. HMK faşizmi pislәyәrәk Britaniya hökumәtinin H.-ın öz müqәddәratını tәyinetmә hüququnu rәsmәn tanıması şәrtilә B.Britaniyanın hәrbi sәylәrini müdafiә edәcәyini bәyan etdi. Vitse-kral lord Linlitqounun Konqresin siyasi hakimiyyәti yenidәn tәşkil etmәk lahiyәsindәn imtinasından vә H.-ın müharibәdә iştirakı dövründә repressiv qanunların (Hindistanın müdafiәsi haqqında qanun) möhkәmlәndirilmәsindәn sonra HMK yenidәn әmәkdaşlıq etmәmәk metodlarına әl atmalı oldu. “Hindistandan rәdd olun” şüarları ilә çıxış edәn HMK-nın fәaliyyәtinә cavab olaraq, Britaniya hökumәti onun üzvlәrinin hәbsinә başladı vә 1942 ilin avqustunda tәşkilat qadağan olundu. Müstәmlәkә әleyhinә etirazlar dalğası bütün ölkәni bürüyәrәk Avqust inqilabı (1942) adını aldı. HMK daxilindә birlik yox idi. Müharibә öncәsi Konqresi tәrk etmiş S.Ç.Bos vә onun yaratdığı “Forvard blok” partiyası Britaniya müstәmlәkә ağalığının devrilmәsini tezlәşdirmәk mәqsәdilә “Berlin–Roma oxu” dövlәtlәri ilә ittifaq bağladılar. Almaniyada әsir götürülmüş hindlilәrdәn vә mühacirlәrdәn Hindistan legionu, Cәnub-Şәrqi Asiyada isә Yaponiya hökumәtinin kömәyilә hind hәrbi әsirlәrindәn vә hinddiasporu nümayәn dәlәrindәn formalaşdırılan Hindistan milli ordusu yaradıldı. İkinci dünya müharibәsi dövründә Konqres satyaqrahası H.-ın digәr siyasi qüvvәlәri, ilk növbәdә ML, hәmçinin HMS tәrәfindәn dәstәklәnmәdi. 1940 ilin martında ML-in Lahorda keçirilәn 27-ci sessiyasında Britaniya H.-nın müsәlmanları üçün müstәqil dövlәtin yaradılmasının zәruriliyi haqqında qәtnamә [Lahor (Pakistan) qәtnamәsi] qәbul olundu. Müsәlmanların yaşadıqları әrazilәrin H.-ın tәrkibindәn ayrılmasına vә bura әsasәn hinduist regionlarından müsәlmanların köçürülmәsinә dair müxtәlif layihәlәr işlәnib hazırlandı. 1941 ildә müsәlmanların mәdәni birliyini tәmin etmәyi vә islami dәyәrlәri cәmiyyәt üzvlәri arasında yaymağı qarşısına mәqsәd qoyan Camaati-islami tәşkilatı yaradıldı. Tәşkilatın yaradıcısı Mövlana Əbül-Əla Mövdudi islami oyanış ideyalarını tәbliğ edәrәk Cәnubi Asiyada islamın itirilmiş mövqeyinin bәrpasına çalışırdı. “Dini demokratiya” ideyaları müsәlmanların Cәmiyyәtül-Ülәmayi İslam (CÜİ), Cәmiyyәtül-Ülәmayi Hind (CÜH), Haksar tәhrik tәşkilatları arasında da yayılmışdı. Camaati-islami Pakistanın yaradılması ideyasını dәstәklәmir, M.Ə.Cinnәyә mәnfi yanaşırdı, Haksar tәhrik isә 1943 ildә ona qarşı sui-qәsd tәşkil etdi. CÜİ әksinә, ML-i qәtiyyәtlә müdafiә edirdi. CÜH liderlәri arasında fikir ayrılığı yarandı: Xilafәt hәrәkatında iştirak etmiş üzvlәrin bir hissәsi konqresyönümlü mövqe tutur, digәr hissәsi isә CÜİ ilә hәmrәy olduqlarını bildirirdi. Bir sıra regional müsәlman tәşkilatları, xüsusilә M.Ə.Cinnәnin planlarının hәyata keçirilәcәyi tәqdirdә öz әyalәtlәrinin bölünmәsinin labüdlüyünü anlayan Pәncabın Birlik partiyası da Pakistanın yaradılması ideyasına mәnfi yanaşırdı. 1942 ildә Kripps missiyası fәaliyyәtә başladı. Onun tәklifinә әsasәn Britaniya tәrәfi müharibә başa çatdıqdan sonra H.-a dominion statusunun verilmәsini öhdәsinә götürdü. 1944 ildә M.K.Qandi ilә M.Ə. Cinnә arasında H.-ın gәlәcәk dövlәt quruluşu prinsiplәrinә dair danışıqlar aparılsa da, vahid mövqe müәyyәnlәşdirmәk mümkün olmadı. Konqres H.-ın müstәqillik qazanmasından sonra plebisit nәticәsindә bu ideyanın әhali tәrәfindәn dәstәklәnәcәyi tәqdirdә Pakistanın yaradılmasına razılıq verәcәyini bildirdi. ML isә müstәqillik әldә olunanadәk Pakistanın yaradılması ideyasının tanınmasına israr etdi. 1945 ilin iyununda H. vitse-kralının “Ueyvell planı” adını almış konstitusiya layihәsi elan olundu. Plan Britaniya hökumәtinin H.-a dominion statusunu vermәsini vә Ali icraedici şura daxilindә vitse-kral vә ali baş komandan vәzifәlәri istisna olmaqla bütün vәzifәlәrin hindlilәrә ötürülmәsi kursunu tәsdiqlәdi. 1946 ildә hakimiyyәtin hindlilәrә ötürülmәsinin konstitusiya mexanizmini işlәyib hazırlamaq mәqsәdilә H.-a Petik-Lourens missiyası göndәrildi. K.R. Ettlinin leyborist hökumәtinin 1945 il 9 sentyabr tarixli birinci bәyanatı H. üçün federativ konstitusiyaya, hakimiyyәtin ötürülmәsi dövründә qanunverici mәclisin vә müvәqqәti hökumәtin yaradılmasına zәmanәt verdi. 1946 il martın 15-dә K.R. Ettli leyborist hökumәtinin H. siyasәtinә dair ikinci bәyanatını elan etdi, bununla H.-a dominion statusu verilmiş oldu. 1946 ilin aprelindә H.-da әyalәt qanunverici mәclislәrinә seçkilәr keçirildi. HMK ümümi (hinduist) kuriyalar üzrә bütün әyalәtlәrdә, müsәlmanlar üzrә isә yalnız ŞQSƏ-dә sәslәrin mütlәq çoxluğunu әldә etdi; ML müsәlman kuriyaları üzrә hinduistlәrin çoxluq tәşkil etdiyi әyalәtlәrdә vә әhalinin çox hissәsini müsәlmanlar tәşkil edәn Benqaliyada sәslәrin çoxunu qazandı. Müsәlmanların çoxluq tәşkil etdiyi Pәncab vә Sinddә isә müsәlman kuriyaları üzrә sәslәr Liqa ilә yerli partiyalar arasında bölüşdürüldü. 1946 ilin iyununda ümumhindistan Müәssislәr Mәclisinә keçirilәn seçkilәr hakimiyyәtin ötürülmәsi prosesindә ingilislәrin HMK-ya üstünlük vermәsini iddia edәn ML vә siqhlәr tәrәfindәn boykot olundu. 1946 il avqustun 24-dә H.-da C.Nehrunun başçılığı ilә Müvәqqәti hökumәt formalaşdırıldı. Buna cavab olaraq, ML Pakistanın yaradılması uğrunda mübarizәyә başladı. 1947 ilin fevralında K.R.Ettli leyborist hökumәtinin H. siyasәtinә dair üçüncü bәyanatını dәrc etdirәrәk ingilislәrin 1948 ilin iyunundan gec olmamaq şәrtilә H.-ı qәti olaraq tәrk edәcәklәrini bәyan etdi. Ölkәnin siyasi qüvvәlәri arasında yekdilliyin olmadığı vә icmalararası ziddiyyәtlәrin son dәrәcә kәskinlәşdiyi, hәmçinin H.-ın hәqiqәtәn parçalanmaq tәhlükәsi qarşısında qaldığı bir şәraitdә ölkәnin 2 dominiona bölünmәsi, o cümlәdәn son hadisәlәrәdәk onun qarşısını almağa çalışan konqresçilәr tәrәfindәn dә vәziyyәtdәn әn münasib çıxış yolu kimi qәbul olundu. 1947 ilin avqustunda Britaniya parlamenti Britaniya H.-nın gәlәcәk bölgüsünә dair tövsiyәlәrdәn ibarәt Mauntbetten planını tәsdiq etdi.
    Hindistan İttifaqı Dominionu (1947–50). 1947 il avqustun 15-dә Britaniya H.-nın müstәqilliyi haqqında qanun qüvvәyә mindi. “Britaniya imperiyası taxt-tacının keçmiş mirvarisi” konfessional әlamәtlәrә görә, Britaniya Millәtlәr Birliyinә (bax Birlik) daxil olan Hindistan İttifaqı vә Pakistan dominionlarına bölündü. Yeni dövlәt hakimiyyәtini  başlıca vәzifәsi inzibati aparatın vә silahlı qüvvәlәrin hindlәşdirilmәsi, yeni konstitusiyanın hazırlanması vә federasiyaların subyektlәri ilә münasibәtlәr sisteminin işlәnib hazırlanması oldu. H.-ın hәllini tapmamış qalan dövlәt sәrhәdlәrinin müәyyәnlәşdirilmәsi problemi racәliklәrin Hindistan İttifaqına birlәşdirilmәsi formulunun işlәnib hazırlanmasından asılı idi. H.-ın müstәqilliyi haqqında qanunun (1947) müddәalarına görә, racәliklәrin H.-ın, yaxud Pakistanın tәrkibinә daxil olması onların hakimlәrinin istәyindәn asılı idi. 1947–49 illәrdә 500-dәn çox racәlik H.-a birlәşdirildi (digәrlәri isә Pakistanın tәrkibinә daxil oldu). Bir sıra regionlarda racәliklәrin birlәşdirilmәsi asan başa gәlmir vә silahlı toqquşmalarla müşayiәt olunurdu. Ən çәtin vәziyyәt Cammu vә Kәşmir racәliklәrindә idi, 1947 ilin oktyabrından 1949 il yanvarın 1-dәk H. ilә Pakistan arasında hәrbi әmәliyyatlar ba. verdi. Sonda barışıq әldә olunsa da, mübahisәli mәsәlәlәr hәllini tapmadı. Kәşmir uğrunda mübarizә Cәnubi Asiya regionunda ümumi vәziyyәti çәtinlәşdirdi. Kәşmir hadisәlәri hinduistlәrlә müsәlmanlar arasındakı münasibәtlәrdә gәrginliyi daha da artırdı. Bölgü müsәlmanların kütlәvi surәtdә Pakistana, hinduistlәrin isә H.-a köçürülmәsi, böyük insan tәlәfatı vә dağıntılarla müşayiәt olunurdu. Dini zәmindә qanlı toqquşmalar ölkәni bürümüşdü. 1948 ilin yanvarında hinduist kommunalistlәr tәrәfindәn H. әrazisindә qalan müsәlmanları müdafiә etmәkdә ittiham olunan M.K.Qandi faciәvi şәkildә qәtlә yetirildi. 1949 il noyabrın 26-da Müәssislәr mәclisi yeni konstitusiya qәbul etdi. 1950 il yanvarın 26-da (bu tarix H.-da milli bayram – Respublika günü kimi qeyd olunur) konstitusiya qüvvәyә mindi. Hindistan İttifaqı demokratiya vә sekulyarizm prinsiplәrinә әsaslanan müstәqil parlamentli respublika, ştatların ittifaqından ibarәt federativ dövlәt elan edildi. Konstitusiya ilә demokratik azadlıqlar tәsbit olundu, milli, irqi, silki vә dini zәmindә ayrı-seçkiliyin bütün formaları qadağan edildi. 31-ci maddә ilә özәl mülkiyyәtin toxunulmazlığı elan edilәrәk ictimai mәqsәdlәr üçün onların müsadirәsi hüququ mәhdudlaşdırıldı vә müsadirә olunacağı tәqdirdә kompensasiya ödәnilәcәyinә dair zәmanәt verildi. Konstitusiya mәrkәz vә ştatların iqtisadi vә siyasi funksiyalarını dәqiq müәyyәnlәşdirdi. Deva naqari qrafikası әsasında hind dili Hindistan İttifaqının rәsmi dili elan olunsa da, Konstitusiyanın qәbul edildiyi gündәn 15 il әrzindә ingilis dili rәsmi mәqsәdlәr üçün istifadәdә saxlanılmalı idi. Konstitusiyada H.-ın milli status almış әsas dillәri sadalanırdı.
    Hindistan Respublikası 20 әsrin ikinci yarısında. 1951–52 illәrdә ilk ümumhindistan seçkilәri keçirilmiş vә HMK-nın qәlәbәsi ilә yekunlaşdı. HMK mәrkәzdә vә ştatlarda birpartiyalı hökumәt formalaşdırmaq imkanı әldә etdi vә ölkәnin ilk baş naziri C. Nehru tәrәfindәn işlәnmiş H.-ın ictimai-iqtisadi inkişafı proqramını (“Nehru kursu”) hәyata keçirmәyә başladı. Proqram dövlәt kapitalizminin sürәtlәndirilmiş inkişafı şәraitindә idxalı әvәzlәyәn sәnayelәşdirmә yolu ilә iqtisadiyyatın modernlәşdirilmәsini, aqrar dәyişikliklәrin (torpaq islahatı vә aqrar qanunların işlәnib hazırlanması daxil olmaqla) vә etnolinqvistik ştatların yaradılmasına yönәldilmiş inzibati-siyasi islahatların keçirilmәsini nәzәrdә tuturdu. Müstәqilliyin әldә olunması H. üçün dövlәt sektorundan istifadә etmәk vә ictimai-iqtisadi strukturdakı deformasiyaları dövlәt tәnzimlәmәlәri yolu ilә aradan qaldırmaq vә ölkәnin energetika vә sәnaye bazasını formalaşdırmağa yönәlmiş beşillik iqtisadi inkişaf planlarını hәyata keçirmәk imkanı yaratdı. Hindistan İttifaqının dövlәt bütövlüyünü tәmin etmәk vәzifәsi mәrkәzi hakimiyyәtin yüksәk dәrәcәdә mәrkәzlәşdirilmәsini şәrtlәndirdi. 1956 ildә H.-ın müstәqillik dövrü әrzindә әn böyük iqtisadi islahat olan Ştatların yenidәn tәşkili haqqında qanun qәbul olundu. Etnolinqvistik prinsipә әsaslanan inzibati-әrazi bölgüsünün hәyata keçirilmәsi onilliklәr tәlәb edirdi. H.-ın xarici siyasәti hәr iki hәrbi-siyasi bloka daxil olan ölkәlәrlә әlaqәlәrin inkişafına yönәldi. H.-ın xarici siyasәtindә SSRİ ilә siyasi, ticari-iqtisadi vә hәrbi-texniki sahәlәrdә әmәkdaşlıq xüsusi әhәmiyyәt kәsb edirdi. H.Qoşulmamaq hәrәkatında mühüm rol oynayırdı, C. Nehru isә onun tanınmış liderlәrindәn biri idi. 1957 ildә keçirilәn ümumi seçkilәrdә HMK yenidәn qәlәbә qazandı vә hәm ümumhindistan parlamentindә, hәm dә ştatların qanunverici mәclislәrindә nümayәndәlәrinin sayını artırdı. Lakin 1951 ildә yaradılmış vә “hәqiqi”, yaxud “hinduist millәtçiliyi” konsepsiyasını müdafiә edәn Bharatiya cana sanqh (sonralar Cana sanqh) kommunalist partiyası 1950-ci illәrin ikinci yarısında fәaliyyәtini fәallaşdırdı. Cana sanqh vә digәr kommunalist hindli tәşkilatlarının fәallaşması kommunalist mövqedәn çıxış etmәklә yanaşı, “Nehru kursunu” tәnqid edәn Camaati-islami Hind vә Mәclis ittihadül-müslimin kimi müsәlman tәşkilatlarının cavab reaksiyasına sәbәb oldu. 1959 ildә HMK-ya müxalif Svatantra partiyası yaradıldı. Kommunalizmin yüksәlişi vә diversifikasiya sistemi әsasında konfessional tәşkilatların tәşәkkülü ilә yanaşı, regional siyasi struktur da formalaşdı. 1962 ildә keçirilәn ümumi seçkilәrdә konqresçi namizәdlәrә verilәn sәslәrin sayında azalma müşahidә olundu. HMK 6 mln. nәfәrdәn çox seçicisini itirdi. Seçkilәr sağ qüvvәlәrin – Svatantranın vә Cana sanqhın mövqeyinin möhkәmlәndiyini göstәrdi. 1963 ildә sağ partiyalar parlamentdәn C.Nehru hökumәtinin istefasını tәlәb etdilәr. Konqres daxilindә “Sindikat” qrupu tәşkil edildi (onun 1969 ildә HMK-nı tәrk etmәsinәdәk böyük nüfuzu var idi). 1964 ildә C.Nehrunun ölümü ilә konqresdaxili parçalanma bәrpaolunmaz sәciyyә aldı. İri partiyaların mәrkәzdәnqaçma tendensiyası ölkәnin bütün siyasi hәyatına tәsir göstәrdi. C.Narayanın başçılıq etdiyi sosialistlәr qrupu konqresçilәr әleyhinә olan millәtçi partiyalarla getdikcә yaxınlaşdı. 1964 ildә H. kommunist hәrәkatı da parçalandı; H.-ın siyasi sәhnәsindә HKP ilә yanaşı, Hindistan Kommunist Partiyası (marksist) [HKP (m)] dә fәaliyyәtә başladı. 1964–80 illәrdә HKP ilә HKP (m) konfrontasiya vәziyyәtindә idilәr. Bununla belә, kommunistlәr H.-ın bir sıra regionlarında xeyli dәstәk qazanır vә Kerala, Qәrbi Benqaliya, Tripura kimi ştatların qanunverici mәclislәrinә seçkilәrdә müntәzәm olaraq qәlәbә qazanırlar. Daxili siyasi vәziyyәtin kәskinlәşmәsi H.-ın qonşu dövlәtlәrlә münasibәtlәrindә gәrginliyin artması ilә eyni vaxta tәsadüf etdi. H.-Çin sәr hәdyanı münaqişәsi (1962) iki ölkә arasında münasibәtlәrin inkişafını uzun müddәt mürәkkәblәşdirdi, Pakistanla müharibә (1965) isә tәkcә Kәşmirdә deyil, bütün Cәnubi Asiyada gәrginliyi artırdı. Regiondakı münaqişәlәrin nizamlanmaması Hindis tanda vә Pakistanda hәrbi nüvә proqramlarının inkişafına tәkan verdi. 1967 il seçkilәri әrәfәsindә H.-da daxili siyasi vәziyyәt gәrgin olaraq qalırdı. 1966 ildә ştatların bir sıra konqresçi tәşkilatları arasında tәfriqә yarandı. HMK daxilindә şiddәtli mübarizәnin gedişindә İ. Qandi qәlәbә qazandı. O, 1966 ilin yanvarında vәfat etmiş L.B.Şastrini baş nazir vәzifәsindә әvәz etdi. Seçkilәr nәticәsindә HMK mәrkәzdә qalib gәlsә dә, 9 ştatda hakim partiya mövqeyini itirdi. Konqresin hakimiyyәtdә monopoliyasına son qoyuldu. Belә vәziyyәtdә HMK tәrәfdarlarının dairәsini genişlәndirmәk mәqsәdilә bir sıra tәdbirlәr gördü. Bu mәqsәdlә 14 әn iri özәl bank millilәşdirildi, inhisarlar haqqında qanun qәbul olundu, dövlәtin, iri özәl şirkәtlәrin vә kiçik firmaların sahibkarlıq fәaliyyәti sahәlәri müәyyәnlәşdirildi, dövlәt sektoruna ayrılan pul vәsaitlәri artırıldı, 38 adda idxal mәhsulu üzәrinә dövlәt nәzarәti qoyuldu, kәnd yerlәrindә mәşğulluğun artırılması proqramı vә s. hәyata keçirildi. 1969 ildә HMK parçalandı vә bütün ölkәdә Konqresin 2 paralel tәşkilatı yaradıldı: İ. Qandinin başçılıq etdiyi HMK vә İ.Qandi hökumәtinin keçmiş maliyyә naziri M.Desainin başçılığı ilә HMK Tәşkilatı [HMK (t)] adlandırılmış “Sindikat” qruplaşması. 1971–72 illәrin ümumi seçkilәri HMK-ya qәlәbә qazandırdı.
    Hindistanın ilk Müstәqillik gününün qeyd olunması. Bombey. 15 avqust 1947 il.
     
    HMK parlamentdә Konstitusiyaya düzәliş etmәk üçün lazım olan mütlәq çoxluq әldә etdi. Pakistanda hәrbi rejimin devrilmәsi, iki cәbhәdә – Kәşmirdә vә Şәrqi Benqaliyada geniş miqyaslı hәrbi әmәliyyatlara çevrilmiş H.-Pakistan münaqişәsindә (1971) H.-ın qәlәbә qazanması, hәmçinin 1971 ildә Şәrqi Benqaliyanın Pakistandan ayrılması nәticәsindә yeni dövlәtin – Banqladeş Xalq Respublikasının yaradılması İ. Qandinin vә bütövlükdә HMK-nın nüfuzunun artmasına sәbәb oldu. 1970-ci illәrin әvvәllәrindә Konqres yenidәn H.-ın aparıcı siyasi qüvvәsinә çevrildi. İctimai-iqtisadi islahatların hәyata keçirilmәsindә dövlәtin fәal iştirakını nәzәrdә tutan “mütәşәkkil kapitalizm” konsepsiyası tәkcә kiçik vә orta sahibkarlar arasında deyil, iri korporasiyaların nümayәndәlәri arasında da tәrәfdarlar tapdı. H. hökumәti nüvә vә kosmik proqramların inkişafına böyük diqqәt ayırır, bunu tәkcә texniki tәrәqqi ilә deyil, eyni zamanda milli tәhlükәsizliklә әlaqәlәndirirdi. Nüvә silahlarının vә kosmik raket sәnayesinin yaradılması strategiyasının işlәnib hazırlanması Atom Enerjisi Departamenti vә Hindistan Kosmik Tәdqiqatlar Tәşkilatı tәrәfindәn hәyata keçirilirdi. 1974 ildә H.-da nüvә silahının yeraltı sınaqları keçirildi. 1975 ildә Sovet kosmodromundan H.-ın ilk peyki “Aryabhata” orbitә çıxarıldı, 1979 ildә H.-ın ilk kosmik raketi buraxıldı. Etatizm siyasәti HMK rәhbәrliyindә avtokratik meyillәrin güclәnmәsinә, durğunluğa vә korrupsiyanın artmasına gәtirib çıxardı.
    Cavaharlar Neru vә İndira Qandi.
     
    Hind cәmiyyәtindәki böhran proseslәri (iqtisadi vә sosial proqramların hәyata keçirilmәsindә uğursuzluqlar, sosial vә etnokonfessional gәrginliyin artması, separatist tendensiyaların güclәnmәsi) mövcud problemlәrin hәlli üçün alternativ yolların axtarılmasına vә Konqresә qarşı mütәşәkkil müxalifәtin yaradılmasına tәkan verdi. İqtisadi modernlәşdirmә konsepsiyasının formalaşmasında konsensus prinsipi getdikcә öz yerini daha çox alternativlik prinsipinә verdi. Müxalifçilәrin proqramı iqtisadiyyat üzәrindә dövlәt nәzarәtinin zәiflәdilmәsini, hәmçinin mәrkәzlәşdirilmiş planlaşdırmadan imtinanı, iqtisadi sistemin desentralizasiyasını, sosial yönümlü aqrar islahatların kәndlәrin texnoloji cәhәtdәn yenidәnqurulması ilә әvәzlәnmәsini nәzәrdә tuturdu. Hökumәtin demokratik çәrçivәdә manevr etmәk imkanları tükәndi. 1975 il iyunun 26-da H.-da fövqәladә vәziyyәt tәtbiq olundu, iyulun 1-dә ölkә әhalisinin geniş tәbәqәlәri üzәrindә öz nüfuzunu saxlamağa çalışan HMK-nın “20 maddәlik proqramı” qәbul olundu. 1977 il yanvarın 18-dә fövqәladә vәziyyәt lәğv olundu, hәmin ilin martına parlament seçkilәri tәyin edildi. Seçki әrәfәsindә M. Desainin başçılığı ilә Canata front (CF, Xalq cәbhәsi) adı altında müxalifәt koalisiyasının yaradılması elan olundu. Seçkiöncәsi platformasında CF demokratik azadlıqları bәrpa edәcәyini bәyan etdi; milli azadlıq hәrәkatı әnәnәlәri vә prinsiplәrinә әsaslanan demokratik cәmiyyәtin qurulması, hәmçinin iqtisadi vә siyasi sistemin desentralizasiyası; dövlәtin tәsәrrüfat hәyatına müdaxilәsinin mәhdudlaşdırılması. 1977 il seçkilәri ölkә tarixindә ilk dәfә Konqresin mәğlubiyyәti ilә yekunlaşdı. 1977 il mayın 1-dә müxalif partiyaların tәşkilati cәhәtdәn birlәşdiyi Canata partinin (CP) tәsis qurultayı keçirildi. Lakin müxalif partiyaların konsolidasiyası onların sosial vә ideya müxtәlifliyi baxımından çәtinlәşdi. 1978 ildә başlamış fraksiyalararası kәskin mübarizә nәticәsindә 1979 ilin yayında CP parçalandı. CP-dәn olan bir sıra deputat ilk vaxtlar Canata parti (dünyәvi), sonralar isә Lok dal adlandırılan yeni partiya yaratdılar. Lok dalın ayrılmasını CP daxilindә kommunalist Cana sanqhın mövqeyinin güclәnmәsi şәrtlәndirdi. 1978 ildә Konqres öz növbәsindә HMK (İ), HMK (S) vә HMK (A)-ya parçalandı (mötәrizәdәki hәrflәr hәmin partiyaların liderlәrinin inisiallarını әks etdirir). 1979 ilin iyulunda parlamentdәki müxalifәt liderlәri CP hökumәtinә etimadsızlıq qәrarı çıxardılar, baş nazir M. Desai istefa vermәyә mәcbur oldu. 1980 ilin yanvarında vaxtından әvvәl keçirilmiş ümumhindistan seçkilәri H.-ın müstәqillik tarixindә özünәmәxsus mәrhәlәyә çevrildi. Seçkilәr ölkәdәki siyasi qüvvәlәrin yeni düzәnini әks etdirdi. Parlamentdә yerlәrin çoxunu tutmağa vә birpartiyalı hökumәt yaratmağa hәr 3 aparıcı partiya – HMK (İ), Canata parti vә Lok dal iddia edirdi. Xalq palatasında yerlәrin mütlәq çoxunu әldә etmiş HMK (İ) qәlәbә qazandı. Seçkilәrdә mәğlubiyyәt müxalif partiyalara ciddi tәsir etdi. Svatantra, HMK (t) vә bir sıra digәrlәri faktiki olaraq fәaliyyәtlәrini dayandırdı; Cana sanqh – RSS әsasında 1980 ildә yeni tәşkilat – Bharatiya canata parti (BCP) meydana gәldi. 1980 il seçkilәrinin әvvәlkilәrdәn әsas fәrqi sosial-iqtisadi inkişaf strategiyasının müәyyәnlәşdirilmәsi ilә bağlı mәsәlәlәrdә әsas partiyaların mövqeyinin tamamilә üst-üstә düşmәsi idi. Seçkiöncәsi mübarizәnin mәrkәzindә xalqlararası, kastalararası, konfessiyalararası münaqişәlәrin nizamlanması yolları ilә bağlı mәsәlәlәr dayanırdı. Vәtәndaş itaәtsizliyi kampaniyasının keçirilmәsi hökumәti Assam, Tripura vә Manipur ştatlarına qoşun yeridәrәk müstәqil Xalistan dövlәti yaratmaq uğrunda mübarizә aparan separatçı siqhlәrә, hәmçinin qonşu Şri-Lanka әrazisindә vәtәndaş müharibәsini alovlandıran tamillәrin ekstremist qruplaşmalarına qarşı sәrt tәdbirlәr görmәyә vadar etdi. Uttar-Pradeşdә hinduist-müsәlman qarşıdurmaları, Cammu vә Kәşmirdә vәziyyәtin kәskinlәşmәsi nәticәsindә İ.Qandi hökumәti yenidәn fövqәladә tәdbirlәrә әl atmalı oldu. 1984 ilin oktyabrında İ.Qandi siqh terrorçuları tәrәfindәn qәtlә yetirildi. 1984 ilin dekabrında keçirilәn seçkilәrdә Xalq palatasında 508 yerdәn 401-ni әldә etmiş HMK (İ) H.-ın bütün tarixi әrzindә presedentsiz qәlәbә qazandı. 1980-cı illәrin әvvәllәrindәn fәal olaraq HMK(İ)- nin fәaliyyәtinә qoşulmuş İ.Qandinin böyük oğlu R.Qandi baz nazir seçildi. Yeni hökumәtin siyasәtindә 1970-ci illәrin sonu – 1980-ci illәrin әvvәllәrindә müşahidә olunan “Nehru kursu”ndan tәdricәn uzaqlaşmaq tendensiyası inkişaf etdi. 1985/86–1989/90 illәrә hesablanmış 7-ci beşillik plan yeni kapital qoyuluşu olmadan, öz vәsaiti hesabına dövlәt sektorunun inkişafını nәzәrdә tuturdu. Bütövlükdә dövlәt sektorunun payı özәl sektorun payından aşağı sәviyyәdә planlaşdırıldı. Bazar prinsiplәrindәn geniş istifadәyә әsaslanan “iqtisadi federalizm” konsepsiyası tәtbiq olundu. R.Qandi hökumәti ilk növbәdә elektron sәnayeyә fәal surәtdә xarici kapital cәlb edir, eyni zamanda H.-da öz filiallarını açan xarici firmaların yeni texnologiyalar tәtbiq etmәlәrinә nail olurdu. ABŞ, Yaponiya, Almaniya H.-ın aparıcı iqtisadi tәrәfdaşlarına çevrildilәr. 1980-ci illәrin ortalarında H. hökumәti Cәnubi Asiya regionunda ticari-iqtisadi әlaqәlәrin qaydaya salınması üçün bir sıra tәşәbbüslә çıxış etdi. H. Cәnubi Asiya Ölkәlәrinin Regional Əmәkdaşlıq Assosiasiyasının (SAARC) işindә fәal iştirak edirdi. 1985 ildә H. hökumәti ölkәdәki etnokonfessional gәrginliyin nisbәtәn zәiflәdilmәsinә nail oldu. Şri-Lankadakı sinqal vә tamil icmaları arasında münasibәtlәrin normallaşdırılması üçün tәdbirlәr görüldü. Pәncab vә Assam ştatlarındakı böhranı qaydaya salmaq mәqsәdilә saziş imzalansa da, burada vәziyyәt yalnız bir müddәt sabitlәşdi. Ümumilikdә, HMK (İ)-nin etnik, dini-icma vә kastalararası münaqişәlәri hәll etmәk cәhdlәri uğurlu olmurdu. Artıq 1986 ildә Pәncabda separatçı siqhlәrin terrorçuluq fәaliyyәtlәri yenidәn canlandı, Pakistanla sәrhәd olan Cammu vә Kәşmir ştatında vәziyyәt gәrginlәşdi, Uttar-Pradeş vә Bihar ştatlarında hinduistlәrlә müsәlmanlar arasında qanlı toqquşmalar, Tamilnad ştatında kastalararası çaxnaşmalar, Assamda tayfaların silahlı çıxışları baş verdi. Konqresin bir sıra yerli tәşkilatlarında fraksiyaçı mübarizә kәskinlәşdi. Müxalifәt R.Qandi hökumәtini korrupsiyada vә 1986 ildә İsveçin “Bofors” firmasının 155-millimetrlik haubitsalarının alınmasını nәzәrdә tutan “Bofors işi” ilә bağlı maliyyә әmәliyyatlarının aparılması qaydalarının pozulmasında ittiham etdi. 1987 ildә HMK (İ)-dәn V.P.Sinqhin başçılıq etdiyi siyasәtçilәr qrupu ayrılaraq Can morça birliyini yaratdılar vә 1988 ildә Canata parti vә Lok dal ilә ittifaq bağladılar. Yeni koalisiya Canata dal adlandırıldı. O, HMK-ya müxalif bütün qüvvәlәrdәn Milli cәbhә (Raştriya morça) yaradaraq Konqres әleyhinә hәrәkata rәhbәrlik etdi. Korrupsiya ilә mübarizә vә әhalinin aztәminatlı tәbәqәlәrinin maraqlarının müdafiәsi şüarları, qiymәtlәrin vә inflyasiyanın artmasının qarşısını almaq vәdlәri müxalifәtin populyalığını artırdı. 1989 ilin sonlarında keçirilәn parlament seçkilәrindә HMK (İ) mәğlubiyyәtә uğradı. 1984 ildәn hakimiyyәtdә olan konqresçi hökumәt istefaya getdi. Müxalif blokun lideri V.P. Sinqhin başçılığı ilә yeni kabinet yaradıldı. Milli cәbhә 5 partiyadan [Canata dal, HMK (S), Assam qana parişad, Dravida munnetra kajaqam, Teluqu desam] ibarәt blok idi. Onu BCP, hәmçinin HKP vә HKP (m) kommunist partiyaları daxil olmaqla sol partiyalar bloku dәstәklәdi. Yeni hökumәt özünün seçkiöncәsi şüarlarını hәyata keçirmәk, gәrgin dini-icma ziddiyyәtlәrini nizamlamaq vә Pәncabda vәziyyәti normallaşdırmaq üçün tәdbirlәr görmәk niyyәtini bәyan etdi. Lakin kabinet daxilindәki ziddiyyәtlәr hökumәt proqramını hәyata keçirmәyi çәtinlәşdirdi. Milli cәbhәnin iqtisadi siyasәti prinsip etibarilә HMK (İ)-nin kursundan fәrqlәnmirdi. Əvvәlki kimi H. iqtisadiyyatının modernlәşdirilmәsi üçün xarici kapitalın cәlb edilmәsinә böyük diqqәt ayrılırdı. Tezliklә V.P.Sinqh hökumәtinin davamlı iqtisadi inkişafı tәmin etmәk vә daxili siyasi vәziyyәti sabitlәşdirmәk qabiliyyәtinә malik olmadığı aydınlaşdı. 1991 ildә növbәdәnkәnar seçkilәr keçirildi. Seçkiöncәsi kampaniyanın gedişindә R.Qandi tamil terrorçuları tәrәfindәn qәtlә yetirildi. Qalib gәlmiş HMK (İ) yeni parlamentdә kifayәt qәdәr möhkәm mövqe әldә etdi. Konqresin yeni lideri P.V.Narasimha Rao baş nazir oldu. Yeni kabinet dövlәt mülkiyyәtinin bir hissәsinin desentralizasiyasını nәzәrdә tutan genişmiqyaslı iqtisadi islahatlar keçirmәk kursunu götürdü. Bu kursla bağlı tәdbirlәr 1992–97 illәr dövrü üçün nәzәrdә tutulmuş 8-ci beşillik planın iqtisadi strategiyasını müәyyәnlәşdirdi. SSRİ-nin dağılması ilә bağlı dünyada geosiyasi vәziyyәtin dәyişmәsi, Konqresin hakimiyyәtdә qeyri-sabit mövqeyi, korrupsiya ilә mübarizә şüarı irәli sürәn BCP-nin mövqeyinin güclәnmәsi 1990-cı illәrin әvvәllәrindә H.-da daxili siyasi vәziyyәtin inkişafına fәal tәsir göstәrirdi. BCP-nin vә onun liderlәrinin (A.B.Vacpai vә b.) populyarlığının artması tәkcә 20 әsrin son onilliyindә ölkәdә әnәnәvilik vә millәtçilik meyillәrinin yüksәlmәsi ilә deyil, eyni zamanda partiyanın siyasәtindәki dәyişikliklәrlә әlaqәdar idi. “Hinduraştra” – hinduistlәr dövlәti yaratmaq uğrunda çıxış edәn BCP eyni zamanda respublikanın konstitusiyasında tәsbit olunmuş dini azadlıqlar prinsipinin reallaşdırılması kimi şәrh edilәn sekulyarizm prinsiplәrinә bağlılığını elan etdi. BCP-nin güclәnmәsi ilә yanaşı 1990-cı illәrin ortalarında әnәnәvi olaraq HMK-ya müxalif qüvvәlә rin konsolidasiyası da baş verdi. 14 mәrkәzçi, regional vә sol partiyadan ibarәt Birlәşmiş Cәbhә (BC) seçkilәrdә Konqreslә rәqabәt apara bilәcәk real qüvvәyә çevrildi. 1996 ilin aprel – may aylarında keçirilәn parlament seçkilәrindә BCP qәlәbә qazandı. Lakin A.B.Vacpainin başçılıq etdiyi hökumәt yalnız 13 gün fәaliyyәt göstәrәrәk istefaya getmәyә mәcbur oldu. Yeni kabinetin tәşkili BC-ә hәvalә olundu. H.-ın baş naziri BC-nin lideri H.D. Deve Qovda oldu, onu bu vәzifәdә tezliklә İ.K.Qucral әvәz etdi. BC hökumәtinin 18 ay hakimiyyәtdә olmasından sonra Konqres onu dәstәklәmәkdәn imtina edәrәk vaxtından әvvәl parlament seçkilәrinin keçirilmәsini tәlәb etdi. 1997 il noyabrın 28-dә Qucral hökumәti istefa verdi, bununla parlamentin aşağı palatasının buraxılması qaçılmaz oldu. 1998 ilin fevral-mart aylarında keçirilәn növbәdәnkәnar parlament seçkilәrindә H.-ın 17 ştatından olan vә müxtәlif siyasi qüvvәlәri tәmsil edәn çoxsaylı tәrәfdaşları ilә koalisiyada BCP qalib gәldi. A.B.Vacpai hökumәti iqtisadi liberallaşdırmanı vә H. iqtisadiyyatının modernlәşdirilmәsini tәmin etmәk mәqsәdilә xarici kapitalın cәlb edilmәsi siyasәtini davam etdirdi. H.-ın xarici siyasәt kursu hәddәn artıq sәrtliyi ilә sәciyyәlәnirdi. Bu da, öz növbәsindә qonşu Pakistanla münasibәtlәrin yenidәn kәskinlәşmәsinә (1998 ildә H. vә Pakistanın nüvә sınaqları keçirmәlәri vә Kәşmir mәsәlәsi ilә bağlı ziddiyyәtlәrin artması nәticәsindә) sәbәb oldu. Yaranmış gәrginlik nәticәsindә Kargil r-nunda hәr iki ordu bölmәlәri arasında hәrbi әmәliyyatlar başladı (1999 ilin may–iyulunda) vә bu, dördüncü H.-Pakistan müharibәsi adını aldı.
    Hindistan 21 әsrin әvvәllәrindә. BCP-nin koalisiya hökumәtindәki qeyri-sabitlik 1999 ilin sentyabr–oktyabr aylarında növbәdәnkәnar seçkilәrin keçirilmәsinә sәbәb oldu. Seçkilәrdә yenidәn BCP qalib gәldi, A.B.Vacpainin başçılığı ilә 10 partiyanın tәmsilçilәrindәn ibarәt koalisiya hökumәti yaradıldı. BCP-nin hakimiyyәtdә olduğu dövrü ictimaiyyәtdә hinduistpәrәst meyillәrin yüksәlmәsi vә etnokonfessional zәmindә münaqişәlәrin artması, hәmçinin hind cәmiyyәtinin yuxarı tәbәqәlәri ilә sosial cәhәtdәn müdafiә olunmamış aşağı tәbәqәlәri arasında ziddiyyәtlәrin kәskinlәşmәsi ilә sәciyyәlәnir. Belә şәraitdә BCP-nin hökumәtin nailiyyәtlәri barәdә genişmiqyaslı tәbliğatı vә 2004 il seçki öncәsi kampaniyanın gedişindә sәslәndirdiyi “Özünü yaxşı hiss et”, “Hindistan yüksәlişdә”, “Hindistan işıq saçır” şüarları seçicilәrin rәğbәtini qazanmadı. 2004 ilin aprel–may aylarında keçirilәn parlament seçkilәrindә BCP-nin başçılıq etdiyi Milli Demokratik İttifaq (MDİ) mәğlubiyyyәtә uğradı. HMK-nın himayә etdiyi 12 partiyadan ibarәt blok qalib gәldi. R. Qandinin ölümündәn sonra onun dul arvadı S. Qandi aşağı palatada parlament fraksiyanın lideri seçilsә dә, baş nazir vәzifәsini tutmaq hüququndan istifadә etmәdi vә bu postu parlamentin yuxarı palatasının üzvü Manmohan Sinqhә ötürdü. S.Qandi hәmçinin HMK-nın başçılıq etdiyi Birlәşmiş Mütәrәqqi İttifaqın (BMİ) sәdri seçildi. BMİ hökumәtinin minimum proqramında qarşıya 6 әsas vәzifә qoyulmuşdu: cәmiyyәtin sosial ahәnginin saxlanılması, müdafiәsi vә möhkәmlәndirilmәsi; ildә 7–8% hәcmindә davamlı iqtisadi artımın tәmin edilmәsi; fermerlәrin, k.t. vә sәnaye işçilәrinin vәziyyәtinin yaxşılaşdırlması; qadınların siyasi vә iqtisadi hәyatda iştira kının genişlәndirilmәsi, onlara tәhsil almaqda yardım göstәrilmәsi; “qeydә alınmış kastaların vә tayfaların”, hәmçinin dini azlıqların tәhsil vә mәşğulluq sahәlәrindә imkanlarının bәrabәrlәşdirilmәsinin tәmin edilmәsi; biznesmenlәrә, sahibkarlara, alimlәrә, mühәndislәrә vә digәr peşә qruplarına iş fәaliyyәtlәrindә yardım edilmәsi. Konqres liberallaşdırma siyasәti yürütmәyi vә H.-ın dünya iqtisadi sisteminә inteqra siyasına, varlılar ilә yoxsullar arasındakı uyğunsuzluğun mәhdudlaşdırılmasına nail olmağı öhdәsinә götürdü. 2014 il seçkilәrinin nәticәlәrinә görә BCP parlamentdә mütlәq çoxluq әldә etdi vә partiyanın lideri N.Modi baş nazir seçildi. 21 әsrin әvvәllәrindә ÜDM-in sәviyyәsinә görә H. dünyanın әn iri iqtisadi dövlәtlәrin dördlüyünә daxildir. Kosmik vә nüvә dövlәti olaraq müstәqil xarici siyasәt yürüdür, çoxqütblü dünya ideyasını dәstәklәyir. H. hökumәtinin fәaliyyәtinin prioritet istiqamәti qonşu Cәnubi Asiya dövlәtlәri ilә siyasi, iqtisadi vә ticarәt әlaqәlәrinin bundan sonra da genişlәndirilmәsi vә SAARC-ın möhkәmlәndirilmәsidir. H. hökumәti münaqişәlәrin ikitәrәfli danışıqlar yolu ilә, xarici qüvvәlәrin müdaxilәsi olmadan, nizamlanmasını nәzәrdә tutan 2004 il 6 yanvar tarixli birgә bәyanat da daxil olmaqla, iki ölkә arasında imzalanmış sazişlәr әsasında ardıcıl olaraq Pakistanla dialoqun inkişaf etdirilmәsi kursunu hәyata keçirir. H. bu prinsipi beynәlxalq problemlәrin hәllinә, ilk növbәdә Afrika-Asiya münaqişәlәrinin, o cümlәdәn Yaxın Şәrq böhranın nizamlanmasına da şamil edir. H. sülh danışıqları proseslәri lehinә çıxış edir, dövlәtin daxili işlәrindәn kәnar hәrbi müdaxilәlәri pislәyir. H. Çinlә, Şәrqi vә Qәrbi Asiya ölkәlәri ilә ticarәt vә iqtisadi әlaqәlәrini genişlәndirmәyә, Aİ, ABŞ vә Yaponiya ilә әmәkdaşlığını inkişaf etdirmәyә çalışır. H. Azәrb. Resp.-nın müstәqilliyini 1991 il dekabrın 26-da tanımış, tәrәflәr arasında diplomatik münasibәtlәr 1992 il fevralın 28-dә qurulmuşdur. İki ölkә arasında bir çox qarşılıqlı rәsmi sәfәrlәr olmuş vә hüquqi-normativ sәnәdlәr imzalanmışdır. 1998 ilin iyununda H.-ın xarici işlәr naziri V.Race Azәrb.-da rәsmi sәfәrdә olmuş vә Azәrbaycan Respublikası Xarici İşlәr Nazirliyi vә Hindistan Respublikası Xarici İşlәr Nazirliyi arasında әmәkdaşlıq haqqında protokol, Azәrbaycan Respublikası Hökumәti ilә Hindistan Respublikası Hökumәti arasında iqtisadi vә texniki әmәkdaşlıq haqqında saziş imzalanmışdır. 1999 ilin martında H. Resp.-nın Azәrb.-da sәfirliyi, 2004 ildә isә Azәrb. Resp.-nın H.-da sәfirliyinin açılması iki ölkә arasında diplomatik әlaqәlәrin yüksәlәn xәtlә inkişafına zәmin yaratmışdır. 2000 ildәn Azәrbaycan-Hindistan parlamentlәrarası әlaqәlәr üzrә işçi qrup fәaliyyәt göstәrir. Azәrb.-ın H.-la TRASEKA vә Şimal-Cәnub nәqliyyat dәhlizi kimi regional layihәlәr çәrçivәsindә, hәmçinin mәdәniyyәt vә farmakologiya sahәsindә әmәkdaşlığı mövcuddur.
    Tәsәrrüfat
    Çoxsahәli tәsәrrüfata malik H. sürәtlә inkişaf edәn әn iri ölkәlәrdәndir. ÜDM-in hәcminә görә (alıcılıq qabiliyyәti pariteti üzrә 8,683 trln. dollar, 2020) dünyada Çin vә ABŞ-dan sonra üçüncü, inkişaf etmәkdә olan ölkәlәr arasında Çindәn sonra ikinci yerdәdir; adambaşına düşәn ÜDM-in hәcmi 6,283 min dollardır. İnsan inkişafı indeksi 0,645 (177 ölkә arasında 131-ci yer; 2019). İqtisadi cәhәtdәn fәal әhali tәqr. 500,9 mln. nәfәrdir (2020); mәşğulluq strukturu (%, 2020): k.t. – 41, xidmәt sferası – 32, sәnaye – 18. İşsizlik sәviyyәsi 5,4%-dir (2020). Əhalinin tәqr. 11,1%-i yoxsulluq hәddindә yaşayır. Müstәqillik әrәfәsindә H. müstәmlәkә ölkәlәrinә xas tәsәrrüfat strukturuna malik idi. Lakin digәr müstәmlәkә ölkәlәrinin çoxu ilә müqayisәdә burada bir sıra ayrı-ayrı, nisbәtәn inkişaf etmiş fabrik sәnayesi sahәlәri olmuşdur. H. dünyanın aparıcı pambıq parça istehsalçılarından biri olmaqla yanaşı dünya üzrә cut mәmulatları istehsalının 50%-dәn çoxunu ödәyirdi. K.t.xammalının emalı (yeyinti sәnayesinin şәkәr, çay, tütün vә digәr sahәlәri; dәri-aşı istehsalı) vә mәdәn (kömür, manqan vә dәmir filizlәri, mika hasilatı) sәnayesi inkişaf etmişdi. Hәmin dövrdә H.-ı iri milli kapitalın mövcudluğu sәciyyәlәndirirdi. Sәnayeyә (әsasәn, cut istehsalı vә mәdәn sәnayesi) qoyulan investisiyaların ümumi hәcminin tәqr. 40%-i, çay plantasiyalarının xeyli hissәsi xarici kapitala (әsasәn, B.Britaniya) mәxsus idi, onun mövqeyi xarici ticarәtdә dә üstünlük tәşkil edirdi. H. müstәqillik әldә etdikdәn (1947) sonra ölkә qarşısında duran әsas vәzifә idxalı әvәz edәn tәsәrrüfat sahәlәrinin yaradılması oldu. İqtisadiyyatın dövlәt sektorunun vә özәl biznes sahәlәrinin dövlәt tәnzimlәnmәsi sisteminin (vergi, lisenziya, gömrük rüsumları, qiymәtlәrә vә mühüm әmtәәlәrin bölüşdürülmәsinә nәzarәt sistemlәri vә s. vasitәsilә) inkişafına, o cümlәdәn texniki cәhәtdәn mürәkkәb tәsәrrüfat sahәlәrinә xarici vә iri milli kapitalın cәlb olunmasına üstünlük verildi. 1951/52 maliyyә ilindәn iqtisadi inkişaf strategiyası 5 illik planlarla – dövlәt kapital qoyuluşları strukturunu vә planlı pul ayırmalarını formalaşdıran kompleks proqramlar ilә müәyyәn olundu. 50-ci illәrin ortalarından dövlәt kapitalının xeyli hissәsi ağır sәnayenin baza sahәlәrinin (metallurgiya, maşınqayırma, kimya, elektroenergetika vә s.) vә tәsәrrüfat infrastrukturunun inkişafına yönәldildi. Aqrar islahatlar nәticәsindә iri torpaq sahiblәri yarımfeodal renta toplamaq әvәzinә öz tәsәrrüfatlarında çalışmağa başladılar. Müasir istehsal vasitәlәri tәdarükünün dövlәt tәrәfindәn subsidiyalaşdırılması, tәsәrrüfatçılığın yeni metodlarının tәtbiqi k.t. istehsalının intensivlәşmәsinә, ölkәnin özünü әrzaqla tәminatına sәbәb oldu. 1950–80-ci illәrdә H. iqtisadi müstәqillik әldә etdi. 1991 ilin ortalarından azad bazar vә özәl sahibkarlığın inkişafı yönündә iqtisadiyyatın liberallaşmasına başlanıldı. Tam şәkildә dövlәt sektoruna mәxsus sahәlәrin sayı 18-dәn 6-ya (d.y. nәql., müdafiә sәnayesi, atom sәnayesi üçün xammal hasilatı, atom energetikası, kömür vә neft hasilatı sәnayesi) düşdü. Dövlәtin qiymәt vә kredit dәrәcәlәrini tәnzimlәmәsi sferası mәhdudlaşdırıldı, iri sahibkarlığa, orta vә xırda biznesә, hәmçinin әmtәә vә xidmәt idxalına qoyulan bir sıra mәhdudiyyәtlәr lәğv olundu. Müәssisәlәrin özәllәşdirilmәsi prosesi tәdricәn baş verdi, iri dövlәt müәssisәlәrinin özәllәşdirilmәsi parlamentdә hәr tәrәfli müzakirә olunduqdan sonra açıq şәkildә aparıldı; gәlirli müәssisәlәr özәllәşdirilmәdi, onların sәmәrәliliyinin artırılması vә bazara uyğunlaşması istiqamәtindә tәdbirlәr hәyata keçirildi. Özәllәşdirmә iqtisadiyyatın dövlәt sektorunun baza strukturlarının (o cümlәdәn planlaşdırmanın) demontajına sәbәb olmadı, eyni zamanda özәl sektor müәssisәlәrinә münasibәtdә dövlәt planlarının indikativ xarakteri güclәndi. İslahatların aparılması ölkәnin iqtisadi potensialını möhkәmlәndirdi. ÜDM-in real artım tempi 2018 ildә 6,8% (Çindәn sonra dünyada 2-ci yer) tәşkil etdi. H. iqtisadiyyatı inkişafının әsas amili işçi qüvvәsinin hәddәn artıq çox vә ucuz olmasıdır. İxracyönlü istehsalın genişlәnmәsinә sәy göstәrilir. Əmtәә ixracatında emal sәnayesinin (dәyәrinin 75%-indәn çoxu maşınqayırma vә metal emalı mәhsulunun, zәrgәrlik mәmulatlarının, kimya, neft-kimya vә әczaçılıq sәnayesi mәhsullarının, hәmçinin hazır geyim vә tekstilin payına düşür) mәhsulları üstünlük tәşkil edir. İnformasiya xidmәtlәri ixracı (2000-ci illәrin ortalarında dünya proqram tәminatı bazarının tәqr. 20%-i) sürәtlә inkişaf edir. H. yüksәk texnologiyalar sferasında böyük uğurlar qazanmış, atom energetikasında ETTKİ-nin tam tsiklinә malikdir, kosmik tәdqiqatlar aparır. Ölkәnin әrzaq tәhlükәsizliyinin tәminatı, mәşğulluq probleminin hәlli vә yoxsulluq sәviyyәsinin azaldılması yönündә k.t.-nın inkişafı mühüm amillәrdәn biridir. 21 әsrin әvvәllәrindә iqtisadi artım tempini sürәtlәndirәn sәbәblәrdәn biri dә әhali istehlakının, xüsusәn uzunmüddәtli istifadә olunan әmtәәlәrin (avtomobil, soyuducu, kondisioner vә s.) artmasıdır. Bununla belә dövlәt büdcәsinin xroniki kәsiri (331,2 mlrd. dollar vә ya ÜDM-in 3,5%-i, 2017) qalmaqdadır, borcun (federal, ştatların vә ittifaq әrazilәrin) mәcmu hәcmi ÜDM-in 69,7%-ini (2018), xarici borcun ümumi hәcmi 501,6 mlrd. dollar tәşkil edir (2017). Büdcә xәrclәrinin xeyli hissәsi ölkә әhalisinin yoxsulluq hәddindә olan tәqr. 25%-i üçün әrzaq vә s. subsidiyalara, hәmçinin mәşğulluğun artırılması mәqsәdilә ictimai işlәrin (yolların, irriqasiya qurğularının tikintisi vә s.) aparılması, k.t. üçün subsidiyalara yönәldilir. Tәsәrrüfat, o cümlәdәn nәql. infrastrukturunun zәif inkişaf etmәsi, vasitәçi strukturların çoxluğu vә korrupsiyanın yüksәk olması, dövlәt aparatının bürokratlaşdırılması әsas problemlәrdir; kәnd rayonlarının çoxunda sәlәmçilik geniş yayılmışdır. H. iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların hәcmi 377,5 mlrd. dollar tәşkil edir (2017) vә ilk növbәdә sәnayenin müxtәlif sahәlәrinә, telekommunikasiyalar, dәniz portları, yollar da daxil olmaqla infrastruktur obyektlәrinin yaradılmasına, elektrik st.-larının inşasına, hәmçinin xidmәt sferasına (k.t. istehsalı, daşınmaz әmlak, çap edilәn KİV, müdafiә vә strateji sәnaye sahәlәri kimi tәsәrrüfat sektorlarına xarici investisiya qoyuluşu qadağandır) yönlәndirilir. Xarici portfel investisiyalarının hәcmi tәqr. 155,2 mlrd. Dollar tәşkil edir (2017). 21 әsrin әvvәllәrindәn H.-ın iri korporasiyaları digәr ölkәlәrin iqtisadiyyatına getdikcә daha çox investisiya qoymaqdadır. İnvestisiyaların әsas hissәsi ABŞ, Fransa, Almaniya, B.Britaniya, Belçika, Rusiya vә Braziliyaya yönәldilir, neft-qaz sektoru, faydalı qazıntıların hasilatı, metallurgiya, kimya vә әczaçılıq sәnayesinә, telekommunikasiyalara üstünlük verilir. ÜDM-in strukturunda xidmәt sferası (tikinti dә daxil olmaqla) 49,88%, sәnaye 24,88%, k.t., meşә tәsәrrüfatı vә balıqçılq 15,96%-dir (2019). İqtisadiyyatın mühüm sektorlarında dövlәt korporasiyaları üstünlük tәşkil edir: neft vә tәbii qaz hasilatında “Oil and Natural Gas Corporation” (ONGC) vә onun törәmә strukturları; neft emalı, neft mәhsullarının topdan vә pәrakәndә ticarәtindә “Indian Oil Corporation” (“IOC”; ONGC-nin törәmә şirkәti); istilik elektroenergetikasında “National Thermal Power Corporation” (“NTPC”); ölkәnin әn iri vә dünyanın әn iri kommersiya banklarından biri State Bank of India (SBI)-dır; istehsal hәcminә görә H.-ın 2-ci iri poladtökmә şirkәti “Steel Authority of India” vә s.-dir. İqtisadiyyatın özәl sektorunda iri çoxprofilli qruplar vә ya birlәşmiş şirkәtlәr aparıcı mövqe tutur. Onlardan әn böyüyü sәhmlәrinin ümumi bazar dәyәri 110,7 mlrd. dollar olan, 114 şirkәti vә digәr struktur bölmәlәrini birlәşdirәn “Tata Group” -dur (2018); qrupun tәrkibinә H.-ın aparıcı şirkәtlәri olan “Tata Consultancy Services” (informasiya texnologiyaları vә s.), “Tata Steel” (“Tata Iron & Steel Company”, “TISCO”; qara metallurgiya), “Tata Motors” (“Tata Engineering and Locomotive Company”, “TELCO”; H.-ın әn iri avtomobilqayırma firması) daxildir. “Aditya Birla Group” alüminium, alüminium prokatı, mis, sement, karbon dudası, tikiş mәmulatları istehsal edәn, hәmçinin mobil rabitә, sığorta biznesi vә s. sferalarda fәaliyyәt göstәrәn şirkәtlәri birlәşdirir. “Reliance – Anil Dhirubhai Ambani Group” (“Reliance – ADA Group”) şirkәtlәr qrupu telekommunikasiyalar, elektroenergetika, maliyyә biznesi sahәsindә ixtisaslaşmışdır; H.-ın әn iri firmalarından biri “Reliance Industries”dә (neft hasilatı vә emalı, neft-kimya vә s.) qrupun tәrkibinә daxildir. “Om Prakash Jindal Group” (“OP Jindal”; qara metallurgiya, elektroenergetika vә s.), “Ruchi Group” (qara metallurgiya, yeyinti sәnayesi vә s.) çoxprofilli qrupları, hәmçinin “Industrial Credit and Investment Corporation of India” (ICICI Bank; bank fәaliyyәti), “Wipro” vә “Infosys Tech nologies” (bank fәaliyyәti, müdafiә kompleksi vә s. üçün genişspektrli proqram tәminatı mәhsullarının istehsalı) aparıcı özәl şirkәtlәr fәaliyyәt göstәrir. Ölkәnin sosial-iqtisadi inkişafının әn mühüm strateji mәsәlәlәri olan işsizlik sәviyyәsinin azaldılması, orta tәbәqәnin (cәmiyyәtin siyasi stabilliyinin әsası) başlıca hissәsini tәşkil edәn kiçik sahibkarların sayının artırılması kiçik vә orta biznesә dövlәtin hәrtәrәfli dәstәyilә hәll edilir. Ümumilikdә 3 mln.-a yaxın kiçik müәssisә (yaxud kiçikmiqyaslı istehsal – kiçik şirkәt vә ailә müәssisәlәri) müxtәlif sahibkarlıq qruplarında (ümumәn sәnayedә muzdla çalışanların tәqr. 80%-i, hәmçinin iqtisadiyyatın digәr sektorlarında işlәyәnlәrin çox hissәsi) birlәşmişdir. Kiçik şirkәtlәrin vә ailә müәssisәlәrinin әsas fәaliyyәt sferaları kәndli tәsәrrüfatları, informasiya xidmәtlәri, yüksәktexnologiyalı istehsal, hәmçinin pambıq, ipәk parça, rafinә olunmamış şәkәr, bitki yağı, sabun, kokos qozu lifindәn mәmulatların gön-dәri vә dulusçuluq, dәmirçilik mәmulatlarının istehsalı, unüyütmә vә s.-dir. Kiçik vә orta biznesә dövlәt dәstәyi bu müәssisәlәrin fәaliyyәtinin ixracyönlü olmasına, onların fәaliyyәt sferalarına xarici investisiyaların cәlb edilmәsinә yönәlmişdir; kiçik müәssisәlәrә vergi vә gömrük imtiyazları, kiçik icarә haqqı, subsidiyalar vә s. maliyyә üstünlüklәri verilir. H. iqtisadiyyatında tәsәrrüfatın müxtәlif sferalarında fәaliyyәt göstәrәn vә dövlәt dәstәyi vasitәsilә inkişaf edәn kooperasiya mühüm rol oynayır. 220 mln.-dan çox üzvü olan 542 mindәn çox kooperativ fәaliyyәt göstәrir (21 әsrin әvvәllәri). Tәqr. 151 min kredit kooperativ tәşkilatı (157 mindәn çox üzv); çoxsaylı müxtәlif k.t. kooperativlәri (torpağın müştәrәk emalı, satış, k.t. mәhsullarının emalı vә s.), hәmçinin sәnaye (o cümlәdәn kustar istehsal üzrә), balıqçılıq, meşә tәsәrrüfatı, nәql., mәnzil tәsәrrüfatı, istehlakçı, qadın, tәlәbә vә s. kooperativlәr fәaliyyәt göstәrir.
    Sәnaye H. iqtisadiyyatının mühüm vә dinamik inkişaf edәn sahәlәrindәn biridir. Sәnaye istehsalının artımı 7,4% tәşkil edir (2016; 2,8% – 2015). Sәnaye mәhsulları dәyәrinin 79,3%-i emal sәnayesi sahәlәrinin, 10,5%-i – mәdәn, 10,2%-i – elektroenergetikanın payına düşür (2005/06). Maşınqayırma vә metal emalı, kimya, neft-kimya vә әczaçılıq, qara vә әlvan metallurgiya, neft emalı, toxuculuq vә yeyinti sәnayesi mühüm sahәlәrdir. Müxtәlif sahә müәssisәlәrinin texniki tәchizat dәrәcәsindә әhәmiyyәtli fәrq mövcuddur. Elmtutumlu istehsal vә müasir texnologiyalar yüksәk templә inkişaf edir. Orta vә kiçik biznes müәssisәlәrinin sayını artırmaq mәqsәdilә dövlәt bu müәssisәlәrә sәnaye vә kustar istehsalın 3 qrupda birlәşәn 239 növü üzrә (tәqr. 40 mln. kiçik vә orta müәssisә, 2018) müstәsna fәaliyyәt hüququ vermişdir: 1) әnәnәvi yüngül vә yeyinti sәnayesi mәhsullarının, mәişәt mallarının, zәrgәrlik vә bәdii sәnәtkarlıq mәmulatlarının istehsalı; 2) kiçik fәrdi tәsәrrüfatlar üçün әmәk alәtlәri vә avadanlıq istehsalı (k.t. inventarı, su nasosları, elektrik transformatorları vә s.); 3) iri sәnaye müәssisәlәri (dәzgahqayırma, k.t. maşınqayırması, avtomobil, elektrotexnika sәnayesi vә s.) üçün komplektlәşdirmә detalları, hissә vә aqreqatlarının istehsalı. Ən xırda (maşın vә avadanlıqlara qoyulan investisiya hәcmi 2,5 mln. rupiyәdәk), xırda (50 mln. rupiyәdәk) vә orta (100 mln. rupiyәdәk) müәssisәlәr fәaliyyәt göstәrir (2006 il qanununa müvafiq olaraq). Əmәkqabiliyyәtli әhalinin sayı 521.9 mln. nәfәr; işsizlik sәviyyәsi 8,5%-dir (2017). Ən xırda vә xırda müәssisәlәrdә әmәkqabiliyyәtli әhalinin tәqr. 14%-i çalışır (2015); tәqr. 30 mln. insan – 2004/05); emal sәnayesi mәhsulları dәyәrinin tәqr. 39%-i, ixracat hәcminin isә 34%-i onların payına düşür. Enerji istehlakı strukturunda 54% kömür (daş, qonur, liqnit), 32% neft vә neft mәhsulları, 8% tәbii qaz, 5% hidroenerji, 1% atom enerjisi tәşkil edir (2004). H. iqtisadiyyatı inkişafının әsas problemlәrindәn biri enerji-yanacaq ehtiyatları qıtlığıdır. Kömür hasilatı tәqr. 795 mln. t tәşkil edir (2016). Əsas hasilat rayonu Damodar kömür hövzәsidir (Carkhand vә Qәrbi Benqaliya ştatları ümumi ehtiyatların 1/2-indәn çoxu). Bitumlu kömür yataqları Mәrkәzi H.-ın ş. hissәsindә (Çhattisqarh, Orissa, Madhya-Pradeş ştatları), hәmçinin Maharaştra ştatının ş.-indә, Andhra-Pradeş ştatının şm.-ında, Uttar-Pradeş ştatında vә s.-dә, liqnitlәr Tamilnad ştatında işlәnilir. Kokslaşan vә digәr yüksәkkeyfiyyәtli kömür növlәrinin defisiti 55 mln. t qiymәtlәndirilir; kömür idxalı tәqr. 20 mln. t-dur (2006). Kömür hasilatı, hәcminin tәqr. 85%-i “Coal İndia” dövlәt korporasiyasının vә onun törәmә şirkәtlәrinin payına düşür. 2007 ildәn özәl şirkәtlәrә kömür yataqlarının sәrbәst işlәnilmәsinә icazә verilmişdir. H. firmaları xarici ölkәlәrdә (Avstraliya, İndoneziya, CAR, Kanada, Mozambik vә digәrlәrindә) kömür yataqlarının işlәnilmәsi üzrә müştәrәk müәssisәlәr yaradır. Neft hasilatı tәqr. 34 mln. t (2006/07), idxalı – 112,6 mln. t (әsasәn İran körfәzi ölkәlәrindәn; H. idxalatının ümumi dәyәrinin 1/4-indәn çoxu); xam neftә ümumi tәlәbat tәqr. 150 mln. t tәşkil edir. Neft hasilatı hәcminin tәqr. 1/3-i Assam vә Qucarat ştatlarındakı yataqların payına düşür. Neftin 2/3-sindәn çoxu Ərәbistan dәnizi (neft-qaz yataqları: “Bombay High”, Mumbai yaxınlığında, Kambey körfәzindә, Qucarat ştatının sahilboyu rayonunda) vә Benqal körfәzi şelfindә (o cümlәdәn Andhra-Pradeş ştatının sahilboyu rayonunda, Qodavari çayının mәnsәbinin qarşısında) hasil olunur. Aparıcı neftçıxarma şirkәti “ONGC” dövlәt korporasiyası vә onun törәmә strukturlarıdır. 19 dövlәt vә özәl NEZ-in gücü ilә tәqr. 160 mln. t xam heft emalına hesablanmışdır. Müәssisәlәrin çoxu dәniz portlarına, hәmçinin ölkә daxilindә neft mәhsulları istehlakının әsas mәrkәzlәrinә yaxın yerlәşir. Ən iri NEZ (ildә 30 mln. t) Camnaqaradadır (Qucarat ştatı). Hәmçinin Koyalidә (7,3 mln. t, Qucarat ştatı), Mathura vә Panipatda (Haryana ştatı), Mumbai yaxınlığında (2 z-d), Çennai, Vişakhapatnam (Andhra-Pradeş ştatında) vә başqa rayonlarda NEZ-lәr fәaliyyәt göstәrir. Neft emalı hәcminin 1/3-indәn çoxu vә neft mәhsullarının pәrakәndә satışının tәqr. 1/2-indәn çoxu “İOC”, tәqr. 1/4-i isә “ONGC” dövlәt korporasiyalarının payına düşür. Sahәnin aparıcı özәl şirkәtlәri: “Bharat Petroleum”, “Hindustan Petroleum”, “Reliance Petroleum”; bir sıra NEZ dövlәt vә özәl şirkәtlәrin müştәrәk mülkiyyәtindәdir. İdxal neftinә qiymәt artımının qarşısını almaq mәqsәdilә H. hökumәti “ONGC” dövlәt korporasiyasına vә onun törәmә strukturlarına xarici heft şirkәtlәrinin sәhmlәrini almaq hüququnu vermişdir. “ONGC Videsh” dövlәt şirkәti dünyanın 17 ölkәsinin (Vetnam, Rusiya, İran, Avstraliya, Myanma vә s.) 25-dәn çox neft-qaz layihәsindә iştirak edir. Ölkә xaricindә neft-qaz yataqlarının kәşfiyyatı vә işlәnilmәsinә qoyulan H. investisiyalarının ümumi hәcmi tәqr. 119,8 mlrd. dollardır (2013). Tәbii qaz hasilatı (33,1 mlrd. m3, 2015) ölkәnin cari tәlәbatının 1/2-indәn çoxunu tәmin edir. Müәyyәn edilmiş tәbii qaz ehtiyyatları, әsasәn, Ərәbistan dәnizi vә Benqal körfәzi şelfi yataqlarında, hәmçinin ölkәnin şm.-ş.-indә Assam ştatında cәmlәşmişdir. Aparıcı qaz hasilatı şirkәti “ONGC” dövlәt korporasiyası vә onun törәmә strukturlarıdır. Tәbii qaz nәqlini vә satışını “Gas Authority of İndia” (5,6 min km uzunluqda qaz kәmәrlәri şәbәkәsi ona mәxsusdur; H.-nın tәbii qaz bazarının 85%-i) dövlәt korporasiyası hәyata keçirir. Mәişәtdә vә avtomobil yanacağı kimi istifadәedilәn mayelәşdirilmiş qaz istehsalı inkişaf etmişdir; kömür laylarından metan hasilatı proqramı hәyata keçirilir. Kәndlәrdә mәişәt ehtiyaclarını ödәmәk üçün yanacaq kimi odun (ildә 220 mln. t-dan cox, 21 әsrin әvvәllәri), tәzәk vә bitki tullantılarından (ildә tәqr. 130 mln. t) istifadә olunur. Ekoloji tәmiz mәişәt qazı vә qatılaşdırılmış üzvi gübrә istehsalını birlәşdirәn bioqaz qurguları (3,7 mln. әdәd, 2012) geniş yayılmışdır. Şәkәr qamışından etanolun, oduncağın bәzi növlәrindәn dizel yanacağının istehsalı inkişaf etmişdir. Elektrik stansiyalarının müәyyәn olunmuş gücü (min MVt, 2015): cәmi 143,3, o cümlәdәn İES – 104,4 (kömürlә – 71,2, qazla – 30,9, dizellә işlәyәnlәr – 2,3); AES – 4,1; SES – 27,5; qeyriәnәnәvi bәrpa edilәn enerji mәnbәlәrindәn qidalanan elektrik stansiyaları – 7,3 tәşkil edir. Elektrik enerjisi istehsalı 663,8 mlrd. kVt.saat (2006/07; dünya istehsalının 3,6%-i) tәşkil edir, o cümlәdәn 79,0% – İES, 17,6% – SES, 2,4% – AES, tәqr. 1% digәr elektrik stansiyalarının (әsasәn, külәk enerji qurğularının) payına düşür. Elektrik enerjisinә tәlәbat (722,2 mlrd. kVt.saatdır) daim artır; elektroenergetikanın az inkişaf etmәsi sәbәbindәn H. iqtisadiyyatı ildә ÜDM-in tәqr. 1,5%-ini itirir. 21 әsrin әvvәllәrindәn elektrik enerjisi istehsalı strukturunda tәbii qazla işlәyәn İES-nın payı artmaqdadır. Yanacaq tәchizatı ilә bağlı problemlәrә görә istilik energetikası inkişafı lәngiyir. Ölkәnin Mumbai yaxınlığındakı Tarapur (860 MVt), Ravatbhat vә Kota (Racәsthan ştatı), Kalpakkam (Tamilnad ştatı), Narora (Uttar-Pradeş ştatı), Kakrapar (Qucarat ştatı) vә Kaiqa (Karnataka ştatı) şәhәrlәrindә 7 AES-indә 16 atom reaktorundan istifadә olunur. H. sәnayesi, nüvә yanacağı da daxil olmaqla, atom energetikasının inkişafı üçün lazım olan bütün materialları, komponent vә avadanlıqları istehsal edir: Heydәrabad (Andhra-Pradeş), Tarapur vә Trombeydә (Mumbai yaxınlığında) z-dlar fәaliyyәt göstәrir. Uran filizlәrinin müәyyәn edilmiş ehtiyatı, nüvә yanacağının istehsalı üçün xammal idxal etmәdәn, AES-lәrin gücünü 10 min MVt-a qәdәr artırmağa imkan verir. Ən iri su qovşağı komplekslәri Satlec (o cümlәdәn “Bhakra-Nangal” SES-i, 1,2 min MVt), Krişna, Qodavari, Mahanadi, Çambal çaylarındadır. Kәnd yaşayış mәntәqәlәrinin elektriklәşdirilmәsinә (kәndlәrin tәqr. 90%-i elektriklәşdirilmişdir, 2000-ci illәrin ortaları) xüsusi diqqәt verilir. Külәk vә günәş enerjisindәn istifadә proqramı, әsasәn, elektrik enerjisinin ötürülmәsinin çәtin olduğu ucqar rayonlarda hәyata keçirilir. Sәnaye mәhsulları dәyәrinin 7,1%-i m e t a l l u r g i y a s ә n a y e s i n i n payına düşür. Qara metallurgiya dәmir (dünya ehtiyatının tәqr. 1/4-i; 60%-dәn çox dәmir tәrkibli zәngin hematit filizlәri üstünlük tәşkil edir), xrom vә manqan filizi yataqları әsasında sürәtlә inkişaf edir. Dәmir filizi hasilatı 150 mln. t-dur (tәqr. 64% dәmir tәrkibli; 2013–14); hasil olunan filizin 2/3-sindәn çoxu ixrac (әsasәn, Çinә) edilir. Dәmir filizi hasil edәn әsas müәssisәlәr Çhattisqarh, Orissa, Carkhand, Karnataka vә Qoa ştatlarında cәmlәşmişdir. Xromitlәr Orissa (90%-dәn çox) vә Karnataka (3255 min t) ştatlarında, manqan filizlәri Orissa, Çhatticqarh, Karnataka vә Maharaştra (1750 min t) ştatlarında hasil olunur. Çuqun istehsalı 5,755 mln. t, mәsamәli dәmir istehsalı 30,36 mln. t-dur (2018). Polad istehsalı tәqr. 70,4 mln. t (2011/12), ferroәrintilәr – tәqr. 1 mln. t, polad prokatı istehsalı tәqr. 48 mln. t tәşkil edir. H.-ın qara metallurgiyasının istehsal bazasının әsasında ümumi gücü ildә tәqr. 30 mln. t polad olan tam tsiklli iri metallurgiya kombinatları, o cümlәdәn “Steel Authority of India” dövlәt korporasiyasına, hәmçinin “TİSCO”, “Rashtriya İspat Nigam”, “Jindal Vijayanagar Steel” şirkәtlәrinә mәxsus kombinatlar dayanır. Tәkrar emal metallurgiyasında mәsamәli dәmir, soyuq yayılmış polad vә böyük diametrli boru istehsalı üzrә aparıcı mövqe tutan özәl müәssisәlәrin sayı artır. Özәl sektorun (“TİSCO”, “Jindal Vijayanagar Steel”, “Jindal Steel & Power”, “Essar Steel”, “Bhushan Steel & Strips” vә s.) iri şirkәtlәri әsas dәmir filizi yataqlarının yerlәşdiyi rayonlarda mövcud metallurgiya müәssisәlәrini genişlәndirir vә yenilәrini inşa edir. Ölkә üzrә qara metallurgiyaya aid tәqr. 200 xırda özәl tәkrar emal müәssisәsi fәaliyyәt göstәrir. Əlvan metallurgiyanın әn mühüm sahәsi istehsalın bütün mәrhәlәlәrini özündә birlәşdirәn alüminium sәnayesidir. H.-da yüksәkkeyfiyyәtli zәngin var. Boksit hasilatı 19 mln. t-dur (Orissa, Qucarat, Carkhand, Madhya-Pradeş ştatlarında; 2015). 2700 min t giltorpaq (Al2O3; 2005), 2890 min t ilkin alüminium (2015) istehsal olunur. “National Aluminium” (“NALCO”) dövlәt korporasiyası, hәmçinin “Bharat Aluminium” (qarışıq kapital ilә), “Hindalco Aluminium” (“Aditya Birla Group”un iştirakı ilә), “İndian Aluminium” (“Alcan Aluminium” Kanada firmasının iştirakı ilә) mühüm alüminium şirkәtlәridir. 21 әsrin әvvәllәrindәn, elektrik enerjisi çatışmazlığına baxmayaraq, H.-ın alüminium sәnayesi artan templә inkişaf edir. Bu sahәdә iri xarici şirkәtlәrin (“Norsk Hydro”, Norveç; “Alumix” İtaliya dövlәt şirkәti) rolu artır; investisiyalar istehsal vә zәruri infrastruktur obyektlәrinin, o cümlәdәn yeni elektroenergetika generasiyası obyektlәrinin (“Dubai Aluminium Co.”, BƏƏ vә s.) yaradılmasına yönәldilir. H.-da istehsal olunan giltorpaq vә alüminiumun xeyli hissәsi ixrac olunur. Mis filizin hasilatı 31,9 min t-dur (2013; Madhya-Pradeş, Racәsthan, Çhattisqarh ştatları). Daxili bazarın tәlәbatını ödәmәk üçün mis istehsalında, әsasәn, xaricdәn gәtirilmiş konsentratlardan istifadә edilir. Xalis mis istehsalında H. şirkәtlәri, әsasәn, idxal konsentratlarından istifadә edir. Saflaşdırılmış mis istehsalı 981 min t-dur (2015). “Hindustan Copper” dövlәt şirkәti, hәmçinin “Birla Copper Corp.”, “Sterlite İndustries” özәl şirkәtlәr әsas mis istehsalçılarıdır. Saflaşdırılmış mis istehsalının mühüm mәrkәzlәri iri elektrik enerjisi stansiyaları (“Birla Copper” korporasiyasının z-du; “Hidustan Copper” dövlәt şirkәtinin müәssisәsi), yaxud filizlәrin hasilatı vә zәnginlәşdirilmәsi (“Hidustan Copper” z-du) yerlәrinin yaxınlığında yerlәşir. H. sәnayesinin qurğuşuna (360 min t; 2013), sinkә (520 min t; 2015) olan tәlәbatı idxal metal vә konsentratların hesabına tәmin olunur. Qurğuşun-sink filizlәri Racәsthan, qurğuşun filizi Andhra-Pradeş ştatlarında çıxarılır. Qurğuşun konsentratlarının istehsalı (tәrkibindә olan metala görә) 42 min t-dur (2005); saflaşdırılmış qurğuşun әridilmәsi 68,7 min t, o cümlәdәn ilkin qurğuşun – 43,7 min t; sink konsentratlarının (tәrkibindә olan metala görә) istehsalı tәqr. 431 min t-dur (2015). Sinkin әridilmәsi 315 min t, ilkin sink 287 min t-dur. Filiz hasilatını, ilkin qurğuşun vә sinkin әridilmәsini “Hindustan Zinc” dövlәt korporasiyası, tәkrar emal qurğuşunun әridilmәsini “İndian Lead Pvt.” özәl şirkәti hәyata keçirir. Sirkonium konsentratlarının istehsalı tәqr. 32 min t-dur (2015). Titan filizlәrinin hasilatı “İndian Rare Earths”, “Kerala Minerals and Metals” vә digәr dövlәt şirkәtlәri tәrәfindәn Kerala, Orissa, Tamilnad ştatlarında aparılır. İlmenit konsentratlarının istehsalı 753 min t, rutil – 21 min t, selenit – 17 t tәşkil edir. Qızıl hasilatı, әsasәn, Karnataka, Carkhand ştatlarında “Hutti Gold Mines” dövlәt şirkәti tәrәfindәn aparılır (4235 kq; 2015); gümüş әridilmәsi 42,7 t-dur.
    Kakrapar atom elektrik stansiyası. Qudcarat ştatı.
    M a ş ı n q a y ı r m a sәnayenin aparıcı sahәsidir (sәnaye mәhsulları dәyәrinin tәqr. 25%-i, 2015). H. müәssisәlәri tәsәrrüfatın müxtәlif sahәlәri üçün geniş nomenklaturalı maşın vә avadanlıqlar istehsal edir. Sәnaye mәhsulu dәyәrinin 5,5%-i energetika maşınqayirması vә elektrotexnika sәnayesinin payına düşür. Dünyada agır maşınqayırma üxrә liderlәrdәn biri olan “Bharat Heavy Elecrticals” (“BHEL”) enerji avadanlıqları bazarında aparıcı mövqe tutur (ümumi satış dәyәrinin tәqr. 70%-i). Korporasiyanın tәrkibinә 14 z-d, 4 regional tәcrübә-konstruktor mәrkәzi, 100-dәn çox layihә meydançası, 8 xidmәt mәrkәzi vә 50 mindәn çox işçinin çalışdığı 18 regional ofis daxildir. “BHEL” tәqr. 80 növ enerji avadanlığı (buxar qazanları, buxar, qaz vә hidravlik turbinlәr, buxar vә dizel generatorları, turbogeneratorlar, günәş foto elektrik qurğuları vә külәk enerjisi qurğuları, sabit cәrәyanla yüksәkgәrginlikli elektrik enerjisinin ötürücü sistemi, nasos, kompressor vә transformatorlar, şuntlama reaktorları, boru kәmәri sistemlәri) istehsal edir. Şirkәtin mәnzil-qәrargahı vә әn iri z-du Rançi ş.-ndә (Carkhand ştatında) yerlәşir. Enerji avadanlıqlarının digәr istehsalçıları “General Electric” (Amerika), “Siemens” (Almaniya), “Areva” vә “Alstom” (Fransa), “ABB” (İsveç-İsveçrә) vә s. iri xarici şirkәtlәrdir. Energetika maşınqayırmasının iri mәrkәzlәri Madhya-Pradeş (Bhopal), Qәrbi Benqaliya (Asansol), Uttarançal (Hardvar), Andhra-Pradeş (Heydәrabad) ştatlarında; elektrotexnika sәnayesinin mühüm mәrkәzlәri Kerala (Kvilon), Karnataka (Banqalor, Maysur), Andhra-Pradeş (Heydәrabad), Maharaştra (Puna, Nasik, Sanqli, Mumbai), Uttar-Pradeş (Kanpur, Aqra), Haryana (Fәridabad), Qәrbi Benqaliya (Kәlkәtә), Qucarat (Vadodara) ştatlarında yerlәşir. Maşınqayırmanın mühüm sahәsi dәzgahqayırmadır (satış dәyәri 447,2 mln. dollar, 2015). Metal emalı dәzgahlarının bütün nomenklaturasının (xarrat, frezer, dәlmә, cilalama, aqreqat), avtomat xәtt vә istehsal komplekslәri üçün (o cümlәdәn avtomobil sәnayesi vә müdafiә sәnayesi kompleksi müәssisәlәri üçün) xüsusi dәzgahların geniş qammasının, müxtәlif dәmirçi-pres, qaynaq, tökmә avadanlıqlarının istehsalı var. H. dәzgahqayırma assosiasiyasına (“İndian Machine Tools Manufacturer’s Association”) daxil olan 150 firma ilә birlikdә 450-dәn çox dәzgahqayırma şirkәti fәaliyyәt göstәrir. Sahәnin satış hәcminin tәqr. 70%-i 10 әn iri şirkәtin, o cümlәdәn tәqr. 1/3-i “Hindustan Machine Tools” (metal emalı avadanlıqları ilә yanaşı podşipniklәr, müxtәlif növ saatlar, poliqrafiya avadanlığı, şumlama traktorları) dövlәt korporasiyasının payına düşür. Korporasiyanın mәnzil-qәrargahı vә mühüm müәssisәlәri Karnataka ştatının Banqalor ş.-ndә yerlәşir. Digәr әn iri mәrkәzlәr Mumbai vә Puna (Maharaştra ştatı), Batala, Calandhar vә Ludhiana (Pәncab), Əhmәdabad, Vadodara, Camnaqar, Rackot vә Surendranaqar (Qucarat), Koimbatur vә Çennaidә (Tamilnad) yerlәşir. Nәql. maşınqayırmasının әn iri vә sürәtlә inkişaf edәn sahәsi avtomobil sәnayesidir (tәqr. 700 min işçi, 2011/12). Sahәnin müәssisәlәri, әsasәn, daxili bazar tәlәbatının ödәnilmәsinә yönәldilmişdir vә avtomobil texnikasının, hәmçinin komplektlәşdirmә hissәlәri vә aqreqatların bütün növlәrini istehsal edir. Avtomobil istehsalı 3,2 mln. әdәd, o cümlәdәn minik avtomobillәri 1,7 mln. әdәddir (2015/16). “Tata Motors” (Maharaştra ştatının Puna ş.-ndә iri avtomobilyığma z-du), “Mahindra & Mahindra” (avtomobil istehsalı – Mumbai vә Nasik şәhәrlәri, Maharaştra ştatı vә s.), “Hindustan Motors” (“Aditya Birla Group”a daxildir) aparıcı avtomobil şirkәtlәridir. Bundan başqa “Ashok Leyland” (Tamilnad ştatının Ennor vә Hosur şәhәrlәrindә avtomobilyığma z-dları; Alvar (Racәsthan ştatı) vә Bhandara (Maharaştra ştatı) şәhәrlәrindә komplektlәşdirmә detalları istehsal edәn müәssisәlәr), “LML” (“Lahioa” şirkәtlәr qrupuna daxildir; Uttar-Pradeş ştatının Kanpur ş.-ndә avtomobilyığma z-du) şirkәtlәri fәaliyyәt göstәrir. Avtomobil, hәmçinin komplektlәşdirmә detalları, hissә vә aqreqatlar istehsal edәn z-dlar әmәkdaşlıq çәrçivәsindә, yaxud xarici şirkәtlәrin birbaşa iştirakı ilә yaradılır; H.-da Qәrbi Avropa ölkәlәrinin (“FIAT Motors”, “Daimler”, “Skoda Auto İndia”), ABŞ-ın (“General Motors – Birla”, “Ford Motor Ltd.”), Yaponiyanın (“Maruti – Suzuki”, “Honda Siel Cars İndia”, “Toyota Kirloskar”) vә Cәnubi Koreyanın (“Hyundai Motor İndia Ltd.”) vә digәr aparıcı dünya avtomobil istehsalıçılarının filialları var. H. avtomobillәri, әsasәn, Afrika vә Latın Amerikası ölkәlәrinә, o cümlәdәn Avropa vә ABŞ-a ixrac olunur. İstehsal edilmiş avtomobil ehtiyat hissәlәri vә aqreqatları dünyanın iri şirkәtlәrindә (Amerikanın “General Motors”, “Chrysler” vә “Ford Motor”, Almaniyanın “Volkswagen”, İtaliyanın “FIAT”, Yaponiyanın “Toyota” vә s.) nәql. vasitәlәrinin original komponentlәri kimi istifadә olunur. H.-ın avtomobillәr üçün ehtiyat hissәlәr vә aqreqatlar bazarı 10 mlrd. dollar dәyәrindә qiymәtlәndirilir. Avtomobil istehsalının ixrac strukturunda 31% mühәrrik hissәlәri, 19% idarәetmә sükanının transmissiya vә detalları, 12% kuza detalları, 12% şassi hissәlәrinin payına düşür; әylәc sistemlәri dә istehsal olunur. Puna vә Mumbai (Maharaştra), Dehli vә Kәlkәtә şәhәr aqlomerasiyaları, hәmçinin Pithampur (Madhya-Pradeş ştatı) vә Cәmşidpur (Carkhand ştatı) avtomobil sәnayesinin әsas mәrkәzlәridir. Üç vә ikitәkәrli nәql. vasitәlәrinin istehsalı 19,4 mln. әdәd (2015/16) tәşkil edir. İkitәkәrli nәql. vasitәlәrinin tәqr. 79%-i motosiklet, moped vә skuterlәrdir. Bu nәql. vasitәlәrinin әsas istehsalçıları “Hero-Honda” (H.-ın “Aditya Birla Group” vә Yaponiyanın “Honda Motors” müştәrәk müәssisәsi), “Honda Motorcycles & Scooters İndia” (Yaponiya firmasının H. filialı), “TVC Motor” (moped vә skuterlәr), “Bajaj Auto” (motosikl vә üçtәkәrli nәql. vasitәlәri), hәmçinin “Piaggio İndia” (İtaliya firmasının H. filialı) şirkәtlәridir. Traktor istehsalı 357 min әdәddir (ABŞ vә Çindәn sonra dünyada üçüncü yerdәdir; 2014). Əsasәn, mәhdud gücә malik şumlama traktorları istehsal olunur. Mәhsullarını dünyanın 25 ölkәsinә tәdarük edәn (әsasәn, ABŞ-a), dünyanın әn iri traktor istehsal edәn şirkәti “Mahindra & Mahindra” (H. bazarının tәqr. 20%-i, 2015/16) sahәnin lideridir. Hәmçinin “Tractors & Farm Equipment” (H. bazarının 22%-i) vә “Escorts” traktor istehsal edәn mühüm şirkәtlәrdir. D.y. lokomotivlәrinin әsas istehsalçıları “Chittaranjan Locomotive Works” (Qәrbi Benqaliya ştatının Çittarancan ş.-ndә z-d) vә “Diesel Locomotive Works” (Uttar-Pradeş ştatının Varanasi ş.-ndә müәssisә) özәl şirkәtlәridir. Lokomotivlәr üçün aqreqatlar vә komplektlәşdirici hissәlәri “Diesel Modernization Works” (Varanasi ş.-ndә z-d) şirkәti hәyata keçirir. Sәrnişin vaqonları “Jessop & Co.” vә “Bharat Earth Movers” şirkәtlәrinin z-dlarında, yük vaqonları “Wagon India” şirkәtinin 11 müәssisәsi vә “Railway Workshops” şirkәtinin 3 z-dunda; elektrovozlar vә sәrnişin elektrik qatarları “BHEL” dövlәt korporasiyasında istehsal edilir. Aviaraket kosmik sәnayesi maşınqayırmanın daha mürәkkәb vә elmtutumlu sahәsidir. Ölkәdә aviasiya texnikasının işlәnib hazırlanması vә istehsalı ilә mәşğul olan yeganә çoxprofilli şirkәt “Hindustan Aeronautics Ltd. ” (“HAL”; H. müdafiә sәnayesi kompleksini yaradan 9 dövlәt holdinqindәn biridir) dövlәt korporasi yasıdır. Korporasiyanın satış dәyәri 3,2 mlrd. dollar (2014) tәşkil edir. “HAL”, әsasәn, xarici aviasiya istehsalı firmalarının (Rusiya şirkәtlәri “Suxoy” vә “Miq”, Almaniyanın “Dornier”, Britaniya-Fransa konserni “Sepecat” vә s.) lisenziyaları әsasında müxtәlif növ hәrbi tәyyarә vә helikopterlәr istehsal edir. “HAL”ın tәrkibinә 16 istehsal müәssisәsi vә 9 ETTKİ mәrkәzi daxildir. Korporasiyanın әsas müәssisәlәri Banqalor (Karnataka ştatı; tәyyarә, helikopter vә aviasiya mühәrriklәri, aviasiya texnikasının tәmiri), Nasik (Maharaştra ştatı; aviasiya istehsalı vә tәmiri), Kanpur (Uttar-Pradeş ştatı; hәrbi nәql. tәyyarәlәrinin istehsalı), Koraput (Orissa ştatı; mühәrrik istehsalı), Heydәrabad (Andhra-Pradeş ştatı; aviasiya texnikası istehsalı) şәhәrlәrindә yerlәşir. H. Müdafiә Nazirliyinin struktur bölmәlәrindәn biri olan “Defence Research and Development Organisation” (“DRDO”) şirkәtindә hәrbi raketlәr inşa edilir. Orta vә kiçik mәnzilli “Prithvi”, “Aqni”, “Brahmos” vә “Brahmos-2” raketlәri istehsal olunur. Kosmosun tәdqiqi H.-ın Milli Kosmik Agentliyi “İndian Space Research Organisation” (“İSRO”; mәnzil-qәrargahı Banqalor ş.-ndә yerlәşir) tәrәfindәn aparılır. Kosmik aparatların buraxılması üçün mühәrriklәrin işlәnib hazırlanması vә istehsalı “İSRO” – “Vikram Sarabhai Space Center” bölmәsi tәrәfindәn Trivan dram ş.-ndә (Tiruvanantapuram; Kerala ştatı) hәyata keçirilir. “İSRO” agentliyinin 3 kosmodromu var: Şriharikota (Andhra-Pradeş ştatı), Thumba (Kerala ştatı), Balasor (Orissa statı). Gәmiqayırma nәql. maşınqayırmasının dinamik inkişaf edәn sahәlәrindәndir. Sahә müәssisәlәrinin sifariş hәcmi 3,7 mlrd. dollardır (2006/07); 223 gәmidәn 152-si ixrac üçün (ixrac sifarişlәrinin dәyәri tәqr. 2,8 mlrd. dollardır) nәzәrdә tutulur. 10 dövlәt vә özәl gәmiqayırma müәssisәsi var. Özәl tәrsanәlәr daha çox ixracyönlüdür (85%, 2006/07); әn irilәri: “ABG” (Qucarat ştatı, Surat ş.) – tankerlәrdәn vә tonnajı 120 min t dedveytә qәdәr olan quru yük daşıyan gәmilәrdәn tutmuş, patrul katerlәrinәcәn bütün növ dәniz gәmilәrinin istehsalı, tәmiri vә tәchizatı; “Pipavav” (Qucarat ştatı, Pipavav ş.) – bütün növ ağır yük daşıyan gәmilәrin istehsalı vә tәmiri; “Bharathi Shipyards” (Maharaştra ştatında 2 müәssisәsi var) – çay gәmilәri, barja, tralla tәchiz edilmiş balıqçı gәmisi, tanker, quru yük daşıyan gәmilәrin tikintisi üzrә ixtisaslaşmışdır; “Cochin Shipyards” (Kerala ştatı, Koçin ş.) – 111 min t dedveytә qәdәr tonnaja malik müxtәliftәyinatlı gәmilәrin tikilmәsi vә tәmiri, hәmçinin 125 min t ded veytә yaxın tonnaja malik hәrbi gәmilәrin tәmiri; “Hidustan Shipyards” (Andhra-Pradeş ştatı, Vişakhapatnam ş.) – bütün növ gәmilәrin tikintisi vә tәmiri ilә mәşğul olur. Hәrbi gәmilәr “Mazagon Dock Ltd.” (Mumbai ş.), “Goa Dock Ltd.” (Vasko-da-Qama ş.) dövlәt tәrsanәlәrindә yenidәn quraşdırılır, tәchiz vә tәmir olunur.
     
    Satlec çayı üzәrindә “Bhakra Nangal” su elektrik stansiyası.
    K i m y a s ә n a y e s i mühüm sahәlәrdәn (sәnaye mәhsulu dәyәrinin tәqr. 18%-i; 2015/16) biridir; 21 әsrin әvvәllәrindәn sürәtlә (ildә 12–13%) inkişaf edir; üzvi vә qeyri-üzvi kimya mәhsullarının bütün nomenklaturasını (tәqr. 70 min növ) istehsal edir. H.-ın kimya vә neft-kimya mәhsullarının ixrac dәyәri tәqr. 35 mlrd. dollardır (ümumi ixracın 12%-i; 2014/15). Mәhsulun tәqr. 2/3-si ixrac olunur: rәng piqmentlәri vә boyaq maddәlәri, karbon dudası, plastik kütlә vә ondan hazırlanan mәmulatlar, süni vә sintetik liflәr, yuyucu vasitәlәr, kosmetik mәhsullar, pestisidlәr, partlayıcı maddәlәr, pirotexnika mәhsulları. Neft-kimya sәnayesindә, әsasәn, plastik kütlә, sintetik lif vә kauçuk, rezin mәmulatları (şinlәr), lak vә boyaq mәhsulları, aralıq kimyәvi mәhsullar, o cümlәdәn polimer materiallarının müxtәlif növlәri (yarım sahә mәhsulları dәyәrinin tәqr. 60%-i; onların tәqr. 1/5-i ixracyönlüdür) vә sintetik liflәr istehsal olunur (2000-ci illәrin ortaları). Parça, gön-dәri, kağız, plastik kütlә, әrzaq mәhsullarının boyanması üçün nәzәrdә tutulmuş müxtәlif maddәlәr vә onların hazırlanması üçün yarımfabrikatların istehsalı (dünya üzrә istehsalın 6%-i) mühüm rol oynayır. “Reliance Industries” vә onun törәmә strukturları (istehsal hәcminin tәqr. 2/3-sinә nәzarәt edir), hәmçinin “Haldia Petrochemicals” (Qәrbi Benqaliya ştatının Haldiya ş.-ndә iri neft-kimya kompleksinә malikdir) vә “Gas Authority of İndia” (Uttar-Pradeş ştatının Aurayya ş.-ndә tәbii qaz ilә işlәyәn neft-kimya kompleksi) dövlәt korporasiyaları aparıcı neft-kimya şirkәtlәridir. Polistirol istehsalında “Supreme Petrochemicals Ltd.” (ümumi gücün tәqr. 50%-ini), “BASF Styrenics İndia” (24%) vә “LG Polymers” (16%) şirkәtlәri üstünlük tәşkil edir. Neft-kimya mәhsulları dәyәrinin tәqr. 60%-i – Qucarat, 17%-i – Maharaştra, 12%-i Qәrbi Benqaliya ştatlarında yerlәşәn müәssisәlәrin payına düşür. Neftin qiymәtinin artması nәticәsindә bir sıra üzvi kimya mәhsullarının istehsalında (sirkә turşusu vә anhidriti, etilasetat, aseton, polietilen, polivinilxlorid, sintetik kauçuk) etil spirtinin geniş istifadәsinә başlanılmışdır. Mineral gübrә istehsalı 115 mln. t tәşkil edir (2015). Kompleks gübrәlәr: diam mofos, superfosfat, sulfat-ammonium istehsal olunur. H. müәssisәlәrindә istifadә olunan әsas xammalın – tәbii qazın çatışmazlığı azot gübrәlәrinin istehsalınılәngidir. Fosfor gübrәlәrinin istehsalı, әsasәn, idxal xammala әsaslanır; kaliumlu gübrәlәrә olan tәlәbatın әsas hissәsi idxal hesabına tәmin olunur. Mineral gübrәlәr istehsal edәn müәssisәlәr, әsasәn, Qucarat, Maharaştra, Uttar-Pradeş ştatlarında yerlәşir. H.-da bitkilәr üçün qoruyucu vasitәlәr istehsal edәn 125 şirkәt fәaliyyәt göstәrir. K.t. bitkilәrini (şәkәr qamışı, tütün vә s.) ziyanvericilәr vә xәstәliklәrdәn qoruyan tәqr. 60 növ pestisid istehsal olunur. H.-ın ә c z a ç ı l ı q s ә n a y e s i istehsal hәcmi (dünya üzrә istehsalın 8%-i), hәmçinin sahә müәssisәlәrinin texnoloji sәviyyәsinә görә ön sıralardadır. Tәqr. 300 növ farmokoloji birlәşmә, hәmçinin 20 mindәn çox növdә hazır dәrman vasitәlәri (antibiotiklәr, antibakterial preparatlar, vaksinlәr, hormonlar, dәrman bikilәrindәn hazırlanmış preparatlar) istehsal edilir. H.-ın әczaçılıq mәhsulları dünya bazarında kifayәt qәdәr keyfiyyәtli vә әn ucuz mәhsullar kimi qiymәtlәndirilir. Ölkәdә 260-ı iri olmaqla 24 mindәn çox әczaçılıq şirkәti (“Cipla”, “Ranbahy”, “Nicholas”, “Piramal”, “Sun Pharma”, “Dr. Reddy’s”, “Wokhardt”, “Torrent Pharma”, “Lupin” vә digәrlәri), hәmçinin tanınmış beynәlxalq firmaların müәssisәlәri (“GlaxoSmithKline”, “Pfizer”, “Novartis”, “Aventis”, “Merck” vә s.) fәaliyyәt göstәrir. Əczaçılıq mәhsulu istehsalının 36%-i 10 böyük şirkәtin payına düşür. Dünyanın 60 ölkәsindә H. şirkәtlәrinin törәmә müәssisәlәri vardır. A l m a z e m a l ı v ә z ә r g ә r l i k m ә m u l a t l a r ı i s t e h s a l ı H. sәnayesinin әnәnәvi sahәsidir. Ölkә emal olunmuş qiymәtli daş vә zәrgәrlik mәmulatlarının dünya üzrә әn iri tәdarükçülәrindәn biridir. Emal edilmәmiş qiymәtli vә yarımqiymәtli daşların, hәmçinin mirvarinin idxal dәyәri 9422 mln. dollardır (2004/05; ümumi idxal hәcminin 8,6%-i). Almaz hasilatı tәqr. 36,516 kar hәcmindәdir (2017). Hәr il dünyada istehsal olunan almazların tәqr. 65%-i cilalanmaq üçün H.-a gәtirilir; zәrgәrlik mәmulatlarının istehsalı üçün tәqr. 800 t qızıl gәtirilir. 21 әsrin әvvәllәrindәn istehsalın ortaillik artım tempi tәqr. 10% tәşkil edir. H. ixracatında zәrgәrlik mәmulatları mühüm yer tutur (21,3 mlrd. dollar; 2017). Əsas alıcıları – ABŞ (7,3 mlrd. dollar; 2017), BƏƏ (4,72 mlrd.dollar), Syanqan (Honkonq; 5,21 mlrd. dollar), hәmçinin Aİ ölkәlәri vә Yaponiyadır. Tәqr. 25 min zәrgәrlik müәssisәsi (1,3 mln.-dan çox işçi, dünya üzrә brilyant istehsalı sahәsindә çalışanların tәqr. 90%-i) fәaliyyәt göstәrir. Surat (Qucarat ştatı) vә Caypur (Racәsthan ştatı) әsas zәrgәrlik mәrkәzlәri; “Rosy Blue (İndia) Pvt.”, “Suashish Diamonds”, “Mohit Diamonds”, “M.Suresh Company Pvt.”, “Mahendra Brothers, Shrenuj & Co.”, “Lakhi Group” aparıcı şirkәtlәrdir. T i k i n t i m a t e r i a l l a r ı s ә n a y e s i daha çox özәl sektorda inkişaf edir; mühüm sahәsi sement istehsalıdır (dünyada 2-ci yerdәdir, 502 mln. t, 2018). İstehsal müәssisәlәrinin çoxu (tәqr. 1/4 -i) Madhya-Pradeş, Andhra-Pradeş vә Racәsthan ştatlarında yerlәşir. İstehsalın yarısından çoxu çoxprofilli qrupların (“Aditya Birla Group”, “Associated Cement Companies” vә “Singhania Group”) nәzarәti altında olan şirkәtlәrin payına düşür. H., әnәnәvi olaraq, dünya bazarında mikalayının mühüm tәdarükçülәrindәndir. Racәsthan, Carkhand (Andhra-Pradeş ştatı) mika istehsal edәn rayonlardır. Y ü n g ü l s ә n a y e n i n әsas sahәlәri parça vә hazır geyim istehsalıdır (sәnaye mәhsulları dәyәrinin tәqr. 1/5-i). Toxuculuq mәhsullarının istehsal hәcmi 125 mlrd. dollardır (2012). Pambıq parça (85 mlrd. m2, 2012) vә ondan hazırlanan paltarların istehsalına görә H. dünyada ikinci yerdәdir. Genişçeşidli (müxtәlif ipliklәr, parçalar vә hazır geyim vә aksessuarlar) toxuculuq vә tikiş sәnayesi mәmulatları istehsal edilir, ÜDM-in 8%-ini, ölkәnin әmtәә ixracı dәyәrinin 15%-ini tәşkil edir. Tәbii (pambıq, kәtan, cut, ipәk, yun) vә süni iplәrdәn (poliester, viskoz, neylon, akril) xammal kimi istifadә olunur. Toxuculuq sәnayesinin strukturu müxtәlifdir – әl ilә işlәyәn dәzgahların istifadә edildiyi çoxsaylı xırda emalat xanaları, hәmçinin müasir texnologiyalara әsaslanan iri f-k istehsalını әhatә edir. Kustar istehsal dövlәtin geniş dәstәyi hesabına inkişaf edir, belә ki, desentralizasiya olmuş toxuculuq k.t.-ndan sonra әhalinin ikinci mühüm mәşğulluq sahәsidir. Ölkәnin q. hissәsindә Mumbaidәn Əhmәdabadadәk (Qucarat ştatı) sahilboyu zona (f-kdә istehsal olunan iplik parçaların tәqr. 2/3-si cәmlәşmişdir) vә c.-da Tamilnad ştatı – iplik parça istehsalının әsas mәrkәzlәridir. Ölkәnin bir çox şәhәrindә yerlәşәn tәqr. 77 min xırda müәssisә hazır geyim istehsalı ilә mәşğuldur. Yüngül sәnaye mәhsullarının ixrac dәyәrinin tәqr. 50%-i hazır geyim ixracatının payına düşür (2017). Əsas alıcıları ABŞ, BƏƏ, B.Britaniya, Almaniya, Fransa, İtaliya, Rusiya, Kanada vә Yaponiyadır. Cut sәnayesi (müәssisәlәrindә tәqr. 600 min işçi çalışır vә tәqr. 500 min kәndli ailәlәri cut yetişdirir) Qәrbi Benqaliya vә ona yaxın rayonlarda cәmlәşmişdir. Mәhsulun әsas növlәri 20 әsrin ortalarına qәdәr H. ixracatının әsasını tәşkil edirdi, lakin cut mәmulatlarının sintetik әvәzedicilәrinin yaranması, Banqladeşin cut f-klәrindә rәqabәtin güclәnmәsi ilә ixracat (0,4% – 2009/10) kәskin azaldı. H. ipәk istehsalına görә (21,7 min t; 2012) dünyada Çindәn sonra ikinci yerdәdir. İpәyin müxtәlif növlәri istehsal olunur. Sahәnin müәssisәlәri c. ştatları Karnataka (6,8 min t) vә Andhra-Pradeşdә (5,6 min t), hәmçinin Qәrbi Benqaliyada (1,5 min t) cәmlәşmişdir. Y e y i n t i s ә n a y e s i 21 әsrin әvvәllәrindәn sürәtlә inkişaf edir (ÜDM-in 14%-i, 2018). Sәnayenin aparıcı sahәsi olan şәkәr istehsalı (1,5 mln. işçi), әsasәn, şәkәr qamışı becәrilәn rayonlarda fәaliyyәt göstәrәn xırda müәssisәlәrә (tәqr. 70%) aiddir. Süd, meyvә, tәrәvәz, taxıl, әt, balıq, qәhvә, çay, hәmçinin әrzaq mәhsulları vә yarımfabrikatlar; tütün vә tütün mәhsulları, spirtli içkilәr istehsal olunur.
    Kәnd tәsәrrüfatı. H. dünyanın әn iri k.t. mәhsulları istehsalçılarından biridir; 20 әsrin 90-cı illәrindәn әrzağa olan tәlәbatını özü ödәyir. K.t. әhali mәşğulluğunun (tәqr. 50% çalışan; 2017/18) әsas sferasıdır. Kәnd yerlәrindә әmәk ehtiyatları çox olsa da, işsizlik geniş yayılmışdır. 21 әsrin әvvәllәrindәn suvarılan әrazilәrin sürәtlә genişlәndirilmәsi, su sәrfinin rasionallaşdırılması, eroziya nәticәsindә zәrәr görmüş k.t. torpaqlarının bәrpası, daha çox gәlirli bitki (meyvә, tәrәvәz, dekorativ, әdviyyat, әczaçılıq vә s.) sahәlәrinin genişlәndirilmәsi vasitәsilә istehsalın diversifikasiya tәdbirlәri görülmüş, hәmçinin heyvandarlıq vә balıqçılığın inkişafına dövlәt dәstәyi verilmişdir. Ölkә әrazisinin 60,4%-i (o cümlәdәn şumluq torpaqlar 53%, çoxillik bitkilәr 4,5%; 2016) becәrilir. H. qәdim irriqasiya (süni suvarma) ölkәsidir; suvarılan torpaqların sahәsi (68.1 mln. ha, 2014) üzrә dünyada birinci yerdәdir. Torpaqların 60%-indәn çoxu elektrik nasosları ilә quyulardan çıxarılan su, tәqr. 30%-i – dövlәt irriqasiya kanalları, 10%-i – kiçik süni sututarlar (tanklar) vasitәsilә suvarılır. Suvarılan torpaqların (әkin sahәlәrinin 60–70%-i) çox hissәsi Hind-Qanq düzәnliyindә vә ölkәnin ş. sahillәrindә Qodavari, Krişna, Kaveri çaylarının deltalarında yerlәşir; bu әrazilәr hәmçinin әn iri k.t. mәhsulları istehsalçılarıdır. Ümumilikdә H.-da 100 mln.-dan çox torpaq mülkiyyәti (20 әsrin sonlarında k.t. siyahıyaalmasına әsasәn) var, onlardan 62%-i әn xırda tәsәrrüfatlar (1 ha-yadәk; k.t. sahәlәrinin 17%-i); 19%-i – xırda tәsәrrüfatlar (1–2 ha, k.t. sahәlәrinin 19%-i); 18%-i – orta tәsәrrüfatlar (2–10 ha, k.t. sahәlәrinin 49%-i); tәqr. 1%-i – iri tәsәrrüfatlardır (10 ha-dan çox, k.t. sahәlәrinin 15%-i). Ümumi k.t. mәhsulları dәyәrinin tәqr. 60%-i iri vә otra tәsәrrüfatların payına düşür. K.t.-nın aparıcı sahәsi bitkiçilikdir. K.t. bitkilәrinin әkin sahәlәri stabildir (2016; tәqr. 434 mln. ha). Aqroiqlim şәraiti ilboyu әkinçiliklә mәşğul olmağa imkan yaradır, lakin azrütubәtli olduğundan quru mövsümdә sahәlәrin yalnız 1/3-i (tәqr. 144 mln. ha) tәkrar әkilir. H.-da iki k.t. mövsümü var: mәhsulun әsas hissәsinin becәrildiyi yağışlı yay (harif; mayın sonu/iyunun әvvәli – sentyabr/noyabr) vә quru qış (rabi; oktyabr/noyabr – mart/aprel).
    Runqaqorda (Assam ştatı) çay plantasiyaları.
    H.-da 2018 ildә 285,2 mln. t әrzaq bitkilәri istehsal edilmişdir (bunların 94%-i dәnli taxıl, 6%-i dәnli-paxlalı bitkilәr). Əhalinin mühüm k.t vә әrzaq bitkisi çәltikdir. H. çәltik istehsalının hәcminә görә (113 mln. t; 2018) Çindәn sonra ikinci yerdәdir. Çәltik xırda kәndli tәsәrrüfatlarında, әsasәn, yağışlı yay mövsümündә (çәltik sahәlәrinin tәqr. 2/3-si suvarılmır) becәrilir. Çәltikçiliyin mühüm rayonları ölkәnin şm.-ş. (Qanq vә Brahmaputra çayları dәrәlәri), ş. vә c. sahilyanı rayonlarıdır (yığım tәqr. 70%). “Basmati” düyüsü mәşhur elit sortlardan biridir. Əhәmiyyәtinә görә ikinci әrzaq bitkisi buğdadır (tәqr. 100 mln. t yığım, 2018; Çindәn sonra dünyada ikinci yer). 21 әsrin әvvәllәrindәn әkin sahәlәrinin genişlәndirilmәsi (Qanq çayı dәrәsindә әnәnәvi çәltikçilik rayonları da daxil olmaqla, әsasәn, ölkәnin şm.-q.-ndә, suvarılan torpaqlarda) nәticәsindә buğda yığımı sürәtlә artır. Aparıcı istehsalçılar Uttar-Pradeş (ümumi yığımın 1/3-i), Pәncab vә Haryana ştatlarının iri tәsәrrüfatlarıdır. Qarğıdalı mәhsulunun xeyli hissәsi (tәqr. 27,8 mln. t, 2018) c.-da yerlәşәn Andhra-Pradeş vә Karnataka ştatlarında yığılır. Yoxsul әhalinin qida rasionunda darı növündәn bitkilәr mühüm yer tutur, ölkәnin mәrkәzi vә q. hissәsindәki quraq rayonlarda covar (kalış növü), bacra (darı növü) vә s. becәrilir. Dәnli-paxlalı bitkilәr vegetarian qidalanmada, xüsusәn әhalinin yoxsul tәbәqәsi üçün әn mühüm protein mәnbәyidir. Əsas dәnli-paxlalı bitkilәr – nut (noxud), tur (göyәrçin noxudu, yaxud qırmızı paxla), hәmçinin urd (xırda toxumlu lobya növü, yaxud qara paxla), maş (qızılı paxla) vә munq (yaşıl maş); khesari (lәrgә), masur (mәrci) vә s. becәrilir. Dәnli-paxlalı bitkilәrin ümumi yığımı (16.5 mln. t, 2015/16) üzrә H. dünyada aparıcı yerlәrdәn birini tutur, lakin bu, ölkә әhalisinin tәlәbatını tam ödәmir; mәhsuldarlıq aşağı sәviyyәdәdir, әkin sahәlәri genişlәndirilmir. Dәnli-paxlalı bitkilәr ölkәnin şm. vә şm.-q.-indә becәrilir. Yağlı bitkilәr (25.3 mln. t yığım, 2015/16), demәk olar ki, ölkәnin hәr yerindә becәrilir. Yerfındığı әkini (47 mln. t tәmizlәnmәmiş fındıq, 2018; Çindәn sonra ikinci yer) geniş yayılmışdır, mәhsulun әsas hissәsi ölkәnin q.-indә Qucarat ştatında, hәmçinin cәnub ştatlarında yığılır. Yağlı bitkilәrin әkin sahәlәrindә raps (yığım 8 mln t, 2018; Kanada vә KXDR-dәn sonra üçüncü yer) vә xardal çoxalır. Küncüd (0,69 mln. t, Çindәn sonra ikinci yer), kәtan (toxumluq), günәbaxan, soya bitkilәri vә s. becәrilir. Yığımın artırılması vә bitki yağlarının istehsalında defisiti aradan qaldırmaq üçün bu bitkilәrin istehsalçılarına dövlәt yardımı proqramı hәyata keçirilir. Əsas texniki bitkilәr şәkәr qamışı, pambıq vә cutdur. Şәkәr qamışı yığımına görә (341,2 mln. t; 2018) H. dünyada Braziliyadan sonra ikinci yeri tutur. Əkin sahәlәrinin tәqr. 92%-i suvarılır. Əsas becәrilmә rayonları – Qanq çayının dәrәsi (yığımın tәqr. 50%-i Uttar -Pradeş ştatının payına düşür), hәmçinin Maharaştra vә Tamilnad ştatlarıdır. H. pambıq becәrilәn torpaqların sahәsinә görә dünyada 1-ci yeri tutur, lakin mәhsuldarlıq aşağıdır – dünya üzrә orta mәhsuldarlığın tәqr. 63%-i. Pambıq (tәqr. 3,9 mln. t pambıq lifi, dünya üzrә istehsalın 40%-i, 2018; dünyada üçüncü yer), әsasәn, ölkәnin q.-indә (Qucarat vә Maharaştra ştatları – ümumi pambıq yığımının tәqr. 50%-i, әsasәn, aşağıkeyfiyyәtli lifli quraqlığadavamlı sortlar) vә şm.-q.-indә (Pәncab vә Haryana ştatları – yığımın tәqr. 1/3-i; әsasәn, suvarılan torpaqlarda) becәrilir. H. dünyada әn iri cut istehsalçısıdır (dünya üzrә istehsalın tәqr. 40%-i). Mühüm r-nları – Qәrbi Benqaliya (ümumi yığımın tәqr. 1/5-ü), Bihar, Assam, Orissa ştatlarıdır. Bitki liflәrinin istehsalı mәqsәdilә mesta, çәtәnә, kәtan, aqava (sizal istehsalı üçün) becәrilir. Mühüm plantasiyalar: qәhvә, çay, geveya (kauçuklu). İri plantasiya tәsәrrüfatlarının çox hissәsi H.-ın cәnub sahilboyu zonasında (c.-ş.-dә Koromandel sahili vә c.-q.-dә Malabar sahili) yerlәşmişdir. H. dünyada әn iri çay yarpağı istehsalçısı (dünya üzrә istehsalın 22%-i, 1,325 mln. t, 2018) vә istehlakçısıdır. Daxili tәlәbatın artması vә digәr iri istehsalçılarla rәqabәtin güclәnmәsi nәticәsindә dünya ixracatında H.-ın payı azalmışdır (tәqr. 7,5%, 2017). Çay kollarının yenilәnmәsi (replantasiya) proqramının hәyata keçirilmәsi 1990-cı illәrin axırı – 2000-ci illәrin әvvәllәrindә istehsalın bir qәdәr azalmasına gәtirmiş, lakin 2005/06 illәrdәn yığım yenidәn artmağa başlamışdır. Əsas çay plantasiyaları ölkәnin şm.-ş. (Assam vә Qәrbi Benqaliya ştatları) vә c.-unda (Tamilnad, Kerala, hәmçinin Karnataka ştatları) cәmlәnmişdir. Qәhvә yığımının böyük hissәsi cәnub ştatlarının payına düşür, mәhsulun 70%-indәn çoxu ixrac olunur. Tәbii kauçuk istehsalı üzrә (562 min t, 2015/16) H. dünyada 3-cü, istehlakı üzrә 4-cü yeri tutur. Kauçuk lateksi yığımının tәqr. 88%-i xırda tәsәrrüfatların (0,5–20 ha torpaq sahәsi), 12%-i iri plantasiyaların payına düşür. Kauçuklu bitki әkinlәri ölkәnin c.-unda, Kerala vә Tamilnad ştatlarında cәmlәnmişdir (bütün әkinlәrin 85%-i; kauçuk istehsalının 95%-i). H. statistikasında hindqozu (745 min t yığım, dünyada Vietnamdan sonra 2-ci yer, 2017) plantasiya bitkilәrinә aid edilir; tәmizlәnmiş vә emal edilmiş hindqozu ölkәnin mühüm ixracat mәhsuludur.
    Tamilnad ştatında çәltik plandasiyası.
    Ədviyyat hindistanlıların gündәlik qidalanmasının tәrkib hissәsi vә әnәnәvi ixracat mәhsuludur (әdviyyat bitkilәrinin sahәsi 5,2 mln. ha). Əkin sahәlәrinin böyük hissәsini “çili” bibәri (tәqr. 97%-i ölkә daxilindә istehlak olunur) tәşkil edir; demәk olar ki, hәr yerdә yetişdirilir, әsas istehsalçıları Andhra-Pradeş, Maharaştra, Tamilnad vә Karnataka ştatlarıdır. Becәrilәn müxtәlif növ әdviyyat bitkilәri: cirә, bibәr (qara, ağ, uzun hind bibәri), hil, koriandr, zәncәfil, cövüz, zәfәran, uzunlifli sarıkök, yaxud turmerik vә s. (1100 t ümumi yığım, 2009) әnәnәvi olaraq ixracyönlüdür. Əsas becәrilmә r-nları H.-ın cәnub ştatlarıdır. Tәrәvәzin ümumi yığımına görә (113 mln. t; dünya üzrә yığımın tәqr. 14%-i vә ixracatın tәqr. 1%-i) H. yalnız Çindәn geri qalır. H. gül kәlәminin yığımı üzrә dünyada 1-ci, soğan üzrә – 2-ci, digәr kәlәm növlәri üzrә isә 3-cü yerdәdir. Kartof istehsalı (48,6 mln. t 2017) artmışdır. Hәmçinin pomidor, badımcan, sarımsaq, qabaq vә s. becәrilir. Dünya üzrә meyvә istehsalının 10,9%-i (82,6 mln. t; Braziliyadan sonra 2-ci yer) H.-ın payına düşür. H. dünyanın әn iri banan (30,5 mln. t; dünya üzrә yığımın tәqr. 1/4-i, 2018, әsasәn, c.-da becәrilir) vә manqo meyvәsi (19,7 mln. t; dünya üzrә yığımın tәqr. 2/5-si; әsasәn, Qanq düzәnliyindә vә sahilyanı ovalıqlarda becәrilir) istehsalçısıdır, limon vә laym (tәqr. 1,4 mln. t; Meksikadan sonra 2-ci yer), digәr tropik meyvәlәr – papaya, quava, ananas, durian yığımı üzrә aparıcı yerlәri tutur; alma (dağlıq r-nlarda becәrilir), üzüm (әsasәn, kişmiş istehsalına yönәlmişdir), tütün mәhsulu artmışdır. Heyvandarlıq (k.t. mәhsulları dәyәrinin tәqr. 23%-i; sәhra rayonlarında 70%-әdәk, yarımsәhra rayonlarında 40%-әdәk) zәif inkişaf etmişdir; aşağı mәhsuldarlıq, әsasәn, otlaq sahәlәrinin qıtlığı ilә әlaqәdardır. Heyvan mәnşәli mәhsulların istehlakı aşağı sәviyyәdәdir. Heyvandarlıqda әsas, yaxud әlavә fәaliyyәt növü kimi 18 mln. nәfәr çalışır. Heyvandarlıq kәnd yoxsullarının – torpağı olmayan k.t. fәhlәlәrinin vә kiçik torpaq sahәsi sahiblәrinin mühüm gәlir yeridir. Yoxsul ailәlәrә k.t. heyvanlarının verilmәsi üzrә dövlәt proqramı hәyata keçirilir, lakin tәsәrrüfat torpaqlarının kәskin çatışmazlığı yem defisitinә sәbәb olur. Qaramalın sayına görә (tәqr. 298,4 mln. baş, 2017) H. yalnız Braziliyadan geri qalır. Ətlik heyvandarlıq inkişaf etmәmişdir (әhalinin әsas hissәsi vegetariandır, inәklәrin kәsilmәsi qadağandır). Qaramalın böyük hissәsindәn qoşqu mәqsәdilә istifadә edilir. Ən çox istifadә edilәn әt növlәri: keçi әti (123 mln. keçi), qoyun әti (58 mln. qoyun), toyuq әti; donuzçuluq yalnız bәzi azsaylı xalqlarda vә tayfalarda inkişaf etmişdir. 20 әsrin 80–90-cı illәrindә süd kooperativlәrinin inkişafına dövlәt dәstәyi, sәmәrәli fәaliyyәt göstәrәn “Milli süd şәbәkәsi”nin (“National Milk Grid”; kәndlәrdәn südün alınması, emalı vә istehlak yerlәrinә çatdırılması) yaradılması vә s. tәdbirlәr süd istehsalının artımına (176,3 mln. t, 2017) sәbәb olmuşdur. Quşçuluq (3,6 mln. t quş әti, 4,9 mln. t yumurta, 2017) sürәtlә inkişaf etmişdir. Hindistanlıların qida rasionunda heyvan mәnşәli zülalların tәqr. 2/3-sini balıq vә balıq mәhsulları tәşkil edir (21 әsrin әvvәllәri). Balıqçılıq, balıqyetişdirmә tәsәrrüfatlarında tәqr. 14 mln. nәfәr çalışır. Balıq ovu üzrә H. dünya liderlәri beşliyinә daxildir. Sektorun problemlәrindәn biri müasir, texniki cәhәtdәn tәchiz olunmuş balıqçılıq vasitәlәrinin çatışmazlığıdır; gәmilәrin çoxu әnәnәvi balıqçı qayıqlarıdır (o cümlәdәn, bütöv ağac gövdәsindәn oyulmuş, taxta lövhәlәrdәn düzәldilmiş vә s.). Dәniz balıqçılığı әn çox dәnizyanı c. vә q. ştatlarında (siyәnәk, sardina vә ançous, paltusun müxtәlif növlәri, makrel, skumbriya), çay balıqçılığı – ş. vә şm.-ş. ştatlarında inkişaf etmişdir. Krab, krevet, istridyә vә s. ovlanırr; әnәnәvi mirvari hasilatı saxlanılır. Xidmәt sferası iqtisadiyyatın әn iri sektorudur. Ölkә ÜDM-i strukturunda onun payı daim artır (ÜDM-in tәqr. 54,4%-i, 2016; işlәyәnlәrin tәqr. 31%-i, 2014). Dünya üzrә xidmәtlәrin ixracı/idxalında H. 10–11-ci yeri (xidmәtlәrin ixrac hәcmi 167 mlrd. dollar, 2013–14) tutur. Xidmәt sferasında kiçik vә orta biznesin inkişafına xüsusi diqqәt verilir; әn xırda (avadanlıq vә maşınlara investisiya hәcmi 1 mln. rupiyәdәk), xırda (20 mln. rupiyәdәk) vә orta (50 mln. rupiyәdәk) şirkәt vә ailә müәssisәlәrinә müxtәlif növ dövlәt dәstәyi göstәrilir. Xidmәt sferasının әn mühüm sahәlәri informasiya texnologiyaları (İT) sektoru, maliyyә xidmәtlәri, ticarәt, nәql., rabitә vә telekommunikasiyalar, turizm sәnayesidir. Xidmәt sferasının әn sürәtlә inkişaf edәn sahәsi İT sektorudur (proqram mәhsullarının işlәnib hazırlanması vә satışı, İT-nin, o cümlәdәn informasiya sistemlәri vә İT-infrastrukturunun tәtbiqi vә dәstәyi ilә әlaqәdar xidmәtlәrin göstәrilmәsi, sifarişlә proqram tәminatının işlәnib hazırlanması; kompüter avadanlıqlarının, komplektlәşdirici vә periferiya qurğularının istehsalı vә satışı). İT sektorun inkişafı dövlәtin fәal dәstәyi ilә (20 әsrin 90-cı illәrindәn üstün әhәmiyyәt kәsb edir) baş verir. 21 әsrdә İT sektorunda ÜDM-in 7,5%-i (2012) yaradılır, burada 1,63 mln. nәfәr çalışır; inkişaf tempinә görә (ildә 30% artım) Asiya-Sakit okean regionunun digәr ölkәlәrinin analoji sektorlarını qabaqlayır. İT sektorunun әsas seqmenti ixracyönlü proqram tәminatının istehsalıdır. 2006–07 illәrdә İT sektorunun satış hәcmi 47,9 mlrd. dollar, o cümlәdәn proqram tәminatı vә xidmәtlәr 39,7 mlrd. dollar (onlardan 31,3 mlrd. dollar ixracyönlü), kompüter avadanlıqlarının istehsalı 8,2 mlrd. dollar olmuşdur. İT xidmәtlәrinin ixracatının genişlәndirilmәsi üçün elmi-texnoloji parklar (21 әsrin әvvәllәrindә tәqr. 30 park), o cümlәdәn “proqram parkları” (proqram tәminatının hazırlanması üzrә xarici firmaların sifarişlәrini icra edәn, ofşor proqramlaşdırma üzrә ixtisaslaşdırılmış mәrkәzlәr) vә İT firmalarının fәaliyyәti üçün yüksәk texnoloji infrastruktur; İT vә telekommunikasiyalar sferasına xarici investisiya axınının cәlb edilmәsi, kommersiya banklarının İT şirkәtlәrinin maliyyәlәşdirilmәsi üçün stimullaşdırıcı tәdbirlәr hәyata keçirilir. 21 әsrin әvvәllәrindәn H. dünya üzrә aparıcı proqram tәminatı ixracatçılarından biridir (istehsal edilәn genişçeşidli proqram mәhsulları, әsasәn, biznes-autsorsinq vә injinirinq sahәlәrini әhatә edir). Dünya İT-autsorsinq bazarının (informasiya sistemlәrinә xidmәt, o cümlәdәn texniki dәstәk, korporativ poçt sistemlәrinә, veb-server vә saytlara xidmәt vә dәstәk, hostinq, informasiyanın qorunması, kompüter şәbәkәlәrinin administrasiyası, korporativ proqram mәhsullarının işlәnib hazırlanması, tәtbiqi, xidmәt edilmәsi vә s.) tәqr. 65%-i vә biznes-autsorsinq bazarının (o cümlәdәn maliyyә vә mühasibat uçotu sferasında autsorsinq) tәqr. 45%-i H.-ın payına düşür. Yüksәkixtisaslı H. mütәxәssislәrinә xaricdә tәlәbat böyükdür; iri şirkәtlәr digәr ölkәlәrdәki fәaliyyәtlәrini genişlәndirir. İT sahәsindә aparıcı şirkәtlәr: “Tata Consultancy Services Ltd.”, “Infosys Technologies Ltd.”, “Wipro Tech”, “Satyam Computer Services Ltd.”, “HCL Technologies”, “Patni Computer Systems Ltd.”, “i-flex solutions”, “CMC Ltd.”, “MphasiS”, “Polaris”. Əsas mәrkәzlәr: Banqalor, Heydәrabad, Mumbai, Noyda, Çennai, Puna. H.-ın İT-mәhsullarının әsas satış bazarları ABŞ (ixrac dәyәrinin 67%-i) vә Aİ ölkәlәridir (tәqr. 25%). Bank-maliyyә sektorunda bank-kredit müәssәlәrinin dövlәt vә dövlәt-kooperativ sistemi mühüm yer tutur. Maliyyә sisteminin inkişafında әsas rolu “Reserve Bank of India” (“RBI”; ölkәnin mәrkәzi bankı funksiyalarını yerinә yetirir) oynayır. Ölkәnin әn iri bankı “State Bank of India”dır (kredit-depozit әmәliyyatlarının tәqr. 20%-i). H.-ın 2-ci böyük vә әn iri özәl bankı – “ICICI Bank”dır. Bank-kredit sisteminә kommersiya bankları, sәnayenin uzunmüddәtli maliyyәlәşdirilmәsi üzrә dövlәt tәşkilatları vә k.t.-nın kreditlәşmәsi üzrә dövlәt-kooperativ sistemi daxildir. 28 dövlәt kommersiya bankı (ölkәnin bütün kommersiya bank bölmәlәrinin, әmanәt vә kreditlәrinin 80%-i onların payına düşür) fәaliyyәt göstәrir. Törәmә bölmәlәr qismindә 196 regional kәnd bankı vardır. Sәnayenin uzunmüddәtli maliyyәlәşdirilmәsindә dövlәt sektoru, demәk olar ki, inhisarçı mövqe tutur. Ştatların dövlәt maliyyә korporasiyaları ilә yanaşı sәnaye inkişafı korporasiyaları da fәaliyyәt göstәrir. K.t. kreditlәrinin tәqr. 50%-i dövlәt-kooperativ sistemi vasitәsilә alınır. İqtisadiyyatın mühüm sferalarına yönәlәn maliyyә axınının koordinasiyası üçün yaradılmış әsas banklar: “Industrial Development Bank of India” (“IDBI”), “National Bank of Agriculture and Rural Development” (“NABARD”). Koordinasiya funksiyalarını yerinә yetirәn maliyyә tәşkilatları: “Export-Import Bank of India” (“EXIM BANK”), “National Housing Bank” (“NHB”), “Small Indus tries Development Bank of India” (“SIDBI”), “Tourism Finance Corporation of India” (“TFCI”) vә s.
    Nәqliyyat. H.-ın geniş nәql. şәbәkәsi var. Avtomobil yollarının ümumi uz.-una görә H. ABŞ-dan sonra 2-ci, d.y.-na görә – 4-cü yeri (ABŞ, Rusiya vә Çindәn sonra) tutur. Lakin H.-ın nәql. sistemi texniki cәhәtdәn zәif inkişaf etdiyi üçün әlaqә sürәti aşağıdır. Avtomobil yollarının ümumi uz. 4,7 mln. km, o cümlәdәn milli avtomobil yolları – 96,2 min km (onların çox hissәsi ödәnişli sürәtli avtomagistral yollarıdır; hәrәkәt sürәti 120 km/saat-a qәdәr), ştatlardakı yollar 148 min km, mahalların әsas yolları 470 min km, kәnd vә digәr yollar 2650 min km-dir. Avtomobil yolları, adәtәn, 1–2 zolaqlı, bitum örtüklü olur. Kәnd әrazilәrindә, әsasәn, çınqıllı yollar üstünlük tәşkil edir. Yağış mövsümündә kәndl yollarının tәqr. yarısı yararsız hala düşür. Avtomobil daşınmasının tәqr. 40%-i milli avtomagistrallar vasitәsilә hәyata keçirilir (yolların ümumi uz.-nun tәqr. 2%-i); onların çox hissәsi hәr istiqamәtdә bir (avtomagistralların ümumi uz.-nun 32,5%-i), yaxud iki (55,5%) hәrәkәt zolağına malikdir; urbanizasiya rayonlarında 4 vә 6 zolaqlı avtomobil yolları tikilmişdir (milli şәbәkәnin 12%-i); H.-ın әn iri şәhәrlәrinә girişdә 8 zolaqlı hәrәkәt hissәlәri var. 20 әsrin 90-cı illәrindә bir çox köhnә yollar (Dehli – Aqra, Dehli – Caypur, Əhmәdabad – Vadodara, Mumbai – Surat, Banqalor – Maysur, Banqalor – Çennai, Çennai – Tada) genişlәndirilmişdir (4–6 zolağa qәdәr). Ən uzun milli avtomagistral: NH7 Varanasi – Komorin burnu (Kanniyakumari; uz. 2369 km; Cabalpur, Naqpur, Heydәrabad vә Banqolardan keçir). Dövlәt büdcәsinin vәsaiti hesabına Kәşmirin dağlıq sәrhәdyanı rayonlarında vә H.-ın ucqar şm.-ş.-indә yollar şәbәkәsi genişlәndirilmişdir. 1995 ildәn avtomobil yollarının tikintisi vә istismarına özәl kapital qoyuluşuna icazә verilmişdir. Ümumilikdә 55,7 mln. avtomobil nәql. vasitәsi var; hәr min nәfәrә 167 motorlu nәql. vasitәsi düşür (2015). Ən iri avtonәql. axını Dehli – Mumbai, Dehli – Kәlkәtә, Aqra – Banqalor, Mumbai – Çennai, Çennai – Bhubaneşvar, Mumbai – Kәlkәtә istiqamәtlәrinәdir. Şәhәrlәrdә kütlәvi sürәtli avtobus nәql. sistemi inkişaf etmişdir. İctimai nәql. zәif inkişaf etdiyindәn tәlәbatı özәl taksimotor parkı vә çox saylı üçtәkәrli motorişkalar ödәyir; kiçik şәhәrlәrdә çoxlu velorikşalar var. Əhalinin әsas şәxsi nәql. vasitәlәri velosipedlәr, motorollerlәr (skuter) vә motosikletlәrdir. Yükdaşımalarda mexaniklәşdirilmәmiş nәql. әhәmiyyәtli rol oynayır. Kәnd yerlәrindә sәrnişin vә yükdaşımalarda arabalardan istifadә olunur. Lakin onların bir çox şәhәrlәrә girişi tam vә ya qismәn qadağandır (mәs., gündüz vaxtı şәhәrin әsas magistral yolları ilә hәrәkәt qadağandır). Uzaq mәsafәlәrә kütlәvi yük vә sәrnişin daşınmasında әsas vasitә d.y.-dur. Daşınma xidmәti sahәsindә 1,5 mln nәfәr çalışır. D.y. şәbәkәsinin ümumi uz. 63,46 min km-dir, onun 17,81 min km-i elektriklәşdirilmişdir; ikinci yolların uz. 12,6 min km-dir (2007). Geniş d.y. şәbәkәsi (ikinci vә ayrılan yollarla) 108,8 min km tәşkil edir. D.y. şәbәkәsi enli (1676 mm; ümumi uz. 46,8 min km), metrlik (1000 mm; 13,29 min km) vә dar raylı (762 mm; 3,12 min km; әsasәn, dağlıq rayonlarda özәl d.y. şәbәkәsi) yollardan ibarәt olur. Enli raylı d.y. şәbәkәsinin әsas magistralları Dehli, Mumbai, Çennai vә Kәlkәtәni әlaqәlәndirir. 1998 ildә ölkәnin qәrb sahilboyunda uz. 760 km olan Konkan d.y. (Mumbai – Manqalur) açılmışdır; dәmir filizinin ixracı üçün d.y. xәtlәri tikilmişdir (Andhra-Pradeş vә Orissa ştatlarında). Lokomotivlәrin sayı tәqr. 7,7 min, onların 62%-i dizel, 36%-i – elektrik vә tәqr. 2%-i – buxarla işlәyir. D.y. vasitәsilә ildә 5,1 mlrd.-dan çox sәrnişin vә 667,4 mln. t yük [әsasәn, kömür – ümumi yük dövriyyәsinin 1/2-i, metallar, dәmir filizi, dәnli bitkilәr, sement; 2005–06; konteynerlәrin daşınmasını “Container Rajdhani” (“CONRAJ”) xüsusi xidmәti hәyata keçirir] daşınır. H.-ın d.y. şәbәkәsi Pakistan, Banqladeş vә Nepalın d.y. şәbәkәlәri ilә әlaqәlidir. D.y.-ları “Indian Railways” (1951 ildә yaradılmışdır; gәlirinin 70%-i yükdaşımalarındandır) dövlәt şirkәtinin tabeliyindәdir. Şәhәrәtrafı elektriklәş diril - miş d.y.-larının geniş şәbәkәsi Mumbai (303 km; eni 1676 mm; gündә 6,1 mln. sәrnişin daşınır), Çennai, Heydәrabad iri şәhәr aqlomerasiyalarının daxilindә fәaliyyәt göstәrir. Xarici ticarәt yükdaşımalarında dәniz nәql. aparıcı rol oynayır (ümumi çәkinin 95%-i); dәniz nәql. ilә yükdaşımanın hәcminә görә H. Asiyanın ikinci ölkәsidir. Əsas dәniz ticarәt yollarının kәsişmәsindә yerlәşәn H.- ın iri ticarәt donanması (dünya üzrә 17-ci yer) var. H.-ın dәniz ticarәt donanmasında 477 gәmi (hәr biri 1000 reg.br/t-dan çox; ümumilikdә 8350,1 min reg.br/t, yaxud 14339,4 min t dedveyt, 2006) vardır; gәmilәrdәn 5-i xarici gәmi sahibkarlarına mәxsusdur; 54 H. dәniz ticarәt gәmisi digәr ölkәlәrin bayraqları altında üzür. 12 iri, 180 orta vә kiçik dәniz portu vә körpüsü fәaliyyәt göstәrir. İri portların ümumi yük dövriyyәsi 423,4 mln. t (2005–06); onların fәaliyyәtinә dövlәt port şirkәtlәri nәzarәt edir. Kabotaj nәql.-la Haldiya, Paradip vә Vişakhapatnam portlarından 18,64 mln. t kömür daşınmışdır (2005–06). Qәrb sahilboyunda әn iri portlar (şm.-dan c.-a doğru): Kandla (yük dövriyyәsi 105,44 mln. t, әsasәn, konteyner vә quru yüklәr, 2016–17), Mumbai (56,5 mln. t, 2015–16), Cәvahirlәl Nehru (Mumbaidәn c.-da, 37,7 mln. t, 2006–07; konteynerlәrin emalı üzrә ixtisaslaşmışdır), Marmaqao (31,7 mlnş t), Yeni Manqalur (34,4 mln. t, әsasәn, neft portudur), Koçin (13,9 mln. t); ş. sahilboyunda – Kәlkәtә (10,8 mln. t), Haldiya (42,2 mln. t; 3 neft terminalı fәaliyyәt göstәrir), Paradip (88,95 mln. t), Vişakhapatnam (52 mln. t; әsasәn, neft, dәmir filizi vә kömür), Çennai (47,2 mln. t), Tuttukkudi (17,1 mln. t). İdxal edilәn әmtәәlәrin tәqr. 85%-i xarici gәmilәrlә çatdırılır; yüklәrin ixracatında H. şirkәtlәri üstünlük tәşkil edir. Andaman a-rı ilә dәniz sәrnişin nәql. Kәlkәtә vә Çennaidәn; Lakkadiv a-rı ilә Kerala ştatının portlarından keçir. Dәniz daşımalarını 102 gәmi sahibkarı şirkәti hәyata keçirir; aparıcı şirkәtlәr: “Shipping Corporation of India” dövlәt şirkәti (bütün dәniz daşımalarının tәqr. 40%-i) vә 3 özәl şirkәt – “Great Eastern Shipping”, “Essar Shipping Ltd” vә “Varun Shipping Ltd”. Şaxәlәnmiş çay şәbәkәsi vә çoxsaylı kanalların olmasına baxmayaraq, daxili su nәql.-nın rolu azdır. Gәmiçiliyә yararlı çayların vә kanalların ümumi uz. 14,5 min km-dir; çay yollarının yalnız 5,2 km-i vә kanalların 485 km-i iri vә orta çay gәmilәri üçün yararlıdır. Quraqlıq dövründә su yollarının çoxunun sәviyyәsi azalır (bu dövrdә gәmiçilik mәhduddur), lillәnmәyә mәruz qalır. Yükdaşımalarının hәcmi bütün digәr nәql. növlәrinin yük dövriyyәsinin tәqr. 0,1%-ini tәşkil edir (2006–07); әsas yüklәr kömür, tikinti materialları, taxıldır. Yükdaşımanın artmasını port tәsәrrüfatının zәif inkişafı vә çay yük gәmilәrinin çatışmaması lәngidir. Qanq çayında, onun deltasının qollarında vә Brahmaputra çayı üzәrindә intensiv bәrә nәql. tәşkil edilmişdir. Qodavari, Mahanadi, Narmada, Tapti vә Krişna çaylarının aşağı axını ilә kiçik gәmilәr üzür. Kerala ştatının dәniz sahilboyu uz. 168 km [Trivandram – Kvilon (Kollam) – Hosdurq] olan Qәrbsahil gәmiçilik kanalı keçir. Beynәlxalq sәrnişin daşımalarında aviasiya nәql. üstünlük tәşkil edir; aviaxәtlәr ölkәnin 80 iri vә orta şәhәrini birlәşdirir. Ölkәnin aviasiya parkı 485 hava gәmisindәn ibarәtdir (2015; H. aviasiya daşıyıcılarına mәxsusdur vә lizinq şәrtlәri әsasında fәaliyyәt göstәrir). 11 beynәlxalq vә 85 daxili aeroport var. Ən iri beynәlxalq aeroportlar Mumbai, Dehli, Çennai, Banqalor, Kәlkәtә vә Heydәrabaddadır. Ən iri milli aviaşirkәt “National Aviation Company of India”dır (2007 ildә “Indian Airlines” vә “Air India” şirkәtlәrinin birlәşmәsi әsasında yaranmışdır); digәr şirkәtlәr arasında “Jet Airways (India)”, “Air Deccan” vә “Jet Lite”. 2006–07 illәrdә daxili xәtlәrlә sәrnişindaşımada “Jet Airways” vә “Indian Airlines” şirkәtlәri, beynәlxalq sәrnişin daşımada “Air India” şirkәti lider olmuşdur. Neft kәmәrlәrinin uz. 8943 km, neft mәhsulları kәmәrlәrinin – 6152 km, qaz kәmәrlәrinin – 13581 km-dir (2012). Cәmi iki neft kәmәri var: Giri-Bata (Pәncab ştatı) – Mathura – Əhmәdabad – Koyali – Viramqam (Qucarat ştatı) vә Diqboy – Qauhati (Assam ştatı) – Barauni (Bihar ştatı). Neft mәhsullarının boru şәbәkәsi neft hasilatı rayonlarını neft emalı z-dları ilә (әsas qolları: Kanpur – Barauni – Haldiya, Kanpur – Siliquri – Qauhati, Barauni – Qauhati – Nahorkatiya) birlәşdirir. Vicayavada – Vişakhapatnam (Andhra-Pradeş ştatı) vә Manmad – Mumbai – Puna yerli neft mәhsullarının boru sistemlәri dә fәaliyyәt göstәrir. Magistral qaz boruları yalnız ölkәnin şm.-q. ştatlarının (Gucarat, Racәsthan, Madhya-Paradeş, Uttar-Pradeş, Haryana) әrazisindә çәkilmişdir, qaz yataqlarını dәniz portları vә iri şәhәrlәr ilә birlәşdirir. Metropoliten Kәlkәtә (1984–95; uz. 16,5 km olan iki xәtt) vә Dehlidә (2002; uz. 65 km olan üç xәtt var; әsasәn yerin üstü, yaxud estakadadan keçir) fәaliyyәt göstәrir.
    Xarici ticarәtdә әmtәә dövriyyәsinin hәcmi 769,1 mlrd. dollar, o cümlәdәn ixracat 303,5 mlrd. dollar, idxalat 465,6 mlrd. dollar tәşkil edir (2018). Xarici ticarәt defisitinin ödәnilmәsindә әsas yeri xidmәtlәrin ixracından gәlәn gәlir vә xaricdә yaşayan hindlilәrin pul köçürmәlәri tutur. 21 әsrin әvvәllәrindәn Asiya ölkәlәri ilә (Yaponiya, Çin, Cәnubi Koreya, ASEAN ölkәlәri) xarici ticarәt әlaqәlәri genişlәnmәkdәdir. Əsas ixrac әmtәәlәri: maşın, avadanlıq, alәt vә metal mәmulatları, emal olunmuş qiymәtli vә yarımqiymәtli daşlar, hazır zәrgәrlik mәmulatları, neft mәhsulları, kimya vә әczaçılıq mәhsulları, göndәri vә tekstil mәmulatları, dәmir filizi, digәr filizlәr vә minerallar, aqrar sektorun mәhsulları vә s. H. mәhsullarının әsas alıcıları (2017): Aİ ölkәlәri (17,4%), ABŞ (15,6%), BƏƏ (10,2%), Honkonq (4,9%), Çin (4,3%). H.-ın ixrac etdiyi bir sıra mәhsulların dünya ixracatında xüsusi çәkisi böyükdür, mәs., düyü (tәqr. 18%), çay (tәqr. 11%), әdviyyattlar (tәqr. 8%), qәhvә (2,5%), dәmir filizi vә konsentratlar (tәqr. 18%), dәri vә dәri mәmulatları (tәqr. 10%), qiymәtli, yarımqiymәtli daşlar vә mirvari (tәqr. 14%). Əsas idxal mәhsulları: yanacaq (neft vә neft mәhsulları, kömür; dәyәrin tәqr. 1/3-i), maşın vә avadanlıq, kompüter texnikası vә d. elektron mәhsulları, çuqun vә polad, metal qırıntıları, әlvan metallar vә әrintilәr, qızıl, gümüş, emal edilmәmiş qiymәtli vә yarımqiymәtli daş vә mirvari, kimya sәnayesi mәhsulları, gübrә, bitki yağı, tәmizlәnmәmiş hindqozu vә s. H.-ın әsas әmtәә tәdarükçülәri (2017): Çin (16,3%), ABŞ (5,5%), BƏƏ (5,2%), Sәudiyyә Ərәbistanı (4,8%), İsveç (4,7%). Azәrb. ilә H. arasında iqtisadi әlaqәlәr inkişaf etmәkdәdir. Ticarәt dövriyyәsi 109,2 mln. dollar, o cümlәdәn idxal – 136,6 mln. dollar, ixrac – 955,8 mln. dollar tәşkil etmişdir. Əsas idxal mәhsulları (t; 2019): iri buynuzlu heyvan әti – 572,7, çay – 581,2, düyü – 29857,3, dәrman vasitәlәri – 242,1; traktor – 115 әdәd.
    Turizm. Xarici turizm inkişaf etmәkdәdir; 2017 ildә ölkәyә 10 mln.-dan çox turist gәlmişdir (o cümlәdәn Banqladeşdәn – 15,7%, ABŞ-dan – 14,7%, B. Britaniyadan – 10,7%, Kanadadan – 3,6%, Malayziyadan – 3,4%, Şri-Lankadan – 3,4%, Avstraliyadan – 3,3%, Almaniyadan – 3,02%, Çindәn – 2,9%, Fransadan – 2,7%, Yaponiyadan – 2,4 %); turizmdәn әldәn olunan gәlir 23 mlrd. dollar tәşkil etmişdir (2017). Daxili turizm ölkәdә, әsasәn, Tamilnad (daxili turistlәrin 21,3%-i), Uttar-Pradeş (13,1 %), Andhra-Pradeş (9,5%), Madhya-Pradeş (9,3%), Karnataka (8,4 %), Maharaştra (7,2%), Telenqana (5,9%), Qәrbi Benqaliya (4,6 %) ştatlarına olmaqla yüksәk sәviyyәdә inkişaf etmişdir (ölkә üzrә 1,6 mln. turist, 2016). Əsas turizm növlәri: dini ziyarәt, mәdәni-dәrketmә (әn çox sәyahәt olunan şәhәrlәr Mumbai, Kәlkәtә, Dehli, Banqalor, Çennai, Aqra, Caypur), müalicәvi (Qoa, Kerala, Karnataka, Maharaştra ştatlarının dәniz kurortları; Darcilinq dağ-iqlim kurortu vә s.), idman (alpinizm, Himalaydakı dağ çaylarında raftinq; Himalay öndağlıqlarında dağ-xizәk mәrkәzlәri; su idmanı növlәri, o cümlәdәn Qoada dayvinq), ekoloji (ölkәnin milli parklarına sәfәrlәr). 21 әsrin әvvәllәrindәn istirahәt mәqsәdilә xaricә sәfәr edәn hindlilәrin sayı artmaqdadır (21,9 mln. turist, 2016).
    Şimali Qoa çimәrliklәri.
    Silahlı qüvvәlәr H.-ın silahlı qüvvәlәrinin (SQ) ümumi sayı 1,3 mln. nәfәrdir (2006); quru qoşunları (QQ), HHQ vә HDQ-dәn ibarәtdir. Sayı 1,7 mln. nәfәrdәn çox olan hәrbilәşdirilmiş qurumlar (milli tәhlükәsizlik qüvvәlәri, xüsusi hәrbilәşdirilmiş qüvvәlәr, xüsusi sәrhәd qüvvәlәri vә s.) vә әrazi qoşunları (40 min nәfәr) da var. İllik hәrbi büdcә 22 mlrd. dollardır (2005). Müharibә şәraitindә SQ-nin Ali baş komandanı ölkә prezidentidir. Dövlәtin müdafiә qabiliyyәtinin tәmin edilmәsinә vә SQ-nin vәziyyәtinә baş nazir cavabdehdir (nüvә silahının tәtbiqinә qәrar verilmәsi dә onun sәlahiyyәtinә daxildir). Dinc şәraitdә SQ-yә ümumi rәhbәrliyi Müdafiә Nazirliyi vasitәsilә müdafiә naziri (mülki şәxs) hәyata keçirir. SQ növlәrinin fәaliyyәtini SQ növlәrinin qәrargah rәislәrinin daxil olduğu Qәrargah Rәislәri Komitәsi әlaqәlәndirir (uyğunlaşdırır). Strateji qüvvәlәr komandanlığı inzibati qaydada Komitәnin sәdrinә tabedir. QQ-nin (1,1 mln. nәfәr) tәrkibinә 5 hәrbi dairә, 4 sәhra ordusu, 12 ordu korpusu (o cümlәdәn 3 zәrbә vә 1 sәhrada fәaliyyәt korpusu), 37 diviziya (3 zirehli tank, 4 çevik, 18 piyada, 10 dağ-piyada, 2 artilleriya), 16 әlahiddә briqada (8 zirehli tank, 5 piyada, 2 dağ-piyada vә 1 hava-desant), 8 әlahiddә ordu aviasiyası eskadrilyası daxildir. QQ “Prithvi” operativ-taktiki raketi üçün 12 әdәd buraxılış qurğusu, 2,7 minә yaxın tank, 1,7 minә yaxın zirehli döyüş maşını, 6 mindәn çox sәhra artilleriya topu, yaylım atәşi reaktiv sistemi vә minaatan, 2,5 minә yaxın tankvuran vasitә, 2,2 mindәn çox zenit raket vә komplekslәri, 160 ordu aviasiyası helikopteri, 10 pilotsuz UA ilә silahlanmışdır. HHQ-nin (170 min nәfәr) silahlarının tәrkibindә 759 döyüş tәyyarәsi, 400 yardımçı aviasiya tәyyarәsi, 250 helikopter, 4 pilotsuz UA, 250 zenit raket vә komplekslәri var. HHQ-nin әsas bazaları: Srinaqar, Ambala, Puna, Kalaykunda, Qvaliyar. HDQ-yә (55 min nәfәr) 4 әmәliyyat komandanlığı (Qәrbi, Şәrqi, Cәnubi, Uzaq Şәrq), 2 donanma, döyüş gәmilәri vә katerlәrindәn ibarәt 20 divizion, dәniz aviasiyasının 13 eskadrilyası vә dәniz piyadası (1,2 min nәfәr) daxildir; 80 döyüş gәmisi (o cümlәdәn 16 dizel sualtı qayığı, “Viraat” qayıqvuran aviasiyadaşıyanı, 25 raket gәmisi, idarәolunan raket silahlı 16 esmines vә freqat), 40 döyüş kateri (o cümlәdәn 17 raket kateri), 104 döyüş tәyyarәsi, 87 döyüş helikopteri vә 4 pilotsuz UA ilә tәchiz edilmişdir. HDQ-nin әsas bazaları: Mumbai, Vişakhapatnam, Port-Bler, Kәlkәttә, Karvar. Bütün silahlar vә hәrbi texnika xaricdә istehsal olunmuşdur. SQ müqavilә әsasında komplektlәşdirilir. Nepal sakinlәri qurkhlar vә qeyri-sıravi xidmәt üçün qadınlar orduya cәlb oluna bilәrlәr. Sıravi tәrkib üçün 15–25 yaşlarında, qeyri-sıravi xidmәt üçün 35 yaşadәk şәxslәr seçilir. Müqavilә SQ növündәn asılı olaraq 15 illik (10–12 il hәqiqi hәrbi xidmәt, 3–5 il ehtiyyatda olmaq üçün) bağlanır. Ehtiyat qüvvәlәri tәqr. 1,2 mln. nәfәr, sәfәrbәrlik ehtiyatı 293,7 mln. (o cümlәdәn hәrbi xidmәtә yararlı 172,2 mln.) nәfәrdir.
    Sәhiyyә H.-da әhalinin hәr 100 min nәfәrinә 60 hәkim, 80 orta tibb işçisi, 6 stomatoloq, 56 әczaçı, 47 mama (2005); hәr 10 min nәfәrinә 7 xәstәxana çarpayısı (2003) düşür. Sәhiyyәyә qoyulan xәrc ÜDM-in 5%-ni tәşkil edir (büdcә hesabına maliyyәlәşmә 17,3%, özәl sektordan – 82,7%) (2004). Sәhiyyәnin hüquqi tәnzimlәnmәsi H. Konstitusiyası ilә hәyata keçirilir. Vaksinasiya haqqında (2001), sığorta (tibbi sığorta da daxil olmaqla) haqqında (2001), tibb üzrә Mәrkәzi şura haqqında (1970, 2002); homeopatiya üzrә Mәrkәzi şura haqqında (2002); tibbi abortlar haqqında (2002) qanunlar; әlilliyi olan şәxslәr haqqında qәrar (2002) fәaliyyәt göstәrir; QİÇS-in profilaktikası vә nәzarәti milli siyasәti hәyata keçirilir (2002). Tibbi yardımı dövlәt vә özәl xәstәxanalar (әsasәn, şәhәrlәrdә), hәmçinin özәl kliniki mәrkәzlәr göstәrir. Dövlәt xәstәxanalarında hamilik sistemi mövcuddur. Tәxirәsalınmaz vә tәcili tibbi yardımın göstәrilmәsi dövlәt xәstәxanalarında yerinә yetirilir, sonra isә pasiyent özü müalicә yerini seçir. Uşaq doğulduqdan dәrhal sonra pulsuz icbari poliomielitә qarşı vә BCG vaksinasiyası aparılır. Ən çox yayılmış xәstәliklәr: hipertoniya, süd vәzisi xәrçәngi, diabet, mәdә-bağırsaq yolunun xәstәliklәri. İnfeksiyalar: bakterial dizenteriya, A vә E hepatitlәri, yatalaq, Denge qızdırması, malyariya. Kurortları: Darcilinq, Kunur, Masuri, Puri, Simla vә s.
    Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri Tәhsil sisteminin idarә olunması ştatların sәlahiyyәtlәrinә daxildir; tәhsilin keyfiyyәt vә standartlarını Tәhsil Nazirliyi müәyyәn edir; texniki tәhsil Ümüm hindistan texniki tәhsil şurasının idarәçiliyindәdir. “Tәhsil sahәsindә milli siyasәt” (1986), “Fәaliyyәt proqramı” (1986) vә onların yenilәnmiş variantları (1992) әsas tәnzimlәyici sәnәdlәrdir. H.-ın tәhsil sisteminә (1983 ildәn) 3–5 yaşlı uşaqlar üçün mәktәbәqәdәr, 5 illik ibtidai (bәzi ştatlarda 7 illik), 3 illik natamam orta, 2 illik tam orta tәhsil, texniki-peşә hazırlığı vә ali tәhsil daxildir. Mәktәb tәhsili 15 yaşa qәdәr uşaqlar üçün pulsuz vә icbaridir. Əsasәn özәl olan mәktәbәqәdәr tәlim vә tәrbiyәnin inkişafı zәifdir. İri şәhәrlәrdә uşaq bağçaları, kiçik yaşlı uşaqlar üçün mәktәb, hәmçinin ibtidai mәktәblәrin nәzdindә hazırlıq sinif -lәri rolunu oynayan mәktәbәqәdәr hazırlıq qrupları var. İbtidai mәktәbi bitirәnlәr tәhsillәrini natamam orta mәktәblәrdә, yaxud 1–3 illik ibtidai peşә mәktәblәrindә davam etdirirlәr. Tam orta mәktәbi bitirәnlәr ali mәktәbә qәbul olunmaq hüququnu qazanırlar. Peşә tәhsilini 3 illik aşağı texniki vә 2 illik sәnaye mәktәblәrindә, orta texniki tәhsil müәssisәlәrindә, hәmçinin müxtәlif peşә kurslarında almaq olar. Müvafiq yaşlı uşaqların 36%-i mәktәbәqәdәr tәhsilә, 90%-i ibtidai, 54%-i orta tәhsilә cәlb olunmuşdur. 15 yaşdan yuxarı әhalinin savadlılıq dәrәcәsi 90% tәşkil edir (2016). H. dünyada әn iri ali tәhsil sistemlәrindәn birinә malikdir, bura tәqr. 240 un-t, 10 mindәn çox kollec (әksәriyyәti un-t nәzdindә), 40-dan çox un-t statuslu ali tәhsil müәssisәsi vә 1000-dәn çox poli texnikum daxildir.
     
    Çatrapati Şahu Ci Maharacә Universiteti. Kampur ş. (Uttar-Pradeş ştatı).
    Əsas un-tlәr: Kәlkәtә [1857; 13 kampus, 200-dәn artıq kollec, incәsәnәt muzeyi (1937), rәsәdxana (1875)], Mumbai (Bombey; 1857; 1996 ildәn indiki adı ilә), Çennai (Mәdrәs; 1857), Dehli (1922), Racәsthan (1947), Maqadh un-ti (1962; Bihar ştatında), M.Qandi ad. un-t (1983; Kerala ştatında), C.Nehru ad. un-t (1969) vә İ.Qandi ad. milli açıq un-t (1985) – hәr ikisi Dehlidә. İri ali tәhsil müәssisәlәri arasında: H. k.t. tәdqiqat in-tu (1905), Layihәlәndirmә vә memarlıq mәktәbi (1955), Ümumhindistan tibbi tәdqiqatlar in-tu (1956), Milli dram mәktәbi (1959 ildә Milli musiqi, rәqs vә dram akademiyası nәzdindә yaradılmışdır; 1975 ildәn müstәqildir; mәktәbin nәzdindә “Sanskar Ranq Toli” truppası var), H. texnologiya in-tu (1961; 1963 ildәn indiki adı ilә), H. beynәlxalq hüquq vә beynәlxalq münasibәtlәr akademiyası (1964) – hamısı Dehlidә. Texniki in-tlar Mumbai, Dehli, Kanpur vә s., idarәetmә in-tları Əhmәdabad, Kәl kәtә, Banqalor, Lakhnau vә s.-dә fәaliyyәt göstәrir. Hәmçinin hind musiqisi ilә tanış edәn Birbunda Visva Bharati vә Hayraqarhda İndira Kala Sangith, Kәlkәtәdә benqal dili vә taqorşünaslıq yönümlü Rabindra Bharati, Mumbaidә qadın un-ti var.
     
    Caypurda Albert Holl Mәrkәzi Dövlәt Muzeyi.
    Elmi tәdqiqatlar milli akademiyalarda – incәsәnәt (1934), elm (1935), musiqi, rәqs vә dram (“Sangit Natak”, 1953, әn iri әnәnәvi mәdәniyyәt elmi tәdqiqat mәrkәzidir; akademiya nәzdindә “Kathak Kendra” vә C.Nehru ad. rәqs akademiyası fәaliyyәt göstәrir), Milli zәrif sәnәtlәr akademiyası (Lalit Kala Akademi, 1954; nәzdindә muzey), әdәbiyyat (1954), mühәndislik (1987); milli yoluxucu xәstәliklәr in-tu (1909; 1963 ildәn indiki adı ilә), Sanskrit akademiyası (1927), Milli fizika laboratoriyası (1950), Mәrkәzi tәdqiqat yol in-tu (1952), Biokimyәvi texnologiya mәrkәzi (1966), Asiya teatr in-tu – hamısı Dehlidә; Nüvә fizikası in-tu (1949; Kәlkәtә), H. dünya mәdәniyyәti in-tu (1945; Banqalor), H. memarlıq in-tu (1929; Mumbai) vә s. elmi müәssisәlәrdә aparılır. Rәsәdxanalar: meteoroloji (1877; Kәlkәtә), seysmoloji (Nyu-Dehli). Kitabxanalar: mәrkәzi arxeologiya (1902), kütlәvi (1951) – hәr ikisi Dehlidә; Milli kitabxana [1903 ildә kütlәvi (1836) vә imperiya (1891) kitabxanalarının birlәşdirilmәsi әsasında yaranmışdır; 1948 ildәn indiki adı ilә; Kәlkәtә], Tibet әsәrlәri vә arxivlәri kitabxanası (1971; Dharamsala), Mәrkәzi dövlәt kitabxanası (1914; Banqalor) vә s. İri muzeylәr: Milli muzey (1949), M.Qandi ad. milli muzey (1953; kitabxana daxildir), milli müasir incәsәnәt qalereyası (1954), tәtbiqi sәnәtlәr muzeyi (1956; “Praqati Maydan” sәrgi mәrkәzindә), beynәlxalq kukla muzeyi (1957), milli tәbiyyat tarixi muzeyi (1978) vә s. M.Qandi (1959), İ.Qandi (1984), C.Nehru (1964; bina 1929–30), R.Taqor memorial muzeylәri – hamısı Dehlidә; H. muzeyi (1814), Viktoriya memorialı (1906) – hәr ikisi Kәlkәtәdә, Dövlәt muzeyi (1866; Banqalor), Vadodara muzeyi (1894) vә şәkil qalereyası (1920) – hәr ikisi Barodada; indiki Vadodara), Orissa ştatının dövlәt muzeyi (1932) vә s.
    İdman Qәdim hind mәnbәlәrindә ayini sağlamlıq gimnastikası, rәqsli vә silahsız özünümüdafiә sahәsindә әnәnәlәrdәn ilk dәfә bәhs olunur, masaj sәnәtinin inkişafı qeyd edilir. Arxeoloji tapıntılar Qәdim Hindistanda hәlә e.ә. 3-cü minillikdә insanların yoqa ilә mәşğul olduqlarını sübut edir; atçılıq yarışları vә mәbәdlәrdә ritual rәqslәr (devadasi) böyük populyarlıq qazanmışdı. Qәdim hind eposundan mәlumdur ki, ari kastalarında hәrbi hazırlıq mәqsәdilә fiziki tәmrinlәr yerinә yetirirdilәr. Müasir şahmatın sәlәfi olan qәdim hind oyunu çaturanqa ehtimal ki, eramızın ilk әsrlәrindә meydana gәlmişdir. H.-da raketka ilә oynanılan әn populyar oyunlardan biri pune 19 әsrin axırlarında Avropada “badminton” adı ilә geniş yayılmışdır. H. 1900 ildә Olimpiya Oyunlarında iştirak etmiş ilk Asiya dövlәti oldu. H. tarixindә ilk Olimpiya medallarını 200 m vә maneәlәrlә 200 m qaçış üzrә yarışların gümüş mükafatçısı N. Priçard qazanmışdır. H. idmançıları Olimpiya Oyunlarında 1920 ildәn ardıcıl iştirak edirlәr. 1927 ildә H. Olimpiya Assosiasiyası tәsis edilmiş; hәmin il BOK tәrәfindәn tanınmışdır. H. idmançıları Olimpiya Oyunlarında (1900–2016) 28 medal, o cümlәdәn 9 qızıl, 7 gümüş, 12 bürünc medal qazanmışlar. H.-ın otüstü hokkey üzrә yığma komandası әn uğurlu çıxış edәrәk, 8 dәfә Olimpiya Oyunları çempionu olmuşdur; Olimpiya Oyunlarının üç dәfә qaliblәri: C.Çand (1928-36 illәrdә), R.Centle, L.Klaudius, R.Frensis vә Balbar Sinqh (1948–56 illәrdә), Udham Sinqh (1952–56, 1964 illәrdә). 1950–70-ci illәrdә H.-da idmanın inkişafı ilә 1954 ildә tәsis edilmiş vә Maarif nazirliyinin rәhbәrliyi altında fәaliyyәt göstәrәn İdman vә Fiziki Tәlim Milli Şurası mәşğul olmuşdur. 1969 ildә universitet vә kolleclәrdә idmanın inkişafı ilә mәşğul olan Milli İdman Tәşkilatı yaradılmışdır. Müәllim vә mәşqçilәrin hazırlanması xüsusi universitet vә kolleclәrdә hәyata keçirilir: Lakşmi ad. Milli Fiziki Tәlim Kolleci (1957 ildә Qvaliyar ş.-ndә açılmışdır); Milli İdman İn-tutu (1961 ildә Patiala ş.-ndә açılmışdır) vә s. Ən populyar idman növlәri: kriket, otüstü hokkey, avtomobil yarışları, şahmat, tennis, fil üzәrindә polo, futbol vә s. Kriket üzrә Dünya kuboku yarışlarının 9-unda (1975–2007) H. yığması bir dәfә qalib (1983) olmuş vә 2-ci yeri tutmuşdur (2003); kriket oyunu tarixindә S.Tendulkar, K.Devils, K.Loyd әfsanәvi oyunçular hesab olunurlar. Futbol üzrә H. yığma komandası iki dәfә Asiya Oyunlarının (1951, 1962) qalibi olmuş vә Melburn Olimpiya Oyunlarında (1956) 4-cü yeri tutmuşdur. H. zәngin şahmat әnәnәlәri ilә mәşhurdur. 1909 ildә Bombeydә (indiki Mumbai) 1-ci Ümumhindistan turniri tәşkil edilmişdir (M.Mohendale qәlәbә qazanmışdır). Şahmatçılardan 20 әsrin 1-ci yarısında bir sıra iri beynәlxalq turnirlәrin iştirakçısı olmuş M.Sultanxan (1905–66) beynәlxalq miqyasda tanınmışdır. H. tarixindә ilk beynәlxalq usta vә dәfәlәrlә ölkә çempionu M.Aaron olmuşdur. 1970-ci illәrin sonlarında 1980-ci illәrdә Ümumdünya şahmat olimpiadalarında H.-ın qadınlardan ibarәt yığma komandasını dәfәlәrlә Kadilkar – Vasanti bacıları (d.1961), Ceyşri (d.1962), Rohini (d.1963) tәmsil etmişlәr. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә dünyanın әn güclü şahmatçılarından biri, 2007 ildә Meksikada keçirilmiş dünya çempionatında qәlәbә qazanaraq şahmat tarixindә 15-ci dünya çempionu olmuş V.Anandın uğurları ölkәdә şahmatın kütlәvi inkişafına tәsir göstәrmişdir. H.Koneru (d.1987) qadınlar arasında keçirilәn dünya çempionatının (2006) iştirakçısı olmuş, FİDE-nin reytinq siyahısında (1.1.2008 il mәlumatına görә) Y.Polqardan sonra 2-ci sırada yer tutmuşdur. 1978 ildәn H.-ın müxtәlif şәhәrlәrindә beynәlxalq turnirlәr keçirilir; 2000 ildә Dehlidә FİDE-nin dünya çempionatı keçirilmişdir. Ölkәdә әnәnәvi avtoralli yarışları keçirilir: Musson, “Çerşinar çağırışı”, Himalay. Tennis üzrә kişilәrdәn ibarәt H. yığması üç dәfә Devis Kubokunun finalına (1966, 1974, 1987) çıxmış, son iki yarışlarda heyәtdә A. vә V.Amritraj qardaşları çıxış etmişlәr; dünyanın güclü qoşa oyunçularından olan L.Paes vә M.Bhupati dәfәlәrlә “Böyük dәbilqә” turnirlәrinin qaliblәridirlәr. Dünyanın 50 әn yaxşı qadın tennisçilәri sırasına 20 yaşlı S.Mirzә (d.1986) daxil olmuşdur (1.1.2007 il mәlumatına әsasәn). 1990-cı illәrin sonu – 2000-ci illәrin әvvәllәrindәn ölkәdә gәnclәr arasında әnәnәvi populyar idman növlәri ilә yanaşı qayayadırmanma (hazırlıq mәrkәzi Dehlidә), deltaplanerizm (Puna, Nyu-Dehli, Mumbai, Banqalor, Simla vә s şәhәrlәrdә klubları açılmışdır), raftinq, taekvondo vә digәr idman növlәrinә maraq artmışdır. Dehlidә dünyanın әn iri stadionlarından biri Solt-Leyk-Stadium (tәqr.120 min yer) inşa edilmişdir.
    Kütlәvi informasiya vasitәlәri H.-da ilk dövri nәşrlәr Britaniya müstәmlәkәçiliyi dövründә meydana gәlmişdi. 18 әsrin sonlarından ingilis dilindә “Hickey’s Bengal Gazette or the Calcutta General Advertiser” (1779), “Bombay Herald” (1789), “Madras Courier” (1785), “Bombay Gazette” (1791) buraxılmağa başlanıldı. 1860–80-ci illәrdә H.-da hәm yerli dillәrdә – “Amrita bazar patrika” (benqal dilindә), “Maharaştra mitra” vә “Kesari” (maratha dilindә) vә s., hәm dә Britaniya Hindistanının müxtәlifdilli әhalisi arasında kommunikasiya rolunu oynayan ingilis dilindә milli dövri mәtbuat yaranmışdır: “Hindu Patriot”, “İndian Mirror”, “Deccan Star”, “The Bengalee”, “The Mahratta” vә s. H. müstәqillik (1947) әldә etdikdәn sonra milli dövri mәtbuat sürәtlә inkişaf etmәyә başladı. 2006 ildә H.-da ümumi tirajı 142 mln. nüsxәdәn çox olan 62 550 dövri nәşr buraxılmışdı. Qәzet vә jurnallar 100-dәn çox dil vә dialektdә nәşr olunur. Hind (3410), ingilis (750), benqal (461), maratha (446), qucarat (421), urdu (397), teluqu (186), tamil (150), kannada (134), malayalam (144) dillәrindә buraxılan nәşrlәr üstünlük tәşkil edir. Hind (61 mln.-dan çox nüsxә; ümumi tirajın 43,5%-i), ingilis (26 mln.-dan çox nüsxә), malayalam (7 mln.-dan çox nüsxә), urdu (7 mln.-dan çox nüsxә) dillәrindә olan dövri nәşrlәrin tirajı daha yüksәkdir. Nәşr olunan qәzetlәrin sayına görә Dehli Milli paytaxt әrazisi vә Uttar-Pradeş ştatı liderdir. H. xalqları dillәrindә buraxılan әn iri gündәlik qәzetlәr: “Nav bharat tayms” (hind dilindә; 1947 ildә tәsis edilmişdir; tirajı 512,5 min nüsxә), “Hindustan” (hind dilindә; 1933; 112,4 min nüsxә), “Bombey samaçar” (qucarat dilindә; 1822; 132,5 min nüsxә), “Anandabazar patrika” (benqal dilindә; 1922; 458,1 min nüsxә), “Cuqantar” (benqal dilindә; 1937; 76,2 min nüsxә) vә s.; ingilis dilindә – “Tayms of İndia”, “İndian ekspress”, “Hindu”, “The Statesman” (1875; tirajı 148,4 min nüsxә), “The Hindustan Times” (1923; 345,9 min nüsxә), “The Economic Times” (1961; 102 min nüsxә), “The Financial Express” (1961; 30,1 min nüsxә). İngilis dilindә buraxılan iri jurnallar “İndia Today”, “Frontline”, “The Week”, “Outlook” vә s. nәşrlәrlә tәmsil olunmuşdur. H.-da buraxılan nәşrlәrin әksәriyyәti xüsusi mülkiyyәt tәşkil edir vә iri konsernlәrin nәzarәtindәdir. Ən mәşhur qәzet şirkәtlәri: “The Times of İndia” (A.Cayn ailәsi), “İndian Express” (Qoyenka ailәsi), “The Hindustan Times” (C.D.Birla ailәsi), “Ananda bazar patrika” (A.Sarkar ailәsi) qruplarıdır. H. qәzet sahibkarlarının sәhmdar cәmiyyәti olan PTI – Press Trust of İndia (1947) ölkәnin әn iri xәbәr agentliyidir. İkinci yerdә “The Statesman”, “The Hindustan Times”, “Amrita bazar patrika” qәzetlәrinin 1961 ildә tәsis etdiklәri UNI – United News of India korporativ xәbәr agentliyi durur. 1.2.1976 ildәn 14.4.1978 ilәdәk PTI vә UNI bu dövrdә fәaliyyәt göstәrәn “Samaçar” (“Xәbәrlәr”) Ümummilli xәbәr agentliyinin tәrkibindә idi. Qeyri-dövlәt müstәqil agentliklәri arasında: IPA – İndian Press Agency, Indo-Asian News Service vә Jal News. Press Information Bureau H. hökumәtinin rәsmi informasiya orqanıdır. İlk radiostansiya 1927 ildә Bombeydә fәaliyyәtә başlamışdır. 1936 ildәn İnformasiya vә Radioverilişlәri Nazirliyinin tabeliyindә Ümumhindistan dövlәt radiosu (hind dilindә – Akaşvani, ing. – All Indian Radio) fәaliyyәt göstәrir. H. müstәqillik әldә etdiyi vaxt 6 stansiyası vә 18 ötürücüsü olan Ümumhindistan radiosu әhalinin 11%-ini tәşkil edәn dinlәyici auditoriyasına malk idi. 2006 ildә 215 stansiyası (onlardan 139-u UQD diapazonunda) olan Ümum hindistan radiosunun verilişlәrini әhalinin 99,1% dinlәyirdi. Verilişlәrin yayımı ölkә daxilindә 24 dildә vә 146 dialektdә, xarici ölkәlәrә isә 22 dildә aparılır. 1990-ci illәrin әvvәllәrindәn iri şәhәrlәrdә özәl radioyayımı (әsasәn, UQD diapazonunda) hәyata keçirilir. Ən iri özәl radioşirkәtlәri: “Radio Mirchi”, “Radio City”, “Red FM”. İlk televiziya stansiyası 1959 ildә Dehlidә fәaliyyәtә başlamışdır. 1965 ildә Ümum hindistan radiosu tәrkibindә yaradılan “Televiziya” (hind dilindә – “Durdarşan”) dövlәt xidmәti 1976 ildәn İnformasiya vә Radioverilişlәri Nazirliyi nәzdindә müstәqil yayım korporasiyası kimi fәaliyyәtini davam etdirir. “Durdarşan”ın tabeliyindә ölkәnin әn iri şәhәrlәrindә yerlәşәn 46 telemәrkәz vә 1,4 min retranslyator fәaliyyәt göstәrir (2006). Yayım H. әhalisinin tәqr. 87 %-nin qәbul etdiyi 19 kanalda (o cümlәdәn 2 ümummilli vә 11 regional) aparılır. Peyk vә kabel televiziyası inkişaf edir. 1990-cı illәrin әvvәllәrindәn kommersiya televiziyası geniş yayılmışdır. “Star TV” aparıcı özәl teleşirkәtidir.
     
    Fәlsәfә Hind fәlsәfәsinin meydana gәlmәsi e.ә. 1-ci minilliyin ortalarına – hind sivilizasiyasının şramana dövrünә aid edilir. Bu dövrdәn etibarәn hәr biri ali nemәtә çatmanın fәrqli üsullarını göstәrmәklә, әksәr hallarda hakim brahmanizmә müxalif mövqedә duran çoxsaylı asket icmaları (sanskritcә “şramana”, palicә “samanna” – zahid, tәrki-dünya) yaranmağa başlamışdır. Bu icmalar arasında әn böyük vә nüfuzluları Cina Mahavira (bax Caynizm), Budda Şakyamuni (bax Buddizm) vә Makkhali Qosalanın (Acivika) davamçılarından ibarәt qruplar idi. Şәhәr sivilizasiyasının formalaşması ilә birlikdә nüfuzlu şәxslәrә inamla mәhdudlaşmayıb, öz dәrketmәlәrinә әsaslanan vә rәqiblәri ilә polemikada rasional arqumentlәrә müraciәt edәn insanlar meydana gәlmişdi. Polemika vә rasional arqumentasiyadan istifadә hind fәlsәfәsinin başlanğıcını VedalarUpanişadlar dövrünә deyil, mәhz hәmin zamana aid etmәyә imkan verir. H.-ın ilk filosofları hәlә ayrıca mәktәblәr – fәlsәfi biliklәrin ötürülmәsindә birbaşa varislik әnәnәlәrini yaratmamışdılar. Bu әnәnәlәr yalnız e.ә. 4 әsrdәn formalaşdı. Müxtәlif mәktәblәrin yaratdığı tәlimlәrin unifikasiyasına 2 әsrdәn hәmin mәktәblәrin baza mәtnlәrindә (sutralar) başlanıldı. 10 әsrdә, buddizm H.-dan, demәk olar, tam sıxışdırılıb çıxarılanda, mәktәblәrin genişlәnmәsi, sinkretik әnәnәlәrin yaranması vә müxtәlif istiqamәtlәr çәrçivәsindә işlәyәn ensiklopediyaçı filosofların meydana çıxması ilә hind fәlsәfi cәmiyyәtindә dәyişikliklәr baş verdi. Bu yetkin sxolastika mәrhәlәsinin yaradıcı potensialı 17 әsrәdәk reallaşdırılırdı. Müasir H.-da Avropa tәsiri ilә yeni tipli filosofluqla yanaşı, әnәnәvi mәktәblәr tәrzindә filosofluq da davam edir. Bütövlükdә hind fәlsәfә tarixi beş әsas dövrә ayrılır: şramana dövrü (e.ә. 5 әsr); erkәn mәktәblәr dövrü (e.ә. 4 әsr – eramızın 2 әsri); klassik dövr – әsas sistemlәrin formalaşması (2–9 әsrlәr); son sxolastika dövrü (10–17 әsrlәr); yeni vә әn yeni dövr (18 әsrdәn).
     
    Şramana dövrü (e.ә. 5 әsr). Buddizm tәliminin yayılmağa başladığı dövrdә H.-da dörd әsas dini qrup formalaşmışdı. Buddist mәtnlәrindә tapasinlәri (“asketlәr”), o cümlәdәn yunan kiniklәrinә bәnzәr “geyimsiz” asketlәri (açelaka); aciviklәri; nikahsızlıq andı içmiş kişi vә qadınlardan ibarәt azad birliklәr olan parivracakları (palicә “paribbacaklar” – tәrki-dünyalar) fәrqlәndirirdilәr. Daha yaxşı tәşkilatlanmış dördüncü qrupu caynizm nümayәndәlәri tәşkil edirdilәr. Budda isә öz şagirdlәri ilә beşinci qrup kimi onlara әlavә olunurdu. İlk hind materialistlәri vә ateistlәri dә müәyyәn tәsirә malik idilәr. Ehtimal ki, şramana filosoflarının müzakirә etdiyi Atman (ruhibaşlanğıc), alәmin әzәli olub-olmaması, Kainatın hüdudlu vә ya hüdudsuz olması, can vә bәdәnin fәrqli, yaxud eyni olması kimi problemlәri mәhz parivracaklar formulә etmişlәr.
     
    Erkәn mәktәblәr dövründә (e.ә. 4 әsr – eramızın 2 әsri) şramana mәnşәli әnәnәlәrә [lokayata (bax Çarvaka) sankhya, yoqa, acivika, caynizm vә buddizm nümayәndәlәri] yeni brahmançı cәrәyanları әlavә olundu (vayşeşika, nyaya, mimansa, vedanta). Bu dövrdә buddizm, sankhya, caynizm bir çox mәktәb vә cәrәyanlara bölünmüşdü. Brahmançıların tәsdiq, materialistlәr vә buddistlәrin isә inkar etdiyi Atmanın mövcudluğu bu dövrün әsas mәsәlәsi idi. Buddist mәktәblәrin fәlsәfi axtarışları dharmalar nәzәriyyәsi vә pudqalanın (kvazipersona) mövcudluğunun mümkünlüyü әtrafında cәmlәnmişdi. Diskusiya predmeti ölümlә gәlәcәk doğulma arasındakı xüsusi aralıq vәziyyәtinin (antarabhava) statusu, hәmçinin materiyanın etik statusu mәsәlәsi olurdu. Bәzi mәktәblәr (mәs., therava dinlәr) onu etik cәhәtdәn neytral hesab edir, digәrlәri isә onun insan bәdәni vasitәsilә xeyir vә şәr işlәrdә iştirak etmәklә yaxşı vә pis olmasını mümkün sayırdılar. Mimansakilәr vә filosof-qrammatikaçılar sözün әbәdi olduğunu (başlanğıcı olmayan), vayşeşiklәr isә onun sonradan yaradıldığını söylәyirdilәr.
    Klassik dövrdә (2–9 әsrlәr) әsas baza mәtnlәrinin iyerarxiyası formalaşdı vә sonralar onlara müxtәlif janrlarda şәrhlәr, hәmçinin tәdris vәsaitlәri, polemik, yaxud tәdqiqat xarakterli traktatlar yazıldı. Öz әhәmiyyәtinә görә xüsusi fәrqlәnәn bu dövrü şәrti olaraq iki mәrhәlәyә ayırmaq mümkündür: әsas fәlsәfi cәrәyanlara aid baza mәtnlәrinin mәcәllәlәşdirilmәsinin tamamlanması (2–5 әsrlәr) vә onlara yazılmış әsas şәrhlәrin yaradılmasının tamamlanması (5–9 әsrlәr). Umasvatinin caynizmin әsas prinsiplәrini formulә etdiyi “Tattva-artha-adhiqama-sutra”, әfsanәvi Kanadaya aid edilәn vә brahmanizmin әsas mәtnlәri arasında әn qәdimi olan “Vayşeşika-sutra”, Veda mәrasim qaydalarının şәrhinә hәsr edilmiş vә brahmançıların әn irihәcmli mәtni olan “Mimansa-sutralar” (2621 sutra), buddaçı madhyamaka mәktәbinin baza mәtni – Naqarcunanın “Mulyamadhyamika-karika” traktatı, Qotamaya aid edilәn “Nyayasutralar”, Vedantanın baza mәtni olan “Brahma-sutralar”, buddaçı mәktәb vic- nyanavada-yoqaçaranın әsas mәtni olan vә bu mәktәbdә işlәnib hazırlanmış (Asanqa Maytreyanın “hәmmüәllifliyi” ilә) yoqa tәcrübәsini izah edәn “Madhyanta-vibhanqa-sutra”, Patancaliyә aid edilәn “Yoqa-sutralar” (4 әsr) baza mәtnlәri mәrhәlәsinә aiddir. Bu mәrhәlә sankhya “ortodoksal” versiyasını tәmsil edәn İşvarakrişnanın “Sankhya-karika” traktatı (4–5 әsrlәr) ilә başa çatır. Baza mәtnlәrinin şәrh edilmәsi artıq 1-ci mәrhәlәdә başlayır: “Mahavibhaşa” abhidharmik mәtn olan “Cnyanaprast hana”-nın sәrbәst şәrhidir (2 әsrin 1-ci yarısı); Buddhaqhoşinin pali Tipitakasına şәrhlәri (5 әsr) mәlumdur; Vatsyayananın “Nyaya-bhaşya”sı “Nyaya-sutralar”ın әsas şәrhidir (4–5 әsrlәrdәn gec olmayaraq). Kundakundanın (tәqr. 3–4 әsrlәr) diqambarlar tәliminin әsaslarını bir yerә toplayan “Pravaçanasara” vә digәr әsәrlәri traktat janrına aiddir. Aryadevanın “Çatuhşataka” traktatında (3 әsr) “boşluq” konsepsiyası vә hәqiqәtin müxtәlif sәviyyәlәri izah edilir, buddizmin әsas rәqiblәri olan vayşeşiklәr vә sankhyaiklәr tәnqid olunur. Asanqa vә Vasubandhu yoqaçarlar üçün әsas traktatları yazırdılar. Qrammatikaçı-filosof Bhartriharinin “Vakyapadiya”sı (“Cümlә vә söz haqqında”), Diqnaqanın “Pramanasammuçaya”sı da 5 әsrin әsas fәlsәfi traktatlarıdır. Klassik dövrün 2-ci mәrhәlәsindә baza mәtnlәrinә әsas şәrhlәr yazılmış vә nәticәdә öncәki mәrhәlәdә mәcәllәlәşdirilmiş mәktәblәr “bütöv” fәlsәfi sistemә (darşanam) çevrilmişdir. Hind fәlsәfәsindә üç әsas şәrh janrı var: bu vә ya digәr sistem tәrәfdarlarının müәllim rәhbәrliyi altında öyrәnilmәsi üçün nәzәrdә tutulmuş tәdris vәsaiti tipli şәrhlәr; baza mәtnlәrinin müәllimlәrin özlәri üçün nәzәrdә tutulmuş normativ şәrhlәri; baza mәtnlәri әsasında prinsipial olaraq yeni doktrinalar işlәyib hazırlayan nәzәri şәrhlәr. Caynizm Kundakundaya, Umasvatinin sutralarına, şvetambar vә diqambar kanonlarına yazılmış çoxsaylı şәrhlәrlә (nәsr vә nәzmlә) tәmsil olunur. Əsas şәrhçilәr Pucyapada (6 әsr), Samantabhadra (7 әsr), Akalanka Bhatta (7–8 әsrlәr), Siddhasena Divakara (7–8 әsrlәr) vә Haribhadradır (8 әsr). Yoqaçara-vicnyanavada buddist mәktәbindә Asanqa, Vasubandhu vә Diqnaqanın әsәrlәri şәrh edilirdi. Diqnaqa ideyalarının davamçısı olan Dharmakirtinin әsәrlәri Vinitadeva (8 әsr) vә Dharmottara (9 әsr) tәrәfindәn şәrh olunurdu. 9 әsrә qәdәr yoqaçaranın Asanqa vә Diqnaqa tәrәfdarlarına bölünmәsi başa çatdı. Bundan әvvәl isә madhyamakinin parçalanması baş vermişdi (6 әsr). Naqarcunanın karikalarını şәrh edәn Buddapalita qarşısına rәqiblәri madhyamakilәrin konsepsiyalarını absurda çevirmәk mәqsәdi qoyan prasanqiklәr cәrәyanını, Buddapalitanın müasiri olan Bhavaviveka Naqarcunanın “bәdbin dialektika” sını nikbin sistem şәklindә şәrh etmәyә çalışan svatantriklәr mәktәbini yaratdı. Tәqr. 7 әsrin ortalarında Cayaraşi tәrәfindәn yaradılmış hind skeptiklәrinin yeganә baza mәtni variantı olan “Tattvopap lavasinnha” (“Bütün prinsiplәrin üzәrinә aslan hücumu”) da bu dövrә aiddir. 6–9 әsrlәrdә “Sankhya-karika”ya әn azı 8 şәrh yazılmışdır. 6 әsrdә Vyasa yoqa sutralarının әsas şәrhi olan “Yoqa-sutrabhaşya”nı yazdı. Çandramatinin (5–6 әsrlәr) “Daşa-padartha-şastra” (“On kateqoriya haqqında tәlim”) traktatında vayşeşikanın altı kateqoriyasına dörd yenisi әlavә edildi, Praşastapadanın (tәqr. 6 әsr) “Padartha-dharma-sanqraha” traktatı formal şәkildә “Vayşeşika-sutralar”la әlaqәli olsa da, әslindә müstәqil әsәr idi. Nyaya mәktәbindә Vatsyayanın “Nyaya-sutralar”a yazdığı şәrhә Uddyotakara (6–7 әsrlәr) nyaya mövzularını vә doktrinasını sistemlәşdirәn “Nyayavartika” adlı şәrh yazdı. Uddyotakaranın böyük müasiri vә “Mimansa-sutra-bhaşya”nın müәllifi olan Şabarasvamin bu mәktәbin epistemoloji sistemini yaratdı. Şabarasvaminin öz әsәrlәrinin şәrhi isә 7–8 әsrlәrdә әsası Kumarila BhattaPrabhakara Mişra tәrәfindәn qoyulan iki mimansa mәktәbinin meydana gәlmәsinә sәbәb oldu. Advayta-vedantanın әsas mәtninә çevrilmiş “Brahmasutra-bhaşya” traktatı (Şankara) 7–8 әsrlәrә aiddir. Artıq 9 әsrdә Brahmanın, Atmanın vә alәmin qarşılıqlı әlaqәsini realistcәsinә yenidәn mәnalandıran Bhaskaranın advaytaya qarşı olan bheda-abheda (“eyniyyәt fәrqlilikdәdir”) mәktәbi formalaşdı. 9 әsrdә Vasaquptanın “Şiva-sutralar”ında vә onun şagirdi Kallatanın “Spanda-karika”sında Kәşmir şivaizminin mәrkәzi ideyalarından biri – “kosmik vibrasiya” kimi İlahi energetika haqqında tәlim işlәnib hazırlandı. Ensiklopediyaçı-filosof Vaçaspati Mişranın “ortodoksal” daşranalar – vedanta, mimansa, nyaya, sankhya vә yoqa әnәnәsindә yazdığı traktatları vә şәrhlәri erkәn sxolastik mәrhәlәnin özünәmәxsus yekunu idi. Bu dövrdә buddizmin H.-dan tәdricәn sıxışdırılıb çıxarılmasında bir çox nüfuzlu hind filosofu, xüsusilә Kumarila Bhatta vә Şankara fәal iştirak etmişlәr.
    Son sxolastika dövrü (10–17 әsrlәr). Müsәlman fәthlәri nәticәsindә H.-da buddist monastır sisteminә son qoyulmuş, bud-dizm H.-dan tamamilә çıxmışdır. Artıq Qәznәvilәr [962–1186] vә Qurilәr [1148–1206] dövründә H.-da yayılmış islam tәfәkkürü Mәhәmmәd Tuğlaqın [1325–51] fәth etdiyi әrazilәrә dәrvişlәr göndәrmәsi sayәsindә möhkәmlәnmişdi. Sufi ideyaları ilә hind düşüncә tәrzi arasındakı yaxınlıqlara görә islam fәlsәfәsi H.-da, әsasәn, tәsәvvüf timsalında vüsәt tapmışdır. H.-da islam fәlsәfәsinin yayılmasında Hәllac, Hücviri vә b. mühüm rol oynamışlar. 13 әsrdә Mühyiddin İbn Ərәbinin әsәrlәrinin H.-a daxil olması hind fәlsәfi fikrindә yeni dalğa yaratmışdır. Hind mütәfәkkirlәrinin İbn Ərәbi fәlsәfәsi ilә Upanişadlar arasında uyğunluqlar tapması sayәsindә tәsәvvüf H. mühitindә daha rahat mәnimsәnilmişdir. Şәrәfәddin Dәhlәvi (ö. 1391), H.-da Quranın ilk şәrhçisi olan Mәxdum Əli Mәhaimi (1372–1431) vә b. onun “Füsusul-hikәm” әsәrini şәrh etmiş, Əhmәd ibn Mәhәmmәd Dәhlәvi (Mәsud bәy) әsәrlәrini onun tәsiri ilә yazmışdır. Çiştiyyә şeyxi Çıraq Dәhlәvinin (1274–1356) C.Ruminin “Mәsnәvi”sini yayması tәsәvvüfün H.-da vüsәt tapmasında mühüm rol oynamışdır. Sanskritcә “Amratkund” adlı traktatı “Bәhrül-hәyat” adı ilә farscaya tәrcümә edәn Şeyx Mәhәmmәd Qövs (ö.1563) hind fәlsәfәsi vә yoqa prinsiplәrini sufi әnәnәlәri ilә uzlaşdırmağa çalışmışdır. Xüsusilә 15–16 әsrlәrdә H.-da mövcud olmuş cәrәyanlar (bhakti, rövşәniyyә, şüttariyyә, qövsiyyә vә s.) vәhdәti-vücud nәzәriyyәsinin tәsiri altında idi. İslam, hinduizm, buddizm, caynizm vә digәr düşüncә sistemlәri arasında barışığa cәhd göstәrәn Əkbәr Cәlalәddin bu nәzәriyyәnin müddәalarından geniş şәkildә faydalanmışdır. Hind vә müsәlman әnәnәsindәki vәhdәti-vücud anlayışlarının ortaq mәxrәcә gәtirilmәsindә Dara Şükuhun xidmәti olmuşdur. İbn Ərәbi vә İmam Rәbbaninin timsalında iki fәlsәfi sistemi ortaq nöqtәyә gәtirmә cәhdi 18 әsrdә Şah Vәliyyullahla davam edirdi. İsmaililik, hürufilik, nöqtәviyyә, işraqilikİxvan әs-sәfa kimi fәlsәfi sistemlәr, hәmçinin xәlvәtiyyә, heydәriyyә kimi sufi tәriqәtlәri H.-da geniş yayılmışdı. Buddizm H.-dan çıxdıqdan sonra ümum hind fәlsәfi müzakirә iştirakçılarının dairәsi daralmış, qorunub saxlanmış vә yeni yaranmış mәktәblәr arasında rәqabәt әhәmiyyәtli dәrәcәdә artmışdı. Eyni zamanda, müxtәlif mәktәblәrin әsas müddәalarının sintezi, hәmçinin tәşәkkül tapmış mәktәblәrin bölünmәsi prosesi gedirdi. Caynalar öz mövqelәrini digәr ifrat filosofluq tiplәri arasında orta yol hesab edәrәk, epistemologiya vә mәntiq üzәrindә işlәmәyә davam edirdilәr. Onların arasında Cinaçandra Qani (10–11 әsrlәr), Hemaçandra (11–12 әsrlәr) vә Qunaratna fәrqlәnirdi. Mimansanın yaradıcı imkanları Kumarila vә Prabhakara mәktәblәrinin qarşıdurmasında üzә çıxır, birinciyә Parthasaraqha Mişra (11 әsr), digәrinә Şalikanatha Mişra (10 әsr) başçılıq edirdi. Kәşmir şivaizminin görkәmli sistemlәşdiricisi Abhinavaqupta (10–11 әsrlәr) xalis şüur kimi Mütlәqә hәr iki – tәklik vә cәmlik aspektlәrindә özünü aşkarlamağa qadir olması keyfiyyәtini aid edirdi. Onun şagirdi Kşemaradca dünya şüuru vә mütlәq reallıq kimi İşvara-Şiva konsepsiyasını işlәyib hazırlayırdı. Beş әsrә yaxın staqnasiya mәrhәlәsini yaşayan sankhya mәktәbi iki sutra toplusunu tәqdim etmişdi: son dәrәcә yığcam “Tattva-samasa-sutralar” vә ilk şәrhlәri ilә birlikdә 14–15 әsrlәrә aid edilәn tәfsilatlı “Sankhya-sutralar” (527 sutra). 11 әsrdә yoqa sutralarına ilk şәrhlәr – Bhocinin “Racamartanda” traktatı yarandı. Nyaya vә vayşeşika mәktәblәrinin sintezi bir neçә mәrhәlәdә baş verdi. Udayana (11 әsr) fundamental “Nyayakusumancali” (“Nyaya çәlәngi”) traktatını yaratdı. 12–13 әsrlәrdә vayşeşikanın ontoloji kateqoriyaları ilә nyayanın dialektik kateqoriyalarını birlәşdirәn ümumi “nyaya-vayşeşika” darşanası meydana gәldi. Sonuncu mәrhәlә Qanqeşanın hind fәlsәfәsindә metodoloji cәhәtdәn әn uğurlu işlәnilmiş “Tattvaçintamani” (“Hәqiqәt haqqında qiymәtli fikir”) әsәrindә özünәmәxsus yeni nyayanın yaranması ilә bağlıdır. Qanqeşanın әsәrlәri vә onun oğlu Vardhamananın Udayana mәtnlәrinә yazdığı şәrhlәr böyük şәrh әdәbiyyatının başlanğıcını qoydu. Bir sıra yeni ontoloji kateqoriyaları tәtbiq edәn Raqhunatha Şiromani (16 әsr) vә ikili inkar qanununu formulә etmiş Mathuranatha (17 әsr) bu cәrәyanın әn orijinal filosofları idi. Advayta-vedanta bir neçә mәktәbә bölündü. Yenilәnmiş vedantanın әn böyük cәrәyanı vişişta-vedanta oldu. Onun yaradıcısı Ramanucanın (11 әsr) tәlimi cәnubi hind vişnuizmindә geniş şöhrәt qazandı. 13 әsrdә Pillai Lokaçarya cәnubi tamil vişiştiadvaytasının, 13–14 әsrlәrdә isә Venkatanatha bu mәktәbin şimal qolunun lideri oldu; hәr ikisi idrak nәzәriyyәsi problemini araşdırırdılar. Nimbarkinin (13 әsr) dvayta-advaytası da vişişta-vedantaya yaxın idi. Madhva özünün dvayta (“ikilәşmә”) doktrinasında, Vallabha (15–16 әsrlәr) isә vişuddha-advayta (“xalis ikilәşmә”) mәktәbindә vişnuist vedantasının növbәti “redaksiya”larını tәqdim etdilәr. Hind filosofları hәmişә öz aralarındakı polemika zamanı bir-birindәn nәyisә әxz etsәlәr dә, “yüksәk sxolastika” mәrhәlәsindә bu cür qarşılıqlı tәsirlәnmәlәrin hәcmi xeyli artmışdı. Nayyaiklәr vә vayşeşiklәrin atomist doktrinasını mimansa, substansiya vә keyfiyyәtlәr haqqında tәlimini Ramanuca, kateqoriyalar sistemini isә dvayta-vedanta; mimansakların “fәaliyyәt yolları” konsepsiyasını vedanta islahatçıları, ayrı-ayrı kateqoriyaları Madhva; advayta-vedantanın monistik doktrinasını Kәşmir şivaçıları götürmüşdülәr. Sankhya vә buddizmin ideyaları da әxz edilirdi. Mәntiqә dair diskussiyalarda nayyaiklәr sillogizmi inandırma, buddistlәr isә sübutetmә vasitәsi hesab edirdilәr. Epistemoloji diskussiyaların mәrkәzindә bilik mәnbәlәri (pramana) haqqında mәsәlә dururdu. Materialist-çarvakalar yalnız hissi qavrayışı, buddistlәr vә vayşeşiklәr әqli nәticәni, sankhyaiklәr vә yoqinlәr sözlә şahidliyi, nayyaiklәr müqayisәni bilik mәnbәyi hesab edirdilәr. Caynalar qavrayışı vә әqli nәticәni vahid idrak prosesi, buddist-yoqaçaralar isә genetik cәhәtdәn fәrqli hesab edirdilәr; vayşeşiklәr, nayyaiklәr vә mimansaklar qavrayışın iki mәrhәlәsini fәrqlәndirirdilәr: birincidә obyekt xalis inikas olunur, ikincidә isә o, növ vә sinif xarakteristikalarına ayrılır. Sözlә onun obyekti arasındakı әlaqә mәsәlәsindә nayyaiklәr vә vayşeşiklәr güman edirdilәr ki, mәs., “inәk” sözü müvafiq heyvanla yalnız müәyyәn razılıq әsasında әlaqәlidir, mimansaklar isә әmin edirlәr ki, onlar bir-birilә “tәbii” bağlarla bağlıdır vә müvafiq olaraq, sözlәrin özü әbәdi vә başlanğıcsızdır, danışanlar isә yalnız onları ifadә edirlәr. Bu doktrina Vedaların başlanğıcsız vә müәllifi olmadığına görә sәhvsiz olması haqqında tәlimi әsaslandırırdı. Universalilәrin statusu haqqında ontoloji diskussiyada buddistlәr yalnız onların şeylәrdәn kәnarda mövcudluğunu deyil, hәm dә identikliyini inkar edәrәk, ifrat nominalizm mövqeyindә dururdular; Prabhakara mәktәbi konseptualizmә yaxınlaşır vә universalilәri şeylәrin özlәrinin obyektiv oxşarlığı ilә bağlayırdı; sankhyaiklәr iddia edirdilәr ki, universalilәr ayrı-ayrı şeylәrdәn әvvәl vә sonra mövcuddurlar, amma eyni zamanda onların әbәdiliyini inkar edirdilәr; nayyaiklәr universalilәri yalnız başlanğıcsız vә әbәdi deyil, hәm dә ayrıca varlıqlar kimi qavrayışla әldә oluna bilәn sayaraq, ifrat realizm mövqeyindә idilәr. Materialist-çarvakalar vә buddistlәr fәrddә substansional ruhi başlanğıcın (atmanın) mövcudluğunu inkar edirdilәr; caynalar, nayyaiklәr, vayşeşiklәr hesab edirdilәr ki, bu cür başlanğıclar sonsuz saydadır, onlar idrakın vә fәaliyyәtin subyektlәridir; sankhyaiklәr vә yoqinlәr dә onların çoxluğunu tanıyaraq fәrz edirdilәr ki, puruşi (xalis işıq) tamamilә passivdir (onun bütün funksiyalarını ilk materiya-prakritinin mental formaları hәyata keçirir); advaytistlәr Atmanı vahid vә xalis şüurla eynilәşdirirdilәr. Alәmin yaradılışı sәbәbiyyәtin izahı ilә әlaqәli şәkildә anlaşılırdı. Buddistlәr üçün alәm “nöqtәvi” hadisәlәrin (dharmaların) ardıcıllığıdır, nәticә isә mahiyyәtcә sәbәbin mәhv edilmәsidir; nayyaiklәr, vayşeşiklәr vә qismәn dә mimansaklar alәmin mәnbәyini kәnar faktorların tәsiri ilә birlәşәn vә ayrılan atomlarda görürdülәr; sankhyaiklәr vә yoqinlәrdә alәmin yaradılışı prakritinin manifestasiyasıdır: onlar nәticәni sәbәbin real transformasiyası vә “aşkarlanması” kimi anlayırdılar; advayta-vedantistlәr üçün alәm Mütlәq-Brahmanın kosmik illüziya (maya) tәrәfindәn yaradılan illüzor inikasıdır: sәbәb yalnız görüntü olaraq nәticәyә transformasiya olunur. Nayyaiklәr, vayşeşiklәr, yoqinlәr, vedantistlәr ilahi qüvvәnin – İşvaranın varlığını (işvaravada) qәbul, materialistlәr, caynalar, buddistlәr, sankhyaiklәr vә erkәn mimansaklar isә inkar edirdilәr. Mәktәblәrin әksәriyyәti “azadolma”nı (mokşa) әzabların vә emosiyaların sona çatması kimi başa düşürdü. Klassik buddizmin (bax Nirvana), hәmçinin nyaya-vayşeşika, sankhya, yoqa vә mimansanın әksәr nümayәndәlәrinin mövqeyi bu cür idi. Yeni vә әn yeni dövr (18–20 әsrlәr) metod vә cәrәyanların plüralizmi ilә sәciyyәlәnir. Bir tәrәfdәn sanskritdә, prakrita vә yeni hind (ilk növbәdә, hindi dili) dillәrindә şәrh vә tәhsil xarakterli mәtnlәr daxilindә әnәnәvi fәlsәfә davam etdirilir, fәlsәfi biliyin әvvәlki tәdrisi institutları (alim-panditlәrin rәhbәrliyi altında klassik mәtnlәrin şәrhi vә s.) qorunub saxlanırdı. Digәr tәrәfdәn isә Qәrb fәlsәfi ideyalarının vә yerli dini-islahatçı hәrәkatların tәsiri altında özünün janr müxtәlifliyi ilә fәrqlәnәn yeni tipli fәlsәfә inkişaf edirdi. İslahatçı-maarifçi fәallığın başlanğıcı Rammohan Royun yaradıcılığı, hәmçinin anonim benqal “Mahanirvanatantra” traktatı (1775–85) ilә bağlıdır. Burada әnәnәvi hinduizmi politeizmdәn vә arxaik mәrasimçilikdәn “tәmizlәmәk”, xristianlıq vә “aralıq vedanta” prinsiplәri ilә birlәşdirmәk, hәmçinin 19 әsr “populyar fәlsәfә”sinin (İ.Bentam, O.Kont, A.Şopenhauer, H.Spenser) fәal şәkildә әxz edilmәsi cәhdi K.Sen, Dayananda Sarasvati, Vivekananda vә b.-nın erkәn neovedantizmi üçün mәnbә rolunu oynamışdır. Paralel olaraq, islama islahatçı yanaşma özünü göstәrirdi (Seyid Əhmәdxanda Quranın yeni oxunuşu, M. İqbalda “kamil insan” ideyası vә s.). Tilak, R.Taqor, M.K.Qandi, A.Qhoş, Radhakrişnan kimi müxtәlif fәlsәfi görüşlәrә malik mütәfәkkirlәr Vivekanan-dadan tәsirlәnmişlәr; onların әksәriyyәti üçün hәm Avropa ideyalarının neohinduizmә uyğunlaşdırılması, hәm dә hind fәlsәfi anlayışlar sisteminin Qәrb sisteminә köçürülmәsi sәciyyәvidir. Mәs., Qandidә hәqiqәt (satya) artıq mәnәvi keyfiyyәtlәrdәn biri deyil, kosmik reallıq, ilahi güc, Allahın özüdür; brahmaçarya (әnәnәvi anlamda bakirәlik) özünü ümumi işә hәsr etmәkdir; yacna (әnәnәvi anlamda qurbangәtirmә) başqalarının xeyrinә yönәlmiş fәaliyyәt, svarac (özünәnәzarәt) ölkәnin müstәqilliyinin әsaslandırılmasında müәyyәn rol oynamış siyasi özünüidarә doktrinasıdır. Radhakrişnan hinduizmin “islahatçı” tәfsirini tәklif etmiş vә burada bütün dinlәrin bәrabәrliyi göstәrildiyi halda, hinduizm onların özünәmәxsus dәrin mahiyyәti kimi tәqdim olunmuşdur. 20 әsrin ortalarında universitet fәlsәfәsi istәr müasir әnәnәçiliyi (T.M.P.Mahadevan, Q.Malkani, P.C.Çaudhuri vә b.), istәrsә dә Avropa fәlsәfi düşüncәsinin tәsiri altında formalaşmış cәrәyanlardan analitik fәlsәfәni (N.K. Devaraca, B.K.Matilal vә b.), fenomenologiya vә ekzistensializmi (C.N.Mohanti, R.Sinari), marksizmi (D.P. Çattopadhyaya, S.Qupta) ehtiva edir. Hind fәlsәfәsinin yanlış şәrhlәrdәn “tәmizlәnmәsi”nә, onun realist әnәnәlәrinә yetәrincә qiymәt verilmәmәsinin tәnqidinә dair bir çox әsәrin müәllifi Daya Krişna xüsusi yerә malikdir. Əsas fәlsәfә idarәlәri Ümumhindistan fәlsәfә konqresi (1925) vә Fәlsәfi tәdqiqatlar üzrә H. şurasıdır (1981).
    Ədәbiyyat H. әdәbiyyatı bu ölkәdә yaşayan xalqların dillәrindә yaranan әdәbiyyatların mәcmusundan ibarәtdir. Müasir H.-ın vә Pakistanın әrazisindәki qәdim әdәbi abidәlәr, hind mәdәniyyәtini әks etdirәn yazılı kitabәlәr bugünәdәk, demәk olar ki, deşifrә edilmәmişdir. Vedalar hind әdәbiyyatının dili indiyәdәk unudulmayan әn erkәn nümunәlәridir. Veda әdәbiyyatına samhitalar, brahmanlar, aranyakalar upanişadlar, hәmçinin әlavә vedanq mәtnlәri aiddir. E.ә. 1-ci minilliyin ortalarından pali vә prakrita dillәrindә digәr üç әdәbi istiqamәt formalaşmışdı: epik, cayna, buddist. Epik әdәbiyyata “Mahabharata”, “Ramayana”, hәmçinin çoxsaylı puranalar aid edilir. Cayna әdәbiyyatının әsasını cayna qaydalarını әks etdirәn mәtnlәr, hәmçinin müәlliflәr (caynalar) tәrәfindәn müxtәlif dillәrdә (sanskrit, prakrita, apabhranşa, yeni hind-ari vә dravid) yaradılmış çox sayda әsәrlәr tәşkil edir. Hind buddist әdәbiyyatına pali әnәnәlәrini әks etdirәn mәtnlәrdәn ibarәt Tiritaka toplusunu vә pali әdәbiyyatının başqa qәdim qatlarını, hәmçinin sanskrit dilindә, o cümlәdәn buddist sanskritindә (bax hәmçinin “Cataka”), prakrita, arab hranşa vә buddist müәlliflәrin yeni hind-ari dillәrindә (bax hәmçinin “Çaryagiti”) yaratdıqları әsәrlәri aid etmәk olar. Bütün Cәnubi Asiya mәkanında vә onun hüdudlarından kәnarda yaradılmış sanskrit әdәbiyyatının tarixi eramızın әvvәllәrindәn başlanır. Hәcminә görә Avropanın klassik yunan vә latın dillәrindәki әdәbiyyatından dәfәlәrlә böyük olan sanskrit әdәbiyyatı H.-ın mühüm klassik әdәbiyyatlarından biridir. Sanskrit әdәbiyyatı fәrdi müәlliflik әdәbiyyatıdır: sanskritdә lirik-epik poeziya (Amaru, Aşvaqhoşa, Bharavi, Kalidasa, Şriharşa vә b.), kavya üslubunda nәsr (Bana), dram (Bhavabhuti, Bhasa, Kalidasa vә b.), elmin müxtәlif sahәlәrinә, hәmçinin poeziya nәzәriyyәsinә dair elmi әsәrlәr (Bhamaha, Racәşәkhara, Abhinavahupta, Anandavardhana vә b.) yaradılmışdır. 1-ci minillikdә nağıllar, tәmsillәr vә nәsihәtamiz hekayәlәr toplusu “Pança -tantra” (müxtәlif versiyalarda), hәmçinin sonradan dünyanın müxtәlif dillәrinә çevrilmiş başqa bu kimi toplular (“Vetalanın iyirmi beş hekayәsi”, “Padşah sәltәnәtinin otuz iki hekayәsi”, “Hitopadeşa”) yazıya alındı. Bu gün dә H.-da sanskrit dilindә әdәbiyyat yaranır. Tamil әdәbiyyatıprakrita әdәbiyyatı yalnız qәdimliyinә görә bir qәdәr ondan geri qalır. 2-ci minillikdә H. әdәbiyyatının inkişafı daha çoxcәhәtli olmuşdur. İslam dininin H.-da yayılması ilә әlaqәdar 11 әsrdәn farsdilli hind әdәbiyyatı inkişaf etmәyә başladı. Fars dilindә yazan Əbü-l-Fәzl, Əmir Xosrov Dәhlәvi, Bidil, Dara Şikoh vә digәrlәrinin әsәrlәri geniş şöhrәt qazanmışdı. Hind müsәlmanları әdәbi әsәrlәrini, eyni zamanda, әrәb vә türk dillәrindә dә yaradırdılar. Sanskrit әdәbiyyatının (hәmçinin әrәb vә farsdilli әdәbiyyatların) tәsirilә Şimali H.-da yeni hind-ari dillәrindә (Assam әdәbiyyatı, benqal әdәbiyyatı, Qucarat әdәbiyyatı, Kәşmir әdәbiyyatı, konkani dilindә әdәbiyyat, maythili әdәbiyyatı, marath әdәbiyyatı, Nepal dilindә әdәbiyyat, oriya әdәbiyyatı, Pәncab әdәbiyyatı, sindhi әdәbiyyatı, urdu әdәbiyyatı, hind әdәbiyyatı), Cәnubi H.-da dravid dillәrindә (teluqu әdәbiyyatı, kannada әdәbiyyatı, malayalam әdәbiyyatı) әdәbiyyatlar tәşәkkül tapdı. 19 әsrәdәk bu әdәbiyyatlarda klassik hind әdәbiyyatının süjet vә janrlarından istifadә olunmuş, hәmçinin yeni dini cәrәyanların ideyaları әksini tapmışdır. “Mahabharata” vә “Rama yana”nın çoxsaylı variantları (mәs., Tulsidasın “Ramyana”sı), puranalar (o cümlәdәn Çondidaş vә Surdasın variantları) vә başqa sanskrit әsәrlәri, sufizm meyilli yazılar yaradılmışdır (Kәbir, Surdas, Tukaram vә b.). 15–18 әsrlәrdә sanskrit, yaxud әrәb-fars poetikasının әnәnәlәri çәrçivәsindә dünyәvi sәciyyәli saray poeziyası inkişaf etdi (Vidyapatinin mәdhiyyә xarakterli şeir vә poemaları), hökmdarların әmәllәrini tәrәnnüm edәn epik poemalar yarandı (Çanda Bardainin poemaları). 19–20 әsrlәr әdәbiyyatında ölkәdә baş verәn ciddi dәyişikliklәr, o cümlәdәn hinduist vә müsәlman cәmiyyәtlәrinin transformasiyası, Avropa ictimai vә siyasi ideyalarının bәzәn münaqişәli vә çәtin mәnimsәnilmәsi, yeni sosial qrupların yaranması vә onların cәmiyyәtdәki mövqeyinin formalaşması, H.-nın müstәqilliyi uğrunda mübarizә öz әksini tapmışdır. Kitab nәşri, o cümlәdәn yeni hind dillәrindә nәsr genişlәnmәyә başladı, jurnalistika meydana gәldi, Avropa әdәbi janrları vüsәt aldı. N.Apte, Q.Apparao, Premçand, Bonkimçondro Çottopaddhay, Nazir Əhmәd, Mirzә Rüsva vә b. öz dillәrindә roman, hekayә, esse janrlarını mәnimsәdilәr; elәcә dә şair vә dramaturqlar әnәnәvi üsullardan kәnara çıxaraq, Avropa әdәbi formalarını iqtibas etdilәr (Bharatendu Harişçandra, R.Taqor). 19–20 әsrlәrdә әvvәllәr әlifbası olmayan çoxsaylı xalqların yazı әldә etmәsi hәmin xalqların dilindә әdәbiyyatın yaranmasına zәmin yaratdı. H. әdәbiyyatı qeyri-bәrabәr inkişaf edirdi. 19–20 әsrlәrdә әn çox inkişaf etmiş benqal әdәbiyyatı assam, oriya, hind vә s. dillәrdә müasir әdәbiyyatın tәşәkkül tapmasına tәsir göstәrdi. Benqal şairi R.Taqor ingilis dilindә yazdığı şeirlәr toplusuna görә әdәbiyyat üzrә Nobel mükafatına layiq görülmüş (1913) ilk asiyalıdır. Şorotçәndr Çottopaddhayın romanları ümumhindistan şöhrәti qazandı. Marath әdәbiyyatı H.-ın q.-indә inkişaf edirdi. H.-ın c.-unda yaşayan, keçmişin klassik әdәbiyyatı ilә sıx bağlı olan xalqların dravid dillәrindәki әdәbiyyatları daha mühafizәkar idi. Farsdilli әdәbiyyatın әnәnәlәrini urdu dilindә әdәbiyyat davam etdirirdi (M.Ə.Qalib, Hali, M.İqbal, Faiz Əhmәd Faiz). Qeyri-müsәlman müәlliflәr dә urdu dilindә yazırdılar. Müasir hind dilindә әdәbiyyatla yanaşı, hinddilli arealın bir sıra dillәrindә dә müstәqil әdәbiyyatlar inkişaf edir (avadhi, braca, bundelkhand, dohri, marah, Racәsthan dillәrindә) H. Dövlәt Ədәbiyyat Akademiyası (1954) rәsmәn 22 dildә olan әdәbiyyatı qәbul edir (ingilisdilli әdәbiyyat, Assam, benqal, Qucarat, dohri, kannada, Kәşmir, konhani, maythili, malayalam, manipuri, marath, Nepal, oriya, Pәncab, Racәsthan, sanskrit, sindhi, teluqu, tamil, urdu, hind dillәrindә). 19 әsrin әvvәllәrindә H. әdiblәri bәdii yaradıcılıqlarında vә publisistikada ingilis dilindәn istifadә etmәyә başladılar. İlk ingilisdilli hind şairi Q.L.B. Derozio olmuşdur. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә Oru vә Toru Dotto bacılarının, Manmohan vә Aurobindo Qhoş qardaşlarının, hәmçinin Sarocini Naydu vә qardaşı H.Çottopaddhayın vә b.-nın yaradıcılığı ingilis dilindә inkişaf etmәyә başladı. İngilisdilli hind әdәbiyyatında poeziya üstünlük qazandı. 20 әsrdә bәdii nәsr tәdricәn tәşәkkül tapmağa başladı. H.-da ingilis dilindә ilk romanın müәllifi tamil K.S.Venkataramani oldu (“Əkinçi Muruqan”, 1927). M.R.Anand, Bhabani Bhatta çarya, Raca Rao, Əhmәd Abbas vә b. nasirlәr 1930–40-cı illәrdә ingilisdilli hind nәsrini tәmsil edirdilәr. İngilisdilli nәsrin görkәmli nümayәndәsi C.Nehrunun “Tәrcümeyi-hal” (1936) vә “Hindistanın kәşfi” (1946) kitabları geniş şöhrәt tapdı. 1950–60-cı illәrdә Nirad Çoudhurinin “Namәlum hindlinin tәrcümeyi-halı” (1951) kitabı populyarlıq qazandı. Mina Aleksandr, Rohinton Mistri, Amitabh Qhoş, Ş.Tharur, Arund hati Roy, Chumpa Lahiri, Lila Qandi vә b. 20 әsrin sonu ingilisdilli әdәbiyyatı inkişaf etdirәn müәlliflәrdәndir. Ədәbiyyat nәzәriyyәçisi vә tәnqidçi Hami K.Bhabha geniş şöhrәt qazanmışdır. Azәrb.–H. әdәbi әlaqәlәri qәdim köklәrә malikdir. Nizami Gәncәvi “Yeddi gözәl” poemasında hind gözәlinin obrazını yaratmışdır. N.Gәncәvi, Xaqani Şirvani farsdilli hind poeziyasına, o cümlәdәn Əmir Xosrov Dәhlәvinin yaradıcılığına güclü tәsir göstәrmişlәr. Bir sıra orta әsr Azәrb, şairi (Mәsihi, Saib Tәbrizi vә b.) müәyyәn müddәt H.-da yaşayıb-yaratmışlar. “Molla Nәsrәddin” jurnalı, o cümlәdәn Azәrb. yazıçı vә şairlәri (S.Vurğun, M.İbrahimov, R.Rza, M.Rahim, H. Arif vә b.) әsәrlәrindә hind xalqının hәyat vә mübarizәsindәn bәhs etmişlәr. M. İbrahimov C.Nehru ad. Beynәlxalq mükafata layiq görülmüşdür (1979). R.Taqorun 8 cildliyi, Premçand, Çandar Krişan, Əhmәd Abbas vә b. hind yazıçılarının әsәrlәri Azәrb. dilindә nәşr olunmuş, hind әdәbiyyatına, Azәrb.-hind әdәbi әlaqәlәrinә dair mәqalәlәr yazılmışdır. Müasir dövrdә dә Azәrb.-hind әdәbi әlaqәlәri genişlәnir.
     
    Tәsviri sәnәt vә memarlıq H. әrazisindәki әn qәdim incәsәnәt abidәlәri Son Paleolit (eramızdan 25–16 min il әvvәl) dövrünә aid edilir; onlar mağaralarda vә qayaaltı talvarlarda yaşıl rәnglә işlәnmiş bizon, öküz, camış, fil tәsvirlәri ilә tәmsil olunur. Mezolit dövründә (e.ә. tәqr. 9–5-ci minilliklәr) polixrom qayaüstü rәngkarlıq (qırmızı, sarı, oxra, tünd mavi), o cümlәdәn insan vә heyvan qruplarının, ov sәhnәlәrinin tәsvirlәri yaranmışdır. Neolit dövrünün qayaüstü rәsmlәrindә (c.-da ağ-qara, digәr yerlәrdә qırmızı rәngdә) heyvanlar bәzәn “sürәkdә”, onların yanında isә ovçular (Eneolit dövrünün naxışlı keramikası üzәrindә “baş örtüyünü” xatırladan “saç düzümlәri” ilә), ayini rәqslәr, stilizә olunmuş insan fiqurları vә s. tәsvir edilmişdir.
    R.Varma. “Mahabharata”dan “Damayanti vә qu”.
    1899. Şri Çitra incәsәnәt qalereyası.
    Trivandrum (Kerala şt.)
    E.ә. 3-cü minillikdә Hind vә Qanq çayları sahillәrindә yaranmış sivilizasiyalara aid abidәlәr Pakistan әrazisindә dә saxlanılmışdır. Yüksәk inkişaf etmiş hind sivilizasiyası dövrünә (e.ә. tәqr. 3-cü minilliyin ortaları – 2-ci minilliyin әvvәllәri) indiki Sanqhol (Patiala әtrafı), Kalibanqan (Pәncab ştatı әrazisindә), Lothal (Kathiyavar y-ası) yaxınlığında salınmış böyük şәhәrlәr aid idi. Onlar üçün müntәzәm planlaşdırma, su tәchizatı vә kanalizasiya sistemlәri, bişmiş kәrpicdәn çoxmәrtәbәli tikililәr sәciyyәvi idi. Naxışlı saxsı qablar, daş vә terrakotadan düzәldilmiş kiçik heykәllәr tapılmışdır. Aralıq dәnizi ölkәlәri vә İran mәdәniyyәtinin tәsirini ehtiva edәn Maurya dövlәtinin yaranması ilә H. incәsәnәti çiçәklәnmә dövrünә çatdı. Şәhәrlәrdә böyük qalalar, saray komplekslәri tikilirdi (Pataliputrada padşah Aşokanın sarayı, e.ә. 3 әsr). Aşokanın dövründә buddizmin yayılması ilә әlaqәdar mağara vә qaya mәbәdlәrinin (çaytya), monastırların (vihara), hәmçinin memorial qurğuların– stupaların vә xatirә sütunlarının (stambha) tikintisi geniş vüsәt aldı. Sançidә 1№-li stupa (e.ә. 3–2 әsrlәr), Baraba dağlarında oyma-yonma monastır tikililәri kompleksi (hәcmcә çox da böyük olmayan vә tamamilә dekorsuz) vә s. saxlanılmışdır. H.-ın şm. vә mәrkәzi rayonlarında qüdrәtli Quptalar dövlәtinin yaranması (4–6 әsrlәr) ilә saray, monastır vә mәbәdlәrin tikintisi genişlәndi. Sançidәki (mәbәd №17, 5 әsr) vә başqa yerlәrdәki Allah evi kimi sәciyyәlәndirilәn erkәn yerüstü mәbәdlәr saxlanılmışdır. Amaravatidәki stupa relyeflәri (eramızın 1–2 әsrlәri) öz zәrifliyi ilә seçilirdi. Quptalar dövrünün mәdәni irsi orta әsrlәr feodal dövlәtlәrindә (6–12 әsrlәr) inkişaf etdirilir, hinduizm әnәnәlәri әsasında hәlә dә stupalar, qaya mәbәdlәri vә monastırlar yaradılırdı. Hәmin dövrün әn mühüm qaya tikililәri AcantaElloradadır. 6–7 әsrlәrdә yerüstü mәbәdlәrin 2 әsas tipi mövcud olmuşdur: şimal vә cәnub. C. tipli mәbәdlәrdә tamamlayıcı şikhara saxta günbәzli, pillәli piramida formasında olurdu, şm. mәbәdlәri üçün yuxarısında diska malaka olan parabolik cizgili şikhara sәciyyәvi idi. Cәnubi H. mәbәd memarlığı prinsiplәrinin tәmәli Mahabalipuram vә Kançipuram mәbәdlәri ilә qoyulmuşdur. 10–11 әsrlәrdәn H.-da şәhәrlәr sürәtlә böyümәyә başladı, mәbәd tikintisi işlәri genişlәndi. Mәbәd memarlığı daha dәbdәbәli vә dekorativ, mәkan kompozisiyaları isә daha mürәkkәb idi. Memarlıqla sıx bağlı olan heykәltәraşlıq dekorativ xarakter aldı.
     
    Sançi kәndindә (Maxdya Pradeş şt.) e.ә. 3 әsrә aid Böyük stupa.
    10–13 әsrlәrdә H.-ın ayrı-ayrı dövlәtlәrinin paytaxtlarında yerli memarlıq mәktәbinin özünәmәxsusluğunu ehtiva edәn bir sıra mәbәdlәr meydana gәldi. 12 әsrin sonu – 13 әsrin әvvәllәrindә Şimali. H.-da islamın yayılması ilә yeni konstruktiv elementlәr (günbәzlәr, tağlar) vә tikinti tiplәri (mәscidlәr, minarәlәr, mәdrәsәlәr, sәrdabalar) yer aldı, saray-qala ansambllarının tikintisi aparıldı. Dekorativ-tәtbiqi sәnәtdә, әsasәn, nәbati vә hәndәsi ornamentlәr inkişaf etmәyә başladı. Dehli sultanlığının möhkәmlәndiyi dövr dә (13 әsrin әvvәli – 14 әsrin ortaları) Dehlidә Qüvvәt-ül-İslam mәscidinin minarәsi (Qütb-Minar) ucaldıldı, hәmçinin möhkәm qala divarları olan şәhәrlәr (Siri, Cahanpәnah, Tuğlakabad vә Firuzabad; hamısı 14 әsr; hazırda Dehli әrazisindәdir) salındı. Dehli sultanlığının süqutundan sonra ölkәnin bәdii sәnәt adamları ayrı-ayrı kiçik feodal dövlәtlәrdә yerlәşdilәr. Qucarat sultanlığında ciddi memarlıq formaları ilә seçilәn tikililәr meydana gәldi (Əhmәdabadda Sidi-Sәid mәscidi, 1572), Ben qaliyada dekorunda oyma terrakota olan tikililәr yarandı (Panduyada mәscid, tәqr. 1360). 14–17 әsrlәrdә Dekan dövlәtlәrindә müsәlman memarlığı ilә yerli memarlıq әnәnәlәrini birlәşdirәn binalar inşa olunurdu (Bicapurda Mәhәmmәd Adil şahın mәqbәrәsi, 1656–60).
    Bxaca monastır kompleksindәn (e.ә. 2–1 әsrlәr) görünüş.
     
    Böyük Moğollar imperiyasının yaradılması (1526) ilә H.-da memarlıq yüksәk inkişaf etdi. Bu dövrdә şәhәrsalma vә fortifikasiya sәnәtinin görkәmli nümunәlәri yaradıldı: Aqrada qala (Aqra-fort, 1565–79), Fatihpur-Sikri (1569–84) qala-şәhәr, Acmerdә fort (1570), mәrkәzi günbәzli mәqbәrәnin klassik tipi (Dehlidә Hümayun mәqbәrәsi, 1565; Aqrada Tac-Mahal mәqbәrәsi) formalaşdı. Tac-Mahalın kitabә vә bәzәk işlәrinin yaradılmasında Tәbriz ustaları da iştirak etmişlәr. Ən gözәl ansambl nümunәlәrindәn biri Racәstanın müntәzәm planlı paytaxtı Caypur şәhәridir (әsası 1728 ildә qoyulmuşdur). Orta әsrlәrdә H.-da miniatür rәssamlığı inkişaf edirdi. Qucarat kitab miniatür sәnәti (11–16 әsrlәr), Moğol miniatür mәktәbi, Racput miniatür mәktәbi, Dekan miniatür mәktәbi vә s. formalaşmışdı.
    Qüvvәt-ül-İslam mәscidinin Qütbәddin minarәsi (Qütb-Minar). Dehli.
    Britaniya müstәmlәkәçiliyi dövründә (18 әsr – 1947) ölkәdә Avropa mәdәniyyәtinin tәsiri özünü göstәrirdi. Kәlkәtә, Mәdrәs, Bombey kimi port şәhәrlәri sürәtlә inkişaf edirdi; ingilislәr hәlә 17 әsrdәn bu şәhәrlәrdә istehkamlar, tәrsanәlәr vә xristian kilsәlәri inşa etmişdilәr. H. üçün yeni olan tikililәr – dәmiryol vağzalları, bәlәdiyyәlәr yaranmışdı. Yeni salınmış şәhәrlәr mәhәllәlәrә bölünürdü: abad, sәliqәli, inzibati binaları, dәbdәbәli evlәri, parkları olan Avropa mәhәllәlәri vә nizamsız fәhlә daxmalarından vә gәlir gәtirәn evlәrdәn ibarәt hind mәhәllәlәri. Son müstәmlәkә dövrünün şәhәrsalma nümunәsi Nyu-Dehlidir (1911–1930-cu illәrdә tikilmişdir). 18 әsr – 19 әsrin ortalarında inzibati, işgüzar, özәl iqamәtgahlar ingilis neoklassisizmi, sonralar isә neoqotika formasında edilirdi. H. tәsviri sәnәti tәdricәn öz qәdim әnәnәlәrini itirirdi. 19 әsrin 2-ci yarısında rәssamlardan R.Varma mәşhur idi.
    Tac-Mahal mәqbәrәsi.
    Onun әsәrlәrindә hind xalqının hәyatı Qәrbi Avropa akademizmi ruhunda işlәnmişdir. 19 әsrin son rübü – 20 әsrin әvvәllәrindә milli azadlıq hәrәkatının güclәnmәsi ilә milli mәdәniyyәtә maraq artdı, H. memarlığında hind әnәnәvi üslubunun stilizә olunmuş formaları yayılmağa başladı (Heydәrabaddakı universitet, 1918). 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә bir qrup hind rәssamı (A.Taqor vә sәnәtşünas E.B.Havellin başçılığı ilә) Benqal intibahı cәrәyanının tәmәlini qoydu. Əsas mәqsәd әnәnәvi hind rәsmlәri vә miniatürlәri, hәmçinin Çin vә yapon boyakarlığı әsasında yeni milli incәsәnәt yaratmaq idi. 1920-ci illәrdә H. incәsәnәtindә hind әnәnәlәri ilә Qәrb incәsәnәtinin әn yeni tәmayüllәrini birlәşdirәn yeni cәrәyanın mәrkәzi Şantiniketandakı Vişva-Bharati Un-teti olmuşdur (әsası R.Taqor tәrәfindәn qoyulmuşdur). Müstәqillik әldә edildikdәn (1947) sonra H.-da genişmiqyaslı tikinti işlәrinә başlanıldı. İri sәnaye müәssisәlәri әtrafında qәsәbә vә şәhәrlәr salınırdı. Böyük şәhәrlәrdә yaşayış vә ictimai binalar müasir Qәrbi Avropa üslubunda tikilirdi (әsasәn, funksionalizm üslubunda; Kәlkәtәdә bank, 1969, memar A. Qupta; Dehlidә Statistika İn-tu, 1970–76, memar A. Race; Ladakh dağlarında buddizmi öyrәnәn mәrkәzi in-t, 1980-cı illәr, memar R.Şarma; Əhmәdabadda Qandi Memorial Mәrkәzi, 1958–63, memar Ç. Korrea; vә s.). 20 әsrin 2-ci yarısı vә 21 әsrin әvvәllәrindә tәsviri sәnәtdә bir neçә cәrәyan mövcud olmuşdur. Benqal intibahının әnәnәlәrini rәssam B.Ukil davam etdirmişdir; heykәltәraş vә rәssam S.Khastgir, qrafik H.Das vә b. realist cәrәyanı tәmsil edirlәr. Rәssam vә qrafiklәrdәn K.K.Hebbar, Ş.Çavda, S. Mukerci, S.Qucral, H. Bendre, heykәltәraşlardan Ç.Kar, P.D.Qupta, S.Çaudhuri, D.Bhaqat vә b. öz әsәrlәrindә 20 әsr hind incәsәnәtinin әnәnәlәrini Avropa yeniliklәri ilә birlәşdirmişlәr. 1950–70-ci illәrdә H.-da modernist cәrәyanlar güclәnmişdi (Bombeydәki “Mütәrәqqi rәssamlar qrupu”; rәssamlar M.F. Hüseyn, Ş.Çavda, S.Qucral, B.Khakhar, S.Raza, heykәltәraşlar A.Daviyervalla, P. Poçkhan valla, P.Canakiram, R.Pançal, A.Çakra varti vә b.). 1980–2000-ci illәr incәsәnәti üslub müxtәlifliyi ilә seçilir (rәssamlar M.Bava, S.Burman, B.Bhattaçarci, C.Das, N.Malani, Q.Patel, S.Patvardhan, A.Singh, D.Mistri, S.Nandaqopal, S.Radhakrişnan, R.Reddi). Müasir H.-da bir çox qәdim bәdii sәnәtkarlıq növlәri (toxuculuq, ağac, sümük vә daş üzәrindә oyma, metal emalı, lak hazırlanması, dulusçuluq) intensiv surәtdә inkişaf edir. Müxtәlif illәrdә Bakıda H.-ın dekorativ-tәtbiqi sәnәt ustalarının әsәrlәrindәn ibarәt sәrgilәr keçirilmişdir. “Nizami әsәrlәri mövzusunda süita” qrafik seriyasını hind qadın rәssam Əminә Ahuca kalliqrafiya texnikasında yaratmışdır. Azәrb. Rәssamları M.Abdullayev, T.Salahov, E. Rzaquliyev, A.Cәfәrov, T.Nәrimanbәyov vә b. H. hәyatından tablolar çәkmiş, Azәrb. tәsviri sәnәt ustalarının әsәrlәri H.-da nümayiş etdirilmişdir. Azәrb. xalq rәssamı M.Abdullayev “Hindistan silsilәsi” boyakarlıq әsәrlәrinә görә C.Nehru ad. Beynәlxalq mükafata layiq görülmüşdür (1969). Ö.Eldarovun yaratdığı hind yazıçısı R.Taqorun heykәli (1988) Azәrb. Milli İncәsәnәt Muzeyindә saxlanılır. Azәrb. Resp. ilә H. Resp. arasında diplomatik әlaqәlәrin qurulmasının 20 illiyinә hәsr olunmuş tәdbirlәr çәrçivәsindә Nyu-Dehlidә Azәrb. Əmәkdar rәssamı Ə.Heybәtovun “Azәrbaycan rәnglәri” adlı sәrgisi keçirilmişdir (2012).
    Musiqi H. musiqi mәdәniyyәtinin әsaslarının formalaşması hind sivilizasiyası ilә bağlıdır (e.ә. 3–2-ci minilliklәr). E.ә. 1-ci minilliyin ortalarında vedaların (Riqvedaların, sonra Samavedaların – samaqan mahnı oxumaları) reçitasiyası (daha dәqiq – kantillyasiyası) mәdәniyyәti yaranmış, sonra o, icma mahnı oxumalarında (qrama-geyaqana) vә tәrki-dünya insanların oxumalarında (aranya-geya qana) davamını tapmışdır. H.-ın klassik musiqisi hinduizmin estetika vә fәlsәfәsi ilә sıx bağlıdır. E.ә. 6–5 әsrlәrdә buddizm vә caynizmin formalaşması ilә qeyri-ortodoksal dini musiqi inkişaf etmişdir. “Mahabharata”, “Ramayana” eposları tәcәssümünün musiqili teatr vә musiqili rәqs formaları yaranmışdır. Eramızın әvvәllәrindә hind musiqisi Maqadha, Maurya, Quptalar dövlәtlәrindә, Kuşan çarlığında (regionun şimalı), Pallavlar, Satavahanlar, Çera (cәnub) dövlәtlәrindә inkişaf edir, yüksәk әnәnә musiqisi (qandharva, marqa) formalaşırdı. Əsasәn, klassik saray musiqisi ilә bağlı olan estetik konsepsiyalar “Gitalankara”, “Natyaşastra” traktatlarında ehkam kimi tәsdiqini tapmışdır; Matanginin “Brihaddeşi” traktatında ilk dәfә raqa konsepsiyasının әsas müddәaları formulә edilmiş, tala mertoritmik sistemi işlәnib hazırlanmışdır. Saray teatrının tәşәkkülü ilә әlaqәdar (1-ci minilliyin ortalarının sanskrit dramı) teatr musiqisi çiçәklәnmә dövrünә çatmışdır. 13 әsrdә Hindistan y-a-nda musiqi mәdәniyyәti şm. (hind әnәnәsi) vә c. (karnataka әnәnәsi) hissәlәrinә ayrıldı. 14–16 әsrlәrdә hind musiqisi çәrçivәsindә dhrupad saray vokal әnәnәsi (nümayәndәlәri Svami Haridas vә Tansen Mian) yarandı. Sonralar dhrupad әsasında hind-müsәlman bәdii sintezinin spesifikası әks olunmuş khayal vokal әnәnәsi formalaşmışdır. 17–18 әsrlәrdә khayal hind әnәnәsinin müstәqil qoluna çevrildi. 20–21 әsrlәrdә khayal Hindistanın klassik vokal musiqisinin simvoludur. Hidistan y-a-nın c.-unun musiqi mәdәniyyәti (onun әn qәdim qollarından biri tamillәrin musiqisi dә daxil olmaqla) başqa mәdәniyyәtlәrin tәsirinә az mәruz qalmış, burada, әsasәn, vokal növlәri inkişaf etmişdi. 18 әsrin sonları – 19 әsrin 1-ci yarısında musiqiçi vә şairlәr – Şyama Şastri, Tyaqaraci vә Muttusvami Dikşitar üçlüyünün fәaliyyәti geniş vüsәt aldı. Onların yaratdığı klassik vokal kompozisiyalar (kritilәr, padamlar vә s.) bugünәdәk cәnubi hind müğәnnilәrinin repertuarının әsasını tәşkil edir.
     
    Barmaqla çalınan simli alәt – sitar.
    Klassik musiqidәn başqa H.-da çoxsaylı etnos vә etnik qrupların hәyatının müxtәlif aspektlәri ilә bağlı bir çox әnәnәvi regional vә yerli musiqi növlәri (vokal, instrumental, teatr vә rәqs tamaşaları üçün yazılmış musiqi) mövcuddur: mәs., barqit (Assam), bhakkar (Kәşmir), çampu (Orissa), bhatiali (Benqaliya) mahnı formaları, dandiya ras (Qucarat), bhanqra (Pәncab) musiqi-rәqs üslubları, burrakatha (Andhra-Pradeş), yakşaqana (Tamilnad), ramlila, raslila (H.-ın şimalı) musiqili teatr tamaşaları. Dini musiqinin әnәnәvi janrları arasında: sufiyana kәlam (Kәşmir), abhanqa (Maharaştra), ankiya git (Assam), sabad (siqhlәrin ayin oxumaları), gәzәrgi benqal rahib-baulların vişnuist ayin oxumaları. 18 әsr – 20 әsrin әvvәllәrindә hind klassik musiqisinin yerli gharan mәktәblәrinin (Qravior, Aqra, Caypur vә Kiran khayal mәktәblәri) sabitlәşmә prosesi başa çatdı. Hind әnәnәsi daxilindә yarımklassik (yüngül klassik) vokal üslub vә formaları (thumri, dadra, tappa, qәzәl, tәranә) yarandı. H. mәdәniyyәtinin simasının yenilәşmәsindә Benqaliynın xüsusi rolu olmuşdur. 20 әsr hind musiqisinin zәnginlәşdirilmәsindә, robindroşongit (rabindrasangit; yәni “Rabindranatın mahnıları”) mahnı әnәnәsinin yaradıcısı vә bir sıra rәqs-dram musiqili pyeslәrin müәllifi R.Taqor (2500-dәn artıq musiqi әsәri, o cümlәdәn H.-ın milli himni “Cana qana mana” mahnısı) mühüm rol oynamışdır. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә hind musiqisindә sabit heyәtdә instrumental ansambl ifası yayılmağa başladı. Əlauddin Xan, onun oğlu vә şagirdi Əli Əkbәr Xan (yayla çalınan simli alәt sarod), mәşhur virtuoz Ravi Şankar (barmaqla çalınan simli alәt sitar) Şimali H.-ın әn tanınmış musiqiçilәridir. Nikhil Banerci vә İnayәt Xan (sitar), Ram Narayan (yayla çalınan alәt sarangi), Amcad Əli Xan (sarod), Şivkumar Şarma (santur), Bismilla Xan (qoboy şenai), Hariprasad Çaurasiya (fleyta bansuri), Alla Rakha vә onun oğlu Zakir Hüsseyn (tabla) beynәlxalq miqyasıda tanınan sәnәtkarlardır. Cәnubi H.-da da instrumental musiqi ifaçılığı inkişaf etmişdir; Çitti Babu (vina), Lalqudi Cayaraman (hind violini) vә b. mәşhur ifaçılardır. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә hind müğәnnilәri: Əmir Xan, Əbdül Kәrim Xan, Qulam Əli Xan, Krişnarao Şankar Pandit, Bhimsen Coşi, Kumar Qandharva, Citendra Abhişeki, Qanqubai Xanqal, Keşori Amonkar, Girica Devi, Pәrvin Sultana; musiqiçilәr Aryakudi Ramanuca Ayenqar, Maharacapuram Vişvanatha Ayer, M.S. Subbulakşmi, M. Balamuralikrişna. 17 әsrdә karnat alimi Venkatamakhi cәnubi hind musiqisinin sәsdüzümü şkalalarının (mela) tәsnifatı sisteminı işlәyib hazırlamışdır.
    İkitәrәfli zәrb alәti – pakhavac (mridanq).
    10 sәsdüzümü thata sisteminә әsaslanan şimali hind nәzәriyyәsi 19 әsrin 2-ci yarısında Vişnu Narayana Bhatkhande (onu müasir hindustani musiqisinin atası adlandırırlar) tәrәfindәn yaradılmışdır. Hind musiqi nәzәriyyәsinin әsas müddәaları Surindro Mohun Taqorun әsәrlәrindә inkişaf etdirilmişdir. Hind musiqisinin ilk qrammofon yazısı 1902 ildә olmuşdur. 20 әsrin birinci rübündә Ümumhindistan musiqi konfransları keçirilmişdir (1916, Baroda; 1918, Dehli; 1919, Benares; 1925, Lakhnau). Musiqiçilәrin әnәnәvi tәdris sistemi ilә yanaşı, müasir tipli musiqi tәhsili dә formalaşır, tәşkilatçılar arasında Vişnu Diqambar Paluskar (Qandharva Mahavidyalayya in-tunun yaradılmasının tәşәbbüsçüsü, 1901), Bhatkhande (1918–26 illәrdә Qvaliyar, Baroda vә Lakhnauda musiqi kolleclәrinin әsasını qoymuşdur). Şrinivasa Ayenqar, Çinnasvami Mudalyar, Subbarama Dikşitar vә b. Cәnubi H.-da musiqi maarifçiliyi sahәsindә fәaliyyәt göstәrmişlәr. H. müstәqillik qazandıqdan (1947) sonra musiqi mәdәniyyәtinin inkişafı dövlәt tәrәfindәn yönlәndirilir. Musiqinin populyarlaşmasının müasir formaları olan konsertlәr, festivallar geniş vüsәt alır. Musiqi tәhsilinin әnәnәvi sistemini saxlamaqla yanaşı, Qәrb yönümlü tәhsil ocaqları da fәaliyyәt göstәrir: Bombey un-tindә, Dehlidә Cәvahirlәl Nehru ad., “Şriram Bharatiya Kala Kendra” un-tlәri nәzdindә musiqi fakültәlәri vә s. Böyük şәhәrlәrdә konsert zalları fәaliyyәt göstәrir (Dehlidә “Kamani Auditorium”). Musiqi, Rәqs vә Dram Milli Akademiyası (“Sangit Natak”, 1953) tәdqiqat vә ifaçılıq fәaliyyәti göstәrir. Şankar, Narayan vә b. ilә birlikdә çıxış edәn violinçi İ.Menuhin hind klassik musiqisini tәbliğ edәn ilk Qәrb musiqiçilәrindәn olmuşdur. Cәnubi Asiyanın xaricindә – Yaxın Şәrq, Cәnub-Şәrqi Asiya, Afrika, Şimali Amerika vә Avropa ölkәlәrindә aparıcı hind vә tanınmış Qәrb musiqiçilәrinin (Şankar, H.Çaurasiya, Ş.Şarma, Z.Hüsseyn, C.Harrison, C.Maklaflin, Y.Qarbarek) birgә yaradıcılıq layihәlәri sayәsindә hind musiqisinin populyarlığı artmışdır. Azәrb. Resp. ilә Hindistan Resp. arasında mәdәni әlaqәlәr artır vә inkişaf edir. 1957 ildә Azәrb. Tarixi Muzeyinә hind musiqi alәtlәri hәdiyyә edilmişdir. Azәrb. Dövlәt Mahnı vә Rәqs Ansamblı, resp.-nın bir sıra musiqi kollektivlәri, musiqi xadimlәri, o cümlәdәn SSRİ xalq artisti R.Behbudov H.-da qastrol sәfәrlәrindә olmuşlar. S.Hacıbәyov böyük simfonik ork. üçün “Hind lövhәlәri”ndә (1964), Niyazi (Beynәlxalq Hehru mükafatı laureatı) R.Taqorun “Çitranqoda” fәlsәfi dramı әsasında bәstәlәdiyi “Çitra” (1961, 3-cü redaksiyası 1975) vә Q. Qarayev “Yeddi gözәl” baletlәrindә hind xalq musiqisinin ritm vә intonasiyalarından istifadә etmişlәr. 2002 ildә Bakıda A.R.Rәhman vә E.L.Uebberin “Bombey arzuları” müziklinin tamaşası geniş rezonans doğurmuşdur. Tamaşaya hindistanlı muhacir Z.Meta dirijorluq etmişdir. Vasimati Badrinatan 2009 ildә Bakıda keçirilәn Beynәlxalq Muğam Festivalında vә Bakı Caz Festivalında Azәrb.-ın tanınmış Bakustik Caz qrupu ilә duet ifa etmişdir. 2011 ildә Bakıda “Muğam alәmi” II Beynәlxalq Muğam Festivalı çәrçivәsindә keçirilәn tәdbirlәrdә H. nümayәndәlәri iştirak etmişlәr. 2012 ildә Azәrb.-ın qәdim musiqi alәtlәri ansamblı H.-ın Kәlkәtә ş.-ndә keçirilmiş 2-ci Beynәlxalq Sufi Festivalında iştirak etmişdir. 2013 ildә Azәrb. Resp.-nın Xalq artisti S.İsmayılovanın rәhbәrlik etdiyi musiqi dördlüyü Nyu-Dehli vә Kәlkәtә ş.-lәrindә 3-cü Beynәlxalq Sufi festivalında iştirak etmişdir. 2013 ildә Bakıda keçirilmiş Beynәlxalq Muğam festivalında H.-ın klassik musiqiçisi, raqa ifaçısı Mita Pandit iştirak etmişdir. 2014 ildә H. Mәdәniyyәt Nazirliyinin nәzdindә fәaliyyәt göstәrәn Sangt Natak Akademiyasının musiqiçi vә rәqs qrupu Şәkidә keçirilmiş 5-ci İpәk Yolu Beynәlxalq Musiqi Festivalında iştirak etmişdir.
    Teatr. Rәqs Hind teatrı Asiyanın әn qәdim teatrıdır. Mәnbәlәr onun e.ә. 1-ci minilliyin ortalarında mövcud olduğunu göstәrir. “Mahabharata” vә “Ramayana” eposları, buddist әdәbiyyatı aktyorlar vә rәqqaslar haqqında mәlumat verir. “Natyaşastra” tarktatı (“Teatr haqqında elm”, 1–2 әsrlәr) hind teatrına dair әldә olan әn qәdim mәnbәdir. Traktatda klassik dövrә qәdәrki (bu dövrdәn heç bir pyes günümüzәdәk gәlib çatmamışdır) teatrın nәzәriyyә vә tәcrübәsi ümumilәşdirilmişdir. Bütün әdәbi dramlar (Aşvaqhoşinin epik poemalarının fraqmentlәri istisna olmaqla, 1–2 әsrlәr) daha sonrakı zamanlara (eramızın 1-ci minilliyinin ortaları) mәxsusdur. 7–8 әsr dramaturqlarının (Vişakhadatta, Harşa, Bhatta Narayana, Bhavabhuti) әsәrlәri kimi, onlar da nәzәri traktatlarda öz şәrhini tapmamışdır. 10–14 әsrlәrin çoxsaylı traktatları (әn mәşhuru Dhanancayanın “Daşarupa” – “Dramın on növü”) “Natyaşastra”ya әsaslanmaqda davam edirdi. “Natyaşastra”nın mifologiyası teatrın yaranmasını izlәmәyә imkan verirdi. E.ә. 1-ci minilliyin ortalarında meydana gәlәn teatr hәr il keçirilәn İndra bayramı ilә bağlı idi. Klassik dövrdәn әvvәlki erkәn dram purvarangi (puji) vә ondan sonra oynanılan mifdәn (natya) ibarәt ikihissәli tamaşa idi. Mif-nyeslәrin sәhnәlәşdirilmәsi sözә yox, plastikaya әsaslanırdı, bu da hind teatr әnәnәsinin zәngin jestlәr dili ilә seçildiyini vә bunun hәr üç növ tamaşa – dram (natya), pantomim (nritya) vә rәqs (nritta) üçün sәciyyәvi olduğunu göstәrir. Əvvәlcә tamaşanın әn mürәkkәb növü olan natya formalaşmışdır; burada semantik dәqiqliklә verilmiş hәrәkәt vә jestlәr pyesin mәzmununu açırdı. Natyanın aşağı (“qadın”) forması olan pantomim-nrityanı qadınlar tәqdim edirdilәr, halbuki natyanın ifasında hәlә uzun müddәt kişi aktyorlara üstünlük verilirdi. Pyesin müfәssәl süjeti yox idi vә mahnıların sözlәri әvәzinә jestlәrdәn istifadә olunurdu. Ən sonda tәmiz rәqs adlanan növ formalaşmışdı vә mәnanın ötürülmәsi ilә heç bir әlaqәsi yox idi. Hind teatrında plastik әsasların üstünlüyü dram nәzәriyyәsinin xüsusiyyәtlәrini müәyyәnlәşdirmiş, antik vә Avropa teatrlarından fәrqli olaraq, әsas fikri әdәbi mәtndәn çox sәhnә hәrәkәtlәrinә (prayoqa) yönәltmişdi. On dram janrı sisteminin әsasını tәşkil edәn dörd üslub da mәtnә yox, tamaşaya aid edilirdi. Spiritual üslub (sattvati) ifaçıdan öz mәnәvi enerjisini toplayaraq, oynadığı personaja çevrilmәyi tәlәb edirdi. Tәkbәtәk döyüş plastikasına, istifadәyә әsaslanan güc üslubu (arabhati) sәrt, “kişi” oyunu manerası tәlәb edirdi. Ona qarşı geyimlәr vә rәqslәrin bolluğu ilә yaradılan zәrif incә üslub qoyulurdu. Nitqin tәsirliliyi verbal üsluba (bharati) aid edilirdi. “Natyanın anaları” sayılan bu dörd üslubdan dramın hәm ssenari (samavakara, dima, ihamriqa, vyayoqa, anka, vitha, prahasana vә bhana), hәm dә әdәbi (nataka vә prakarana) növlәrinin tәsviri üçün istifadә olunurdu. Bununla belә, qәdim nәzәriyyәçilәr natyanın bütün növlәrini iki әsas tipә bölmüşlәr: allahların vә iblislәrin iştirak etdiyi kәskin vә ekspressiv tamaşalara (aviddha)vә qәhrәmanları adi personajlar olan daha sonrakı dramlara (sukumara). Aviddha tipinә dörd qәdim janr – samavakara, dima, ihamriqa vә vyayoqa aid edilir. Dekorasiyanın olmaması vә butaforiyadan az istifadә dramlardakı dәqiq plastika, al-әlvan kostyumlar, saç düzümü vә qrimlә kompensasiya olunurdu, bunların forma vә rәngi ilahi vә demonik personajları bir-birindәn ayırmaq üçün imkan yaradırdı. İki keçid arxaik janr – prahasana vә vithi suku-mara tipinә aid idi. Yalnız verbal (şifahi) üsluba әsaslanan bu janrlar sanskrit dramın әdәbi növlәrinin (nataka vә prakarana) formalaşmasında mühüm rol oynamışdır. Avropa tipli teatr H.-da müstәmlәkә dövründә yaranmışdır. 18 әsrdә Kәlkәtәdә Ost-Hind şirkәtinin himayәçiliyi ilә üç peşәkar dram teatrı –”Old pley haus”, “Nyu pley haus” vә “Çourangi tietr” fәaliyyәt göstәrirdi. Yalnız ağdәrili әhali üçün açıq olan bu teatrlar ingilis dilindә Avropa pyeslәrini tamaşaya qoyurdu. Bombeydә 1750 ildә “Bambai Thitar” teatrı açılmış, lakin müvәffәqiyyәt qazana bilmәdiyi üçün bağlanmışdı. Kütlәvi milli teatr yaratmaq ideyası yalnız 19 әsrin 1-ci yarısında reallaşdı vә 1840 ildә artıq Kәlkәtәdә Avropa vә sanskrit dillәrindәn benqal dilinә tәrcümә olunmuş, habelә benqal dramaturqlarının pyeslәrini tamaşaya qoyan bir neçә kollektiv fәaliyyәt göstәrirdi (M.Dottonun “Belә sivilizasiya olar?!” sosial komediyası, 1859; D.Mittronun “İndiqo güzgüsü” antibritaniya pyesi, 1860 vә s.). Bu pyeslәrin vә 19 әsrin ortalarına yaxın formalaşmış orijinal benqal dram әsәrlәrinin tamaşası (Q.Qhoş, T.Bondopaddhay, R.Torkorotno vә b.) Britaniya inzibatçılarının narahatlığına sәbәb olurdu vә onlar 1876 ildә “Dram әsәrlәrinin tamaşası haqqında Qanun”a әsasәn sәrt polis senzurasını leqallaşdırdılar. 20 әsrin әvvәllәrindә H.-da milli azadlıq hәrәkatının ideyalarını ifadә edәn realist teatr yarandı. Burada әsas rolu hәvәskar kollektivlәr, “mәktәb” birliklәri vә bir çox böyük şәhәrdә yaranmış yarımpeşәkar truppalar oynayırdı. Teatrın vә hind dilindә dramaturgiyanın inkişafı üçün “Bharatendu natak mandali” (1907 ildә Benares ş.-ndә Bharatendu Harişçandra tәrәfindәn yaradılmışdı) hәvәskar truppasının, hәmçinin Britaniya müstәmlәkәçiliyinә qarşı mübarizә aparanların obrazını yaratmış D.Prasad, Premçand vә Qovinddasın fәaliyyәti şәrait yaratmışdı. Prinsip etibarilә tamam yeni istiqamәt parsların teatrı ilә bağlı idi. Parsların “Parsı natak mandalı” ilk peşәkar teatr şirkәti 1852 ildә Bombeydә açılmışdır. Viktoriya dövrü teatrını tәqlid edәn parslar teatrında parlaq tamaşa hissi yaradan melodeklamasiyaya, hәdsiz dәrәcәdә mimikadan vә müxtәlif xüsusi effektlәrdәn istifadәyә çox yer verilirdi. Parslar teatrı 20 әsrin 1-ci rübünә qәdәr fәaliyyәt göstәrdi, onun varisi hind kinematoqrafı oldu. 1943 ildә K.A.Abbas, A.S.Cafri, D.Şarmalkar vә b. Bombeydә 6,5 mindәn çox müxtәlif kollektivi birlәşdirәn Hindistan Xalq Teatrları Assosiasiyasını (HXTA) yaratdılar. 1953 ildә Dehlidә Musiqi, Rәqs vә Dram Milli Akademiyası (“Sangit Natak”), 1959 ildә onun himayәsi altında Milli Dram Mәktәbi (1999 ildәn hәr il “Bharat Ranq Mahotsava” teatr festivalını keçirir), 1984 ildә HXTA-nın uşaqlarla iş aparan xüsusi mәrkәzi yaradıldı. 20 әsrin son onilliklәrindә bir sıra eksperimental teatr (o cümlәdәn Benqalorda “Ranqa Şankar” teatrı) yaranmışdır. 1989 ildә Maysurda “Ranqayana” teatr mәrkәzi fәaliyyәtә başlamışdır. Teatrın repertuarına kannada dilindә Avropanın klassik vә müasir pyeslәri daxildir. Nyu-Dehlidә “Amater tietr qrup”, “Dramatek” un-t teatrları fәaliyyәt göstәrir. Gәzәrgi truppalar da geniş yayılmışdır. H.-da xalq kukla teatrları haqqında ilk mәlumatlar e.ә. 1 әsrә aiddir. Marionetka teatrı Racәsthan, Maharaştra, Karnataka, Orissa, Qәrbi Benqaliya vә Tamilnad ştatlarında; kölgә teatrı Andhra-Pradeş, Karnataka, Kerala, Orissa, Qәrbi Benqaliya vә Tamilnad ştatlarında; әlcәkli vә metal kuklalar teatrı Orissa, Uttar-Pradeş vә Tamilnadda yayılmışdır. Kuklaların xarici görünüşü ştatdan asılı olaraq çox fәrqlәnir. Kuklaların hәr personajı üçün dayanıqlı ikonoqrafiyası mövcuddur. Donbalan gözlәr vә qara dәri mәnfi qәhrәmanlar, açıq çalarlar müsbәt qәhrәmanlar üçün sәciyyәvidir; kukla-çar üçün zәrxara geyimdәn vә bığdan istifadә olunur. Kişi marionetkaların başında çalma, qadınlarda isә qәribә saç düzümü olur. Qadın personajlar üçün rәqs plastikası, kişilәr üçün sәrt, kәskin hәrәkәtlәr xasdır. Müasir teatr 10 nәfәrdәn (marionetka teatrı) 40-a qәdәr (kölgә teatrı) üzvü olan yarımpeşәkar gәzәrgi truppalarla tәmsil olunur. Truppa, әsasәn, brahman ailәsindәn ibarәt olur, peşә vә kuklalar nәsildәn-nәslә keçir. Truppanın heyәtinә kukla oynadan aktyorlar, musiqiçi-müğәnnilәr vә rәhbәr (bhaqavat) daxildir. Kuklaları kişilәr hәrәkәtә gәtirir; bir qayda olaraq, hekayәçi yaxud nağılı söylәmәk funksiyası da onların öhdәsinә düşür, bu işi tamaşanı oxumaqla, musiqi alәtindә çalmaqla müşayiәt edәn qadınlar da görә bilәr. Tamaşa 6–8 saat çәkir, bunun üçün 20 kukla tәlәb olunur. Kukla teatrı әylәndirmәkdәn başqa, ayin funksiyasını da yerinә yetirir. Aktyorları dәvәt edәrkәn kәnd әhli inanır ki, tamaşa yağışın yağmasına, yaxud bol mәhsulun alınmasına sәbәb olacaq. Onları yerli bayramlara, toylara vә dәfn mәrasimlәrinә dә dәvәt edirlәr. Kәnd yerlәrindә kukla teatrının populyarlığını görәn dövlәt idarәlәri onlardan ailәnin planlaşdırılması ideyasının tәbliği, köhnә әnәnәlәri (gәlin üçün başlıq istәmәk vә s.), zәrәrli vәrdişlәri aradan qaldırmaq mәqsәdilә istifadә edirlәr. H.-da kukla teatrı dövlәt sәviyyәsindә dәstәklәnir. Musiqi, Rәqs, Dram Milli Akademiyası müntәzәm olaraq Nyu-Dehlidә beynәlxalq kukla teatrı festivalı keçirir.
    Ənәnәvi hind teatrlarından biri – Yakşaqana. Karnataka şt.
    Peşәkar kollektivlәr içindә Kәlkәtә kukla teatrı (1973) vә Nyu-Dehlidәki “İşara” teatrı fәrqlәnir. Keralada 1981 ildәn yerli kukla kollektivlәrini himayә edәn “Natanakairali” tәdqiqat mәrkәzi fәaliyyәt göstәrir. 2013 ildә Sumqayıt Dövlәt Dram Teatrının kollektivi H.-ın Nyu-Dehli vә Caypur şәhәrlәrindә keçirilәn Beynәlxalq Hindistan Teatr Festivalında iştirak etmişdir. 2014 ildә Azәrb. Dövlәt Kukla Teatrının aktyor qrupu H.-da keçirilmiş Beynәlxalq Kukla Teatrı Festivalında iştirak etmişdir.
    Kino L. vә O.Lümyer qardaşlarının ilk qısametrajlı filmlәri 1896 ildә Bombeydә, 1897 ildәn Kәlkәtә vә Mәdrәsdә nümayiş etdirildi. 1899 ildә fotoqraf H.S. Bhatvadekar (Save Dada) tamaşaçılara özünün “Pәhlәvanlar” vә “Meymun tәlimçisi” filmlәrini göstәrdi. C.F.Madan 1905 ildә Kәlkәtәdә ilk kinoteatr vә ölkәdә filmlәrin prokatı üzrә ilk “Elphistone Bio Co” (sonralar “Madan Theatres” holdinqinә çevrildi) şirkәtini açdı vә 1920 ilә qәdәr H., Birma, Malayya, Sinqapur vә Seylonda bütün filmlәrin buraxılışını vә prokatını inhisara aldı. 1909–12 illәrdә ölkәdә hind xronikalsәnәdli filmlәri ilә yanaşı ABŞ, B. Britaniya, Fransa, İtaliya, Yaponiya vә Rusiya filmlәri dә nümayiş olunurdu. 1912 ildә Bombeydә R.Q.Tornenin “Pundalik” dramı üzrә ilk bәdii film-tamaşa göstәrildi. Müntәzәm film istehsalına 1913 ildәn başlanıldı. Hәmin il hind bәdii kinematoqrafının banisi sayılan D.Q.Phalke (Dәdәsahib Phalke kimi tanınır) “Racә Harişçandra” filmini çәkdi. Phalke tәqr. 20 il әrzindә 44 sәssiz film lentә aldı (çoxunun süjeti “Mahabharata” vә “Ramayana”dan götürülmüşdür). “Phalke and Co” (sonralar “Hindustan C. Co”), “İmperial”, “Maharashtra F. Co”, “Kohinoor Film”, “Prabhat Film” vә s. sәssiz kino dövrünün әn böyük kinoşirkәtlәri, Phalke, B.Peynter, D.Qanquli, Ç.Şah, V.Şantaram, A.İrani mәşhur rej.-lar idi. 1928 ildә kinematoqraf haqqında qanun qәbul edildikdәn sonra mövcud qayda-qanunları tәnqid edәn filmlәrә qadağa qoyuldu. 1931 ildә Bombeydә İraninin ilk sәsli “Alam ara” (“Dünyanın mәşәli”) filminin (hind dilindә) nümayişi baş tutdu. H.-ın başqa dillәrdә dә sәsli filmlәrinin istehsalı vüsәt aldı; 1931 ildә benqal, tamil, teluqu; 1932 ildә marath vә qucarat; 1933 ildә Assam; 1934 ildә kannar; 1935 ildә Pәncab; 1936 ildә oriya vә 1938 ildә malayalam dillәrindә filmlәr yaradıldı. 2-ci dünya müharibәsi әrәfәsindә H. film istehsalı üzrә dünyada ilk yerlәrdәn birini tuturdu (ildә 200 film). “New Theatres” (Kәlkәtә), “Prabhat” (Puna), “Bombay Talkies” vә “Ranjit” (Bombey) kimi aparıcı studiyalarda kәskin sosial mövzularda [“Zәlzәlәdәn sonra” (“İnqilab”), 1935, “Qızıl cәmiyyәt”, 1936, hәr ikisinin rej.-u D.K. Bos; N.Bosun “Ana torpaq”, 1938; Mәhbubun “Çörәk”, 1942, vә s.]; bәrabәrsizliyә, kasta diskriminasiyasına qarşı (P.Ç.Baruanın, Ş.Çottopaddhayın eyniadlı romanı üzrә “Devdas”, 1935); birliyә çağıran (V.Şantaramanın “Qonşular”, 1941; hәmçinin S.Modinin “Çağırış”, 1939; “Makedoniyalı İskәndәr”, 1941, “Prithvi Vallabh”, 1943) tarixi filmlәri; qadın azadlığına hәsr olunmuş [Şantaramın “Kunku” (1936) vә “İnsan” (1939); N.Bosun “Fabrik direktoru” (“Böyük bacı”, 1937); Mәhbubun “Cagirdar” (1937) vә “Qadın” (1940) vә s.] filmlәr çәkildi. 1940-cı illәrin 1-ci yarısında Bombey, Kәlkәtә vә Mәdrәsdә kino sәnayesinin üç avtonom mәrkәzi yaranmışdı. Filmlәr “Mahabharata” vә “Ramayana” süjetlәri, әfsanә vә miflәr, hәmçinin “Min bir gecә” motivlәri üzrә çәkilirdi. Xalq teatrları assosiasiyasının fәaliyyәti (1943), S.M.Eyzenşteyn, V.İ.Pudovkin, A.P.Dovjenko vә b.-nın yaradıcılığı ilә tanışlıq H.Ə. Abbasın “Torpağın övladları” (1946); Ç.Anandın “Vadidә şәhәr” (1946, Kann Beynәlxalq kinofestivalının mükafatı); N.Qhoşun “Mәzlumlar” (1948); R.Kapurun “Avara” (1951, Kann Beynәlxalq kinofestivalının mükafatı) vә “Cәnab 420” (1955), Q.Dattın “Susuzluq” (1957) vә “Kağız güllәr” (1959) vә s. filmlәrin meydana gәlmәsi ilә nәticәlәndi. 1950-ci illәrin 2-ci yarısında hind kinematoqrafına R.Qhatak, S.Rey vә M.Sen kimi rej.-lar gәldi. Onların yaratdığı filmlәr, xüsusәn dә Reyin “Yol nәğmәsi” (1955, Kann Beynәlxalq kinofestivalının mükafatı), “Mәğlubedilmәz” (1956, Venesiya Beynәlxalq ki nofestivalının mükafatı) vә “Apunun dünyası” (1959) trilogiyası realist tәmayüllü filmlәrdir. Hind kinemato qrafiyasının inkişafına rej.-lardan Ş.Beneqal (“Cücәrti”, 1974; “Gecәnin sonu”, 1975; “Bazar meydanı”, 1983; “Netaci Subhaş Çandra Bos. Unudulmuş qәhrәman”, 2005), A.Qopalakrişnan (“Yüksәliş”, 1977; “Üz bәüz”, 1984; “Mono loq”, 1987; “Divarlar”, 1990; “İnsan tarixçәsi”, 1996), R.Qhoş (“19 aprel”, 1994; “Qum zәrrәsi”, 2003), M.Nayar (“Kamasutra”, 1996; “Yağış mövsümündә toy”, 2001; “Adaş”, 2006) vә b. böyük töhfәlәr vermişlәr. Bununla bәrabәr, 1920–30-cu illәrin dini-mifoloji vә tarixi, 1930–40-cı illәrin tryuk vә kostyumlu filmlәri, 1940–50-ci illәrin sentimental-romantik melodramları, 1970-ci illәrin macәra-döyüş filmlәri, 1980-ci illәrin film-nağılları vә 1990-cı illәrin ailә dramları hind kinosunu süni әlavәlәrlә sәciyyәlәnәn (süjet şablonluğu, mahnı-rәqs nömrәlәri, sadәlәşdirilmiş kino dili vә s.) teatr tamaşası kimi qavramağa vadar etdi. Televiziya vә video tәrәfindәn rәqabәt artdıqca kino sahibkarları kino ulduzlarının (A.Baççan, S. vә Ş.Khan, M.Dikşit, Şridevi vә b.) iştirakı ilә böyük büdcә tәlәb edәn meqablokbasterlәrә müraciәt etmәyә başladılar.
     
    “Avara” filmindәn (1951) kadr. Rej. R.Qapur.
    Bollivudda (Mumbai kinosәnayesi, adı şәhәrin köhnә adı Bombey vә Hollivuddan götürülmüşdür) rej.-lar: Y.Çopra, M. Bhatt, V.V.Çopra, S.Qhai, R.Q.Varma, S.L.Bhansali, K.Cohar, F.Akhtar; aktyorlar: R.Roşan, S.Datt, A.Ray-Baççan, R.Mukherci, P.Zinta vә b.-ları çalışır. Hind dilindә filmlәr xaricdә dә (İsveç, B.Britaniya, Fransa, ABŞ, Avstraliya vә s.) çәkilir. H.-da kino istehsal edәn doqquz mәrkәz var: Mumbay (keçmiş Bombey), Trivandram (Tirivanantapuram), Kәlkәtә, Heydәrәbad, Banqalor, Quvahati, Dehli, Çennai (keçmiş Mәdrәs) vә Kattak. Filmlәrin çoxu hind vә dörd cәnub-hind dillәrindә (tamil, telequ, kannada vә malayalam) istehsal olunur. 1953 ildә dövlәt (1955 ildәn milli) kinomükafatı tәsis edilmişdir. Çoxsaylı ictimai mükafatlar arasında әn dәyәrlisi (1954 ildәn) “Filmfare” jurnalının mükafatıdır. 1955 ildә Uşaq filmlәri cәmiyyәti, 1960 ildә Kinonu maliyyәlәşdirәn dövlәt korporasiyası (1980 ildәn Kino inkişafının milli korporasiyası) yaradılmışdır. Puna ş.-ndә 1961 ildә Kino in-tu (1975 ildәn H.-ın kino vә televiziya in-tu), 1964 ildә Milli arxiv açılmışdır. Kәlkәtәdә S. Pey ad. Kino vә Televiziya İn-tu, Çennaidә Tamilnad Kino vә Televiziya İn-tu (1995), Mumbaidә K.Amrohi ad. Aktyor Sәnәti Un-ti vә Hind kinosunun beynәlxalq akademiyası (2000), Dehlidә Asiya Kino vә Televiziya Akademiyası (1995) fәaliyyәt göstәrir. Beynәlxalq kinofestivallar keçirilir: Qoada (2004 ildәn, hәr il; 1952 ildәn müxtәlif şәhәrlәrdә), Kәlkәtәdә (1995 ildәn); sәnәdli, qısametrajlı vә animasiya filmlәri (Mumbai, 2 ildә bir dәfә); uşaq filmlәri (Heydәrәbad, 2 ildә bir dәfә); Asiya kinosu “CINEFAN” (1999 ildәn), qadın kinosu (2006 ildәn) – hәr ikisi Dehlidә. 2011 ildә H.-da istehsal olunmuş bir sıra sәnәdli film (rej. S.Rey) Azәrb. dilinә tәrcümә edilmiş vә subtitrlәrlә tәmin olunmuşdur. “Azәrbaycanfilm” kinostudiyasında 2016 ildә istehsal olunmuş “Dәrs” vә “Onun atası” bәdii filmlәri 5-ci Dehli Beynәlxalq Film Festivalında, 2017 ildә lentә alınmış “İçәrişәhәr” bәdii filmi H.-ın 15-ci “Pune” vә 7-ci “Yaşvant” Beynәlxalq Film Festivallarında nümayiş etdirilmişdir.
    Əd.: Э р м а н В. Г. Теория драмы в древнеиндийской классической литературе // Драма тургия и театр Индии. М., 1961; S i v a r a m a m u r t i C. The art of India. N. Y., 1977; K a p u r G. Contemporary Indian artists. New Delhi, 1978; Ш е п т у н о в а И. И. Живопись Бенгальского возрождения. М., 1978; Д е в а Б. Ч. Индийская музыка. М., 1980; Г у с е в а Н. Р. Художественные ремесла Индии. М., 1982; А н т о н о в а К. А., Б о н г а р д Л е в и н Г. М., К о т о в с к и й Г. Г. История Индии. 3-е изд. М., 1984; Ш а р м а Р. Ш. Древне индийское общество. М., 1987; Кино Индии / Под ред. М. Л. С а л г а н и к. М., 1987; Н е р у Дж. Открытие Индии. М., 1989. Л и д о в а Н. Р. Драма и ритуал в древней Индии. М., 1992; Б э ш е м А. Чудо, которым была Индия. 2-е изд. М., 2000; А л е к с е е в а Н. Н. Современные ландшафты зарубежной Азии. М., 2000; State of the environment: India. New Delhi, 2001; О л ь д е н б у р г С. Ф. Культура Индии. 2-е изд. М., 2004; Г о р о х о в и к Е. Музыкальная культура Индии. Минск, 2005; Индия сегодня. М., 2005; В и г а с и н А. А. Древняя Индия: от источни как истории. М., 2007; Economic survey of India. 2006–07. New Delhi, 2007.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİNDİSTAN YARIMADASI 