HİNDİSTAN UĞRUNDA İNGİLTƏRƏ-FRANSA MÜBARİZƏSİ (1746 – 18 әsrin sonları) – İngiltәrә ilә Fransanın Hindistan üzәrindә öz müstәmlәkә ağalıqlarını qurmaq uğrunda özlәrinin Ost-Hind şirkәtlәri vasitәsilә rәqabәti. Avstriya irsi uğrunda müharibәlәrin (1740–48) vә Yeddiillik müharibәnin (1756–63) gedişindә İngiltәrә ilә Fransa mübarizәsinin tәrkib hissәsi idi. Hindistan әrazisindә hәrbi әmәliyyatlar hәr iki tәrәfdәn yerli hakimlәrin sipahilәr dәstәlәri vasitәsilә aparılırdı. Birinci müharibә tәrәflәrdәn heç birinә üstünlük gәtirmәsә dә, Yeddiillik müharibә İngiltәrәnin hәrbi vә iqtisadi cәhәtdәn üstünlüyü, hәmçinin Fransa komandanlığı arasındakı daxili çәkişmәlәr sәbәbindәn inglislәrin tam qәlәbәsi ilә yekunlaşdı. Fransa Pondişeri vә daha 4 kiçik şәhәr istisna olmaqla, demәk olar ki, Hindistandakı bütün mülklәrindәn mәhrum oldu. 1790-cı illәrdә kral hakimiyyәtinin vә Direktoriyanın ingilislәrin әsas düşmәnlәri olan Maysur hakimlәri Heydәr Əli vә Tipu Sultan ilә ittifaq bağlamaq yolu ilә Fransanın Hindistanda nüfuzunu bәrpa etmәk cәhdlәri 1798 ildә Fransa donanmasının Əbukir yaxınlığında ingilislәr tәrәfindәn darmadağın olunmasından sonra qәti iflasa uğradı.










