HİNGİS Martina (d.30.9.1980, Çexoslovakiya, Koşitse) – İsveçrә idmançısı. 1990-cı illәrin sonu – 2000-ci illәrin әvvәllәrindә tәk dәrәcәdә vә 1990-cı illәrin sonu – 2010-cu illәrdә qoşa dәrәcәdә vә mikst dә dünyanın әn güclü tennisçilәrindәn biri. Adı Martina Navratilovanın şәrәfinә almışdır. 7 yaşından İsveçrәdә yaşayır. İlk uğurlarını gәnclәr arasında yarışlarda әldә etmiş, iki dәfә gәnclәrin Fransa Açıq çempionatının (1993, 1994; 1.1.2017 ilin mәlumatına görә tarixdә әn gәnc qalib), Uimbldonturniri (1994) vә ABŞ Açıq çempionatının (1994) qalibi olmuşdur. 1994 ilin payızından peşәkar tennisçidir.

QTA (Qadın Tennis Assosiasiyası) turnirlәrindә 43 qәlәbә qazanmış, o cümlәdәn “Böyük dәbilqә” turnirlәrindә 5 dәfә: Avstraliya (1997–99; “Böyük dәbilqә” turnirlәrinin әn gәnc qalibi), ABŞ Açıq çempionatları (1997), Uimbldon turniri (1997) vә “Rolan Qarros” turnirinin 2 dәfә finalçısı (1997, 1999), QTA-nın ilin yekun turnirlәrinin 2 dәfә qalibi (1998, 2000) olmuşdur. 31.3.1997 ildә dünyanın bir nömrәli tennisçisi seçilmişdir. “Böyük dәbilqә” turnirlәrinin qoşa dәrәcәlәrindә 9 dәfә qәlәbә qazanmış (1997–2002), o cümlәdәn Avstraliya Açıq çempionatının (1999) vә ilin qoşa yekun turnirinin (1999) A.S.Kurnikova ilә birlikdә qalibi olmuşdur. 2002 ildә zәdә nәticәsindә karyerasını bitirmiş vә “Avrosport” kanalında idman şәrhçisi işlәmişdir. 2005 ildә yenidәn turnirlәrdә iştirak etmiş vә hindistanlı M.Bhupati ilә birlikdә mikstdә Avstraliya Açıq çempionatının (2006) qalibi olmuşdur. 2007 ilin noyabrında dopinq qalmaqalı ilә bağlı (qanında kokain aşkar edilmişdir) çıxışlarını dayandırmışdır. 2013 ildәn H. yenidәn peşәkar turnirlәrindә fәal çıxış edir vә “Böyük dәbilqә” yarışlarının qoşa (2015–16 illәrdә Hindistandan olan S.Mirzә ilә birlikdә 3 turnirin qalibi) vә qarışıq (2015–2016 illәrdә Hindistandan olan L.Paeslә birlikdә 4 turnirin qalibi) dәrәcәlәrdә qәlәbә qazanmışdır. 2013 ildәn H.-ın adı Tennis şöhrәti Beynәlxalq zalındadır (ABŞ, Rod-Aylend ştatı, Nyuport). Hәyatı haqqında “Martina II” (“İkinci Martina”) sәnәdli filmi çәkilmişdir.










