HİNNÖ (Hinnöy) – Norveçin şm.-q. sahillәrindә Vesterolen arxipelaqının әn iri adası. Sah. 2198 km2. Hünd. 1266 m. Relyefi dağlıqdır. Əsasәn, qranit vә qneyslәrdәn tәşkil olunmuşdur. Sahillәri fyordlarla parçalanmışdır. Çәmәnliklәr, kolluqlar, tozağacı meşәlәri, tundra sahәlәri yayılmışdır. Balıqçılıq; gәmi tәmiri var. Əsas portu Harstaddır.










