HİNŞELVUD Siril Norman, ser (19.6. 1897, London – 9.10.1967, orada) – fiziki kimya sahәsindә ingilis alimi, Nobel mükafatı laureatı (1956, N.N.Semyonovla birlikdә). London Kral Cәmiyyәtinin üzvü (1929) vә prezidenti (1955 – 60), SSRİ EA-nın әcnәbi üzvü (1958) olmuşdur. Oksford Un-tini bitirmişdir (1920). 1921–64 illәrdә hәmin un-t dә (1937 ildәn prof.), 1964 ildәn London İmperiya Kollecindә dәrs demişdir. London Kimya Cәmiyyәtinin prezidenti olmuşdur (1946–48). Zәncirvarı reaksiyalar nәzәriyyәsinin yaradıcılarından biridir. Əsas işlәri şaxәlәnmiş zәncirvari reaksiyaların kinetikası vә mexanizmlәri sahәsindәdir. Çox atomlu molekulların homogen monomolekulyar parçalanmasının mexanizmini müәyyәnlәşdirmişdir (1921). Hidrogenin oksigenlә qarışığında alovlanma hәddinin olmasını göstәrmiş (1928– 31) vә onu zәncirlәrin qırılmasının nәticәsi kimi izah etmişdir. Homogen vә heterogen proseslәrin çoxunun mexanizmini öyrәnmiş (1920–30-cu illәr), zәncirlәrin şaxәlәnmәsini, reaksiyanın sürәtinin dәyişmәsindә divarların vә digәr faktorların rolunu müәyyәnlәşdirmişdir.











