HİPÉRBOLA (yun. υπερβολη) – düzgün dairәvi konusun, onun tәpәsindәn keçmәyәn vә hәr iki doğuranını kәsәn müstәvi ilә kәsişmә xәtti (şәkil 1). H., hәmçinin müstәvinin iki müәyyәn F1 vә F2 nöqtәlәrindәn (H.-nın fokusları) mәsafәlәri fәrqi sabit olan M nöqtәlәrinin hәndәsi yeri kimi tәyin edilә bilәr. Əgәr xOy koordinat sistemini şәkil 2-dә göstәrildiyi kimi (OF1=OF2=c) seçsәk,
onda H.-nın tәnliyi
şәklini alar, burada ![]()
H. – iki K1A1K'1 vә K2A2K'2 sonsuz budaqlarından ibarәt olan ikitәrtibli xәtdir; o, F1F2 vә B1B2 oxlarına nәzәrәn simmetrikdir vә O nöqtәsi (H.-nın mәrkәzi) onun simmetriya mәrkәzidir; A1A2 = 2a parçası H.-nın hәqiqi oxu, B1B2 = 2b parçası isә xәyali oxu adlanır, e = c/a >1 әdәdi H.-nın ekssentrisitetidir. Tәnliklәri x = – a/e vә x = a/e kimi olan D1D'1 vә D2D'2 düz xәtlәri H.-nın direktrislәri adlanır. H.-nın istәnilәn nöqtәsinin әn yaxın fokusa qәdәr olan mәsafәsinin әn yaxın direktrisә qәdәr olan mәsafәyә nisbәti sabit kәmiyyәtdir vә ekssentrisitetә bәrabәrdir. H.-nın Ox oxu ilә kәsişmә nöqtәlәri A1 vә A2 onun tәpәlәri adlanır. Y = ± bx/a düz xәtlәri (şәkil 2-dә punktirlә verilәn) H.-nın asimptotlarıdır. y = k/x tәrs mütәnasibliyinin qrafiki H.-dir. Bax hәmçinin Konus kәsiklәri.










