HİPERİNFLYASİYA – fövqәladә iqtisadi vә siyasi amillәrin (müharibә, müharibәdәnsonrakı dağıntı, iqtisadi böhran, sosial-siyasi sarsıntı, yanlış iqtisadi siyasәt vә s.) tәsiri nәticәsindә yüksәk templә inkişaf edәn inflyasiya. Adi inflyasiya ilә H. arasındakı dәqiq kәmiyyәt hәddini müәyyәn etmәk çәtindir. Lakin onların keyfiyyәt fәrqi ondan ibarәtdir ki, H. zamanı dәyәrini itirmiş pullar öz funksiyalarını normal yerinә yetirә bilmir vә ölkәnin pul sistemi tam dağılır. Bәzәn ortaaylıq qiymәtlәr on, yüz dәfәlәrlә arta bilir. Mәs., Birinci dünya müharibәsi dövründә vә ondan sonra Almaniyada H. nәticәsindә 1924 ilә nәzәrәn marka 1,6 trln. dәfә; İkinci dünya müharibәsi zamanı Yunanıstanın milli valyutası 50 mlrd. dәfә qiymәtdәn düşmüşdü. H. nәticәsindә qiymәtdәn düşmüş pullar adәtәn dövriyyәdәn çıxarılır vә әvәzindә yeni pul vahidlәri buraxılır. H. tәsәrrüfat әlaqәlәrinin pozulmasına vә әhalinin yaşayış sәviyyәsinin aşağı düşmәsinә sәbәb olur.










