HİPERKERATÓZ (hiper... + keratoz) – epidermisin buynuz tәbәqәsinin kәskin qalınlaşması. Uzunmüddәtli tәzyiq, sürtünmә nәticәsindә, neft mәhsullarının, daş kömür qatranlarının, endokrin pozulmaların vә s. tәsirindәn ola bilәr. Birincili (dәyişilmәmiş dәridә baş verir) vә ikincili (dәri xәstәliklәrinin – qırmızı yastı dәmrovun, ixtiozun, göbәlәk zәdәlәnmәlәrinin fonunda inkişaf edir) H. ayırd edilir. Çox vaxt ovucda vә ayaqların altında (keratodermiya) müşahidә edilir. H. zamanı dәri qabıq verә, sarımtıl rәng ala bilәr. Döyәnәk vә döyәnәklәşmә sәciyyәvidir. M ü a l i c ә s i: sәbәbin aşkar edilmәsi vә әsas xәstәliyin müalicәsi. H. baş verdikdә: A vitamininin qәbulu, isti vannadan sonra keratolitik mәlhәmlәr, plastırlar, laklar (5%-dәn artıq konsentrasiyalı salisil mәlhәmlәri, keratozan, salipod, südlüsalisilli kollodium) göstәrişdir.










