HİPERPLAZİYA (hiper... + yun. πλάσις – yaranma, törәmә) – toxumanın vә ya orqanın struktur elementlәrinin sayının hüceyrә bölünmәsi hesabına artması. H.-nın әsasında müxtәlif tәsirlәr (toxumanın boy stimulyatorları, antigen qıcıqlandırıcılar, onkogen maddәlәr, neyroendokrin tәsirlәr, orqan vә ya toxumanın bir hissәsinin itirilmәsi vә s.) nәticәsindә hüceyrәlәrin sürәtlә çoxalması durur. Fiziloji H. hamilәlik (süd vәzilәri epitelisinin çoxalması), ay başı danqabaqkı dövrdә (endometrinin – uşaqlığın daxili selikli qişasının vәzili H.-sı) vә s.-dә müşahidә olunur. Patoloji H. anemiyanın bәzi formaları (mieloid toxumanın struktur elementlәri sayının artması), xroniki iltihablar, şişlәr vә s. zamanı inkişaf edir. Regenerasiya vә hipertrofiyalar zamanı H. kompensator sәciyyәli olur.










