HİPERSALİVASİYA, p t i a l i z m, a ğız s u y u n u n a x m a s ı – ağızsuyu vәzilәrinin sekresiyasının artması. 3–6 aylıq uşaqlarda fizioloji olaraq tәzahür edir. Daha böyük uşaqlarda belә estetik qüsur xәstәlik hesab olunur, xeyli narahatlıq vә xoşagәlmәz hissiyyat törәdir. H. әksәr hallarda ağız suyunun hәqiqiqәtәn çox ifraz olunması ilә deyil, udqunma refleksinin pozulması ilә әlaqәdar olur. H., adәtәn, aşağıdakı xәstәliklәrlә müşayiәt olunur: uşaq serebral iflici, Parkinson xәstәliyi, neyroleptik sindrom, yan amiotrofik skleroz, epidemik ensefalit. H. bir sıra sinir sistemi xәstәliklәrinin әlamәti, hәmçinin ağız boşluğunun selikli qişasında keçәn kәskin iltihabi xәstәliklәrin nәticәsi ola bilәr. Ağız boşluğu selikli qişasının qıcıqlanması reflektor olaraq, ağızsuyu ifrazının artması ilә müşayiәt edilir ki, bu da orqanizmin müdafiә funksiyasıdır. Belә H.-da müalicә tәlәb olunmur. M ü a l i c ә s i H.-nı törәdәn әsas xәstәliyin aradan qaldırılmasına yönәldilmәlidir. Dәrman preparatlarından çox vaxt xolinolitiklәr effektivdir, lakin onların tәtbiqi bәzәn әlavә tәsirlәr törәdir.










