HİPERTERMİYA (hiper... + yun. ϑέρμη – istilik), h ә d d ә n a r t ı q q ı z m a – orqanizmdә hәddәn artıq istiliyin toplanması. H. hәyәcanlanma, qıcolma vә bayılmaya sәbәb olan maddәlәr mübadilәsinin artması, suyun vә duzların itirilmәsi, baş beyindә qan dövranının pozulması ilә müşayiәt edilir. H.-nın inkişafına istilik törәmәsinin artması (mәs., әzәlә işi zamanı), istilik tәnzimi mexanizmlәrinin pozulması (narkoz, sәrxoşolma, bәzi xәstәliklәr) vә onların yaşla әlaqәdar (uşaqlarda hәyatın ilk illәrindә) zәifliyi sәbәb olur. 41°C-dәn yüksәk temp-rda istivurma baş verә bilәr. Bәzi sinir vә xroniki xәstәliklәrin müalicәsi zamanı süni H. tәtbiq edilir (bax Piroterapiya).










