Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HİPERTİREÓZ 
    HİPERTİREÓZ [hiper... + lat. (glandula) thyreoidea – qalxanabәnzәr vәzi] – artıq miqdarda tiroksin triyodtironin hormonlarını hasil etmәklә qalxanabәnzәr vәzinin funksiyasının artması. Qalxanabәnzәr vәzinin autoimmun reaksiyasının nәticәsi, mәs., diffuz zәhәrlәyici ur (zob) zamanı ola bilәr. H.-un çox vaxt sәbәbi yodun uzun - müddәtli çatışmazlığı nәticәsindә vәzi toxumalarında baş verәn, adәtәn, bir vә ya bir neçә düyün şәklindә müstәqil fәaliyyәt göstәrәn sahәlәrin әmәlә gәlmәsidir. Bu, tirositlәrin miqdarının artmasına vә onların hormonlarının artıq hasil olmasına mәsul olan somatik mutasiya ilә nәticәlәnir. H. zamanı bütün mübadilә proseslәri güclәnir, taxikardiya baş verir, qan tәzyiqi yüksәlir vә bunlar ürәk ritmi pozuntusunun inkişaf riskini әmәlә gәtirir. Xәstәlәrdә istilik hissi, güclü tәr ifrazı, әllәrin әsmәsi, hәyәcan, qıcıqlanma, yorğunluq meydana çıxır. İş tahanın hәddәn artıq olmasına baxmayaraq xәstәlәr arıqlayır, onlarda defekasiya tezlәşir, yuxu pozulur, göz simptomları (göz qapaqlarının şişmәsi, göz yaşının axması, işığa qarşı yüksәk hәssaslıq) inkişaf edir. Diaqnoz qan zәrdabında tireotropin sәviyyәsinin azalması ilә birlikdә qalxanabәnzәr vәzi hormonları sәviyyәsinin yüksәk olmasının aşkar edilmәsinә әsaslanır. Qalxanabәn zәr vәzinin US-müayinәsi vә ssintiqrafiyası H.-un mahiyyәtini dәqiqlәşdirmәyә imkan verir. M ü a l i c ә s i H.-un gedişinin ağırlıq dәrәcәsindәn asılı olaraq, müalicә konservativ (qalxanabәnzәr vәzinin hormonlarının sintezini blokada edәn tireostatik preparatların istifadәsi) vә ya radikal (qalxanabәnzәr vәzinin cәrrahi rezeksiyası vә yaxud radioaktiv yod izotopu ilә terapiyası) ola bilәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 