HİPERTONİYA XƏSTƏLİYİ, ә s a s h i p e r t o n i y a, a r t e r i a l h i p e r t e n -z i y a – arterial tәzyiqin (AT) müxtәlif etiologiyalı xroniki yüksәlmәsi ilә sәciyyәlәnәn ürәk-damar xәstәliyi. Dünya ölkәlәrinin çoxunda ölümün әsas sәbәblәrindәn biridir. Əgәr qan tәzyiqinin yüksәlmәsi konkret xәstәliklә (mәs., pielonefritlә) әlaqәdardırsa, onda o, ikincili (simptomatik) hipertenziya kimi müәyyәn edilir.
H.x.-nin әn ehtimali sәbәblәri: irsiyyәt, neyrogen amillәrin dәyişmәsi (xüsusәn simpatik sinir sisteminin fәallaşması), endotelinin disfunksiyası, insulinә davamlılıq, böyrәk fәaliyyәtinin dәyişmәsi vә qanın mikrosirkulyasiyasının pozulması. Başgicәllәnmә, qulaqlarda küy, ürәk nahiyәsindә ağrı, ürәkdöyünmә vә s. simptomlarla özünü göstәrir.
Azәrb.-da H.x. AT-nin yüksәlmәsi sәviyyәsinә görә tәsnif edilir vә aşağıdakı mәrhәlәlәrә bölünür: I – hәdәf orqanlar da zәdәlәnmәnin olmaması; II – hәdәf orqanların birindә vә ya bir neçәsindә zәdәlәnmәnin olması; III – assosiasiyalaşmış kliniki vәziyyәtin olması.
Yüksәk AT-nin yayılması yaşa dolduqca artır, ürәk-damar ağırlaşmaları riski AT yüksәldikcә artır. Çox vaxt AT-nin yüksәk göstәricilәri özünü pis hissetmә şikayәtlәri ilә müşayiәt olunmaya bilәr, buna görә dә AT-ni müntәzәm ölçmәk lazımdır (opta AT gündüz 135/85 mm, gecә 120/80 mm olur). H.x.-nin m ü a l i c ә s i n d ә әsas mәqsәd ürәk-damar ağırlaşmaları riskinin azaldılması vә hәyat keyfiyyәtinin yaxşılaşdırılmasıdır. Dәrman müalicәsindәn әlavә dәrmansız üsullardan da istifadә edilmәlidir: bәdәn kütlәsinin onun sәthinin sahәsinә görә 18,5–24,9 kq/m2 hәddindә saxlanması; meyvә, tәrәvәz, tәrkibindә aşağı miqdarda ümumi vә doymuş yağ turşuları olan süd mәhsulları ilә pәhriz; qida ilә qәbul edilәn duzun miqdarının gün әrzindә 5–6 q-a qәdәr azaldılması; müntәzәm aerob fiziki iş (mәs., hәr gün 30 dәqiqәlik sürәtli yeriş); alkoqol qәbulunun mәhdudlaşdırılması. H.x.-nin müalicәsindә müxtәlif hipotenziv vasitәlәr istifadә olunur. Tәcili hospitalizasiya üçün göstәrişlәrә hipertonik kriz (başgicәllәnmә, başağrısı, qulaqlarda küy, görmәnin pozulması vә s.), H.x.-nin intensiv terapiya vә daimi hәkim müşahidәsi tәlәb olunan ağırlaşmaları aiddir.










