HİPERTROFİYA (hiper... + yun. τροφή – qidalanma) – orqanın, toxumanın, hüceyrә vә hüceyrәdaxili strukturların böyümәsi. İstәr normada, istәrsә dә müxtәlif xәstәliklәr zamanı homeostazın sabitliyini tәmin edәrәk rast gәlinir. H.-nın әsasında hәcmin böyümәsilә yanaşı, çox vaxt struktur vahidlәrinin (orqanın, toxumanın, hüceyrәnin) sayının da artması, yәni hiperplaziya durur. Mәs., parenximatoz orqanın H.-sının әsasında parenximatoz hüceyrәlәrin H.-sı durur, lakin bu zaman stroma elementlәrinin miqdarı arta bilәr, hipertrofiyalı orqanın qidalanmaya artan tәlәbatını tәmin edәn yeni damarların әmәlә gәlmәsi (neoan giogenez) baş verә bilәr. Hüceyrәlәrin dә H.-sı tәkcә onun strukturlarının böyümәsi hesabına yox, hәcminin onların miqdarının artması hesabına da baş verir. Belәliklә, H. vә hiperplaziya iki ayrılmaz bir-birinә bağlı proseslәrdir.
Normada H. yüksәk funksional tәlәbat vә ya neyrohormonal stimulyasiya zamanı inkişaf edir (mәs., idmançılarda miokardın H.-sı, hamilәlik zamanı uşaqlığın vә süd vәzilәrinin hәcminin böyümәsi).
Patoloji H. hәqiqi (orqanın kütlәsinin vә funksional aktivliyinin bu aktivliyi tәmin edәn hüceyrәlәrin H.-sı ilә әlaqәdar artması) vә yalançı (parenximatoz toxumanın mümkün ola bilәn atrofiyası zamanı stromanın birlәşdirici toxumasının vә piy toxumasının çoxalması hesabına) ola bilәr.
Hәqiqi H. işçi (kompensator), vikar (әvәz edici), regenerasion, neyrohumoral H.- ya vә hipertrofik böyüyәn növlәrә bölünür.
İşçi H. orqanın işinin güclәnmәsi zamanı әmәlә gәlir vә onun funksional aktiv strukturunun hәcminin artması ilә sәciyyәlәnir. Mәs., miokard H.-sının sәbәbi müxtәlif hemodinamik amillәr ola bilәr: arterial vә ağciyәr hipertenziyası, ürәyin anadangәlmә vә yaxud qazanılmış qüsurları. Bu zaman ürәyin kütlәsi normal göstәricidәn 3–4 dәfә arta bilәr. Kişilәrdә sidik kisәsi divarının H.-sı sidik ifrazı kanalını sıxan vә detruzor hüceyrәlәrinin (sidikqovan әzәlәlәrin) H.-sını stimulaşdıran hormonal vә boy faktorları ifraz edәn prostat vәzinin hiperplaziyası zamanı inkişaf edir.
Vikar H. cüt orqanlardan (ağ ciyәr, böyrәk, böyrәküstü vәzi vә s.) biri mәhv olduqda vә ya cәrrahi әmәliyyatla götürüldükdә digәrindә inkişaf edir.
Regenerasion H. miokardın parenxima toz hüceyrәlәrindә, neyronlarda, hepatositlәr dә vә s. tam olmayan regenerasiya zamanı çapığın әtrafında formalaşır.
Neyrohumoral H. vә hipertrofik böyümә zamanı әslindә söhbәt orqanın hәcminin, әsasәn, hüceyrә strukturunun eyni zamanda hәm miqdarca, hәm dә hәcmcә artan hiperplaziyası prosesi hesabına artması barәdә gedir.










