Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HİPERVENTİLYÁSİYA 
    HİPERVENTİLYÁSİYA [hiper… + (ağciyәr) ventilyasiya] tәnәffüs mәrkәzi fәaliyyәtinin güclәnmәsi (baş beynin zәdәlәnmәsi nәticәsindә), orqanizmin hәddәn artıq qızdırması, nәfәslә alınan havada oksigenin parsial tәzyiqinin azalması, asidoz (mәs., uremiya, şәkәrli diabet zamanı) vә s. hallarda ağ ciyәrlәrin dәrin vә ya tez-tez tәnәffüs nәticәsindә hәddindәn artıq ventilyasiyası. Normada qısamüddәtli H. özbaşına güclәnmiş tәnәffüs (hiperpnoe) zamanı ola bilәr. H.-da baş beynin vә ürәyin qan tәchizatının pislәşmәsi, tәnәffüs alkalozu, sinir-әzәlә qıcıqlanmasının yüksәlmәsi ilә (qıcolmayadәk) qandan karbon qazının artıq xaric olması (hipokapniya) baş verir.
    1871 ildә amerikalı hәkim C. Da Kosta (1833–1900) tәrәfindәn tәsvir edilmiş hiper ventilyasiya sindromu (HVS) (hәmçinin frenokardiya, әsgәr ürәyi, neyrosirkulyator asteniya, Da Kosta sindromu kimi mәlumdur) mühüm klinik әhәmiyyәtә malikdir. HVS-ә tәnәffüsün funksional pozulmasının kliniki variantı kimi nәzәrdәn keçirilir.
    HVS-i törәdәn 3 әsas qrup amillәr ayırd edilir: baş beynin üzvi zәdәlәnmәsi; psixogen tәsirlәr (depressiya, panik hәmlә vә s.); somatik xәstәliklәr, o cümlәdәn endokrinmetabolik pozulmalar (diabetik vә qara ciyәr koması, uremiya vә s.), intoksikasiyalar. HVS ümumi tәcrübәdә pasiyentlәrin 6–11%-ndә, әsasәn, 30–40 yaşlarda, çox vaxt qadınlarda olur. Hesab edilir ki, HVS 60% hallarda psixogen tәbiәtlidir. HVS-nin inkişafının mühüm xüsusiyyәti ondan ibarәtdir ki, hәtta onun sәbәbi aradan qaldırıldıqda belә, H. saxlanılır, qaz mübadilәsinin hipokapnik pozulmaları stabillәşir vә “çıxılmaz vәziyyәt” formalaşır, nәticәdә isә HVS simptomları kifayәt qәdәr uzun müddәt mövcud ola bilir. HVS zamanı ventilyasiya nәzarәti kortikal, hipotalamik vә simpatoadrenal tәsirlәrlә pozulur.
    Sindromun gedişi kәskin (az hallarda) vә xroniki ola bilәr. Kәskin HVS (Da Kosta sindromu) “tәnәffüs krizi” kimi davam edir vә tәnәffüsün dәqiqәdә 30–50-yә qәdәr tezlәşmәsi (“qovulub әldәn salınmış it tәnәffüsü”), nәfәsalma dәrinliyinin kәskin azalması vә nәfәsvermәnin qısalması ilә sәciyyәlәnir, bu isә ağ ciyәrlәrin qalıq hәcminin artmasına, ventilyasiya effektivliyinin azalmasına, “hava blokada” sının baş vermәsinә sәbәb olur. Tәngnә fәsliklә (xәstәlәrin 90–100%-ndә tәsadüf edilir) yanaşı әsnәmә, quru öskürәk, döş qәfәsindә ağrılar, ekstrasistoliya, taxikardiya, ağızda quruluq, aerofagiya, әsmә, başgicәllәnmә, paresteziyalar, baş ağrısı qeyd olunur; görmә pozuntusu (yüngül tutqunlaşmadan görmә dairәsinin daralmasına qәdәr), bәzәn görmәnin tam itirilmәsi isterik korluq ola bilәr.
    HVS-nin m ü a l i c ә s i: psixoterapiya (sәmәrәli; autogen mәşq); dәrman terapiyası (benzodiazepinlәr, beta-blokatorlar, trisiklik antidepressantlar, piridoksin, maqnezium, kalsium preparatları); boşaldıcı tәnәffüs gimnastikası. Proqnoz H.-nın kәskin formalarında daha yaxşıdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 