HİPERYÜK (Y) – adronların xarakteristikalarından biri; izotopik multipletdә zәrrәciyin orta elektrik yükünün ikiqat qiymәtinә bәrabәrdir (bax İzotopik invariantlıq). Multiplet zәrrәciyinin elektrik yükü (Q) Gell-Man – Nişicima düsturu ilә tәyin edilir: Q = I3 + Y⁄2, burada I3 – zәrrәciyin izotopik spininin üçüncü proyeksiyasıdır. H., adronun başqa kvant әdәdlәri – barion yükü, qәribәlik, “heyranlıq”, “gözәllik” vasitәsilә ifadә olunur.










