HİPODERMATOZLAR (Hypodermatosis) – Hypoderma cinsindәn olan müxtәlif növ mozalan sürfәlәrinin gövşәyәn heyvanlarda törәtdiyi invazion xәstәliklәr. Geniş yayılmışdır. Daha çox körpә heyvanlar xәstәlәnir. Dişi mozalanlar heyvanların tük örtüyünә yumurta qoyur. 3–5 gün sonra yumurtalardan sürfәlәr çıxır, dәrini deşir vә mürәkkәb miqrasiya edir, bu zaman toxumaları, o cümlәdәn onurğa beyni (H. bovis) vә qida borusu (H. lineatum) toxumalarını iltihabi dәyişikliklәrin inkişafı ilә mexaniki zәdәlәyir. Bel nahiyәsindә dәrialtı toxumalara çatan sürfәlәr qabıq dәyişir, yerlәşdiklәri yerdә, әzәlә vә birlәşdirici toxumalarda mozalan şişlәri adlanan sürfә kapsullarını formalaşdırır vә 3–5 ay әrzindә onların içәrisindә inkişaf edir. Sonra şişlәrin yerindә әmәlә gәlәn dәliklәrdәn sürfәlәr xarici mühitә çıxır, torpaqda vә mulçada puplaşır. 3–8 hәftәdәn sonra puplardan yaşlı mozalan çıxır. H.-ın iqtisadi ziyanı sağımın azalmasında, heyvanların bәdәnindә kütlә itkisindә, dәrilәrinin zәdәlәnmәlәrindә tәzahür edir. H. ilә mübarizәdә mozalanların kütlәvi uçuşu dövründә heyvanları gecә otarır vә ya bordaqda bağlı saxlayırlar; 1–2 aydan sonra (oktyabr–dekabr aylarında) onları profilaktik mәqsәdlә avermektin kompleksi insektisidlәri ilә, yoluxmuşları isә bir dәfә dә aprel–may aylarında dәrmanlayırlar. İnsanlar da bәzәn Hypoderma cinsindәn olan mozalan sürfәlәrinin törәtdiyi miazlar qeyd edilir.










