Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HİPODİNAMİYA 
    HİPODİNAMİYA (hipo... + yun. δύναμις – güc) – әmәk fәaliyyәtinin xarakteri, hәyat tәrzi ilә şәrtlәnәn әzәlә gücünün mәcburi azalması; insanın kifayәt qәdәr olmayan hәrәki aktivliyi. Müasir hәyat şәraitindә H.- nın geniş yayılmasına sәbәb istehsalat sahәlәrinә insanın әzәlә aktivliyini әhәmiyyәtli dәrәcәdә azaldan yeni texnologiyanın tәtbiqi, avtomatlaşdırma vә ompüterlәşmәnin inkişafıdır. Peşә H.-sının meyarı kiçik detal yığıcıları, idarәetmә pultu operatorları, videodispley terminalları istifadәçilәri vә s. peşә qrupları üçün xarakterik olan işlәrin yerinә yetirilmәsi zamanı enerji itkisinin çox aşağı olmasıdır. Müasir insanların mәişәtindә dә texniki tәrәqqinin geniş tәtbiq edilmәsi daha geniş әhali tәbәqәsinin bütün gün әrzindә әzәlә aktivliyi çatışmazlığına sәbәb olur. H. ürәkdamar xәstәliklәri sayının tez artmasının әsas sәbәbi olan zәiflәmәyә (mәşqsizliyә) gәtirib çıxarır. H. şәraitindә işlәyәn şәxslәrdә sakit vәziyyәtdә ürәk vurğuları sayının 20% artması, ürәk әzәlәsinin yığılma funksiyasının vә onun zәiflәmә sürәtininin azalması, ürәk ritmi tәnzimlәnmәsinin pislәşmәsi qeyd edilir. Müәyyәn edilmişdir ki, H. zamanı ürәyin әzәlә işinә adaptasiyası sistolik hәcmin cüzi böyümәsi ilә onun yığılmaları tezliyinin artması hesabına baş verir ki, bu da ürәyin, onun ehtiyatlarının tez tükәnmәsinә gәtirib çıxaran israfçı reaksiyası kimi qiymәtlәndirilir. H. izafi qidalanma ilә birlikdә ürәyin işemik xәstәliyinin baş vermәsi riskinin әsas amilidir. Onun orqanizmә zәrәrli tәsirini stress, sinir gәrginliyi vә az hәrәki aktivlik dәrinlәşdirir. H. hәmçinin dayaq-hәrәkәt aparatında (әzәlә kütlәsinin azalması, sümüklәrin minerallaşması), sinir vә endokrin sistemlәrindә dә dәyişikliklәr törәdir. Uşaqlarda H. xüsusilә zәrәrlidir vә o, ümumilikdә orqanizmin normal inkişafına mane olur. H.-nın profilaktikası üçün istәr iş günüәrzindә, istәrsә dә işdәn azad vaxtlarda fiziki gәrginlik şәklindә әzәlә aktivliyini artırmaq (bәdәn tәrbiyәsi vә idman mәşğәlәlәri) lazımdır. Yaş artdıqca bu amilin rolu artır, çünki orqanizmin funksional ehtiyatının da imazalması baş verir. Yaradıcı uzun ömürlülük dә fiziki aktivliklә sıx әlaqәdardır, çünki әzәlә fәaliyyәti bütün fizioloji funksiyaların tәkcә güclü yox, hәm dә әn tәbii stimulyatorudur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 