HİPOFİZAR KAXEKSÍYA, S i m m o n d s s i n d r o m u – endokrin xәstәliyi; hipofizin geniş septik-embolik nekrozu nәticәsindә baş verәn, sonradan qalxanabәnzәr, böyrәküstü vәzilәrin qabıq maddәsinin vә cinsiyyәt vәzilәrinin funksiya çatışmazlığı ilә hipofizin funksiya çatışmazlığına – ağır formalı hipopituitarizmә sәbәb olan hipotalamus-hipofiz çatışmazlığı. H.k. zamanı hipofizin zәdәlәnmә sәbәblәri infeksiyalar (qrip, vәrәm vә s.), kәllә-beyin travması, şiş, damar patologiyası, ağırlaşmış doğuş vә s. ola bilәr. Əsas әlamәtlәri: bәdәn kütlәsinin durmadan azalması (normal qidalanma olmasına bax mayaraq), orqan vә toxumaların vaxtından qabaq involyusiyası. Hipokortisizmin şiddәtlәnmәsi (böyrәküstü vәzilәrin qabıq maddәsinin funksiyasının çatışmazlığı) vә hipotireoz nәticәsindә kәskin zәiflik, adinamiya, arterial hipotenziya, hipotermiya, asteniya, depressiya, terminal mәrhәlәdә komatoz vәziyyәt inkişaf edir. Müayinә sayәsindә hipofiz hormonlarının sekresiyasının çatışmazlığı aşkara çıxarır, zәdәlәnmә ocağı tәyin edilir. Müalicәnin mәqsәdi: bәdәn kütlәsinin korreksiyası vә qalxanabәnzәr cinsiyyәt vә böyrәküstü vәzilәrin hormon defisitinin aradan qaldırılmasıdır.










