HİPOGİMNİYA (Hypogymnia) – parmeli yakimilәr fәsilәsindәn şibyәlәr cinsi. Tallomu yarpaqşәkillidir, mәrkәzdә alt sәthin hissәlәri ilә substrata möhkәm yapışır, kәnarları azca qalxan, bәzәn sallanan, çox vaxt şişkin içiboş dilimlidir; üstdәn bozumtul yaşılımtıl, ağımtıl-bozumtul, altdan qәhvәyiyәçalan-qara rәnglidir. Dilimlәrin ucun da, yaxud onların bütün sәthindә çox vaxt vegetativ çoxalma orqanları olan soredilәr, nadir hallarda spordaşıyıcı orqanlar (apotesilәr) inkişaf edir. H.-nın fotosintez – edici komponenti sianobakteriyalardır. Şimal vә Cәnub yarımkürәlәrindә, әksәriyyәti Şәrqi Asiyada olmaqla tәqr. 60 növü var. Ən geniş yayılmış epifit şibyәlәrdәn olan şişkin H. (H. physodes) çox vaxt iynәyarpaqlı ağac cinslәrinin gövdәlәri üzәrindә başdan-başa birrәngli boz örtük әmәlә gәtirir. Tәrkibindә antibiotik maddәlәr var.
Şişkin hipogimniya (Hypogymnia physodes).










