HİPOXLORİTLƏR – hipoxlorit turşusunun duzları; qәlәvi vә qәlәvi-torpaq metalların H.-i mәlumdur. Hipoxlorit turşusu HClO zәif birәsaslı davamsız turşudur vә Cl2O-nun su ilә qarşılıqlı tәsirindәn alınır. H. suda yaxşı hәll olur; sulu mәhlulları güclü oksidlәş diricilәrdir (qәlәvi mühitdә daha effektivdir). Kalium hipoxlorit ilә kalium xloridin ekvimolyar qarışığı “Javel suyu”adlanır; kalsium-hipoxlorit xlorlu әhәngin tәrkibinә daxildir. H. termiki davamsızdır. Qız dırıldıqda xloratlar vә xloridlәr әmәlә gәtirmәklә disproporsiyalaşma reaksiyasına daxil olur. H.-in әksәriyyәti yalnız kristal hidratlar şәklindә alınıb, bir çoxu yalnız sulu mәhlullarda mövcuddur.
Sәnayedә litium, natrium vә kalsium H. qәlәvilәrin mәhlullarına vә ya suspenziyalarına Cl2 ilә tәsir etmәklә alınır. H. parça vә kağızın ağardılmasında, zәhәrli maddәlәrin deqazasiyasında, dezinfeksiya vasitәlәri kimi, hәmçinin hidrazin, xloroform vә s. alınmasında istifadә olunur.
Əd.: Ф у р м а н А.А. Хлорсодержащие окислительно-отбеливающие и дезинфицирующие вешества. М., 976.










