HİPOQALAKTİYA (hipo... + yun. γᾴλαϰτος – süd) – süd vәzilәrindә südәmәlә gәlmә, südvermә (laktasiya) proseslәrinin pozulması, hәmçinin laktasiya müddәtinin qısalması (5 aydan az) ilә müşayiәt olunan süd vәzilәri funksiyasının azalması. Lazımi dәrәcәdә olmayan laktasiya doğuş dansonrakı ilk 10 gün әrzindә birincili (erkәn forma) vә bu dövrdәn sonra ikincili (gecikmiş forma) ola bilәr. Erkәn H.-ya nadir hallarda (2,8%-dәn 8%-ә qәdәr) tәsadüf edilir. Daha çox gecikmiş H.-ya rastgәlinir; bu zaman analarda әvvәlcә lazımi miqdarda süd olur, lakin sonradan laktasiya azalmağa başlayır, yaxud әvvәlki sәviyyәdә qalır vә böyüyәn uşağın tәlәbatını ödәmir. Südәmәlәgәlmәnin tam kәsilmәsi aqalaktiyadır. B i r i n c i l i H.-nın sәbәblәri neyrohormonal pozulmalardır. Bu yanaşmada infantilizm, daxili orqanların xәstәliklәri zamanı süd vәzilәrinin funksional keyfiyyәtsizliyi dә qeyd olunmalıdır. Ümumi inkişafdanqalma әlamәtlәri zamanı H. süd verәn anaların 20%-dә tәsadüf edilir. Çox vaxt erkәn H. gecikmiş ağır toksikozlardan, doğuşdansonrakı dövrdә olan qanaxmadan, travmatik mamalıq әmәliyyatlarından sonra baş verir. İ k i n c i l i H.-nın inkişaf etmәsinin әsas sәbәblәri mastitlәr, döş gilәsinin çatları, ananın xәstәliklәri (qrip, angina, vәrәm, epilepsiya) olur. Ən mühüm profilaktika tәdbiri yeni doğulmuşa ana döşünün erkәn verilmәsidir.










