HİPOQONADİZM (hipo ... + qonadlar), h i p o g e n i t a l i z m – cinsiyyәt orqanlarının vә ikincili cinsi әlamәtlәrin inkişafdan qalması vә cinsiyyәt hormonlarının zәiflәmiş sekresiyası ilә şәrtlәnәn patoloji vәziyyәt. Bilavasitә cinsiyyәt vәzilәrinin infeksiya, travma, axtalama, kriptorxizm vә s. nәticәsindә zәdәlәnmәsi zamanı baş verәn birincili H. vә hipofizin, yaxud hipotalamusun qonadotropinlә sekresiyasının azalması vә ya kәsilmәsi nәticәsindә inkişaf edәn (akromeqaliya, adipozogenital distrofiya, hipofizar nanizm vә s. zamanı) ikincili H. fәrqlәndirilir. M ü a l i c ә s i: birincili H.- dә – cinsiyyәt hormonları ilә әvәzedici terapiya; ikincili H.-dә – qonadotropinlәrin vurulması.










