HİPOTALÁMUS (lat. hypothalamus, yun. ύποϑάλαμος) – ara beynin şöbәsi; uc vә orta beyinlә, talamusla mәhdudlaşır; daxili sekresiya vәzisi, orqanizmin vegetativ funksiyalarını tәnzimlәyәn mәrkәz. Filo genetik olaraq baş beynin әn qәdim şöbәsidir; onurğalıların әn ibtidai nümayәndәlәrindә artıq yaxşı inkişaf etmiş, mәmәlilәrdә әn yüksәk inkişaf dәrәcәsinә çatmışdır. İnsanda H. neyrosekretor hüceyrә yığınları olan, yaxud neyrosekretor hüceyrәlәrlә adi tip neyronların birlәşmәsindәn yaranan 30-dan artıq cüt nüvә qrupun dan әmәlә gәlmişdir. H. hipofizlә portal qan damarları (ön payla) vә hipotalamus- hipofiz sinir dәstәsi (arxa payla) vasitәsilә әlaqәlidir vә hipotalamus-hipofiz sistemini әmәlә gәtirir. Yüksәk morfoloji vә funksional müxtәlifliklә sәciyyәlәnәn H.-un iki sahәsi fәrqlәndirilir. M e d i a l s a h ә, әsasәn, iri cüt nüvәlәrdәn әmәlә gәlmişdir. Onlar neyrosekretor hüceyrәlәrdәn ibarәtdir, aksonları hipofizin arxa paylına çatır vә kapillyarlarda qurtarır. Bu hüceyrәlәr vazopressin vә oksitosin hasil edir. Kiçik neyrosekretor hüceyrәlәrdәn әmәlә gәlmiş nüvәlәrdә hipofizin ön vә ara paylarının sekretor aktivliyini tәnzimlәyәn hormonlar (rilizinq hormonlar, statinlәr) hasil edilir, adi tip neyronlar isә hipotalamus daxili әlaqәlәri hәyata keçirir vә enәn sinir liflәrinin başlanğıcı olur. H.-un l a t e r a l s a h ә s i morfoloji cәhәtdәn zәif ifadә olunmuş lateral nüvәlәrdәn vә sinir liflәri dәstәsindәn (“ön beynin medial dәstәsi”) ibarәtdir, onların yuxarı qalxan liflәri orta beyin neyronları vә baş beyin kötüyündәn başlayır, ara vә uc beyni (H. özü daxil olmaqla) innervasiya edir, enәn liflәr isә uc beyindәn vә H.-dan çıxır, baş beynin kötüyündә vә onurğa beynindә qurtararaq, ikitәrәfli әlaqә yaradır.
Beynin digәr şöbәlәrinin әksәriyyәtindәn fәrqli olaraq H.-da peptid- vә monoaminergik neyronların çoxsaylı aksonları yüksәkkeçiricili perforasiyalı kapillyarlarla birbaşa әlaqә yaradırlar. Ona görә neyropeptidlәr vә mediatorlar qan cәrәyanınaasan daxil olur.
H. әn mühüm endokrin funksiyaların, ümumi maddәlәr mübadilәsinin, su-duz mübadilәsinin, istilik mübadilәsinin, ürәkdamar sisteminin, hәzmin vә emosional davranışın, sirkad ritmlәrin tәnzimlәnmәsi yolu ilә homeostazın saxlanılmasında iştirak edir. Reproduktiv vә immun sistemlәrin tәnzimlәnmәsindә dә H. әsas rol oynayır.










