HİPOTALÁMUS-HİPÓFİZ SİSTEMİ – onurğalılarda hipotalamus vә hipofizdәn әmәlә gәlәn neyroendokrin kompleks. Orqanizmin endokrin funksiyasının sinir tәnzimlәnmәsi zәncirindә әsas halqadır. Xarici mühitdәn vә orqanizmin daxilindәn hipotalamus neyronlarına elektrik impulsları şәklindә daxil olan informasiya onlarda qan cәrәyanına daxil olan, hipofizә vә periferik hәdәf orqanlara tәnzimlәyici tәsir göstәrәn kimyәvi siqnallara (neyrohormonlar) transformasiya olunur.
Mәmәlilәrdә fәaliyyәtin tәşkili vә embrional inkişaf xüsusiyyәtlәrinә görә hipotalamus-neyrohipofiz vә hipotala musadenohipofiz altsistemlәri ayırd edilir. H i p o t a l a m u s - n e y r o h i p o f i z s i s t e m i hipotalamusun supraoptik vә paraventrikulyar nüvәlәrinin iri neyronlarından әmәlә gәlmişdir; onların aksonları hipofizin arxa payında (neyrohipofizdә) ora vazopressin vә oksitosin hormonlarını çatdıran ümumi qan cәrәyanı sisteminin yüksәkkeçiricili kapillyarlarında qurtarır. Vazopressin ifrazı üçün әsas fizioloji siqnal qanın yüksәk osmolyallığı, oksitosin sekresiyası üçün stimul isә südverәn dişilәrdә südün sorulmasıdır.
H i p o t a l a m u s - a d e n o h i p o f i z s i s t e m i hipotalamusun bir çox nüvәsinin tәrkib hissәlәri kimi öz aralarında birlәşәn kiçik neyronlardan vә hipofizin ön payının (adenohi pofiz) müxtәlif şöbәlәrindәn әmәlә gәlmişdir. Hipotalamusun әksәr neyronlarının aksonları hipotalamusu hipofizin ön payı ilә әlaqәlәndirәn qan sirkulyasiyasının portal sisteminin yüksәkkeçiricili kapillyarlarında mәrkәzi tәpәdә qurtarır. Onların sekresiya etdiyi peptid vә monoamin neyrohormonları (dofamin, noradrenalin, serotonin) qan ilә adenohipofizә daxil olur. Peptid neyrohormonları periferik endokrin vәzilәrin fәaliyyәtini tәnzimlәyәn trop hormonların ifraz olunmasına stimullaşdırıcı (rilizinq-hormonlar, yaxud liberinlәr) vә ya lәngidici (statinlәr) tәsir göstәrir. Mәs., tireoliberin tireotropin sekresiyasını stimullaşdırır, o da öz növbәsindә qalxanabәnzәr vәzinin hormonlarının qana sekresiyasını törәdәrәk onun aktivliyini stimullaşdırır. Mәmәlilәrin әksәriyyәtindә dofaminergik aksonlar tәkcә hipotalamusun mәrkәzi tәpәsindә deyil, hәm dә hipofizin aralıq payındakı melanotropin hormonu ifraz edәn vәzili hüceyrәlәrindә qurtarır. Dofamin bu hormonun sekresiyasına lәngidici tәsir göstәrir. İnsanda fәrdi inkişaf gedişindә hipofizin aralıq payının әksinә inkişafı baş verir, ona görә dә yetkin şәxslәrdә onun birbaşa sinir tәnzimlәnmәsi olmur. Hipotalamus-adenohipofiz sistemi hüdudunda ultra qısa vә qısa әks-әlaqә prinsipi üzrә tәnzimlәmә mövcuddur. Hipotalamus neyronlarının sekresiya aktivliyini birinci halda neyrohormonlar özü, ikinci halda isә adenohipofiz hormonları tәnzimlәyir.










