HİPOTÉNZİYA (hipo ... + lat. tensio – gәrginlik), h i p o t o n i y a – orqanizmin boşluqlarında, içiboş orqanlarında vә damarlarında aşağı tәzyiq. Kәllә daxili (beyinonurğa beyni mayesi sekresiyasının azalması, likvoreya nәticәsindә onun itirilmәsi vә s. ilә şәrtlәnәn), arterial (yuxuda, ağır fiziki işdәn, zәhәrlәyici maddәlәrin tәsirindәn sonra vә s. hallarda arteriyalarda qan tәzyiqinin azalması), ortostatik vә s. H. növlәri ayırd edilir. Kәskin qan vә plazmaitirmә, ürәk çatışmazlığı ilә әlaqә dar, kәskin infeksiyalar (o cümlәdәn pnevmoniyada) vә bәzi zәhәrlәrin tәsirindәn, şok, istivurma vә s. patoloji vәziyyәtlәrlә әlaqәdar kritik hallarda kәskin H. inkişaf edir.










