HİPOTERMİYA (hipo... + yun. ϑέρμη – isti), s o y u m a – orqanizmdә istilikvermәnin әmәlә gәlәn istilikdәn artıq olması nәticәsindә bәdәn temp-runun normal sәviyyәdәn aşağı düşmәsi. H. zamanı qanın daxili orqanlara axması nәticәsindә dәridәn istilikvermә mәhdudlaşır, iş, hәrәkәt zamanı әzәlәlәrdә maddәlәr mübadilәsi kәskin artır vә istilik hasilatı yüksәlir. İnsanda soyuqda yorğunluqdan yuxuladığı zaman vә yatam hәrәkәtsizlik halında, istilik tәnzimi pozulduqda (sәrxoşluq, şok, narkotik yuxu, qanitirmә vә s.) H. yarana bilәr. Bәdәn temp-runun 33–32°-yә qәdәr düşmәsi yuxululuq, huşun dumanlanmasını törәdir; 30°-dәn aşağı düşmәsi maddәlәr mübadilәsinin, qan tәzyiqinin enmәsinә, ürәk döyüntülәrinin, tәnәffüsün azalmasına, huşun itmәsinә sәbәb olur, 23–20° temp-rda tәnәffüsün vә ürәyin dayanması baş verir. H. zamanı mübadilә proseslәrinin kәskin azaldığı soyumuş toxumalar (beyinin, ürәyin vә s.) oksigen çatışmazlığını vә qan dövranının uzun müddәt kәsilmәsini yüngül keçirir. Müasir cәrrahiyyәdә süni H.-nın istifadә olunması buna әsaslanır (bax Süni hipotermiya).










