Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HİPÓTEZ 
    HİPÓTEZ (yun. ύπόϑεσις – әsas, fәrziyyә) – 1) hәqiqiliyi qeyri-müәyyәn olan elmi müddәa; 2) ehtimal irәli sürülmәsini vә onun sonrakı empirik (eksperimental) yoxlanmasını ehtiva edәn elmi idrak metodu; 3) elmi nәzәriyyәnin, yaxud bir-biri ilә qarşılıqlı әlaqәli nәzәriyyәlәr kompleksinin struktur elementi.
    H.-in mәntiqi strukturunda adәtәn әsas (mühakimә) vә mühakimәnin yalnız müәyyәn dәrәcә ehtimalla tәsdiqlәyә bilәcәyi nәticә fәrqlәndirilir. H.-in mәntiqi strukturu hәqiqәtәuyğun әqli nәticәnin (induksiyanın, analogiyanın, statistik nәticәnin) analoji strukturu ilә formaca eynidir. Lakin sonunculardan fәrqli olaraq, H. mühakimәlәrinin hәqiqiliyi hәmişә qeyri-müәyyәn olur, mühakimәlәrin özü isә elmi idrakın tәkamülü gedişindә dәyişikliyә uğrayır. Ona görә H. nәticәsinin öz mühakimәlәri ilә tәsdiqlәnmәsinin dәrәcәsi dә tarixәn dәyişikliyә uğraya bilәn mәhfumdur.
    Elmi idrakın әn mühüm metodu olan H. hәmişә elmin müәyyәn sahәsinin inkişafı gedişindә konkret problemlәrin hәlli mәqsәdilә, mәs., yeni eksperimental mәlumatları öncәdәn görmәk, yaxud izah etmәk, nәzәriyyә ilә eksperiment nәticәlәri arasındakı ziddiyyәtlәri aradan qaldırmaq, fundamental nәzәriyyә әsasında xüsusi, yaxud tәtbiqi nәzәriyyәlәr qurmaq vә s. üçün irәli sürülür. Ona görә istәnilәn H. izah etdiyi, yaxud öncәdәn gördüyü problemlәrә vә ya eksperimental mәlumatlara münasibәtdә relevant olmalıdır. Eyni zamanda, o, yeni konseptual informasiya daşımalı, özündәn әvvәlki, yaxud rәqabәtdә olduğu H.-lәr vә müәyyәn istiqamәtә yönlәtmәklә mühüm koqnitiv vәzifә daşıyır, belә ki, yeni H.-lәrin irәli sürülmәsi zamanı tәdqiqatçılar mütlәq şәkildә daha әvvәlki tәdqiqatların empirik tәcrübi nәticәlәrinә, o cümlәdәn mәnfi nәticәlәrә әsaslanırlar.
    Elmi müddәa qismindә H. prinsipial empirik nәzәriyyәlәrdәn әlavә nәzәri mәzmuna malik olmalıdır. Lakin bu mәzmun empirik tәsdiqini tapmadıqda belә, H. elmi tәdqiqatı yoxlanılma meyarını (elmin hәminki inkişaf sәviyyәsindәn asılı olmayaraq) tәmin etmәlidir. Müasir elmdә yüksәk mücәrrәdliyә malik H.-lәrin empirik yoxlanması adәtәn dolayı sәciyyә daşıyır vә kömәkçi H.-lәr, nәzәri modellәr vә s. şәklin dә bir çox vasitәçi halqa tәlәb edir. Elmi H.-lәrin prinsipial empirik yoxlanılması onların falsifikasiyalaşma vә verifikasiyalaşma (bax Falsifikasiya, Verifikasiya) xassәlәrinә malik olması demәkdir. Falsifikasiyalaşma xassәsi elmi H.-lәrin tәtbiqolunma sahәsinin ehtimali sәciyyә daşıdığını tәsbit edir. Verifikasiyalaşma xassәsi H.-in nisbi empirik mәzmununu müәyyәn etmәk vә yoxlamaq imkanı verir. Verifikasiyalaşma (hәm dә falsifikasiyalaşma) xassәsi mütlәq sәciyyә daşıyır, belә ki, H.-i potensial şәkildә tәsdiq edәn instansiya hәm elmә mәlum olan, hәm dә hәlә mәlum olmayan faktlar ola bilәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 