HİPOTONİK MƏHLULLAR, b i o l o g i y a d a – osmotik tәzyiqi bitki vә ya heyvan toxumaları hüceyrәlәrindәkindәn aşağı olan müxtәlif mәhlullar. H.m.-da hüceyrәlәr suyu soraraq hәcmcә böyüyür vә osmotik aktiv olan maddәlәrin (üzvi vә mineral) bir hissәsini itirir. Heyvanların vә insan qanının eritrositlәri H.m.-da o qәdәr şişirki, onların pәrdәsi partlayır vә onlar dağılır. Bu hadisә hemoliz adlanır. Bax hәmçinin Hipertonik mәhlullar vә İzotonik mәhlullar.










