HİPPODÁM (Ὶππόδαμος) MİLETLİ (e.ә. 5 әsr, Kiçik Asiya, İoniya, Milet) – qәdim yunan memarı, şәhәrsalma mütәxәssisi, filosof vә mühәndis. Aristotelin “Siyasәt” әsәrindә yazıldığına görә, H.M. sәnәtkarlar, әkinçilәr vә döyüşçülәrdәn ibarәt 10000 nәfәrlik dövlәtin layihәsini yaratmışdı. Bu dövlәtin әrazisi 3 hissәyә bölünürdü: müqәddәs, ictimai vә özәl; gәlirlәr, müvafiq olaraq, dini ayinlәrin icrasına, döyüşçülәrin saxlanılmasına, әkinçilәrin şәxsi mәnfәәtlәrinә ayrılırdı. Aristotelә görә, müntәzәm tikinti Pirey ş.nin planını hazırlamış H.M.-nin ixtirası idi.










