HİPPOKÁMP (yun. ίπποκαμπή), A m m o n b u y n u z u – onurğalıların baş beynindә hәr iki yarımkürәnin gicgah paylarının cüttö rәmәsi; onun hissәlәri baş beyin tağının sinir liflәri ilә әlaqәlidir. Dәyirmi ağızlılarda ilk dәfә rüşeyimli (primordial) H. meydana çıxmış vә onun hipotalamusla әlaqәlәri yaranmışdır; suda-quruda yaşayanlarda vә sürünәnlәrdә H. xeyli inkişaf etmişdir. Mәmәlilәrdә o, qәdim qabığın (arxikorteks) bir hissәsi vә limbik sistemin mәrkәzi strukturudur. H. tәlim vә yaddaşın saxlanması, emosiya vә motivasiyanın yaranması, homeostazın saxlanması, çoxalma funksiyasının әlaqәlәndirilmәsi proseslәrindә iştirak edir. H.-ın insan orqanizminә müxtәlif tәsiri onun zәdәlәnmәsi zamanı sindromların fәrqliliyi (mәs., sәciyyәvi yaddaş pozuntusu olan – Korsakov sindromunun, gicgah epilepsiyasının baş vermәsi vә s.) sәbәb olur. H.-ın hәr tәrәfli öyrәnilmәsi neyronların fiziologiyasının vә sinir torlarında onların bir-biri ilә qarşılıqlı tәsirinin, hәmçinin sinaptik plastikliyin vә yaddaşın tәdqiqi zamanı ondan model kimi istifadә olunmasına imkan verir.










