Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HİPPOKRÁT 
    HİPPOKRÁT (yun. Ὶπποϰράτης, lat. Hippocrates) (tәqr. e.ә. 460, Kos a. – tәqr. e.ә. 370, Fessaliya, Larisa) – qәdim yunan hәkimi, Qәrb tәbabәtinin banisi. Efesli Soranın antik bioqra fiyasına görә, Asklepiadlar nәslindәn (әslindә irsi peşә gildiyasından), mifik şәfa verәn vә tәbabәtin himayәçisi “Asklepinin xәlәflәri”ndәn idi. O da atası Heraklid kimi Knid mәktәbi ilә rәqabәt aparan Kos tibb mәktәbinә mәnsub idi; sofist Qorqi dә H.-ın müәllimlәrindәn hesab olunurdu. Sәyyar tәbib kimi çox sәyahәt etmişdir, sonrakı rә vayәtlәrә görә Demokritlә dostluq әlaqәsi olmuşdur (onların uydurma yazışmaları saxlanılır).
    H.-ın autentik tibb nәzәriyyәsinin bәrpasını ona şamil edilәn әsәrlәrin hәqiqiliyi mәsәlәsi çәtinlәşdirir. H.-ın adı altında orta әsrlәr әlyazmalarında e.ә. 5 әsrin sonlarından eramızın 1 әsrinә qәdәr müxtәlif müәlliflәr tәrәfindәn yazılmış vә “Hippokrat toplusu”na (“Corpus Hippocraticum”) daxil edilmiş tibb elmi üzrә 60-a yaxın traktat dövrümüzәdәk gәlib çatmışdır. Bu,ehtimal ki, hәtta Knid mәktәbinin bir neçә әsәri (“Xәstәliklәr haqqında” vә ginekologiya üzrә әsәrlәr) daxil olmaqla Kos mәktәbinin tibb kitabxanasıdır. H.-ın ola bilsin özünә mәxsus olan әn erkәn (e.ә. 5 әsrin sonu) әsәrlәrinә “Epidemiyalar”ın 1-ci vә 3-cü kitabları (konkret pasiyentlәrin xәstәliyinin böhrananına xüsusi diqqәt yetirәn empirik “xәstәlik tarixlәri”), hәmçinin “Proqnostika” aiddir. E.ә. 4 әsrdәn gec olmayaraq “Sınıqlar haqqında”, “Qәdim tәbabәt haqqında” (tәbabәtdә spekulyativ naturfәlsәfә cәrәyanı ilә polemika), “Hava, su, yer haqqında” (iqlim şәraitinin sağlamlığa tәsiri haqqında), “Müqәddәs xәstәlik haqqında” (magik tәbabәtin maarifçi pafosu ilә tәkzibi vә epilepsiyanın tәbiәtinin beynin nәmlәnmәsi kimi elmi-fizioloji izahı), “İnsanın tәbiәti haqqında” (humoral patologiyaya görә başlıca traktat), “Sağlam hәyat tәrzi haqqında” (Heraklitin vә Anaksaqorun natur fәlsәfәsinin tәsiri), “Kәskin xәstәliklәr zamanı pәhriz haqqında” vә “İncәsәnәt haqqında” әsәrlәri yaranmışdır. “Qidalanma haqqında”, “Ürәk haqqında” vә tibbi etikaya dair “Nәsihәtlәr” vә “Gözәl davranış haqqında” әsәrlәri ellinizm vә Roma dövrünә aiddir. Bunların arasında Qәrbi Avropa tibb etikasının әsası olan “Hippokrat andı” (tәqr. e.ә. 4 әsr) xüsusi yer tutur.
    Qәdimdә H.-ın әn nüfuzlu şәrhçisi Qalen olmuşdur. O, H. tәliminin (humoral patologiya nәzәriyyәsi, yaxud insan bәdәnindә Empedokl fizikasının 4 elementi vә 4 sadә keyfiyyәtlә: isti–soyuq, quru–yaşla әlaqәlәndirilәn 4 әsas “maye” (lat. humores) – qan, fleqma, qara vә sarı öd haqqında tәlim; bunların insan bәdәnindә tarazlığı sağlamlığın rәhni, disbalansı isә xәstәliyә sәbәbdir) bir çox halda sonrakı şәrhini müәyyәn etmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 