HİRKAN (1999 ilәdәk Avrora) – Azәrb. Resp.-nın Lәnkәran r-nunda qәsәbә. Hirkan ә.d.-nin (Hirkan qәs. vә Parakәnd k. daxildir) mәrkәzi. R-n mәrkәzindәn 15 km c.-da, Bakı–Astara avtomobil yolu kәnarında, dağәtәyi düzәnlikdәdir. Əh. 1927 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Çay f-ki, şәrab z-du, tam orta mәktәb, uşaq bağçası, klub, kitabxana, poçt, xәstәxana, ATS; mәscid var.










