HİRSUTİZM (lat. hirsutus – tüklü) – qadınlarda kişi tipli tüklәnmә; virilizmin tәzahürü. Böyrәküstü vәzilәrin qabıq maddәsinin, cinsiyyәt vәzilәrinin, hipofizin vә s. zәdәlәnmәsi zamanı müşahidә edilir. Üzdә (bığ, saqqal), qarında, sinәdә, qollarda vә ayaqlarda tükün çıxması ilә özünü göstәrir. Bir çox hallarda xarici cinsiyyәt orqanlarının vә kişi cinsinә mәxsus ikincili cinsi әlamәtlәrin inkişaf etmәsi, qadın daxili cinsiyyәt orqanlarının inkişafdan qalması, aybaşı tsiklinin olmaması, sәsin kobudlaşması ilә müşayiәt olunur.

Hirosaki qәsri (Hirosaki ş.). 1611.










