HİSAR (әrحصار. – hasar) – 1) Yaxın vә Orta Şәrq klassik musiqisindә 24 şöbәdәn biri. 15 әsrdәn musiqi elminin kosmoloji şәrhindә 7 rәqәminә (planetlәrin sayına görә) çatmaq üçün әvvәlki altı avaza әlavә edilmiş 7-ci avaz (bax Avazat). 2) Muğam şöbәsi. Çahargah dәstgahında әsas şöbәlәrdәn biri, mayәdәn bir kvinta yuxarı sәslәnir.










